Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-372/2022 07.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X3 qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09.06.2016-cı il tarixli 1788-GL/16 nömrəli müqavilə üzrə 4.480 manat gecikdirilmiş əsas borcun və 2.746,24 cərimə məbləği, 04.10.2016-cı il tarixli 2809-GL/16 nömrəli müqavilə üzrə 41.068 manat gecikdirilmiş əsas borcun və 26.870,28 cərimə məbləği və 18.10.2016-cı il tarixli 2811-GL/16 nömrəli müqavilə üzrə 467 manat gecikdirilmiş əsas borcun və 547,23 cərimə məbləği, 05.06.2017-ci il tarixli 547-L/17 nömrəli müqavilə üzrə 390 manat gecikdirilmiş əsas borcun və 464,79 cərimə məbləği, 08.05.2017-ci il tarixli 380- L/17 nömrəli müqavilə üzrə 420 manat gecikdirilmiş əsas borcun və 508,02 cərimə məbləği, 08.06.2017-ci il tarixli 574-L/17 nömrəli müqavilə üzrə 1.370 manat gecikdirilmiş əsas borcun və 1.250,75 cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manat, cəmi 80.931,31 manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış 09.06.2016-cı il tarixli 1788-GL/16 nömrəli, 04.10.2016-cı il tarixli 2809-GL/16 nömrəli, 18.10.2016-cı il tarixli 2811-GL/16 nömrəli, 05.06.2017-ci il tarixli 547-L/17 nömrəli, 08.05.2017-ci il tarixli 380- L/17 nömrəli, 08.06.2017-ci il tarixli 574-L/17 nömrəli müqavilələrə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 08.07.2021-ci il tarixə 09.06.2016-cı il tarixli 1788-GL/16 nömrəli müqavilə üzrə 4.480 manat gecikdirilmiş əsas borcu və 2.746,24 manat cərimə məbləği, 04.10.2016-cı il tarixli 2809-GL/16 nömrəli müqavilə üzrə 41.068 manat gecikdirilmiş əsas borcu və 26.870,28 manat cərimə məbləği və 18.10.2016-cı il tarixli 2811-GL/16 nömrəli müqavilə üzrə 467 manat gecikdirilmiş əsas borcu və 547,23 manat cərimə məbləği, 05.06.2017-ci il tarixli 547-L/17 nömrəli müqavilə üzrə 390 manat gecikdirilmiş əsas borcu və 464,79 manat cərimə məbləği, 08.05.2017-ci il tarixli 380-L/17 nömrəli müqavilə üzrə 420 manat gecikdirilmiş əsas borcu və 508,02 manat cərimə məbləği, 08.06.2017-ci il tarixli 574-L/17 nömrəli müqavilə üzrə 1.370 manat gecikdirilmiş əsas borcu və 1.250,75 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdehlə mübahisənin məhkəməyədək həll olunması üçün mediasiya proseduruna iddiaçı tərəfindən əməl olunmaqla Mediasiya Şurasına müraciət edilmiş və nəticədə mediasiya proseduru mediatorun ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirirlə bilməməsi barədə təqdim etdiyi 09.10.2021-ci il taixli 2021- 02808 saylı arayışı ilə rəsmiləşdirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan X4 arasında bağlanmış 09.06.2016-cı il tarixli 1788-GL/16 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 12.800 manat olan və spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.3cü bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (peniya) tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - 09.06.2016-cı il tarixli 1788-GL/16 saylı lizinq müqaviləsinin spesifikasiyasından (Əlavə № 1) görünür ki, “Traktor Belarus-892” adlı texnika ilkin qiyməti 32.000 manat, ödənilmiş məbləğ 6.400 manat, güzəştdən sonrakı qalıq məbləği 12.800 manat, müddəti 10 il olmaqla lizinqə verilmişdir. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - 09.06.2016-cı il tarixli 1788-GL/16 saylı lizinq müqaviləsinə 2 saylı əlavə olan ödəniş qrafikindən görünür ki, həmin qrafikə əsasən lizinq alan tərəfindən 09.06.2016-cı ildən 30.06.2026-cı ilədək olan dövrdə hər rüb üçün 320 manat məbləğində lizinq ödənişləri edilməli idi. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - 01.06.2016-cı il tarixli 262 saylı aktdan görünür ki, qiyməti 32.000 manat olan “Traktor Belarus” adlı 892 markalı texnika lizinq alan X3 təhvil verilmişdir. Akt tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - "xxxx" ASC (hazırkı "xxxx" ASC) tərəfindən verilmiş maliyyə arayışından görünür ki, 09.06.2016-cı il tarixli 1788-GL/16 saylı lizinq müqaviləsi üzrə lizinq alan X2 gecikdirilmiş borcu 4.480 manat, cərimə borcu 2.746,24 manat təşkil edir. - Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan X4 arasında bağlanmış 04.10.2016-cı il tarixli 2809-GL/16 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 99.008 manat olan və spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.3cü bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (peniya) tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - 04.10.2016-cı il tarixli 2809-GL/16 saylı lizinq müqaviləsinin spesifikasiyasından (Əlavə № 1) görünür ki, “Gübrəsəpən asma AGGSD-600” adlı texnika ilkin qiyməti 1.250 manat, ödənilmiş məbləğ 250 manat, güzəştdən sonrakı qalıq məbləği 500 manat, müddəti 3 il olmaqla, “Kombayn yemyığan DON-680M” adlı texnika ilkin qiyməti 198.270 manat, ödənilmiş məbləğ 39.654 manat, güzəştdən sonrakı qalıq məbləği 79.308 manat, müddəti 10 il olmaqla, “X6 M-135” adlı texnika ilkin qiyməti 48.000 manat, ödənilmiş məbləğ 9.600 manat, güzəştdən sonrakı qalıq məbləği 19.200 manat, müddəti 7 il olmaqla lizinqə verilmişdir. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - 04.10.2016-cı il tarixli 2809-GL/16 saylı lizinq müqaviləsinə 2 saylı əlavə olan ödəniş qrafikindən görünür ki, həmin qrafikə əsasən lizinq alan tərəfindən 31.12.2016-cı il tarixində 2.514 manat, 31.03.2017-ci ildən 30.06.2019-cu ilədək olan dövrdə hər rüb üçün 2.790 manat, 30.09.2019-cu ildən 30.06.2023-ci ilədək olan dövrdə hər rüb üçün 2.745 manat, 30.09.2023-cü il tarixində 266 manat, 30.09.2023-cü ildən 30.06.2026-cı ilədək olan dövrdə hər rüb üçün 2.034 manat məbləğində lizinq ödənişləri edilməli idi. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - 09.09.2016-cı il tarixli 705 saylı aktdan görünür ki, qiyməti 1250 manat olan ““Gübrəsəpən asma AGGSD-600” adlı texnika lizinq alan X3 təhvil verilmişdir. Akt tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - 15.08.2016-cı il tarixli 653 saylı aktdan görünür ki, qiyməti 48.000 manat olan “X6” adlı M-135 markalı texnika lizinq alan X3 təhvil verilmişdir. Akt tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - 15.08.2016-cı il tarixli 652 saylı aktdan görünür ki, qiyməti 198.270 manat olan “Kombayn yemyığan DON-680M” adlı texnika texnika lizinq alan X3 təhvil verilmişdir. Akt tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. "xxxx" ASC (hazırkı "xxxx" ASC) tərəfindən verilmiş maliyyə arayışından görünür ki, 04.10.2016-cı il tarixli 2809-GL/16 saylı lizinq müqaviləsi üzrə lizinq alan X2 gecikdirilmiş borcu 41.068 manat, cərimə borcu 26.870,28 manat təşkil edir. - Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan X4 arasında bağlanmış 18.10.2016-cı il tarixli 2811-GL/16 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 930 manat olan və spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.3cü bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (peniya) tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - 18.10.2016-cı il tarixli 2811-GL/16 saylı lizinq müqaviləsinin spesifikasiyasından (Əlavə № 1) görünür ki, “Kotan 5 gövdəli asma (təkərli) P5” adlı texnika ilkin qiyməti 3.100 manat, ödənilmiş məbləğ 930 manat, güzəştdən sonrakı qalıq məbləği 930 manat, müddəti 2 il olmaqla lizinqə verilmişdir. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - 18.10.2016-cı il tarixli 2811-GL/16 saylı lizinq müqaviləsinə 2 saylı əlavə olan ödəniş qrafikindən görünür ki, həmin qrafikə əsasən lizinq alan tərəfindən 31.12.2016-cı il tarixində 64 manat, 31.03.2017-ci ildən 30.06.2018-ci ilədək olan dövrdə hər rüb üçün 133 manat, 30.09.2018-ci il tarixində 68 manat məbləğində lizinq ödənişləri edilməli idi. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - 07.10.2016-cı il tarixli 763 saylı aktdan görünür ki, qiyməti 3.100 manat olan Kotan 5 gövdəli, təkərli adlı P5 markalı texnika lizinq alan X3 təhvil verilmişdir. Akt tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. "xxxx" ASC (hazırkı "xxxx" ASC) tərəfindən verilmiş maliyyə arayışından görünür ki, 18.10.2016-cı il tarixli 2811-GL/16 saylı lizinq müqaviləsi üzrə lizinq alan X2 gecikdirilmiş borcu 467 manat, cərimə borcu 547,23 manat təşkil edir. - Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan X4 arasında bağlanmış 08.05.2017-ci il tarixli 380-L/17 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 2.100 manat olan və spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını dəyərini tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların dəyərindən spesifikasiyada (Əlavə № 1) göstərilən 630 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.4-cü bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (peniya) tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - 08.05.2017-ci il tarixli 380-L/17 saylı lizinq müqaviləsinin spesifikasiyasından (Əlavə № 1) görünür ki, “Kanalaçan-Can K.A” adlı texnika qiyməti 2.100 manat, ilkin ödənişin məbləği 630 manat, ödəmə müddəti 1 il olmaqla lizinqə verilmişdir. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - 08.05.2017-ci il tarixli 380-L/17 saylı lizinq müqaviləsinə 2 saylı əlavə olan ödəniş qrafikindən görünür ki, həmin qrafikə əsasən lizinq alan tərəfindən 08.05.2017-ci il tarixində 630 manat, 30.06.2017-ci il tarixində 124 manat, 30.09.2017-ci ildən 31.12.2017ci ilədək olan dövrdə hər rüb üçün 490 manat, 07.03.2018-ci il tarixində 366 manat məbləğində lizinq ödənişləri edilməli idi. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - 10.05.2017-ci il tarixli 225 saylı aktdan görünür ki, qiyməti 2.100 manat olan Kanalaçan adlı Can-K.A markalı texnika lizinq alan X3 təhvil verilmişdir. Akt tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - "xxxx" ASC (hazırkı "xxxx" ASC) tərəfindən verilmiş maliyyə arayışından görünür ki, 08.05.2017-ci il tarixli 380-L/17 saylı lizinq müqaviləsi üzrə lizinq alan X2 gecikdirilmiş borcu 420 manat, cərimə borcu 508,02 manat təşkil edir. - Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan X4 arasında bağlanmış 05.06.2017-ci il tarixli 547-L/17 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 2.675 manat olan və spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını dəyərini tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların dəyərindən spesifikasiyada (Əlavə № 1) göstərilən 803 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.4-cü bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (peniya) tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - 05.06.2017-ci il tarixli 547-L/17 saylı lizinq müqaviləsinin spesifikasiyasından (Əlavə № 1) görünür ki, “Otbiçən rotorlu 165 sm Karataş” adlı texnika qiyməti 2.675 manat, ilkin ödənişin məbləği 830 manat, ödəmə müddəti 1 il olmaqla lizinqə verilmişdir. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - 05.06.2017-ci il tarixli 547-L/17 saylı lizinq müqaviləsinə 2 saylı əlavə olan ödəniş qrafikindən görünür ki, həmin qrafikə əsasən lizinq alan tərəfindən 05.06.2017-ci il tarixində 803 manat, 30.09.2017-ci il tarixində 597 manat, 31.12.2017-ci ildən 31.03.2018ci ilədək olan dövrdə hər rüb üçün 624 manat, 30.06.2018-ci il tarixində 27 manat məbləğində lizinq ödənişləri edilməli idi. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - 09.06.2017-ci il tarixli 456 saylı aktdan görünür ki, qiyməti 2.675 manat olan Otbiçən rotorlu 165 sm adlı Karataş markalı texnika lizinq alan X3 təhvil verilmişdir. Akt tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - "xxxx" ASC (hazırkı "xxxx" ASC) tərəfindən verilmiş maliyyə arayışından görünür ki, 05.06.2017-ci il tarixli 547-L/17 saylı lizinq müqaviləsi üzrə lizinq alan X2 gecikdirilmiş borcu 390 manat, cərimə borcu 464,79 manat təşkil edir. - Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan X4 arasında bağlanmış 08.06.2017-ci il tarixli 574-L/17 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 4.950 manat olan və spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını dəyərini tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların dəyərindən spesifikasiyada (Əlavə № 1) göstərilən 1.485 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.4-cü bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (peniya) tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - 08.06.2017-ci il tarixli 574-L/17 saylı lizinq müqaviləsinin spesifikasiyasından (Əlavə № 1) görünür ki, “Çiləyici qollu 1000 Ltr(16 metr) ASTRUM HP1000” adlı texnika qiyməti 4.950 manat, ilkin ödənişin məbləği 1.485 manat, ödəmə müddəti 2 il olmaqla lizinqə verilmişdir. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - 08.06.2017-ci il tarixli 574-L/17 saylı lizinq müqaviləsinə 2 saylı əlavə olan ödəniş qrafikindən görünür ki, həmin qrafikə əsasən lizinq alan tərəfindən 08.06.2017-ci il tarixində 1.485 manat, 30.09.2017-ci il tarixində 457 manat, 31.12.2017-ci ildən 31.03.2019-cu ilədək olan dövrdə hər rüb üçün 495 manat, 30.06.2019-cu il tarixində 38 manat məbləğində lizinq ödənişləri edilməli idi. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - 09.06.2017-ci il tarixli 457 saylı aktdan görünür ki, qiyməti 4.950 manat olan Çiləyici qollu 1000lt (16 metr) ASTRUM HP1000 markalı texnika lizinq alan X3 təhvil verilmişdir. Akt tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. - "xxxx" ASC (hazırkı "xxxx" ASC) tərəfindən verilmiş maliyyə arayışından görünür ki, 08.06.2017-ci il tarixli 574-L/17 saylı lizinq müqaviləsi üzrə lizinq alan X2 gecikdirilmiş borcu 1.370 manat, cərimə borcu 1.250,75 manat təşkil edir. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin pretenziya məktubu ilə təsdiq edilir ki, cavabdehə lizinq müqavilələri üzrə borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. - Hüquqi yardımın göstərilməsi haqqında 1248 saylı müqavilədən görünür ki, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə göstərilən hüquqi yardım haqqının məbləği 340+10 (350) manat müəyyən edilmişdir. - 05.11.2021-ci il tarixli ödəniş tapşırığına əsasən göstəriləcək hüquqi yardıma görə 350 manat məbləğində pul vəsaiti Xırdalan şəhər Vəkil Bürosunun bank hesabına köçürülmüşdür. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, "xxxx" ASC (hazırkı adı "xxxx" ASC) ilə cavabdeh X4 arasında 09.06.2016-cı il tarixli 1788-GL/16 saylı; 04.10.2016-cı il tarixli 2809-GL/16 saylı; 18.10.2016-cı il tarixli 2811-GL/16 saylı; 05.06.2017-ci il tarixli 547-L/17 saylı; 08.05.2017-ci il tarixli 380-L/17 saylı və 08.06.2017cı il tarixli 574-GL/17 saylı lizinq müqavilələrinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. "xxxx" ASC həmin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh X4 lizinq ödənişlərini ödəniş qrafikinə uyğun olaraq həyata keçirməməklə lizinq müqavilələri üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə A.Əhmədovun 6 lizinq müqaviləsi üzrə cəmi 48.195 (4.480+41.068+467+420+390+1.370 manat) manat məbləğində gecikdirilmiş borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh X2 mübahisəli lizinq müqavilələrinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə lizinq ödənişləri üzrə X2 altı lizinq müqaviləsi üzrə cəmi 48.195 (4.480+41.068+467+420+390+1.370 manat) manat məbləğində borcunun yarandığını, lizinq müqavilələrində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu, eləcə də Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən sözügedən lizinq müqavilələri üzrə "xxxx" ASC-nin bütün hüquq və öhdəliklərinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilələr üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 09.06.2016-cı il tarixli 1788-GL/16 saylı müqavilə üzrə 200 manat, 04.10.2016-cı il tarixli 2809-GL/16 saylı müqavilə üzrə 2000 manat, 18.10.2016-cı il tarixli 2811-GL/16 saylı müqavilə üzrə 25 manat, 05.06.2017-ci il tarixli 547-L/17 saylı müqavilə üzrə 20 manat, 08.05.2017-ci il tarixli 380-L/17 saylı müqavilə üzrə 20 manat və 08.06.2017-cı il tarixli 574-GL/17 saylı müqavilə üzrə 70 manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, X1 altı lizinq müqaviləsi üzrə cəmi 48.195 (4.480+41.068+467+420+390+1.370 manat) manat məbləğində əsas borc və 09.06.2016-cı il tarixli 1788-GL/16 saylı müqavilə üzrə 200 manat, 04.10.2016-cı il tarixli 2809-GL/16 saylı müqavilə üzrə 2000 manat, 18.10.2016-cı il tarixli 2811-GL/16 saylı müqavilə üzrə 25 manat, 05.06.2017-ci il tarixli 547-L/17 saylı müqavilə üzrə 20 manat, 08.05.2017-ci il tarixli 380-L/17 saylı müqavilə üzrə 20 manat və 08.06.2017-cı il tarixli 574-GL/17 saylı müqavilə üzrə 70 manat məbləğində dəbbə pulu (cərimə) tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərcləri ödənilmişdir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinə dövlət rüsumunu də ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 250 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini, eləcə də hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini və belə olan halda məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməli olduğunu nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 250 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 09.06.2016-cı il tarixli 1788-GL/16 saylı müqavilə üzrə 4.480 (dörd min dörd yüz səksən) manat məbləğində əsas borcun, 200 (iki yüz) manat məbləğində dəbbə pulunun; 04.10.2016-cı il tarixli 2809-GL/16 saylı müqavilə üzrə 41.068 (qırx bir min altmış səkkiz) manat məbləğində əsas borcun, 2000 (iki min) manat məbləğində dəbbə pulunun; 18.10.2016-cı il tarixli 2811-GL/16 saylı müqavilə üzrə 467 (dörd yüz altmış yeddi) manat məbləğində əsas borcun, 25 (iyirmi beş) manat məbləğində dəbbə pulunun; 05.06.2017-ci il tarixli 547-L/17 saylı müqavilə üzrə 390 (üç yüz doxsan) manat məbləğində əsas borcun, 20 (iyirmi) manat məbləğində dəbbə pulunun; 08.05.2017-ci il tarixli 380-L/17 saylı müqavilə üzrə 420 (dörd yüz iyirmi) manat məbləğində əsas borcun, 20 (iyirmi) manat məbləğində dəbbə pulunun; 08.06.2017-cı il tarixli 574-GL/17 saylı müqavilə üzrə 1370 (bir min yüz yüz yetmiş) manat məbləğində əsas borcun, 70 (yetmiş) manat məbləğində dəbbə pulunun; cəmi 50.530 (əlli min beş yüz otuz) manat məbləğində pulun, vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 250 (iki yüz əlli) və mediasiya xərclərinin əvəzi olaraq 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-372/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-372/2022
07.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver