Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3722/2025 22.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 , Cavabdeh2 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi) X7 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 , Cavabdeh2 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 , Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 aprel 2024-cü il tarixli, LM-576-1/24 nömrəli “öhdəliyin icrası ilə bağlı saziş”dən irəli gələn xx.xx.2024-cü il tarixə hesablanmış 137444.72 manat əsas borc, 12029.55 manat faiz borcu, 3880.11 manat dəbbə borcu olmaqla, ümumilikdə 153354.38 manat məbləğindəki borcun, 0.40 manat bank xidmət haqqının və ödənilmiş 444 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Bank "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, BTB Leasing” ASC ilə X5 arasında bağlanmış 27 fevral 2024-cü il tarixli 576/24 saylı “Daxili maliyyə lizinq müqaviləsi”nə əsasən X1 ilə "xxxx" ASC-nin mülkiyyətində olan2020-ci il buraxılışlı, “X8 MİNİK” markalı, “SALEJEEX6L2015674” ban nömrəli, boz metallik rəngli, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobil sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. "xxxx" ASC və Cavabdeh1 arasında bağlanmış 02 aprel 2024-cü il tarixli, LM-576-1/24 nömrəli “öhdəliyin icrası ilə bağlı saziş”ə əsasən 27 fevral 2024-cü il tarixli 576/24 saylı “Daxili maliyyə lizinq müqaviləsi” üzrə müəyyən edilmiş öhdəliklər Cavabdeh1 ötürülmüşdür. 02 aprel 2024-cü il tarixli, LM-576-1/24 nömrəli “Daxili maliyyə lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (27 fevral 2024-cü il tarixli 576/24 saylı “Daxili maliyyə lizinq müqaviləsi”nə Əlavə №2) əsasən Cavabdeh1 illik 23 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 5785.92 manat, ümumilikdə isə 149469.32 manat məbləğində pulu "xxxx" ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, "xxxx" ASC ilə Cavabdeh2 arasında 02 aprel 2024-cü il tarixli, 576-1/24 saylı “Zaminlik müqaviləsi” bağlanmış və zamin lizinq verən "xxxx" ASC qarşısında lizinq alanın 02 aprel 2024-cü il tarixli, LM-576-1/24 saylı “Öhdəliyin icrası ilə bağlı saziş”ə əsasən öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdehlər lizinq verən qarşısında götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. "xxxx" ASC ilə lizinq alan Cavabdeh1 arasında bağlanmış 02 aprel 2024-cü il tarixli, “Təhviltəslim akt”na əsasən, təhvil verilən lizinq predmeti Cavabdeh1 tərəfindən təhvil alınmışdır. 23 dekabr 2024-cü il tarixinə hesablanmış və ödənilməmiş 137444.72 manat əsas borc, 12029.55 manat faiz borcu, 3880.11 manat dəbbə borcu vardır. Beləliklə cavabdehin 23 dekabr 2024-cü il tarixinə ümumi borcu 153354.38 manat təşkil edir. Bank "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış 08 iyun 2022-ci il tarixli, THAS-B001/22 saylı “Tələb hüquqlarının güzəşti haqqında” müqaviləyə və həmin müqaviləyə 3 sentyabr 2024-cü il tarixli, 02 saylı “Əlavə Saziş”-ə əsasən yuxarıdakı müqavilə üzrə tələb hüquqları "xxxx" ASC tərəfindən Bank "xxxx" ASC-yə ötürülmüşdür.
3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 02 aprel 2024-cü il tarixli, LM-576-1/24 nömrəli “öhdəliyin icrası ilə bağlı saziş”dən irəli gələn xx.xx.2025-ci il tarixə, lizinq obyektinin borclunun istifadəsində olan müddətə görə hesablanmış 26970.25 manat əsas borc, 12029.55 manat faiz borcu, 3880.11 manat dəbbə borcu olmaqla, ümumilikdə 42879.91 manat məbləğindəki borcun, 0.40 manat bank xidmət haqqının və ödənilmiş 444 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Bank "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
9. BTB Leasing” ASC ilə X5 arasında bağlanmış 27 fevral 2024-cü il tarixli 576/24 saylı “Daxili maliyyə lizinq müqaviləsi”nə əsasən X1 ilə "xxxx" ASC-nin mülkiyyətində olan2020-ci il buraxılışlı, “X8 MİNİK” markalı, “SALEJEEX6L2015674” ban nömrəli, boz metallik rəngli, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobil sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Həmin Müqavilənin: - 3.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. - 3.4-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №2) müəyyən edilir. - 11.1-ci bəndinə əsasən lizinq alan lizinq haqqını lizinq verənə ödəniş cədvəlinə uyğun olaraq ödəməlidir və əmlakın haqqını lizinq verənəin hesabına ödəməzsə ödənişin pozulması baş verir. Bununla da, lizinq alan razılıq verir və öhdəsinə götürür ki, pulun ödənilməli olduğu tarix ilə həqiqi ödəmə tarixi arasındakı hər gecikdirilmiş gün üçüm 0.5% dərəcə ilə cərimə faizi ödəməlidir. - 14.1-ci bəndinə əsasən, lizinq alan razılq verir və öhdəsinə götürür ki, əmlaka xidmət edilməsi, eləcə də cari və əsaslı təmir və buna oxşar digər xidmətlər onun hesabına olmalıdır. - 15-ci bəndinə görə, lizinq alan razılıq verir və öhdəsinə götürür ki, müqavilə imzalandıqdan sonra, əmlakın hər cür zədələnməsinə və ya dağılmasına görə məsuliyyət onun üzərində olacaq, zədələnmə və dağılma ilə əlaqədar lizinq verənin ziyanlarını ödəyəcək hətta əmlak sıradan çıxsa belə lizinq ödənişlərini cədvələ uyğun həyata keçirəcəkdir. - 18-ci bəndinə əsasən, lizinq alanın öz vəzifələrini yerinə yetirməməsinə görə lizinq verənin çəkdiyi bütün məsrəflər o cümlədən iddia xərcləri lizinq alan tərəfindən ödənilir.
10. "xxxx" ASC və Cavabdeh1 arasında bağlanmış 02 aprel 2024-cü il tarixli, LM-576-1/24 nömrəli “öhdəliyin icrası ilə bağlı saziş”ə əsasən 27 fevral 2024-cü il tarixli 576/24 saylı “Daxili maliyyə lizinq müqaviləsi” üzrə müəyyən edilmiş öhdəliklər Cavabdeh1 ötürülmüşdür.
11. 02 aprel 2024-cü il tarixli, LM-576-1/24 nömrəli “Daxili maliyyə lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (27 fevral 2024-cü il tarixli 576/24 saylı “Daxili maliyyə lizinq müqaviləsi”nə Əlavə №2) əsasən Cavabdeh1 illik 23 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 5785.92 manat, ümumilikdə isə 149469.32 manat məbləğində pulu "xxxx" ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür.
12. "xxxx" ASC ilə Cavabdeh2 arasında 02 aprel 2024-cü il tarixli, 576-1/24 saylı “Zaminlik müqaviləsi” bağlanmış və zamin lizinq verən "xxxx" ASC qarşısında lizinq alanın 02 aprel 2024-cü il tarixli, LM-576-1/24 saylı “Öhdəliyin icrası ilə bağlı saziş”ə əsasən öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür.
13. Bank "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış 08 iyun 2022-ci il tarixli, THAS- B001/22 saylı “Tələb hüquqlarının güzəşti haqqında” müqaviləyə və həmin müqaviləyə 3 sentyabr 2024-cü il tarixli, 02 saylı “Əlavə Saziş”-ə əsasən yuxarıdakı müqavilə üzrə tələb hüquqları "xxxx" ASC tərəfindən Bank "xxxx" ASC-yə ötürülmüşdür.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 iyul 2025-ci il tarixli, 3-16-16/2-9/3575/2025 saylı ekspert rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alınaraq Cavabdeh1 iddiaçı Bank "xxxx" ASC-yə olan borcu xx.xx.2025-ci il tarixə 134184.73 manat, faiz borcu 18523.31 manat məbləğində müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.
V. Tətbiq edilən hüquq:
15. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. - 21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 443.7-ci maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-7.1-ci maddəsinə görə lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
16. AR MPM-in: - 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. “Dövlət rüsumu haqqında” AR Qanununun: - 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
Vİ.Məhkəmənin mövqeyi:
18. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
19. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında 02 aprel 2024-cü il tarixli, LM-576-1/24 nömrəli “öhdəliyin icrası ilə bağlı saziş”ə və Bank "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış 08 iyun 2022ci il tarixli, THAS-B001/22 saylı “Tələb hüquqlarının güzəşti haqqında” müqaviləyə və həmin müqaviləyə 3 sentyabr 2024-cü il tarixli, 02 saylı “Əlavə Saziş”-ə əsasən əsasən öhdəlik hüquq münasibətləri yaranmışdır.
20. Belə ki, BTB Leasing” ASC 27 fevral 2024-cü il tarixli 576/24 saylı “X6” Müqaviləsinə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirərək X1 ilə "xxxx" ASC-nin mülkiyyətində olan 2020-ci il buraxılışlı, “X8 Minik” markalı, “SALEJEEX6L2015674” ban nömrəli, boz metallik rəngli, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobil sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə vermişdir. Daha sonra "xxxx" ASC və Cavabdeh1 arasında bağlanmış 02 aprel 2024-cü il tarixli, LM-576-1/24 nömrəli “öhdəliyin icrası ilə bağlı saziş”ə əsasən 27 fevral 2024-cü il tarixli 576/24 saylı “Daxili maliyyə lizinq müqaviləsi” üzrə müəyyən edilmiş öhdəliklər Cavabdeh1 ötürülmüşdür.Sonuncu müqavilə üzrə öhdəlikləri yerinə yetirməmiş, 07 aprel 2025-ci il tarixlində avtomobil cavabdehdən geri götürülmüş və həmin tarixə cavabdehin istofadəsində olan dövr üçün olan borc və 02 aprel 2025-cü il tarixinə 26970.25 manat əsas borc, 12029.55 manat faiz borcu hesablanmışdır. İddiaçı iddia ərizəsinə dəqiqləşmə ərizəsində həmin əbləğdə pul tələb etmişdir.
21. Bununla yanaşı məhkəmə qeyd edir ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ekspert rəyi ilə cavabdehin Bank "xxxx" ASC-yə olan borcu xx.xx.2025-ci il tarixə 134184.73 manat, faiz borcu 18523.31 manat təşkil etməsi müəyyən edilmişdir.
22. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, iddia tələbinin həcmindən kənara çıxmayaraq Cavabdeh1 qızından iddiaçının xeyrinə 26970.25 manat əsas borc, 12029.55 manat faiz borcu tutulmalıdır.
23. Məhkəmə zamin Cavabdeh2 oğlu 02 aprel 2024-cü il tarixli, 576-1/24 saylı borc alan Cavabdeh1 bütün öhdəliklərinə zamin durduqlarından həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, Bankl "xxxx" ASC müqavilə üzrə borcun(əsas, faiz və dəbbə pulu borcu daxil olmaqla) müştərək (birgə) qaydada borc alan və zamindən tutulmasını tələb etməkdə də haqlıdır.
24. Bundan əlavə iddiaçı cavabdehlərə hesablanmış 3880.11 manat məbləğində cərimə (dəbbə) pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
25. Məhkəmə hesab edir ki, cavabdehin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə də haqlıdır.
26. Dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini əsas görürməklə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 1300 manat məbləğində müəyyən edilməlidir.
27. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 444 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
28. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 210.90 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
29. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat cavabdehlərdən müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 26970.25 (iyirmi altı min doqquz yüz yetmiş manat iyirmi beş qəpik) manat əsas borc, 12029.55 (on iki min iyirmi doqquz manat əlli beş qəpik) manat faiz borcu, 1300 (min üş yüz) manat dəbbə pulu və 210.90 ( iki yüz on manat doxsan qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova