Məhkəmə qərarları › İş №e-2-2(113)-3726/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3726/2022

10.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3726/2022 10.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil Valeh oğlunun, İddiaçı nümayəndələri X5 və X6, Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili X7 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı cavabdehdən xx.xx.2018-ci il tarixli 050618 nömrəli və xx.xx.2020-ci il tarixli GH-C02-200710-24 nömrəli alqı-satqı müqavilələri üzrə yaranmış 25403,48 manat borc məbləğinin, o cümlədən mediasiya xərcləri üçün ödənilmiş 200 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən xx.xx.2018-ci il tarixli 050618 nömrəli və xx.xx.2020-ci il tarixli GH-C02-200710-24 nömrəli alqı-satqı müqavilələri üzrə yaranmış 25618.99 manat borc məbləğinin, o cümlədən mediasiya xərcləri üçün ödənilmiş 200 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin azaldılması barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2018-ci il tarixli 050618 nömrəli və xx.xx.2020-ci il tarixli GH- C02-200710-24 nömrəli alqı-satqı müqavilələri üzrə yaranmış 25403,48 manat borc məbləğinin, o cümlədən mediasiya xərcləri üçün ödənilmiş 200 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MTK arasında xx.xx.2018-ci il tarixində 050618 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, İddiaçı MMC (“Satıcı”) "xxxx" MTK-ya (“Alıcı”) hidroizolyasiya və istilikizolyasiya materiallarını satmağı, "xxxx" MTK isə həmin Malı qəbul etməyi və bu müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən malın adı, miqdarı, məbləği Elektron Qaimə fakturada əks olunur. Sözügedən müqavilənin 2.1-ci bəndinə əsasən sözügedən müqavilənin müddəti tərəflər onu imzaladığı gündən başlamaqla xx.xx.2019-cu il tarixinə qədər müəyyən edilir. Qeyd olunan müqavilənin 3.2-ci bəndinə əsasən Alıcı bu müqaviləyə əlavə edilmiş X2nda və ya qaimə fakturalnrdn öz əksini tapmış malların dəyərini sifariş tarixindən etibarən 30 gün müddətində köçürmə şəklində Satıcının bank hesabına ödəməlidir. Sözügedən müqaviləyə əlavə olunan 11 iyun 2018-ci il tarixli 91 nömrəli Hesab-Fakturaya əsasən "xxxx" MTK tərəfindən ödənməli olan Malın dəyəri ƏDV daxil 3543,54 manat təşkil edir. 3543,54 manat dəyərində hidroizolyasiya materiallarının satışı ilə bağlı elektron qaimə "xxxx" MTK-ya təqdim edilmişdir və cavabdeh tərəfindən qəbul edilmişdir, lakin bunun müqabilində İddiaçı MMC-yə müqavilədə göstərilən qaydada və müddət ərzində hər hansı ödəniş edilməmişdir. Həmçinin, İddiaçı MMC ilə “GRAND HA YAT’' MTK arasında xx.xx.2020-ci il tarixində GH-C02-200710-24 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı MMC (“Satıcı”) X1 göstərilən malları müvafiq sifariş əsasında "xxxx" MTK-ya (“Alıcı”) satmağı, "xxxx" MTK isə həmin Malı qəbul edərək razılaşdırılmış qaydada Malın dəyərini İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən Malların qiyməti Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan X3 uyğun şəkildə müəyyən olunur. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən “Alıcı” sifariş olunan malın ödənişini X8 ilə müəyyən olunmuş müddət ərzində köçürmə qaydasında həyata keçirməlidir. Cavabdeh müəssisəyə satılan malların dəyərinin bir qisminin məbləği sözügedən müqaviləyə əlavə olunan 10 iyul 2020-ci il tarixli 1 nömrəli X3 əsasən ƏDV daxil 35400.00 manat, 23 oktyabr 2020-ci il tarixli 2 nömrəli X3 əsasən ƏDV daxil 9100.91 manat və 23 oktyabr 2020-ci il tarixli 3 nömrəli X4 əsasən ƏDV daxil 8496.00 manat təşkil edir. Həmçinin, İddiaçı MMC ilə "xxxx" MTK-nın qarşılıqlı kommersiya münasibətlərindən yaranmış praktika və işgüzar adətə əsasən cavabdehin tələbi əsasında iddiaçı hidroizolvasiva və istilikizolvasiva materiallarının müəyyən bir qismini Elektron Qaimə əsasında qarşı tərəfə təqdim etmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli, 843846 saylı Elektron Qaiməyə əsasən 35400.00 manat məbləğində, xx.xx.2020-ci il tarixli, 909403 saylı Elektron Qaiməyə əsasən 8885.40 manat məbləğində, xx.xx.2020-ci il tarixli, 769033 saylı Elektron Qaiməyə əsasən 8120.77 manat məbləğində və xx.xx.2020-ci il tarixli, 441616 saylı Elektron Qaiməyə əsasən 13954.68 manat məbləğ dəyərində hidroizolyasiya və istilikizolyasiya materialları cavabdehə təqdim olunmuşdur və həmin elektron qaimələr təsdiq edir ki, qeyd edilən məbləğlər dəyərindəki mallar cavabdeh tərəfindən təhvil alınmışdır. Beləliklə, həmin malların cavabdehə satışı ilə bağlı müvafiq elektron qaimələrin qarşı tərəfə təqdim olunmasına və cavabdeh tərəfindən elektron qaydada qəbul edilməsinə baxmayaraq həmin malların dəyəri hələ də cavabdeh tərəfdən tam şəkildə ödənməmişdir. xx.xx.2020-ci il tarixli, 843846 saylı və xx.xx.2020-ci il tarixli, 909403 saylı Elektron Qaimələr üzrə malların dəyərinin ödənilməsinə baxmayaraq, 769033 saylı Elektron Qaimə üzrə hesablanmış 8120.77 manat məbləğində və xx.xx.2020-ci il tarixli, 441616 saylı Elektron Qaimə üzrə hesablanmış 13954.68 manat məbləğ dəyərində hidroizolyasiya və istilikizolyasiya materiallarının dəyəri hələ də cavabdeh müəssisə olan "xxxx" MTK tərəfindən ödənilməmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən "xxxx" MTK-nın İddiaçı MMC-yə 783863 saylı xx.xx.2018-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil 3543.54 manat, 769033 saylı xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 8120.77 manat, 441616 saylı xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 13954.68 manat, ümumilikdə 25618.99 manat (ƏDV daxil) məbləğində borcu yaranmışdır. Alıcıya bununla bağlı dəfələrlə müraciət edilmiş, satılan malların dəyərinin ödənilməsi tələb olunmuşdur. Lakin Alıcı müxtəlif bəhanələrlə müqavilədə göstərilən öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MTK-nın adı xx.xx.2022-ci il tarixdə dəyişdirilmiş və "xxxx" MTK adlandırılmışdır. Bununla bağlı reyestrdən çıxarış etiraza əlavə edilir. İddiaçı tələb etdiyi borc məbləğinin xx.xx.2018-ci il tarixli 050618 saylı və xx.xx.2020-ci il tarixli GH-C02-200710-24 saylı alqı-satqı müqavilələri üzrə yarandığını qeyd etsə də, iddia ərizəsindən məlum olıır ki, həmin məbləğ qeyd olunan müqavilələr üzrə deyil, xx.xx.2018ci il tarixli 783863 saylı (3543,54 manat), xx.xx.2020-ci il tarixli 769033 saylı (8120,77 manat) və xx.xx.2020-ci il tarixli 441616 saylı (13954,68 manat) elektron qaimələr üzrə yaranmışdır. Həmin elektron qaimələrdə göstərilmiş mallar cavabdeh tərəfindən sifariş edilməmiş və həmin mallar "xxxx" MMC tərəfindən cavabdehə təhvil verilməmişdir, həmçinin həmin elektron qaimələr cavabdeh tərəfindən deyil, sistem tərəfindən avtomatik təsdiqlənmişdir. Həmin malların cavabdeh tərəfindən sifariş edilməsi və iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Bundan əlavə qeyd olunan qaimələrdən xx.xx.2018-ci il tarixli 783863 saylı qaimənin xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən tərtib olunduğu göstərilsə də, ümumiyyətlə tərəflər arasında həmin tarixli müqavilə imzalanmamışdır, digər iki qaimədə isə qaimələrin hansı müqavilə əsasında tərtib olunduğu ümumiyyətlə göstərilməmişdir. Göstərilənlərə əsasən hesab edir ki, elektron qaimələrdə qeyd olunan mallar cavabdeh tərəfindən sifariş edilmədiyi və iddiaçı tərəfindən cavabdehə təhvil verilmədiyi (yalnız sistem tərəfindən avtomatik təsdiqlənmiş elektron qaimələrin olması borcu təsdiq edən sübut kimi qiymətləndirilə bilməz), həmçinin həmin elektron qaimələrin hansı əsasla tərtib edildiyi məlum olmadığı üçün iddia tələbləri rədd edilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil Valeh oğlu məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi X9 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi X10 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X11 məhkəmə iclasında iddiaya etiraz edərək iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şahid ifadəsində bildirdi ki, İddiaçındə anbardar vəzifəsində işləmişdir. Şirkətdən ona malları verməsi ilə bağlı zəng gələndə qaimə əsasında həmin malları cavabdeh üçün vermişdir. Lakin hər hansı sənədə imza çəkdirməmişdir. Məhkəmə iclasında şahid X12 ifadəsində bildirdi ki, Cavabdehndə baş təchizatçı vəzifəsində işləyir. Onlar 250 kub İddiaçındən mal almışlar və həmin malın dəyərini ödəmişlər. Başqa, heç bir mal almamışlar. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmış Cavabdeh hazırki adı "xxxx" Mənzil Tikinti Kooperatividir. İddiaçı ilə cavabdeh arasında bağlanmış və cavabdeh tərəfindən təsdiq olunmamış xx.xx.2018-ci il tarixli 050618 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı cavabdehə hidroizolyasiya və istilikizolyasiya materiallarını satmağı, cavabdeh isə həmin Malı qəbul etməyi və bu müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixində GH-C02-200710- 024 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı X1 göstərilən malları müvafiq sifariş əsasında cavabdehə satmağı, cavabdeh isə həmin Malı qəbul edərək razılaşdırılmış qaydada Malın dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. 783863 saylı xx.xx.2018-ci il tarixli, 769033 saylı xx.xx.2020-ci il tarixli, 441616 saylı xx.xx.2020-ci il tarixli, 843846 saylı xx.xx.2020-ci il tarixli, 909403 saylı xx.xx.2020-ci il tarixli elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə müvafiq olaraq ƏDV daxil 3543.54 manat, 8120.77 manat, 13954.68 manat, 35400 manat və 8885,40 manat olmaqla ümumilikdə 69904,39 manat dəyərində malların təqdim olunmasına dair elektron qaimə təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli Hesabdan çıxarışlardan görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına xx.xx.2020-ci il tarixində GH-C02-200710-024 nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə 30000 manat, xx.xx.2020-ci il tarixdə 7712,64 manat ödəniş edilmişdir. Sub-uçot hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçının subuçot hesabına xx.xx.2020-ci il tarixdə 5400 manat, xx.xx.2020-ci il tarixdə 1388,27 manat ödəniş edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələri və vəkillərinin izahatlarını, şahidlərin ifadələrini dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Hazırkı mübahisə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlmişdir. İddiaçı satılmış malların dəyərinin ödənilməməsinə görə 25403,48 manat borcu təşkil etməsini irəli sürür. Cavabdeh isə borcun olmasını inkar edir. Göründüyü kimi, iddiaçı alqı-satqı müqaviləsi üzrə satılmış malların ödənilməmiş dəyərini tələb etdiyindən, cavabdeh isə müqavilə üzrə malların təhvil verilməməsini bildirdiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbləri baxımından tərəflər arasında alqı-satqı müqaviləsi üzrə malların təhvil verilməsini sübut etmək yükü iddiaçının üzərinə düşür. Məlum olduğu kimi, alqı-satqı müqaviləsi “öhdəlik müqaviləsi” təbiətində bir öhdəlik yaradıcı əqddir; alıcı və satıcının qarşılıqlı və bir-birinə uyğun iradələri ilə mübadilə (sinallaqma) əlaqəsi içərisində yer alan qarşılıqlı öhdəliklər meydana gətirir. Alıcının əsas vəzifəsi satış qiymətini ödəmək, satıcının əsas vəzifəsi isə malın təslim olunması və mülkiyyətinin ötürülməsi şəklində meydana çıxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Sadalanan maddələrin dispozisiyasından aydın olur ki, müqavilənin bağlana bilməsi, hüquqi nəticələr doğurması üçün bəzi ünsürlərin (elementlərin) mövcud olması tələb edilir. Bu ünsürlər əsasən, müqavilənin tərəfləri, bir-birinə uyğun və qarşılıqlı iradə ifadələridir. Bu baxımdan müqavilənin bağlanması üçün tərəflərin müqavilənin mühüm şərtləri barədə lazımı formada razılığa gəlmələri tələb edilir. Bu tələb Mülki Məcəllənin 405.1-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 570.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda, alqı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 577.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsi verilməli əşyaların miqdarını müəyyənləşdirməyə imkan vermirsə, müqavilə bağlanmış sayılmır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixində GH-C02-200710-024 nömrəli alqı-satqı müqaviləsinin: - 4.1-ci bəndində qeyd olunmuşdur ki, “Satıcı” X2 ilə müəyyən edilən müddət ərzində malı “Alıcı”ya “Alıcı” ilə öncədən razılaşdırdığı ünvanda təhvil verməyi öhdəsinə götürür.” - 4.2-ci bəndində qeyd olunmuşdur ki, “Satıcı” malın təhvil verilməsi ilə birlikdə bütün zəruri sənədləri (uyğunluq sertifikatı, keyfiyyət sənədi, texniki göstəriləri əks etdirən sənədləri və s.) “Alıcı”ya təqdim etməlidir.” Lakin iddiaçı tərəfindən məhkəməyə tələb olunan məbləğdə malların cavabdehə təhvil verilməsini təsdiq edən hər hansı bir sübut təqdim olunmamışdır. İddiaçının istinad etdiyi və məhkəməyə təqdim etdiyi sübutlar elektron qaimələrdir. Məhkəmə hesab edir ki, elektron qaimələr malların cavabdehə təhvil verilməsini təsdiq edən mötəbər sübut kimi qəbul oluna bilməz. Əgər tərəflər malın təhvil verilməsini yalnız elektron qaimə göndərilməsi ilə rəsmiləşdirməli olsa idilər, “Malın təhvil verilməsi şərtləri” adlanan 4-cü bəndin müqavilənin məzmununa daxil edilməsinə zərurət olmazdı. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının": - 1.2-ci bəndinə əsasən elektron qaimə – faktura həmin qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdimi edilən ilkin uçot sənədidir. - 2.3.-cü bəndinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən elektron vergi hesab-fakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhvil-təslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesab-fakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır. Göstərilən qaydaların məzmunundan da görünür ki, elektron qaimə – fakturanın təyinatı ilkin uçot sənədi kimi nəzərdə tutulmuşdur və qaimə – faktura məhz malların alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər - qaimələr, qəbzlər, təhvil-təslim aktları və s. əsasında doldurulmalıdır. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş qaimə – fakturalarda nəinki təhvil – təslim aktı, göstərilməli olan məlumatların heç biri qeyd olunmamış və elektron vergi hesab-fakturasının "Əsas" rekvizitində də əksini tapmamışdır. Təhvil – təslim aktının qaimə – fakturanın doldurulması üçün əsas sənədlərdən biri hesab olunması da onu təsdiq edir ki, qaimə – faktura malın təhvil verilməsini təsdiq edən sənəd deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” Hazırki iş üzrə isə iddiaçı tərəfindən malın cavabdehə verilməsini təsdiq edən digər hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Bundan başqa, cavabdeh ƏDV daxil 3543.54 manat məbləğində malın təqdim edilməsinə dair 783863 saylı xx.xx.2018-ci il tarixli elektron qaiməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə çıxış etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.5-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə xx.xx.2018-ci il tarixli 050618 nömrəli alqı-satqı müqaviləsi təqdim edilsə də, həmin alqı-satqı müqaviləsi cavabdeh tərəfindən təsdiq edilməmişdir ki, bu halda tərəflər arasında həmin alqı-satqı müqaviləsi bağlanmış hesab oluna bilməz. İddiaçı tərəfindən isə bu halı təkzib edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. xx.xx.2018-ci il tarixli 783863 saylı elektron qaimədə isə əsas kimi xx.xx.2018-ci il tarixli müqaviləyə (tərəflər arasında göstərilən tarixli alqı-satqı müqaviləsi bağlanmamışdır) istinad edilmişdir ki, bu da özlüyündə o deməkdir ki, həmin müqavilə elə xx.xx.2018-ci il tarixli 783863 saylı elektron qaimə nəzərdə tutulmaqla Mülki Məcəllənin 850-ci maddəsi anlamında müstəqil əqddir. Belə olan halda, məhkəmənin qənaətinə görə, iddia müddəti də sözügedən müstəqil əqdə münasibətdə ayrıca qiymətləndirilməlidir. Bu baxımdan, xx.xx.2018-ci il tarixli 783863 saylı elektron qaiməyə əsasən iddiaçı tərəfindən tələb edilən 3543.54 manatla bağlı müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin axımı, qeyd edilən məbləğin ödənilməsini tələb etmək hüququna malik olduğu xx.xx.2018-ci il tarixdə iddiaçıya məlum olduğundan, həmin tarixdən də başlayaraq, 2021-ci ilin müvafiq günündə başa çatmış, hazırkı iddia isə xx.xx.2022-ci il tarixdə, yəni iddia müddəti 1 il ötürülməklə qaldırılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı cavabdehdən xx.xx.2018-ci il tarixli 050618 nömrəli və xx.xx.2020-ci il tarixli GH-C02-200710-24 nömrəli alqı-satqı müqavilələri üzrə yaranmış 25403,48 manat borc məbləğinin, o cümlədən mediasiya xərcləri üçün ödənilmiş 200 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar