Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3727/2024 22.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu və dövlət rüsumu ) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 19.584,40 manat pul məbləğinin və 149 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh QSC arasında 19 iyun 2023-cü il tarixində № 20230619/ATL/002 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra müxtəlif tarixlərdə cavabdeh tərəfindən sifarişlər olunmuş və iddiaçı tərəfindən mallar satış məqsədi ilə cavabdehə e-qaimə əsasında təhvil verilmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış “xx.xx.2023 – xx.xx.2023 tarixləri aralıqlarında alqı-satqı əsasında qarşılıqlı hesablaşmalar üzrə üzləşmə aktı”na əsasən, Cavabdehin İddiaçıya xx.xx.2023-cü il tarixinə 8,059.40 manat borcu yaranmışdır. Müqavilənin 3.1-ci maddəsində qeyd olunmuşdur ki, əgər Əlavələrdə ayrı qayda nəzərdə tutulmayıbsa, ödəniləcək cəmi məbləğin 100%-i əvvəlcədən ödəniş (avans) şəklində, müqavilə və/və ya onun Əlavələri imzalandıqdan sonra 15 gün ərzində köçürmə yolu ilə “Satıcı”nın hesabına ödənilməlidir. Əlavələrdə ayrı qayda nəzərdə tutulduğu halda Əlavənin müvafiq maddəsi daha üstün qüvvəyə malikdir. Mallar təhvil verildiyi andan etibarən cavabdehin iddiaçı qarşısında borcu yaranmışdır. Lakin həmin borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Bundan başqa, Müqavilənin 3.2-ci maddəsində qeyd olunmuşdur ki, bu Müqavilənin 3.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində “Satıcı”ya əvvəlcədən ödənişin (avans) gecikdirilməsi halında, həmin müddət bitdikdən sonra cəmi məbləğin 100%-i ödənilənədək “Alıcı” “Satıcı”ya hər gecikdirilən gün üçün cəmi məbləğin 0,5%-i miqdarında cərimə ödəməlidir. Müqavilə şərtlərini pozduğuna görə Cavabdehin İddiaçıya ödəməli olduğu pul məbləğləri aşağıdakı kimidir: - Əsas borc – 8,059.40 AZN; xx.xx.2024-cü il tarixinə hesablanmış cərimə - 11,525 AZN; - Cəmi – 19,584.40 AZN.
3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehdən İddiaçının xeyrinə 8,059.40 AZN məbləğində əsas və 11,525 AZN məbləğində cərimə, cəmi 19,584.40 AZN pul məbləğinin və 149 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.
6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı MMC ilə Cavabdeh QSC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 20230619/ATL/002 saylı alqı-satqı müqaviləsinə əsasən:
9. Müqavilənin 1.1-ci bəndinə əsasən Müqavilənin predmeti, Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə(lər)də (Qiymət və X2, Sifarişnamə, Təklif, Spesifikasiya, Akt və sair) qeyd olunan əşya(lar)ın (bundan soma “Mal(lar)”) Satıcı tərəfindən Alıcıya satılmasından, Alıcı tərəfindən isə bu Müqavilə və Əlavə(lər) ilə nəzərdə tutulmuş qaydada və məbləğdə Mal(lar)ın dəyərinin Satıcıya ödənilməsindən ibarətdir.
10. Müqavilənin 1.2-ci bəndinə əsasən mal(lar)ın alqı-satqısı tərəflər arasında Əlavə(lər)in imzalanması və möhürlənməsi ilə razılaşdırılır və belə Əlavələr Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir. Əlavələrin bu və ya digər adla adlandırılması onların mahiyyətini dəyişdirmir və hər iki tərəfdən imza və möhürlə təsdiqləndikdən soma qüvvəyə minir. Əlavələr qüvvəyə mindikdən sonra Tərəflər arasında göstərilən Mallar barədə tam razılaşmanı təşkil edir və bütün əvvəlki müzakirələri, layihələri, sənədləşmələri və razılaşmaları əvəz edir və onlara nisbətən üstün hüquqi qüvvəyə malikdirlər.
11. Müqavilənin 1.3-cü bəndinə əsasən hər bir Malın adı, miqdarı, ölçüləri, qiyməti və digər texniki göstəriciləri Əlavə ilə müəyyən olunur.
12. Müqavilənin 2.1-ci bəndinə əsasən malın 1 ədədinin və ümumi toplamımn qiyməti Əlavələr ilə müəyyən olunur.
13. Müqavilənin 2.2-ci bəndinə əsasən Malın “Alıcı”nın ünvanına çatdırılması ilə əlaqədar xərclər, Satıcının çəkdiyi digər xərclər, vergilər və digər məcburi ödənişlər Malın qiymətinə daxil deyildir. Bu xərclər Əlavələr ilə müəyyən olunur.
14. Müqavilənin 3.1-ci bəndinə əsasən Əgər Əlavələrdə ayrı qayda nəzərdə tutulmayıbsa, ödəniləcək cəmi məbləğin 100%-i əvvəlcədən ödəniş (avans) şəklində, müqavilə və/və ya onun Əlavələri imzalandıqdan sonra 15 gün ərzində köçürmə yolu ilə “Satıcı”nın hesabına ödənilməlidir. Əlavələrdə ayrı qayda nəzərdə tutulduğu halda Əlavənin müvafiq maddəsi daha üstün qüvvəyə malikdir.
15. Müqavilənin 3.2-ci bəndinə əsasən bu Müqavilənin 3.1. maddəsində nəzərdə tutulmuş müddət ərzində “Satıcı”ya əvvəlcədən ödənişin (avans) gecikdirilməsi halında, həmin müddət bitdikdən sonra cəmi məbləğin 100%-i ödənilənədək “Alıcı” “Satıcı”ya hər gecikdirilən gün üçün cəmi məbləğin 0,5%-i miqdarında cərimə ödəməlidir.
16. Müqavilənin 3.3-cü bəndinə əsasən bu Müqavilənin 3.2.-ci maddəsində qeyd olunandan əlavə, “Alıcı” tərəfindən hər-hansı başqa ödənişin gecikdirilməsi halında, gecikdirilmiş hər gün üçün “Satıcı” tərəfindən ona ödəniləcək məbləğinin 0,5% miqdarında cərimə tətbiq ediləcəkdir.
17. Müqavilənin 3.4-cü bəndinə əsasən satıcıya ödənilməli olan istənilən ödənişlər, vergi və məcburi tutulmalar, cərimələr və hər- hansı zərərin əvəzi Alıcı tərəfindən “Satıcının” hesabına istənilən təyinat üzrə köçürülmüş məbləğlərdən əvəzləşdirilərək tutula bilər.
18. Müqavilənin 3.5-ci bəndinə əsasən satıcıya ödənilməli olan istənilən ödənişlərin, cərimələrin və hər-hansı zərərin əvəzinin ödənişi tərəfləri bu Müqavilə üzrə öhdəliklərinin icrasından azad etmir.
19. Müqavilənin 3.6-cı bəndinə əsasən alıcı tərəfindən sifariş verildikdən və/və ya müqavilə bağlandıqdan sonra, Mal “Satıcı” tərəfindən “Alıcı”ya təhvil verilməsi üçün hazır hala gətirilmiş, lakin buna baxmayaraq “Alıcı” tərəfindən ödəniş edilərək Malların alınmasından imtina olunmuşdursa, “Alıcı” istənilən halda malların ümumi dəyərini, ümumi dəyərə 0,5 faizlə hesablanmış cərimələri və malları razılaşdırılmış müddətdə almaması nəticəsində “Satıcı”ya vurduğu zərəri “Satıcı”nm yazılı bildirişi əsasında 15 gün müddətində ona ödəməyi öhdəsinə götürür. Qeyd olunan məbləğlər Alıcı tərəfindən ödənildikdən sonra Alıcının Malları təhvil almaq hüququ yaranır.
20. Müqavilənin 5.3-cü bəndinə əsasən alıcının vəzifələri bunlardır.
21. Müqavilənin 5.3.1-ci bəndinə əsasən Satıcıya ödənilməli olan istənilən ödənişlər, vergi və məcburi tutulmalar, cərimələr və hər-hansı zərərin əvəzinin müəyyən olunmuş qaydada və vaxtda ödənilməsini təmin etmək;
22. Müqavilənin 5.3.2-ci bəndinə əsasən bu Müqavilə ilə müəyyən olunmuş qaydada və vaxtda Mah təhvil almaq;
23. Müqavilənin 5.3.3-cü bəndinə əsasən malı qəbul etdikdən sonra onun itirilməsi, məhv olması, oğurlanması, tam ya qismən zədələnməsi və Alıcının özündən asılı olan səbəblərə görə keyfiyyətini itirməsi ilə bağlı bütün riskləri daşımaq;
24. Müqavilənin 5.3.4-cü bəndinə əsasən bu Müqavilədə nəzərdə tutulduğundan daha yuxarı keyfiyyətdə və ya artıq sayda Mallar Satıcı tərəfindən səhvən (yanlışlıqla) ona təhvil verilərsə, əvvəlcədən razılaşdırılmış Malların dəyəri ilə təhvil verilmiş Malların Satıcı tərəfindən təyin olunan dəyəri arasındakı fərqi 5 (beş) gün ərzində Satıcıya ödəmək. Bu mümkün olmadığı halda isə Malları istifadə etmədən 7 (yeddi) gün ərzində Satıcıya geri qaytarmaq;
25. Müqavilənin 5.3.5-ci bəndinə əsasən “Satıcı” tərəfindən ona Mallarla bağlı verilən məlumatları, sənədlərin məzmununu və istehsalat sirrini 5 (beş) il ərzində məxfi saxlamaq və heç bir halda üçüncü səxslərə ötürməmək;
26. Müqavilənin 5.3.6-cı bəndinə əsasən bu Müqavilə və qanunvericiliklə üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etmək.
27. Müqavilənin 5.3.7-ci bəndinə əsasən bu Müqavilə və qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələr.
28. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli razılaşdırma prtokoluna əsasən 23541 manat dəyərində, xx.xx.2023-cü il tarixli razılaşdırma protokoluna əsasən 20650 manat dəyərində, xx.xx.2023-cü il tarixli razılaşdırma prokoluna əsasən 26939,40 manat dəyərində və xx.xx.2023-cü il tarixli razılaşdırma prokoluna əsasən 16520 manat dəyərində məhsul satışı nəzərdə tutulmuşdur.
29. İddiaçı tərəfindən cavabdeh şirkətə xx.xx.2023-cü il tarixli, EBDL078763 saylı eqaimə üzrə 12803 manatlıq, xx.xx.2023-cü il tarixli EBDL637748 saylı e-qaiməyə əsasən 26939,40 manatlıq və EBDL637899 saylı e-qaiməyə əsasən isə 3717 manatlıq e-qaimə göndərilmişdir.
30. xx.xx.2023—xx.xx.2023 tarixləri aralıqlarında olan üzləşmə aktına əsasən cavabdehin borcu 8059,40 manat müəyyən edilmiş və akt hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir.
31. 22.07.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixli EBDL078763 saylı e-qaimə üzrə 10850 mana əsas məbləğ və 1953 manat ƏDV məbləği, xx.xx.2023-cü il tarixli EBDL637748 saylı e-qaimə üzrə 19150 manat əsas məbləğ və 3447 manat ƏDV məbləği üzrə ödənişlər edilmiş, xx.xx.2023-cü il tarixli EBDL078763 saylı e-qaimə üzrə 0 qalıq, xx.xx.2023-cü il tarixli EBDL637748 saylı e-qaimə üzrə 4342,40 manat məbəğində və 08.xx.xx.2023-cü il tarixli, EBDL637899 saylı e-qaimə üzrə 3717 manat məbləğində qalıq borc qalmışdır.
32. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
34. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
35. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
36. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
37. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
38. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 20230619/ATL/002 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən Müqavilənin predmeti, Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə(lər)də (Qiymət və X2, Sifarişnamə, Təklif, Spesifikasiya, Akt və sair) qeyd olunan əşya(lar)ın (bundan soma “Mal(lar)”) Satıcı tərəfindən Alıcıya satılmasından, Alıcı tərəfindən isə bu Müqavilə və Əlavə(lər) ilə nəzərdə tutulmuş qaydada və məbləğdə Mal(lar)ın dəyərinin Satıcıya ödənilməsindən ibarətdir.
39. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, elektron qaimə və qaimələr üzrə qismən ödənişlər və üzləşmə aktı ilə təsdiq olunduğu üçün iddiaçının 8059,40 manat borca dair hissədə iddia tələbi təmin edilməlidir.
40. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 8059,40 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 8059,40 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
41. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən hesablanmış 11525 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
42. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
43. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
44. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 403 manat məbləğində müəyyən edilməlidir.
45. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 149 manat dövlət rüsumu ödənilmişdir.
46. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
47. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq (rüsumun hesablanması kalkulyatorunun göstəricisinə uyğun olaraq) 105 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh QSC-dən xx.xx.2023-cü il tarixli alqi-satqı müqaviləsi üzrə 8059,40 manat əsas borc məbləği, 403 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 105 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova