Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3728/2022 08.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X10 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İlkin iddia üzrə iddiaçı Qanuni nümayəndə cavabdeh X12 qarşı cavabdeh ilə iddiaçı arasında 17 mart 2021-ci il tarixdə bağlanılmış 170321-4 saylı X9 üzrə 29 aprel 2022-ci il tarixədək yaranmış 2.250 manat əsas borc məbləğinin, 419,72 manat lizinq mükafatının (faiz), iddia ərizəsi üçün ödənilmiş 60 manat dövlət rüsumunun, ümumilikdə 2.729,72 manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, iddiaçının mülkiyyətindəki lizinq obyekti olan 2020-ci il buraxılışlı, göy rəngli, SAİPA SAİNA EX minik markalı, ** PV *** dövlət nömrə nişanlı avtomobilin cavabdehdən tam işlək vəziyyətdə geri alınaraq iddiaçıya qaytarılması barədə iddia ərizəsinə, qarşılıqlı iddia üzrə iddiaçı X10 cavabdeh Qanuni nümayəndənə qarşı cavabdeh ilə iddiaçı arasında bağlanılmış 17 mart 2021-ci il tarixli 170321-4 saylı X5 etibarsız hesab edilərək tərəflərin əvvəlki (ilkin) vəziyyətə qaytarılması barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Qanuni nümayəndə cavabdeh X12 qarşı cavabdeh ilə iddiaçı arasında 17 mart 2021-ci il tarixdə bağlanılmış 170321-4 saylı X9 üzrə 29 aprel 2022-ci il tarixədək yaranmış 2.250 manat əsas borc məbləğinin, 419,72 manat lizinq mükafatının (faiz), iddia ərizəsi üçün ödənilmiş 60 manat dövlət rüsumunun, ümumilikdə 2.729,72 manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, iddiaçının mülkiyyətindəki lizinq obyekti olan 2020-ci il buraxılışlı, göy rəngli, SAİPA SAİNA EX minik markalı, ** PV *** dövlət nömrə nişanlı avtomobilin cavabdehdən tam işlək vəziyyətdə geri alınaraq iddiaçıya qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X6 cavabdeh Qanuni nümayəndənə qarşı cavabdeh ilə iddiaçı arasında bağlanılmış 17 mart 2021-ci il tarixli 170321-4 saylı X5 etibarsız hesab edilərək tərəflərin əvvəlki (ilkin) vəziyyətə qaytarılması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, X15 ilə Qanuni nümayəndə arasında 17 mart 2021-ci il tarixdə lizinq obyekti olan 2020-ci il buraxılışlı, göy rəngli, SAİPA SAİNA EX minik markalı, ** PV *** dövlət nömrə nişanlı avtomobilin müəyyənləşdirilmiş dövriliklə lizinq ödənişləri icra etmək qarşılığında müvəqqəti sahiblik və istifadəyə verilməsinə dair 170321-4 saylı X9 bağlanılmışdır. 42 aylıq müddətə bağlanılmış Müqavilənin şərtlərində nəzərdə tutulan öhdəliklər Qanuni nümayəndə MMC tərəfindən tam şəkildə icra edisə də X2 üzrə öhdəliklərini tam icra etməyərək X9 üzrə ödənilməsi nəzərdə tutulan lizinq haqqı borcunu uzun zamandır ki, geçikdirməklə ödəməkdən qərəzli olaraq boyun qaçırır. Cavabdeh X1 ödənişi xx.xx.2021-ci il tarixdə olmuşdur. Cavabdehin qərəzli hərəkətlərinin nəticəsində Lizinq verənə xx.xx.2022-ci il tarixədək 2250 manat əsas ödəniş borcu, 419,72 manat lizinq mükafatı (faiz) borcu yaranmışdır. X13 dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, yazılı bildiriş-Pretenziya göndərilməsinə baxmayaraq X9 üzrə nəzərdə tutulan öhdəlikləri ödəməkdən qərəzli olaraq boyun qaçırmaqla lizinq obyekti olan avtomobil üzrə yaranmış lizinq borcunu ödəməmiş, iddiaçının xüsusi mülkiyyətindəki lizinq obyekti olan 2020-ci il buraxılışlı, göy rəngli, SAİPA SAİNA EX minik markalı, ** PV *** dövlət nömrə nişanlı avtomobil Lizinq verənə qaytarmamışdır. Sadiq Əliyev öhdəliklərini icra etməyərək Müqavilənin şərtlərini pozduğu üçün onunla bağlanılmış Müqaviləyə Lizinq verən tərəfindən birtərəfli qaydada xitam verilmiş və bu barədə cavabdehə bildiriş təqdim edilmişdir. 2 saylı Bakı Mediasiya Təşkilatında ilkin mediasiya sessiyasına dəvət əsasında cavabdeh iştirak etməmiş, avtomobilin qaytarılması və yaranmış lizinq borcunun ödənilməsi istiqamətində addım atmamışdır. ATLAS CARS MMC ilə X14 arasında bağlanılmış X5 tələblərində nəzərdə tutulmuşdur ki, Müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan Qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Qeyd edilən Müqavilədə əks edilmişdir ki, lizinq alan lizinq obyektini işlək halda saxlamadıqda, lizinq obyektinin texniki keyfiyyəti psləşdikdə, lizinq ödənişləri lizinq alan tərəfindən ödənilmədikdə, monitorinq zamanı əmlakın vəziyyəti qənaətbəxş hesab edilmədikdə və s. hallarda lizinq şirkəti pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri ala və Müqaviləni vaxtından əvvəl birtərəfli qaydada ləğv edə bilər. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qanuni nümayəndə MMC ilə Cavabdeh arasında 17 mart 2021-ci il tarixdə lizinq obyekti olan 2020-ci il buraxılışlı, göy rəngli, “SAİPA SAİNA EX” Minik markalı, ** PV *** dövlət nömrə nişanlı avtomobilə dair 170321-4 saylı X9 bağlanılmışdır. 17 mart 2021-ci il tarixli, 170321-4 saylı X5 11.3-cü maddəsinə əsasən lizinq alan bu müqavilə ilə müəyyən edilən vəzifələrini icra etmədikdə və ya lazımınca icra etmədikdə, bu müqavilə üzrə lizinq ödənişləri tam icra edildikdə belə lizinq verən lizinq obyekti olan avtomobili lizinq alanın mülkiyyətinə verməkdən imtina edə bilər. Bu şərt 328.2-ci maddənin tələblərinə tamamilə ziddir və müqavilədə konkret olaraq qeyd olunmuşdur ki, lizinq ödənişləri tam icra edilsə belə avtomobil lizinq alanın mülkiyyətinə verilməyə bilər. Lizinq müqaviləsinin 11.3-cü maddəsindən görünür ki, qeyd olunan şərtlər yalnız lizinq verənin iradəsindən asılıdır. 17 mart 2021-ci il tarixli, 170321-4 saylı X9 faktiki olaraq fiziki şəxs X15 ilə bağlansa da, ATLAS MMC tərəfindən müqaviləyə don geyindirilərək sanki VÖENİ olan sahibkarla bağlanılmışdır. Belə ki, X8 VÖEN tələb edilmiş, o da məcburiyyət qarşısında qalaraq müqavilə bağlanan tarixə qüvvədə olmayan fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə (VÖEN **********) təqdim etmişdir. Qarşılıqlı iddia ərizəsinə əlavə olunan vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə məktubda qeyd olunmuşdur ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi bildirmişdir ki, xx.xx.2019-cu il tarixli ərizənizə əsasən fəaliyyəti xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək vergi orqanı tərəfindən fəaliyyətinin dayandırılması təmin edilmişdir. İş materiallarından görünür ki, lizinq müqaviləsi 17 mart 2021-ci il tarixdə bağlanılmışdır. Tərəflər arasında bağlanılmış müqavilədən görünür ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtlər lizinq verən tərəfindən pozulmuşdur. Hazırda tələbi ondan ibarətdir ki, aralarındakı müqavilə etibarsız olduğundan tərəflər ilkin vəziyyətə qaytarılmalıdır. Müqavilə bağlanan zaman X10 aldadaraq fabrik qüsuru olan maşın verilmiş və maşının matorunda problem olduğu üçün 20.000 km yol getdikdən sonra tamamilə sıradan çıxmışdır. 2021-ci ilin oktyabr ayından maşın qarajdadır və istismara tam yararsız vəziyyətdədir. Bir çox maşın ustasına maşını göstərdikdə onlar X12 bildirmişlər ki, maşının matorunda fabrik qüsuru olduğu üçün maşının təmiri və bərpası qeyri-mümkündür, artıq dəmir-dümür yığınından başqa bir şey deyildir. ATLAS CARS MMC iddia ərizəsində və pretenziya məktublarında qeyd etmişdir ki, guya avtomobil tam saz (işlək) vəziyyətdədir. Lakin bu yalan məlumatdır. Çünki tam saz işlək vəziyyətdə olan maşın 20.000 km getdikdən sonra istismara yararsız vəziyyətə düşə bilməzdi. İlkin iddiaçı Qanuni nümayəndə MMC Cavabdeh aldadaraq gəlir əldə etmiş, üstəlik maşın işlək vəziyyətdə olmadığı və fabrik qüsuru olduğu halda həm maşını, həm də aylıq ödənişləri əsassız olaraq tələb edir. Maşını hansı ustaya göstərmişlərsə bildirmişlər ki, lizinqə verilən maşının fabrik qüsuru var. Qarşılıqlı iddia ərizəsinə əlavə etdiyi fotoşəkillərdən görünür ki, maşının kilometrajı 24.377 rəqəmini göstərir. Bu da maşının cəmi ortalama 4-5 ay istifadə olunduğunu göstərir. Yəni maşın 4-5 ay istifadə olunduqdan sonra səhvi ucbatında yox, fabrik qüsuruna görə sıradan çıxmışdır. Maşının qarajdakı toz basmış şəkilləri də onun istifadə olunmadığının bariz nümunəsidir. Masının fabrik qüsurunun olması ona 2021-ci ilin oktyabr ayında məlum olmuşdur və həmin andan etibarən haqlı olaraq lizinq ödənişlərini dayandırmışdır. Göründüyü kimi Cavabdeh aldadılmışdır və aldadıldığına görə də müqavilə etibarsız, sayılmalı, tərəflər əvvəlki vəziyyətinə qaytarılmalıdır. İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında qarşılıqlı iddia ərizəsini müdafiə edərək və ilkin iddiaya etiraz edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabadehin nümayəndəsi ərizəylə məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: xx.xx.2021-ci il tarixli 170321-4 saylı X3 görünür ki, Lizinq verən Lizinq obyektini (2020-ci il buraxılışlı, göy rəngli, “SAİPA SAİNA EX” Minik markalı, ** PV *** dövlət nömrə nişanlı avtomobil) Satıcıdan əldə etməyi və Müqavilə ilə müəyyənləşdirilmiş müddətə və şərtlərlə Lizinq Alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, Lizinq alan isə Lizinq obyektini qəbul edib Müqavilə üzrə müəyyənləşdirilmiş dövriliklə lizinq ödənişlərini Lizinq Alana ödəməyi öhdələrinə götürmüşlər. Ödəniş cədvəlindən görünür ki, X15 tərəfindən lizinq haqları xx.xx.2024-cü il tarixədək ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2021-ci il tarixli Qəbul aktından görünür ki, Qanuni nümayəndə tərəfindən 2020-ci il buraxılışlı, göy rəngli, “SAİPA SAİNA EX” Minik markalı, ** PV *** dövlət nömrə nişanlı avtomobil X12 təhvil verilmiş və X15 tərəfindən həmin avtomobil təhvil alınmışdır. xx.xx.2022-ci il tarixli 252 saylı Maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixdə Qanuni nümayəndə MMC ilə X15 arasında Saipa Saina markalı **-PV-*** dövlət nömrə nişanlı avtomobilin daxili lizinq yolu ilə alınmasına dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Qanuni nümayəndə MMC öz mülkiyyətində olan yuxanda qeyd edilən avtomobili 42 ay müddətinə aylıq 375 manat ödənişlə X4 adma keçmək şərti ilə təqdim etmişdir. xx.xx.2021-ci il tarixə qədər X15 tərəfindən cəmi 2625 manat ödənilmiş, xx.xx.2021-ci il tarixə qədər 2250 manat aylıq, 419.72 manat gündəlik gecikmə cəriməsi ödənilməmiş borcu vardır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli ME00161/22 saylı ekspert rəyindən görünür ki, “SAİPA SAİNA EX” Minik markalı, ** PV *** dövlət nömrə nişanlı avtomobilin motorunda bir ədəd bolt və bolt yivi mövcud deyil və maşın fabrikdən tam saz vəziyyətdə istismara verilərkən də həmin bolt və bolt yivi olmamışdır. Motor fabrik qüsurludur. 2020-ci buraxılış ili olan, “SAİPA SAİNA EX” Minik markalı, ** PV *** dövlət nömrə nişanlı avtomobilin motorunda dəyişilməsinə hazırki vəziyyətdə ümumi qiymət təxminən 2750 manat müəyyən olunmuşdur. Məhkəmə iş materiallarını tədqiq edib, ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia təmin edilməli və qarşılıqlı iddia isə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin Baglanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Qanuni nümayəndə ilə X15 arasında xx.xx.2021-ci il tarixli 170321-4 saylı X9 bağlanmış və müqaviləyə əsasən Lizinq verən Lizinq obyektini (2020-ci il buraxılışlı, göy rəngli, “SAİPA SAİNA EX” Minik markalı, ** PV *** dövlət nömrə nişanlı avtomobil) Satıcıdan əldə etməyi və Müqavilə ilə müəyyənləşdirilmiş müddətə və şərtlərlə Lizinq Alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, Lizinq alan isə Lizinq obyektini qəbul edib Müqavilə üzrə müəyyənləşdirilmiş dövriliklə lizinq ödənişlərini Lizinq Alana ödəməyi öhdələrinə götürmüşlər. Qanuni nümayəndə tərəfindən avtomobil xx.xx.2021-ci il tarixli Qəbul aktı ilə X12 təhvil verilmiş və X15 tərəfindən həmin avtomobil təhvil alınmışdır. Tərəflərin razılığı əsasında ödənişlər müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. İlkin iddiaya münasibətdə məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də lizinq müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları lizinq obyektini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş lizinq obyektinə görə lizinqverən qarşısında lizinq obyektinin dəyərini ödəməyi öhdəliyi daşıyır. Qanuni nümayəndə X12 lizinq obyektini verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan daxili maliyyə lizinqi müqaviləsinə istinad edir. İş materiallarında olan sənədlərlə X10 xx.xx.2021-ci il tarixli 170321-4 saylı X7 əsasən yaranmış 2.250 manat əsas borc və 419,72 manat lizinq mükafatı (faiz) olmaqla 2669,72 manat icra edilməmiş öhdəliyi müəyyən olunur. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi göstərilən hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə ilkin iddia tələbinin lizinq obyektinin geri qaytarılması hissəsinə münasibətdə hesab edir ki, lizinq müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən, həmin müqaviləyə əsasən X15 Qanuni nümayəndəndən aldığı 2020-ci il buraxılışlı, göy rəngli, “SAİPA SAİNA EX” Minik markalı, ** PV *** dövlət nömrə nişanlı avtomobili tam işlək vəziyyətdə Qanuni nümayəndənə geri qaytarılmalıdır. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd edir ki, mübahisələndirilən müqavilə bağlanılarkən, müqavilənin şərtləri konkret olaraq müəyyənləşdirilmiş, tərəflər öz iradələrini ifadə edərək, müqaviləni bağlamışlar, müqavilə bağlandıqdan sonra uzun müddət müqavilə şərtləri ilə bağlı heç bir iddia irəli sürülməmişdir. Hazırda mübahisələndirilən müqavilə xx.xx.2021-ci il tarixdə bağlanmış, lakin həmin tarixdən 1 ildən artıq müddət keçdikdən sonra xx.xx.2022-ci il tarixdə qarşılıqlı iddia üzrə iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı avtomobilin fabrik qüsuru olmasını bildirsə də, bu barədə qarşılıqlı iddia üzrə cavabdehə hər hansı bir irad bildirməmiş və bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Yuxarıda qeyd olunduğu kimi, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bu kimi hallarda iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Məhkəmə qeyd edir ki, mülki hüquq anlamında müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır, göstərilən maddədə həm əhəmiyyətsiz, həm də mübahisə edilən əqdlərin etibarsızlıqları ilə bağlı müddətlər müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, əgər mübahisə edilən əqdin etibarlı olubolmamasının mübahisə edilməsi müddəti müəyyən edilmişsə, əhəmiyyətsiz əqdin isə etibarsızlığı nəticəsinin tətbiqi haqqında iddia müddəti müəyyən edilmişdir. Maddədə həm əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqini tələb etmək üçün, həm də mübahisə edilən əqdin mübahisələndirilməsi üçün bir illik müddət müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən qarşılıqlı iddia, müqavilənin etibarsız hesab edilməsi hissəsində rədd edilməlidir. Qarşılıqlı iddia tələbinin tərəflərin əvvəlki (ilkin) vəziyyətə qaytarılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, qarşılıqlı iddia tələbinin göstərilən hissəsi müqavilənin etibarsızlığına əsaslanmaqla ondan asılı olduğundan və həmin tələb üzrə iddia yuxarıda göstərilənlərə əsasən rədd edildiyindən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi göstərilən hissədə də əsassız hesab olunmaqla təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia rədd edilməli, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu X12 aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Qanuni nümayəndə ilə X15 arasında 17 mart 2021-ci il tarixdə bağlanılmış 170321- 4 saylı X9 üzrə 29 aprel 2022-ci il tarixədək yaranmış 2250 manat əsas borc məbləği, 419,72 manat lizinq mükafatı (faiz), iddia ərizəsi üçün ödənilmiş 60 manat dövlət rüsumu, ümumilikdə 2.729,72 manat pul vəsaiti X8 alınaraq Qanuni nümayəndənə ödənilsin. Qanuni nümayəndə mülkiyyətindəki lizinq obyekti olan 2020-ci il buraxılışlı, göy rəngli, SAİPA SAİNA EX minik markalı, ** PV *** dövlət nömrə nişanlı avtomobil X8 tam işlək vəziyyətdə geri alınaraq Qanuni nümayəndənə qaytarılsın. Qarşılıqlı iddia üzrə iddiaçı X10 cavabdeh Qanuni nümayəndənə qarşı cavabdeh ilə iddiaçı arasında bağlanılmış 17 mart 2021-ci il tarixli 170321-4 saylı X5 etibarsız hesab edilərək tərəflərin əvvəlki (ilkin) vəziyyətə qaytarılması barədə qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu X12 aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3728/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3728/2022
08.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver