Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-373/2021 12.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi vəkil X7 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı müqavilə üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdehndən xx xxxx 2018-ci il tarixli 013/18 saylı alqı-satqı müqaviləsi üzrə 15409,61 manat əsas borcun, 2773,73 əlavə dəyər vergisi borcunun və 770,48 manat cərimə borcunun, o cümlədən ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxx 2018-ci il tarixli 013/18 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci maddəsinin tələblərinə əsasən Satıcı (İddiaçı MMC) Alıcıya Cavabdeh MMM) bu müqavilənin ayrılmaz tərtkib hissəsi olacaq qiymət razılaşdırma protokollarında göstərilən miqdarda, adda, çeşiddə və qiymətdə boya məhsullarını (bundan sonra “mallar” adlandırılacaq) alıcı tərəfindən verilən yazılı sifariş əsasında tərtib edərək göstərilən çeşiddə və miqdarda hissə-hissə təhvil verməsini, alıcının da hissə-hissə göndərilən malları qaimə-fakturalara uyğun olaraq qəbul etməsindən sonra göndərilən hesab-fakturada qeyd olunan məbləği satıcıya ödəməsi bu müqavilənin predmetini təşkil edir. İddiaçı ilə cavabdeh arasında imzalanan müqavilənin şərtlərinə əsasən iddiaçı (Satıcı) tərəfindən cavabdeh (Alıcı) tərəfindən verilən sifarişlərdə qeyd edilən mallar cavabdeh müəssisəyə xx xxxxx 2019-cu il tarixində təhvil verilmiş, fəqət alınmış malların dəyəri 1 (bir) ildən artıq bir vaxt keçməsinə baxmayaraq hal-hazırdakı dövrə qədər iddiaçının hesablaşma hesabına ödənilməmişdir. Yuxarıda qeyd olunan müqavilənin şərtlərinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMM-yə təhvil verilən mallara görə cavabdeh müəssisənin İddiaçı MMC-yə əsas borcu 15409,61 manat, əlavə dəyər vergisi üzrə isə yaranmış borcu 2773,73 manat olmaqla ümumilikdə 18183,34 manat təşkil edirdi. Borcun ödənilməsi ilə bağlı İddiaçı MMC tərəfindən cavabdeh müssəsisəyə xx xxxxxx 2019- cu il tarixində EAAZ seriyalı 047420 saylı elektron qaimə göndərilmişdir. Yuxarıda da qeyd edildiyi kimi 1 ildən artıq bir müddətdir ki, cavabdeh tərəfindən müqavilə şərtlərinə əsasən təqdim edilmiş mallara və elektron qaimə fakturaya görə heç bir ödəniş aparılmamaqdadır. Bu səbəbdən hesab edirlər ki, cavabdeh müəssisə tərəfindən qeyd edilən ödənişin aparılmaması cavabdeh müəssisənin müqavilə üzrə üzrə öhdəliklərinin pozulmasına gətirib çıxarmışdır. Alıcı ilə Satıcı arasında imzalanmış olan müqavilənin 5.3-cü maddəsinin şərtlərinə əsasən Satıcı tərəfindən Alıcıya göndərilən hesab-fakturada qeyd edilən məbləğ bu müqavilənin 5.2-ci maddəsində qeyd olunan müddətdə ödənilmədikdə gecikdirilmiş hər gün üçün yazılı sifarişdə qeyd olunan çeşiddə və miqdarda malların qiymətini əks etdirən ümumi məbləğin 0,1%-i həddində lakin ümumi məbləğin 5%-i həcmindən artıq olmamaq şərti ilə cərimə hesablanacaqdır. Bu maddənin tələblərinə əsasən hesab edirlər ki, müqavilə üzrə yaranmış olan 15409,61 manatlıq əsas borc 1 ildən artıq bir müddətdir ki, ödənilmədiyi üçün həmin borca hesablanmış üçün 770,48 manatlıq cərimə pulunun iddiaçı tərəfindən tələb edilməsi üçün də hüquqi əsaslar mövcuddur. Qeyd edilənləri nəzərə alaraq iddiaçı tərəfindən cavabdeh müəssisəyə xx xxxxxx 2020-ci il tarixində pretenziya məktubu göndərilmiş, cavabdeh müəssisənin xx xxxx 2018-ci il tarixli 013/18 saylı alqı-satqı müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi və müqavilə üzrə 15409,61 manat əsas borcun, 2773,73 əlavə dəyər vergisi borcunun və 770,48 manat cərimə borcunun ödənilməsi üçün 5 (beş) təqvim günü müddətində vaxt verilmişdi. Hal-hazırdakı dövrə qədər cavabdeh müəssisə tərəfindən borc tələbi üzrə hər hansı bir məbləğdə vəsait iddiaçının hesablaşma hesabına ödənilməmişdir. Cavabdeh (direktor X6) iddiaya qarşı mülahizə verərək, (xx.xx.2020-ci il tarixdə daxil olmuşdur) iddia ərizəsində qeyd edilmiş əsas borcun (18183,34 manat) xx.xx.2019-cu il tarixli EAAZ 047420 nömrəli elektron qaimələrdə əks olunmuş mallara görə olduğunu, sözügedən elektron qaimədə əks olunmuş malların iddiaçı tərəfindən onlara xx.xx.2019-cu il tarixində təqdim edilməsinə baxmayaraq, elektron qaimənin bundan 4 ay sonra təqdim edildiyini, elektron qaimənin zamanında təqdim edilməməsinin səbəbi ilə bağlı iddiaçıdan izahat məktubunun vergi orqanına təqdim etmək məqsədilə onlara təqdim edilməsini xahiş etmişlər və həmin izahat məktubunda elektron qaimənin zamanında təqdim edilməməsinin səbəbləri göstərildiyi halda xx.xx.2019-cu il tarixli EAAZ047420 nömrəli elektron qaimə üzrə məbləğin (18183,34 manat) ödəmə məsələsi onlar tərəfindən həll olunacağını bildirmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi, vəkil X8 iddianı müdafiə edərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2018-ci il tarixli, 013/18 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı (İddiaçı MMC) alıcıya Cavabdeh MMM) bu müqavilənin ayrılmaz tərtkib hissəsi olacaq qiymət razılaşdırma protokollarında göstərilən miqdarda, adda, çeşiddə və qiymətdə boya məhsullarını (bundan sonra “mallar” adlandırılacaq) alıcı tərəfindən verilən yazılı sifariş əsasında tərtib edərək göstərilən çeşiddə və miqdarda hissə-hissə təhvil verməyi, alıcı da hissə-hissə göndərilən malları qaimə-fakturalara uyğun olaraq qəbul etməsindən sonra göndərilən hesab-fakturada qeyd olunan məbləği satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.3-cü maddəsinin şərtlərinə əsasən Satıcı tərəfindən Alıcıya göndərilən hesab-fakturada qeyd edilən məbləğ bu müqavilənin 5.2-ci maddəsində qeyd olunan müddətdə ödənilmədikdə gecikdirilmiş hər gün üçün yazılı sifarişdə qeyd olunan çeşiddə və miqdarda malların qiymətini əks etdirən ümumi məbləğin 0,1%-i həddində lakin ümumi məbləğin 5%-i həcmindən artıq olmamaq şərti ilə cərimə hesablanacaqdır. xx.xx.2018-ci il tarixli, 013/18 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2019-cu il tarixli 11 saylı əlavə olan qiymətlərin razılaşdırılması protokolundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMM-yə təhvil veriləcək malların ümumi dəyəri 18183,34 manat (əsas məbləğ 15409,61 manat, əlavə dəyər vergisi 2773,73 manat olmaqla) manat təşkil edir. İddiaçı MMC tərəfindən verilən EAAZ seriyalı, 047420 nömrəli, xx.xx.2019-cu il tarixli (əsas xx.xx.2018-ci il tarixli, 013/18 nömrəli müqavilə üzrə) elektron qaimədən görünür ki, 2773,73 manat ƏDV daxil olmaqla cəmi 18183,34 manat məbləğində mallar göndərilmişdir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmçinin borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1 465.2, 467 və 567-ci maddələri). Göründüyü kimi tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh tərəf isə üzərinə düşən öhdəliklərini lazımınca yerinə yetirməmiş, öz üzərinə düşən öhdəlikləri tam həyata keçirməmiş və 18183,34 manat (ƏDV daxil) məbləğində vəsaiti ödəməmişdir. Cavabdeh” X5 (direktor X6) məhkəməyə təqdim edilən iddiaya qarşı mülahizəsində də, 18183,34 manat (ƏDV daxil) məbləğində malların onlara xx.xx.2019-cu il tarixdə təqdim olunduğunu qeyd edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il tarixli EAAZ047420 nömrəli elektron qaiməyə Cavabdeh” X5 heç bir etiraz bildirməmişlər. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia xx xxxx 2018-ci il tarixli 013/18 saylı alqı-satqı müqaviləsi üzrə 15409,61 manat əsas borcun, 2773,73 manat əlavə dəyər vergisi borcun tələbi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı iddiaçı tərəfindən müqavilə üzrə 770,48 manat məbləğində dəbbə pulu hesablanmışdır. Yuxarıda göstərilən normalara əsasən məhkəmə qeyd edir ki, tənasübsüz surətdə yüksək olan dəbbə pulu azaldılaraq 516,66 manat məbləğində müəyyən edilməlidir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxx 2018-ci il tarixli 013/18 saylı alqı-satqı müqaviləsi üzrə yaranmış 15409,61 manat məbləğində əsas borc, 2773,73 manat əlavə dəyər vergisi borcu, 516,66 manat cərimə borcu, cəmi 18700 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tələbi ilə bağlı məhkəmə qeyd edir ki, 18953,82 manat (100%) məbləğində olan iddia tələbinin yalnız 18700 manatı (98,66%) təmin olunduğuna görə 30 manat dövlət rüsumu da, ödənilmiş tələbin məbləğinə münasib olaraq qismən təmin edilməli və 29,59 (98,66%) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxx 2018-ci il tarixli 013/18 saylı alqı-satqı müqaviləsi üzrə yaranmış 15409,61 manat məbləğində əsas borc, 2773,73 manat əlavə dəyər vergisi borcu, 516,66 manat cərimə borcu, cəmi 18700 manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi olan 29,59 manat məbləğində pul Cavabdehndən (VÖEN **********) tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-373/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-373/2021
12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver