Məhkəmə qərarları › İş №e-2-2(113)-3741/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3741/2023

04.07.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3741/2023 04.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, Maraqlı şəxs1 iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin Maraqlı şəxs1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İ. Xüsusi icraat üzrə tələbin mahiyyəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan “X1 X3 Yönetimi” MMC-nin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 597,83 manat, İşsizlikdən sığorta fonduna 149,48 manat, dövlət büdcəsinə 343,35 manat məbləğində (o cümlədən, vergilər üzrə 303,4 manat, faizlər üzrə 39,95 manat), Dövlət Sosial Müdafiə Fonduna 3739,82 manat olmaqla, ümumilikdə 4830,48 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********215600, xx.xx.2023-cü il tarixli **********155100, xx.xx.2022-ci il tarixli **********569900, xx.xx.2023-cü il tarixli **********968800 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. İİ. Ərizəçi və maraqlı şəxsin mövqeyi: Ərizəçinin nümayəndəsi məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs qeyd etmişdir ki, vergi orqanının qeydlərində direktor kimi görünməsinə baxmayaraq, işdən çıxması barədə əmrini imzalamış, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu barədə məlumat vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İİİ. Sübutların tədqiqi Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. İş materiallarında olan: Vergi borcu barədə məlumat çıxarışından məlum olur ki, ********** nömrəli vergi ödəyicisinin 391,59 manat vergi borcu mövcuddur. “Vergi ödəyicisi tarixçəsi” çıxarışından məlum olur ki, ********** nömrəli vergi ödəyicisinin xx.xx.2023 tarixinə qanuni təmsilçisi Maraqlı şəxs1dur. ********** nömrəl vergi ödəyicisinin şəxsi hesab vərəqəsi çıxarışından məlum olur ki, dövlət büdcəsinə, İcbari Tibbi Sığorta Fonduna, İşsizlikdən sığorta fonduna, və Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş borcu mövcuddur. “X1 X3 Yönetimi” MMC-nin möhürü ilə təsdiq edilmiş xx.xx.2022 tarixli əmək müqaviləsinə xitam verilməsi barədə 10 B nömrəli əmrdən məlum olur ki, “X1 X3 Yönetimi” MMC-də direktor vəzifəsində işləyən Maraqlı şəxs1 ilə bağlanılmış xxxxxxx000500 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 68.2 maddəsinin “a” bəndinə uyğun olaraq xx.xx.2022 tarixindən etibarən xitam verilmişdir. xx.xx.2023 tarixdə çap edilmiş xx.xx.2022 tarixində sistemə daxil edilmiş Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdən məlum olur ki, Maraqlı şəxs1 “X1 X3 Yönetimi” MMC-də olan əmək müqaviləsinə xx.xx.2022 tarixindən etibarən xitam verilmişdir. İqtisadiyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən xx.xx.2022 tarixli çıxarışdan məlum olur ki, “X1 X3 Yönetimi” MMC-nin (VÖEN: **********) təsisçisi Maraqlı şəxs1 (50%), X2 (25%) və Pelit Tarıkdır (25%). İqtisadiyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən xx.xx.2022 tarixli çıxarışdan məlum olur ki, “X1 X3 Yönetimi” MMC-nin (VÖEN: **********) qanuni təmsilçisi Maraqlı şəxs1dur. İV. İşin müəyyən edilən halı: Məhkəmə araşdırması nəticəsində X1 X3 Yönetimi” MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə və eyni zamanda İcbari Tibbi Sığorta Fonduna, İşsizlikdən sığorta fonduna, və Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş borcunun olması öz təsdiqini tapmışdır. Maraqlı şəxs daha əvvəl qeyd edilən müəssisədə direktor işlədiyini qəbul etmiş, lakin hazırda həmin müəssisənin direktoru kimi işləmədiyini qeyd etmişdir. V. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə uyğun olaraq, vergi ödəyicisi vergi öhdəliyini həmin Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanın hüququdur. Qeyd olunan Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 78.1-ci maddəsinə uyğun olaraq, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Vİ Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, “X1 X3 Yönetimi” MMC-nin dövlət büdcəsinə ödənilməmiş borclarının olması iş materialları ilə öz təsdiqini tapmışdır. Bununla belə vergi ödəyicisi olan hüquqi şəxslərin icra orqanı rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması yalnız həmin hüquqi şəxsin cari rəhbərinə münasibətdə tətbiq edilə bilər. Vergi orqanının qeydlərində maraqlı şəxs olan Maraqlı şəxs1 direktor kimi olduğu görünməsinə baxmayaraq, məhkəməyə təqdim edilmiş məlumatlardan öz təsdiqini tapır ki, Maraqlı şəxs1 həmin müəssisədə direktor kimi fəaliyyətinə xitam verilmişdir. Belə olan halda isə ərizə rədd edilməlidir Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-17, 355-17.1 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar