Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-375/2022 15.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh X6 və nümayəndəsi Vəkil iştirakı ilə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf X1rşı müqavilə üzrə yaranmış borcun tutulması barədə ilkin, X6 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar maddi zərərin əvəzinin, əldən çıxmış faydanın ödənilməsi, lizinq ödənişinin qaytarılması, lizinq obyektinin istifadəyə qaytarılması barədə qarşılıqlı iddia ərizələrinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 28 avqust 2012-ci tarixli, 37- LA/12 nömrəli və 28 fevral 2014-cü il tarixli, 07-LA/14 nömrəli müqavilə üzrə 788060 manat gecikdirilmiş əsas borc və 366200,96 cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 350 manat, cəmi 1154610,96 manat pul vəsaitinin X4 tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 29 avqust 2022-ci il tarixinə hesbalanmaqla, 28 avqust 2012-ci tarixli, 37- LA/12 nömrəli müqavilə üzrə 920920 manat əsas borc və 636629,28 manat cərimə borcunun, 07-LA/14 nömrəli müqavilə üzrə 149400 manat gecikdirilmiş əsas borc və 102906,6 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manat və 400 manat çəkilmiş mediasiya xərcinin, ümumilikdə 1810605,88 manat pul vəsaitinin cavabehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 28 avqust 2012-ci tarixli, 37-LA/12 nömrəli və 28 fevral 2014-cü il tarixli, 07-LA/14 nömrəli müqaviləyə əsasən dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib olunduğu 16 iyul 2021-ci il tarixə 28 avqust 2012-ci tarixli, 37- LA/12 nömrəli və 28 fevral 2014-cü il tarixli, 07-LA/14 nömrəli müqavilə üzrə 788060 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 4.2ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. X5rşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının hüquqdan suiistifadə nəticəsində vurduğu ziyan məbləği və lizinq obyektinin faktiki qalıq dəyəri müəyyən olunub nəzərə alınmaqla, qarşılıqlı iddiaçıya lizinq yolu ilə satılması barədə lizinq müqaviləsinin bağlanması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra X5rşılıqlı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək lizinq verənin qanunvericiliyin və tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə zidd hərəkətləri nəticəsində lizinq alana vurduğu 50000 manat maddi ziyanın və 760000 manat əldən çıxmış faydanın, lizinq alan tərəfindən ödənilmiş 563950 manat lizinq ödənişinin, lizinq obyektinin amortizasiyasının (normal köhnəlmə) və 6 il ərzində heç bir əsaslı və cari təmiri aparılmadığından və heç bir texniki qulluq edilmədiyindən faktiki köhnəlmə dəyərinin lizinq obyektinin ümumi dəyərindən çıxılmaqla qalıq dəyərinin müəyyən olunması, lizinq obyektinin lizinq verənin (hüquqi varisinin) maliyyə vəsaiti hesabına əsaslı təmiri həyata keçirilməklə istifadəyə yararlı vəziyyətdə lizinq alanın istifadəsinə qaytarılması, lizinq obyekti lizinq alanın istifadəsinə qaytarıldıqdan sonra lizinq borcunun lizinq obyektinin qalıq dəyərinə uyğun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilkin iddiaçının cavabdeh X4 tutulmasını tələb etdiyi borc məbləği cavabdehin həmin lizinq obyektindən lizinq verənin qanunvericiliyin və tərəflər arasında mövcud müqavilələrin şərtlərinə zidd olaraq istifadəsinə qadağa qoyduğu və lizinq obyektinin istismarını qadağan edərək giriş-çıxışını plombladığı dövrdən yaranmış borc məbləğidir. Həmin borc məbləğinin lizinq alandan tutulması qanuni hesab oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinin tələbindən də göründüyü kimi, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Lizinq müqaviləsinin qüvvədə olduğu dövrdə lizinq verən lizinq obyektini lizinq alanın istifadəsinə verməli, lizinq obyekti lizinq alanın sahibliyində olmalı və lizinq alanın həmin obyektdən istifadə etmək imkanı olmalı və bundan sonra lizinq ödənişini ödəməlidir. Mülki Məcəllənin qeyd olunan normalarının tələblərini əsas tutaraq, ilkin iddiaçının tələbi qanunsuz və əsassız hesab edilməlidir. Mübahisəli lizinq müqavilələri ilə qarşı tərəf dəyəri ******* manat, tutumu 5000 ton olan atmosfer kontrollu kartof saxlama anbarı üçün avadanlıqların quraşdırılması ilə birlikdə və dəyəri 408430 manat, tutumu 5000 ton olan atmosfer kontrollu kartof saxlama anbarı üçün əlavə avadanlıqların quraşdırılması ilə birlikdə texnoloji avadanlığı dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən sonra və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətinə lizinqə vermişdir. Dəyəri ******* manat olan 2000 ədəd aqroboks xx.xx.2012-ci il tarixdə, dəyəri 408430 manat olan avadanlıqlar isə xx.xx.2014-cü il tarixdə ilkin iddia üzrə cavabdehə təhvil verilmiş, xx.xx.2014-cü il tarixdə təhvil verilən avadanlıqların idarəetmə bloku quraşdırılmadığından həmin avadanlıqlarından istifadə etmək mümkün olmamışdır. Bu barədə "xxxx" ASC-nin müqavilə üzrə nəzarəti həyata keçirən əməkdaşlarının da məlumatı olmuş və həmin şəxslərin də iştirakı ilə həmin avadanlığın istehsal edən şirkətə texniki yardım xidməti həyata keçirən İtaliya şirkətinin mühəndisi dəvət olunmuş, həmin mühəndis avanadanlığı quraşdırmış yerli şirkət olan “TİTAN şirkətlər qrupu”nun da mühəndisinin iştirakı ilə avadanlığın texniki müayinəsi edilən zaman müəyyən olunmuşdur ki, həmin avadanlıqların işləməməsinin səbəbi idarəetmə blokunun olmamasıdır. Bu hala "xxxx" ASC-nin müqavilə üzrə nəzarəti həyata keçirən əməkdaşları və “TİTAN şirkətlər qrupu”nun mühəndisi də şahid olmuşdur. İdarəetmə blokunu da quraşdırıb təhvil verəcəklərini bildirsələr də, 03 fevral 2016-cı il tarixdə lizinq obyektinin istifadəsi lizinq alana qadağan edilənədək, həmin bloku təhvil vermədiklərindən dəyəri 408430 manat olan avadanlıqlardan istifadə etmək mümkün olmamışdır. Onu da qeyd edək ki, idarəetmə bloku təhvil-təslim aktında qeyd olunmamış, həmin sistemin olmadığını “TİTAN şirkətlər qrupu”nun mühəndisləri də müəyyən edə bilməmişlər. 2015-ci ildə baş vermiş devalvasiyalar səbəbindən lizinq ödənişi üzrə gecikmələr yaranmış və xx.xx.2016-cı il tarixdə "xxxx" ASC-nin o vaxtki rəhbərliyinin lizinq obyektinin istismarının dayandırılması barədə əmri əsasında lizinq obyektinin istismarı dayandırılaraq enerji mənbəyindən ayrılmış və giriş-çıxışları plomblanmışdır. Həmin tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş akta əsasən soyuducu anbarda lizinq alana məxsus 100 ton toxumluq (nevskiy sort) kartof və 7 ton nar olduğu da qeyd olunmuşdur. Həmin aktda məhsulları soyuducu anbardan götürmək üçün şərait yaradılacağı bildirilsə də, 2016-cı ilin aprel ayının 12-dək həmin toxumların götürülməsinə icazə verilməmiş, 2016-cı ilin aprel ayının 12-də "xxxx" ASC-nin əməkdaşları soyuducu anbarı yoxlamaq üçün gələndə 100 ton kartof toxumunun götürülə biləcəyini bildirmiş, lakin soyuducu anbar açılan vaxt kartof toxumunun bütövlükdə zay olduğu müəyyən olunmuşdur. Həmin vaxt bununla bağlı mütəxəssisin də iştirakı akt tərtib edilmiş və zay olmuş kartof toxumunun çəkilmiş fotoşəkilləri mövcuddur. Qarşı tərəfin qanunvericiliyin və tərəflər arasındakı mövcud müqavilələrin şərtlərinə zidd olaraq, müqavilə üzrə öz hüquqlarından sui-istifadə etməsi və ilkin iddia üzrə cavabdehə ziyan vurmaq niyyəti ilə həyata keçirdiyi hərəkətlərə görə ilkin iddia üzrə cavabdehə 50000 manat məbləğində real zərər dəymiş, əldən çıxmış fayda 760000 manat, ümumilikdə isə dəymiş zərər 810000 manat olmuşdur. Belə ki, ilkin iddia üzrə cavabdeh tərəfindən hər iki lizinq müqavilələri üzrə "xxxx" ASC-yə 03 fevral 2016-cı il tarixədək 563950 manat ödəniş edilsə də, faktiki həmin lizinq obyektindən istifadə etmək imkanından məhrum olmuşdur. Qarşı tərəf lizinq obyektindən istifadəsini qadağan etməklə lizinq müqavilələrinin şərtlərini pozaraq müqavilə üzrə öz öhdəliyini düzgün icra etməmiş, ilkin iddia üzrə cavabdehin lizinq obyektindən istifadəsinə qadağa qoymuş olsa da, lizinq müqavilələri üzrə yaranmış borcu və hesablanmış cərimələri tələb etməkdə davam etmişdir. Halbuki, tərəflər arasındakı müqavilələrin 5.6-cı bəndinə, eləcə də, lizinqlə bağlı qanunvericiliyin tələbinə əsasən lizinq alan tərəfindən ödəniş qrafiki üzrə lizinqin ödənilməsində gecikmələr yarandıqda lizinq verənin ödənilmiş ödənişi özündə saxlamaq və lizinq obyektinin istismarını dayandırmaqla onu lizinq alandan geri tələb etmək vəzifəsi nəzərdə tutulmuşdur. Lizinq alanın lizinq obyektindən cəmi bir il natamam istifadə etməsinə görə həmin obyektin istismarını dayandıraraq, lizinq obyektini geri tələb etmədən lizinq ödənişinin tələb edilməsi qarşı tərəfin hüquqdan başqa şəxslərə ziyan vurmaq niyyəti ilə etdiyi və hüquqdan sui-istifadə hesab olunan hərəkətlərdir. Soyuducu anbarda saxlanılan və lizinq alana məxsus olan 100 ton toxumluq kartof ən yüksək məhsuldar toxum olan “nevskiy” sort toxum olmuşdur ki, yaxşı aqrotexniki qulluq olduğu təqdirdə 1 ha torpaq sahəsinə 35-50 ton məhsul götürmək olardı. 1 ha torpaq sahəsinə 3 ton toxum sərf olunduğundan 100 ton toxum kartofun 33 ha torpaq sahəsinə əkilməsi üçün Qusar rayonu ərazisində kənd təsərrüfatı təyinatlı münbit torpaq sahəsi də icarəyə götürülmüşdü. 1 ha torpaq sahəsindən orta məhsuldarlığın 42 (35+50/2) ton olduğunu nəzərə alsaq, ümumilikdə 33 ha torpaq sahəsindən orta məhsuldarlıqda 1386 ton kartof məhsulu götürmək mümkün idi ki, həmin məhsulun 90-95%-i (1386 ton x 90% = 1247 ton) əmtəəlik kartof hesab olunur. Əmtəəlik kartofun 1 kq-nın bazar qiymətinin həmin dövrdə 0,7 manat olduğunu nəzərə alsaq, 872900 manat (1247 ton x 0,7 manat), yerdə qalan məhsul 138 ton (1386 ton x 10%) kartofun isə bazar qiyməti isə 0,4 manatdan hesabladıqda 55200 manat (138 ton x 0,4 manat) edir. Ümumilikdə, 33 ha torpaq sahəsindən götürülməsi mümkün olan kartof məhsulunun ümumi dəyəri 928100 manat təşkil edir ki, 1 ha torpaq sahəsinə bütün xərclər daxil 6000 manat pul vəsaiti xərc çəkiləcəyini nəzərə alsaq, ümumilikdə çəkilməli olan xərc 168000 (33 ha x 6000 manat) manat təşkil edir. Çəkilən xərci əldə olunmuş məhsulun dəyərindən çıxdıqda isə 760100 (928100-168000) manat əldən çıxmış fayda müəyyən olunur. Əldən çıxmış fayda hesablanarkən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Tərəvəzçilik X10 Kartofçuluq şöbəsinin mütəxəssislərinin “Nevskiy sort” kartof toxumu ilə bağlı rəyindəki elmi-tədqiqi məlumatlara əsaslanılmışdır. Lizinq müqavilələrinin müddəti 10 il müəyyən olunarkən lizinq obyektinin amortizasiyası (normal köhnəlməsi) nəzərə alınmış və müqavilə müddəti lizinq obyektinin istismar müddətinin ən azı 70%-i təşkil edir. Tərəflər arasındakı mövcud müqavilələrin müddətinin bitməsinə isə - 28 avqust 2012-ci il tarixli müqavilə üzrə təxminən 4 ay, 28 fevral 2014-cü il tarixli müqavilə üzrə isə təxminən 2 il müddət qalır. Bu isə o deməkdir ki, dəyəri ******* manat, tutumu 5000 ton olan atmosfer kontrollu kartof saxlama anbarı üçün avadanlıqların istismar müddətinin təxminən 70%-i, dəyəri 408430 manat, tutumu 5000 ton olan atmosfer kontrollu kartof saxlama anbarı üçün əlavə avadanlıqların istismar müddətinin isə təxminən 56%-i bitmişdir. Belə olan halda, lizinq obyekti dəyərinin birinci müqavilə 70%-i, ikinci müqavilə üzrə 56%-i itirmişdir. Halbuki, lizinq obyektinin istismarı dayandırıldığı 03 fevral 2016-cı il tarixdən hal-hazıradək bir dəfə də olsun, nə əsaslı, nə də cari təmir olunmuş, ümumiyyətlə qeyd olunan dövr ərzində lizinq obyektinə heç bir texniki qulluq göstərilməmişdir. Bunun nəticəsidir ki, lizinq obyekti normal köhnəlmədən daha çox köhnəlməyə məruz qalmış, bu isə lizinq obyektinin dəyərinin və istismar müddətinin tam azalmasına səbəb olmuşdur. Hazırki halda, həmçinin, lizinq obyektinin amortizasiyası və faktiki köhnəlmə dəyəri, lizinq obyektinin ümumi dəyərindən çıxılmaqla qalıq dəyəri müəyyən olunmalı, tərəflər arasındakı lizinq müqavilələri hazırda qüvvədə olduğundan və həmin müqavilənin şərtləri lizinq verən tərəfindən pozularaq lizinq alanın lizinq obyektindən istifadəsinə əsassız qadağa qoyulduğundan lizinq verənin (hüquqi varisinin) maliyyə vəsaiti hesabına əsaslı təmir olunaraq istifadəyə yararlı vəziyyətdə lizinq alanın istifadəsinə qaytarılmalı, lizinq borcunun lizinq alandan lizinq obyektinin qalıq dəyərinə uyğun qaydada tutulmalıdır. Mülki Məcəllənin 747.3-cü maddəsinin tələbinə əsasən lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Hesab edirik ki, lizinq obyektinin qalıq dəyəri müəyyən olunarkən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1137 nömrəli Fərmanına uyğun olaraq "xxxx" ASC-də kənar auditorun və aidiyyəti dövlət orqanlarının (qurumlarının) apardığı yoxlamaların nəticələri də müqayisəli təhlil üçün nəzərə alınmalıdır. Belə ki, "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1137 nömrəli Fərmanının 3.2-ci bəndində Nazirlər Kabinetinə "xxxx" Açıq Səhmdar Cəmiyyətində kənar auditorun və aidiyyəti dövlət orqanlarının (qurumlarının) apardığı yoxlamaların nəticələri nəzərə alınmaqla, mövcud qalıq portfelinin bu Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan hüquq və öhdəliklərinin ötürülməsi zamanı Agentliyin hesabında nəzərə alınmasını təmin etmək tapşırığı verilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında ilkin iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Vəkil məhkəmə iclasında qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan: 28 avqust 2012-ci tarixli, 37-LA/12 nömrəli lizinq müqaviləsinə əsasən ümumi məbləği ******* manat, tutumu 5000 ton olan atmosfer kontrollu kartof saxlama anbarı avadanlıqlarını (quraşdırılması ilə birlikdə) dəyərini lizinq Ödəniş qrafikində (2 nömrəli əlavə) göstərilən qaydada ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətədək X8 verilməsi nəzərdə tutulmuşdur. 28 fevral 2014-cü il tarixli, 07-LA/14 nömrəli lizinq müqaviləsinə əsasən ümumi məbləği 408430 manat, tutumu 5000 ton olan atmosfer kontrollu kartof saxlama anbarı avadanlıqlarını (quraşdırılması ilə birlikdə) dəyərini lizinq Ödəniş qrafikində (2 nömrəli əlavə) göstərilən qaydada ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətədək X8 verilməsi nəzərdə tutulmuşdur. 28 fevral 2014-cü il tarixli akta əsasən tutumu 5000 ton olan soyuducu anbar üçün əlavə avadanlıqlar X8 istifadəyə tam hazır vəziyyətdə təhvil verilmişdir. 16 iyul 2021-ci il tarixli maliyyə arayışına əsasən X6 28 avqust 2012-ci tarixli, 37- LA/12 nömrəli və 28 fevral 2014-cü il tarixli, 07-LA/14 nömrəli müqavilələr üzrə 788060 manat gecikdirilmiş əsas borc və 366200,96 manat cərimə borcunun olması qeyd olunmuşdur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 22 iyul 2022-ci il tarixli məktubuna əsasən X6 28 avqust 2012-ci tarixli, 37- LA/12 nömrəli müqavilə üzrə ilkin lizinq öhdəliyi ******* manat, ödənilmiş öhdəlik 513956 manat və cari tarixə qalıq borcu ******* manat, 28 fevral 2014-cü il tarixli, 07-LA/14 nömrəli müqavilə üzrə ilkin lizinq öhdəliyi 408430 manat, ödənilmiş öhdəlik 50000 manat və cari tarixə qalıq borcu 358430 manat, ümumilikdə ilkin lizinq öhdəliyi ******* manat, ödənilmiş öhdəlik 563956 manat və cari tarixə qalıq borcu ******* manat müəyyən olunmuşdur. "xxxx" ASC-nin 03 fevral 2016-cı il tarixli 456/a nömrəli əmrinə əsasən lizinq obyekti olan tutumu 5000 ton olan bir dəst soyuducu anbar, həmin soyuducu kamera üçün əlavə avadanlıqlar, 2000 ədəd aqroboks, bir dəst soyuducu kamera üçün çeşidləmə və bir dəst kartof qəbulu bunkeri avadanlıqlarının ödəniş qrafiki üzrə ödəmələri vaxtında həyata keçirmədikləri üçün istismarının dayandırılması məqsədilə komissiya yaradılmışdır. "xxxx" ASC-nin 03 fevral 2016-cı il tarixli 456/a nömrəli əmri ilə yaradılmış komissiya sədrinin və üzvlərinin, lizinq alanın iştirakı ilə tərtib edilmiş 03 fevral 2016-cı il tarixli akta əsasən lizinq avadanlıqların istismarı dayandırılaraq enerji mənbəyindən ayrılmış və giriş-çıxışlar plomblanmışdır. İlkin iddia üzrə iddiaçının tələbini tərəflər arasında bağlanmış 28 avqust 2012-ci tarixli, 37-LA/12 nömrəli müqavilə üzrə 920920 manat əsas borc və 636629,28 manat cərimə borcunun, 07-LA/14 nömrəli müqavilə üzrə 149400 manat gecikdirilmiş əsas borc və 102906,6 manat cərimə borcunun X4 tutulması təşkil edir. İşin halları ilə təsdiq olunur ki, 28 avqust 2012-ci tarixli, 37-LA/12 və 28 fevral 2014cü il tarixli, 07-LA/14 nömrəli lizinq müqavilələrinə əsasən lizinq predmetləri "xxxx" ASC tərəfindən X8 təhvil verilmiş, sonradan "xxxx" ASC-nin 03 fevral 2016-cı il tarixli 456/a nömrəli əmrinə əsasən lizinq obyekti olan tutumu 5000 ton olan bir dəst soyuducu anbar, həmin soyuducu kamera üçün əlavə avadanlıqlar, 2000 ədəd aqroboks, bir dəst soyuducu kamera üçün çeşidləmə və bir dəst kartof qəbulu bunkeri avadanlıqlarının ödəniş qrafiki üzrə ödəmələri vaxtında həyata keçirmədikləri üçün istismarının dayandırılması məqsədilə komissiya yaradılmış və həmin tarixdə tərtib edilmiş 03 fevral 2016-cı il tarixli akta əsasən lizinq avadanlıqların istismarı dayandırılaraq enerji mənbəyindən ayrılmış və giriş-çıxışlar plomblanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-1.12 və 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 748-2.2-ci maddəsinə əsasən lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir; 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Göründüyü kimi qanunvericilikdə lizinq ödənişlərinə anlayış verilərkən lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlər kimi qiymət verilmişdir. "xxxx" ASC-nin 03 fevral 2016-cı il tarixli 456/a nömrəli əmrinə əsasən lizinq obyekti olan tutumu 5000 ton olan bir dəst soyuducu anbar, həmin soyuducu kamera üçün əlavə avadanlıqlar, 2000 ədəd aqroboks, bir dəst soyuducu kamera üçün çeşidləmə və bir dəst kartof qəbulu bunkeri avadanlıqlarının ödəniş qrafiki üzrə ödəmələri vaxtında həyata keçirmədikləri üçün istismarının dayandırılması məqsədilə komissiya yaradılası, həmin tarixli aktla lizinq avadanlıqlarının istismarının, yəni, istifadəsinin dayandırılması işin mübahisəsiz halıdır. Hazırda tələb olunan borc isə lizinq avadanlıqlarının istifadəsinin dayandırılmasından sonrakı dövr üçün hesablanmış borc məbləğidir. İstər lizinq münasibətlərini tənzimləyən qanunvericilik normalarında, istərsə də tərəflər arasında bağlanmış müqavilə şərtlərində lizinq ödənişlərinin məhz lizinq obyektindən istifadəyə görə ödənilməli olduğu qeyd edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, ilkin iddia üzrə tələb olunan borc iddiaçı tərəfindən lizinq avadanlıqlarının istifadəsinin dayandırılmasından sonrakı dövr üçün hesablanmış borc məbləği olduğundan ilkin iddia rədd edilməli və ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Qarşılıqlı iddia ərizəsinin məzmunundan görünür ki, tələb 5 hissədən ibarətdir: vurulmuş 50000 manat məbləğində maddi ziyanın əvəzinin ödənilməsi; 760000 manat əldən çıxmış faydanın əvəzinin ödənilməsi; ödənilmiş 563950 manat məbləğinin, lizinq obyektinin amortizasiyasının (normal köhnəlmə) və 6 il ərzində heç bir əsaslı və cari təmiri aparılmadığından və heç bir texniki qulluq edilmədiyindən faktiki köhnəlmə dəyərinin lizinq obyektinin ümumi dəyərindən çıxılmaqla qalıq dəyərinin müəyyən olunması; lizinq obyektinin lizinq verənin (hüquqi varisinin) maliyyə vəsaiti hesabına əsaslı təmiri həyata keçirilməklə istifadəyə yararlı vəziyyətdə lizinq alanın istifadəsinə qaytarılması, lizinq obyekti lizinq alanın istifadəsinə qaytarıldıqdan sonra lizinq borcunun lizinq obyektinin qalıq dəyərinə uyğun tutulması. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Qarşılıqlı iddianın əsasını lizinq obyektlərinin istifadəsinin X2 olunması nəticəsində ona vurulmuş zərər təşkil edir. Buna anbardan çıxarılmasına icazə verilmədiyi toxumların yararsız hala düşdüyü (real zərər) və əkin nəticəsində əldə oluna biləcək məhsulların realizəsi nəticəsində gəlir (əldən çıxmış fayda) aiddir. X9 tərəfindən anbardan çıxarılmasına icazə verilmədiyi toxumların yararsız hala düşməsini təsdiq edən 12 aprel 2016-cı il tarixdə Xırdalan şəhərində tərtib olunmuş akt və fotoşəkillər təqdim olunmuşdur. Lakin məhkəmə hesab edir ki, həmin akt və fotoşəkillər mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, bu fotoşəkillərə əsasən onların hansı şəraitdə, hansı vaxtda çəkilməsini və məhz X8 məxsus çıxarılmasına icazə verilmədiyi toxumların olmasını müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Lakin iddiaçı tərəfindən məhkəməyə adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər, həmin gəlirləri əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri ilə bağlı məhkəməyə heç bir sübut təqdim olunmadığından məhkəmə hesab edir ki, iddia həmin hissədə də rədd olunmalıdır. Qarşılıqlı iddianın digər hissələri (ödənilmiş 563950 manat məbləğinin, lizinq obyektinin amortizasiyasının (normal köhnəlmə) və 6 il ərzində heç bir əsaslı və cari təmiri aparılmadığından və heç bir texniki qulluq edilmədiyindən faktiki köhnəlmə dəyərinin lizinq obyektinin ümumi dəyərindən çıxılmaqla qalıq dəyərinin müəyyən olunması, lizinq obyektinin lizinq verənin (hüquqi varisinin) maliyyə vəsaiti hesabına əsaslı təmiri həyata keçirilməklə istifadəyə yararlı vəziyyətdə lizinq alanın istifadəsinə qaytarılması, lizinq obyekti lizinq alanın istifadəsinə qaytarıldıqdan sonra lizinq borcunun lizinq obyektinin qalıq dəyərinə uyğun tutulması) isə biri – biri ilə bağlı olduğundan məhkəmə hesab edir ki, bu tələblərə birlikdə qiymət verilməlidir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 avqust 2022-ci il tarixli, 9/4605 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən ekspertiza tədqiqatına təqdim edilən, Titan İ.B-nin əməkdaşları tərəfindən tərtib edilmiş 21 iyul 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən ekpert baxışına təqdim edilmiş ümumi sahəsi 2520 m2 (1624 m2(203 m2 x 8 ədəd soyuducu kamera) olan soyuducu anbarın yuxarıda qeyd edilən qüsurları nəzərə alınmaqla, hal-hazırki təyinatı üzrə istifadəyə yararsız (yəni təmir-bərpasına çəkiləcək ******* manat nəzərə alınmaqla) vəziyyətdə orta bazar qiyməti təxminən 350000 manat müəyyən edilir. İddianın bu hissələrdə təmin edilməsi üçün ilkin olaraq lizinq avadanlığının istismarının dayandırılmasında "xxxx" ASC-nin hərəkətlərinin qanunsuz olub – olmaması məsələsi aydınlaşdırılmalıdır. Tərəflər arasında bağlanmış 28 avqust 2012-ci tarixli, 37-LA/12 və 28 fevral 2014cü il tarixli, 07-LA/14 nömrəli lizinq müqavilələrinin: 5.1 və 5.1.5-ci bəndinə əsasən avadanlıqdan istifadə üçün ödəniş qrafikində nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə 2 dəfədən artıq ödənilməməsi lizinq alan tərəfindən müqavilənin şərtlərinin pozulması halı hesab edilir; 5.2-ci bəndinə əsasən göstərilən hallardan biri mövcud olduqda lizinq verən lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə avadanlığı və onun yerləşdiyi tikintini (binanı) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri götürür, onun əvvəllər ödədiyi məbləği özündə saxlayır və vurulmuş zərərin tam ödənilməsini tələb edir; 5.6-cı bəndinə əsasən lizinq alan 5.2-5.4-cü bəndlərin tələblərini yerinə yetirmədikdə lizinq verən bir tərəfli qaydada müqaviləni ləğv edir, avadanlığın istismarını dayandırır, vurduğu zərərin və avadanlığın dəyərinin 10%-i məbləğində cərimənin lizinq alandan alınması üçün məhkəməyə müraciət edir. Ödəniş qrafikində nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə 2 dəfədən artıq ödənilməməsi halı X9 tərəfindən məhkəmə araşdırması zamanı mübahisələndirilməmiş, həmçinin, hazırkı mübahisəyə baxılana qədər onun tərəfindən "xxxx" ASC-nin hərəkətlərinin qanuniliyi, bu hərəkətlər nəticəsində vurulmuş zərərin ödənilməsi bağlı iddia qaldırılmamışdır. Müqavilənin məzmunundan göründüyü kimi ödəniş qrafikində nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə 2 dəfədən artıq ödənilməməsi halında avadanlığı və onun yerləşdiyi tikintini (binanı) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri götürmək, əvvəllər ödənilmiş məbləği özündə saxlamaq, vurulmuş zərərin tam ödənilməsini tələb etmək, bir tərəfli qaydada müqaviləni ləğv etmək və avadanlığın istismarını dayandırmaq lizinq verənin hüququ kimi müəyyən olunmuş və lizinq verən bu hüququndan istifadə edərək avadanlığın istismarını dayandırmışdır. Məhkəmə hesab edir ki, "xxxx" ASC-nin hərəkətləri müqavilə şərtlərinə uyğun həyata keçirildiyindən lizinq obyektinin amortizasiyasının (normal köhnəlmə) və 6 il ərzində heç bir əsaslı və cari təmiri aparılmaması, heç bir texniki qulluq edilmədiyindən faktiki köhnəlməyə məruz qalmasında təqsiri müəyyən oluna bilməz və buna görə də qarşlılıqlı iddia ödənilmiş 563950 manat məbləğinin, lizinq obyektinin amortizasiyasının (normal köhnəlmə) və 6 il ərzində heç bir əsaslı və cari təmiri aparılmadığından və heç bir texniki qulluq edilmədiyindən faktiki köhnəlmə dəyərinin lizinq obyektinin ümumi dəyərindən çıxılmaqla qalıq dəyərinin müəyyən olunması, lizinq obyektinin lizinq verənin (hüquqi varisinin) maliyyə vəsaiti hesabına əsaslı təmiri həyata keçirilməklə istifadəyə yararlı vəziyyətdə lizinq alanın istifadəsinə qaytarılması, lizinq obyekti lizinq alanın istifadəsinə qaytarıldıqdan sonra lizinq borcunun lizinq obyektinin qalıq dəyərinə uyğun tutulması hissəsində də rədd edilməli və ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf X1rşı müqavilə üzrə yaranmış borcun tutulması barədə iddiası rədd edilsin. X6 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı maddi zərərin əvəzinin, əldən çıxmış faydanın ödənilməsi, lizinq ödənişinin qaytarılması, lizinq obyektinin istifadəyə qaytarılması barədə qarşılıqlı iddiası rədd edilsin. Məhkəmə – əmttəşünaslıq və mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti X4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-375/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-375/2022
15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver