Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3753/2023 24.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Binyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin xeyrinə ƏDV-də daxil olmaqla ümumi məbləği 16594,50 olan borcun, ilkin Mediyasiya Sessiyasının aparılmasına ödənilmiş 200 manat xərcin və hüquqi xidmətin göstəriməsi üçün vəkilə ödənilmiş 320 manatın, cəmi 17114,50 manat pulun Cavabdeh MMC-dən tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında təkər və ehtiyat hissələrinin alqı-satqısına dair 28 yanvar 2020-ci il tarixli 06 saylı alqı-satqı müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinin tələbinə görə “Satıcı” malları “Alıcı”ya satır və “Alıcı” öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən “Satıcı”ya ödəyir. Müqavilənin 3.1-ci bəndinə əsasən “Alıcı” mallara görə “Satıcı” tərəfindən təqdim edilmiş hesabfakturalara və qaimə-fakturalara uyğun olaraq aldığı malların dəyərini “Satıcı”-nın hesabına ödəyir. Həmin müqavilənin 3.4-cü bəndinin tələbinə görə ödəniş köçürülmə yolu ilə aparılırsa “Satıcı” “Alıcı”-ya ödəniş aparılması üçün müvafiq sənədləri təqdim edir. Mallar təhvil verildikdən sonra ödəniş ən geci 5 iş günü ərzində “Satıcı”nın hesabına ödənilməlidir. Qeyd edim ki, həmin müqavilə bağlandıqdan sonra iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli EBBV seriya 882843 saylı, E-qaiməyə əsasən 5900 manat, xx.xx.2022-ci il tarixli EBBY seriya 098385 saylı, E-qaiməyə əsasən 5639 manat, xx.xx.2022-ci il tarixli EBBZ seriya 875546 saylı, E-qaiməyə əsasən 623 manat, xx.xx.2022-ci il tarixli EBCB seriya 064031 saylı, E-qaiməyə əsasən 3456,50 manat, xx.xx.2022-ci il tarixli EBCE seriya 301285 saylı, E-qaiməyə əsasən 976 manat borc qalmışdır. Satılan malların ƏDV-də daxil olmaqla ümumi qalıq borc 16594,50 təşkil edir ki, bu fakt hər iki cəmiyyətin səlahiyyətli nümayəndələrinin 07 oktyabr 2022-ci il tarixdə tərtib etdikləri üzləşmə aktı ilə də təsdiq olunur. Lakin ötən müddət ərzində Cavabdeh MMC tərəfindən alınan malların dəyəri cəmiyyətə ödənilməmişdir. Nəticədə Alıcı üzərinə götürdüyü öhdəlikləri vaxtı vaxtında və lazımi qaydada yerinə yetirməyərək müqavilənin şətrlərini pozmuşdur. Borcun ödənilməsinin təmin edilməsi məqsədilə satıcı tərəfindən alıcıya xx.xx.2023-ci il və xx.xx.2023-cü il tarixlərdə yazılı müraciətlər edilməsinə baxmayaraq, heç bir müsbət nəticə verməmiş və cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görməmişdir. Eyni zamanda onu da bildiririk ki, müqavilə öhdəliyinin yerinə yetirilməməsi barədə pul tələbinə dair iddiaçı tərəfindən Mediyasiya Şurasına müraciət olunmuşdur. Mediyasiya Şurasının Bakı 16 saylı Mediyasiya təşkilatı tərəfləri ilkin mediyasiya sessiyasında iştirak etməyə dəvət edilsə də cavabdeh tərəfindən borcun ödənlməsi ilə bağlı heç bir təşəbbüs göstərilməmişdir. Hazırda cavabdehin iddiaçı qarşısında öhdəliyi ƏDV-də daxil olmaqla ümumi məbləğ 16594,50 təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi, vəkil Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, elektron qaimələr "xxxx" MMC tərəfindən təsdiq edildiyindən və baş mühasib üzləşmə aktını imzaladığından tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş "xxxx" MMC-nin X1 izahatında təhviltəslim aktları olmadığına görə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli 006 nömrəli satıcı İddiaçı MMC ilə alıcı "xxxx" MMC arasında bağlanmış müqavilənin 1.1-ci bəndinin tələbinə görə “Satıcı” malları “Alıcı”ya satır və “Alıcı” öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən “Satıcı”ya ödəyir. Müqavilənin 3.1-ci bəndinə əsasən “Alıcı” mallara görə “Satıcı” tərəfindən təqdim edilmiş hesab fakturalara və qaimə-fakturalara uyğun olaraq aldığı malların dəyərini “Satıcı”-nın hesabına ödəyir. Həmin müqavilənin 3.4-cü bəndinin tələbinə görə ödəniş köçürülmə yolu ilə aparılırsa “Satıcı” “Alıcı”-ya ödəniş aparılması üçün müvafiq sənədləri təqdim edir. Mallar təhvil verildikdən sonra ödəniş ən geci 5 iş günü ərzində “Satıcı”nın hesabına ödənilməlidir. xx.xx.2022-ci il tarixli EBBZ seriyalı 875546 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC "xxxx" MMC-yə 527,97 manat, 95,03 manat ƏDV, cəmi 623 manat məbləğində mal təhvil vermişdir. xx.xx.2022-ci il tarixli EBCE seriyalı 301285 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC "xxxx" MMC-yə 827,12 manat, 148,88 manat ƏDV, cəmi 976 manat məbləğində mal təhvil vermişdir. xx.xx.2022-ci il tarixli EBCY seriyalı 098385 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC "xxxx" MMC-yə 4778,81 manat, 860,19 manat ƏDV, cəmi 5639 manat məbləğində mal təhvil vermişdir. xx.xx.2022-ci il tarixli EBCB seriyalı 064031 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC "xxxx" MMC-yə 2929,24 manat, 527,26 manat ƏDV, cəmi 3456,50 manat məbləğində mal təhvil vermişdir. xx.xx.2022-ci il tarixli EBBV seriyalı 882843 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC "xxxx" MMC-yə 11159,32 manat, 2008,68 manat ƏDV, cəmi 13168 manat məbləğində mal təhvil vermişdir. "xxxx" ASC-nın hesab üzrə çıxarışından görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixli EBBV seriyalı 882843 nömrəli elektron qaimə üzrə İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixdə 4000 manat və xx.xx.2022-ci il tarixdə 2159,32 manat məbləğində vəsait ödənilmişdir. Vergi Xidmətinin elektron qaimələrə aid olan çıxarışından görünür ki, xx.xx.2022-ci il tarixli EBBZ seriyalı 875546 nömrəli, xx.xx.2022-ci il tarixli EBCE seriyalı 301285 nömrəli, xx.xx.2022-ci il tarixli EBCY seriyalı 098385 nömrəli, xx.xx.2022-ci il tarixli EBCB seriyalı 064031 nömrəli, xx.xx.2022-ci il tarixli EBBV seriyalı 882843 nömrəli, həmçinin EBBU seriyalı 298803 nömrəli xx.xx.2022-ci il tarixli 8872 manat məbləğində malların təhvil verilməsini əks etdirən elektron qaimələr Cavabdeh MMC tərəfindən təsdiq edilmişdir. xx.xx.2023-cü il tarixli **********/611021899 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC 320 manat 4 saylı Vəkil Bürosunun hesabına ödəmişdir. xx.xx.2023-cü il tarixli MŞB/16-00803 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC 200 manat məbləğində mediasiya xərcini ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli 006 nömrəli müqavilə bağlanmış, İddiaçı MMC öz üzərinə düşən öhdəliyi yerinə yetirərək 5 elektron qaimə üzrə 23862,50 manat məbləğində malları Cavabdeh MMC-yə təqdim etmiş, sonuncu isə müəyyən ödənişlər aparsa da, 16594,50 manat məbləğində borc qalmışdır. Cavabdeh MMC-nin nümayəndəsinin izahatında təhvil-təslim aktının olmadığına istinad etməsi ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı MMC tərəfindən təqdim edilən və Cavabdeh MMC tərəfindən təsdiq edilən elektron qaimələrdən müəyyən edilir ki, tərəflərin arasında davamlı münasibətlər olmuş, hətta xx.xx.2022-ci il tarixli EBBV seriyalı 882843 nömrəli elektron qaimə üzrə 6159,32 manat (4000 manat+2159,32 manat) məbləğində müəyyən ödənişlər aparılmış, hazırda tələb edilməyən EBBU seriyalı 298803 nömrəli xx.xx.2022-ci il tarixli qaimə üzrə isə 8872 manat məbləğində borc tam ödənilmiş, halbuki Cavabdeh MMC tərəfindən ödəniş aparılan qaimə üzrə heç bir təhvil-təslim aktları təqdim edilməmiş (məhkəmə təqdim edilməsini xahiş etsə də), bu isə ona dəlalət edir ki, tərəflərin arasında davamlı təhvil-təslim aktları tərtib edilməməklə alqı-satqı münasibətləri olmuş, satıcı sadəcə olaraq elektron qaimələri sistemə vurmuş və Cavabdeh MMC isə onları təsdiq etməklə ödənişləri aparmışdır. Göründüyü kimi Cavabdeh MMC-nin nümayəndəsi izahatında təhvil-təslim aktının olmadığına istinad etsə də, sonuncu tərəfindən ödəniş aparılmış elektron qaimələr üzrə təhvil-təslim aktlarını təqdim edə bilməməsi, Cavabdeh MMC tərəfindən təsdiq edilən digər elektron qaimələr üzrə də, malların təhvil verildiyini və tərəflərin məhz davamlı təhvil-təslim aktları tərtib edilməməklə alqı-satqı münasibətlərinin olduğunu təsdiq edir. Odur ki, tərəflərin arasında davamlı alqı-satqı münasibətlərin olduğunu, elektron qaimələrin "xxxx" MMC tərəfindən təsdiq edildiyini və təhvil-təslim aktları tərtib edilmədən bəzi qaimələr üzrə ödənişlərin aparıldığını nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının 16594,50 manat borc tələbi əsaslı olduğundan, həmçinin ilkin mediyasiya sessiyasının aparılmasına ödənilmiş 200 manat xərc və hüquqi xidmətin göstəriməsi üçün vəkilə ödənilmiş 320 manat təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Cavabdeh MMC-dən 16594,50 manat borc, mediyasiya xərci ilə bağlı ödənilmiş 200 manat və hüquqi yardımla bağlı ödənilmiş 320 manat, cəmi 17114,50 manat məbləğində vəsait tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 16594,50 manat borc, mediyasiya xərci ilə bağlı ödənilmiş 200 manat və hüquqi yardımla bağlı ödənilmiş 320 manat, cəmi 17114,50 manat məbləğində vəsait tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3753/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3753/2023
24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver