Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3754/2025 11.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı və zaminlik müqaviləsi) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Cavabdehlərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 ƏDV daxil olmaqla 46.802,35 (qırx altı min səkkiz yüz iki manat otuz beş qəpik) Azərbaycan manatı məbləğində borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 230.41 (iki yüz otuz manat, qırx bir qəpik) Azərbaycan manatı məbləğində dövlət rüsumunun, cəmi 47.032,76 (qırx yeddi min otuz iki manat, yetmiş altı qəpik) Azərbaycan manatı məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra “STP”) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) arasında xx.xx.2025-ci il tarixli, PMZ08201025-87 nömrəli “Malların və Xidmətlərin Alqı-Satqı Müqaviləsi” (bundan sonra Müqavilə) imzalanmışdır. Həmçinin öhdəliyin icrasının təmin edilməsi üsulu kimi “STP” ilə Cavabdeh2 (bundan sonra “Zamin”) arasında xx.xx.2025-ci il tarixli, PMZ08201025-87 nömrəli “Zaminlik müqaviləsi” bağlanmışdır. Daha sonra tərəflər arasında ƏDV daxil 46.802,35 (qırx altı min səkkiz yüz iki manat otuz beş qəpik) Azərbaycan manatı (bundan sonra AZN) məbləğində borcun qalması barədə xx.xx.2025-ci il tarixli, ER-19 nömrəli üzləşmə aktı təsdiq edilmişdir. Lakin cavabdehlər müqavilə üzrə üzərilərinə götürülən öhdəlikləri pozmuş, borcun ödənilməsinə dair öhdəlikləri bu günə qədər icra etməyiblər. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar nəticə verməmişdir. Həmçinin, borcun qaytarılması məqsədi ilə yazılmış pretenziya məktubu əvvəlcə kağız daşıyıcıda daha sonra isə Vahid Məhkəmə Portalında elektron informasiya sistemi vasitəsilə cavabdehlərə göndərilsə də mövcud borc ödənilməmiş qalmışdır. Beləliklə, tərəflər arasında bağlanılmış xx.xx.2025-ci il tarixli, PMZ08201025-87 nömrəli “Malların və Xidmətlərin Alqı-Satqı Müqaviləsi”nin 3.2-ci və 5.1.3-cü bəndinə əsasən, üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirilməməsi nəticəsində həmin müqavilənin 4.1.1-ci bəndinə əsasən İddiaçının Cavabdehdən borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.
5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli, PMZ08201025-87 nömrəli “Malların və Xidmətlərin Alqı-Satqı Müqaviləsi”-nə əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə ilə Satıcı tam təfsilatı, ölçü vahidi, həcmi, qiyməti, təhvil verilmə qaydası və təhvil verilmə müddəti hər yeni sifarişdən qabaq Tərəflərin iştirakı ilə yazılı şəkildə tərtib ediləcək və Müqavilənin ayrılmaz tərkib hissəsi olan Qoşmalar (bundan sonra "Qoşma") ilə müəyyən olunan mallar (bundan sonra "Mallar") və/və ya xidmətlər (bundan sonra "Xidmətlər") ilə Sifarişçini təchiz etməyi, Sifarişçi isə Malları və Xidmətləri qəbul edib onların müvafiq Qoşma ilə razılaşdırılmış dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür.
9. Müqavilənin 2.1-ci bəndinə əsasən Satıcı Malları və Xidmətləri Qoşmada razılaşdırılmış müddətdə Sifarişçiyə təhvil verməlidir. Xammalın gecikməsi və ya Sifarişçinin ödəmə ilə əlaqədar öhdəliklərini icra etməməsi nəticəsində Qoşmada razılaşdırılan təhvil müddəti müvafiq olaraq uzadıla bilər. Belə hallar və səbəbləri barədə Satıcı Sifarişçiyə məlumat verməlidir.
10. Müqavilənin 2.2-ci bəndinə əsasən Malların və Xidmətlərin təhvil verilməsi qaydası və yeri Qoşmada təsbit edilir. Qoşmada razılaşdırıldığı halda Satıcı Malları və Xidmətləri partiyalarla (hissə-hissə) də Sifarişçiyə verə bilər. Mallar və Xidmətlərin hər hansı hissəsi təhvil verilməsi üçün hazır olduqda, Satıcı Malların və Xidmətlərin təhvil verilməsi üçün hazır olduqları tarixdən ("Təhvil Tarixi") 1 (bir) iş günü qabaqcadan telefon, elektron poçt və ya digər rabitə vasitələri ilə Sifarişçini xəbərdar etməlidir.
11. Müqavilənin 2.3-cü bəndinə əsasən Malların və Xidmətlərin Sifarişçiyə təhvil verilməsi Tərəflərin səlahiyyətli nümayəndələrinin imzaladığı, Tərəflərin hər birində 1 (bir) nüsxə saxlanılmaqla Satıcı tərəfindən 2 (iki) nüsxədə tərtib edilən Təhvil-təslim Aktı vasitəsilə rəsmiləşdirilir. Təhvil-təslim aktı imzalanmasa Satıcı Malların və Xidmətlərin təhvilini müvafiq müddətə saxlaya bilər.
12. Müqavilənin 2.4-cü bəndinə əsasən Satıcı Malların razılaşdırılmış vəziyyətdə təhvil verilməsini təmin edəcək şəkildə qablaşdırıldığından və mühafizə olduğundan əmin olmalıdır. Qablaşdırmaya dair spesifik şərtlər və Sifarişçinin tələbləri olduqda, bu şərtlər Qoşmalarda müəyyən edilir. Belə şərtlər Qoşmada ifadə edilmədiyi halda Satıcı qablaşdırmada olan çatışmazlıqlar nəticəsində məsuliyyət daşımır.
13. Müqavilənin 3.2-ci bəndinə əsasən qoşmada başqa qayda nəzərdə tutulmayıbsa, Sifarişçi Mallar və Xidmətlərin dəyərini tam olaraq qabaqcadan ödəməlidir.
14. Müqavilənin 3.3-cü bəndinə əsasən qoşmada başqa qayda nəzərdə tutulmayıbsa, Qoşmada qeyd edilən qiymətlər 5 (beş) təqvim günü ərzində qüvvədə olur. Bu və ya Qoşmada qeyd edilmiş digər müddət ərzində razılaşdırılmış tam və ya hissəvl avans ödənişi Sifarişçi tərəfindən İcra edilmədiyi halda, Satıcı qiymətləri öz mülahizəsinə əsasən dəyişə bilər. Belə olan halda Sifarişçi yeni qiymətlərlə razılaşmalı və Qoşmaya yazılı şəkildə düzəliş edilməlidir. Əks halda Qoşma qüvvədən düşmüş hesab edilir və Satıcı onun icrası üzrə öhdəlik daşımır.
15. Müqavilənin 3.5-ci bəndinə əsasən hər-hansı Tərəf bu Müqavilə üzrə öhdəliklərini müəyyən olunmuş müddətlərdə həyata keçirmədikdə, hər geclkdlrllmlş günə görə İcrası gecikdlrllən öhdəliyin dəyərinin 0,1 (sıfır tam onda bir) faizi həcmində digər Tərəfə cərimə ödəməlidir. Satıcının Malları və ya Xidmətləri təhvil vermək müddəti ödənişlərin geclkdlrllməsl müddətinə müvafiq uzadıla bilər. Cərimənin ödənilməsi Tərəfləri Müqavilə üzrə digər öhdəliklərinin İcrasından azad etmir.
16. İddiaçı MMC, Cavabdeh2 (bundan sonra “Zamin”) və borclu Cavabdeh1 MMC arasında xx.xx.2025-ci il tarixli, PMZ08201025-87 nömrəli “Zaminlik müqaviləsi” bağlanmışdır. Müqaviləyə əsasən zamin borclunun STP Polymer qarşısında yaranmış, bu Müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və STP Polymer qarşısında Borclu ilə birgə məsuliyyət daşıyır.
17. Müqavilənin 1.2-ci bəndinə əsasən Zaminliklə təmin edilən öhdəlik: STP Polymer ilə Borclu arasında bağlanmış Borcun təsdiqinə və ödənilməsinə dair xx.xx.2025-ci il tarixli Malların və/və ya xidmətlərin alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 74871 manatı məbləğində olan malın və ya xidmətin dəyəri üzrə borcun ödənilməsi təşkil edir.
18. İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə malların satışına dair xx.xx.2025-ci il tarixli MT2501 10432253 nömrəli - 2469.15 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT2501 10436316 nömrəli - 6996.45 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT2501 10436080 nömrəli 5486.29 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT2501 10431646 nömrəli 6595.02 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT2501 10440889 nömrəli 1593 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT2501 10442485 nömrəli 1593 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT2501 10442962 nömrəli 1593 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT2501 10672499 nömrəli 5945.07 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT2501 10697678 nömrəli 2628.45 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT2501 10692312 nömrəli 5371.59 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT2501 10693273 nömrəli 2787.75 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT2501 10702899 nömrəli 1593 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT2501 10704432 nömrəli 2150.55 manat məbləğlərində e-qaimələr göndərilmişdir.
19. xx.xx.2025-ci il tarixli ER-019 nömrəli Üzləşmə Aktına əsasən "xxxx" MMC-nin İddiaçı MMC-yə 46.802,35 manat borcunun olduğunu hər iki tərəf öz imza və möhürləri ilə təsdiq etmişlər.
20. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
22. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
23. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
24. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
25. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
26. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
27. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
28. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər
29. Göründüyü kimi tərəflər arasında xx.xx.2025-ci il tarixli, PMZ08201025-87 nömrəli “Malların və Xidmətlərin Alqı-Satqı Müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə ilə Satıcı müəyyən olunan mallar və/və ya xidmətlər ilə Sifarişçini təchiz etməyi, Sifarişçi isə Malları və Xidmətləri qəbul edib onların dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan əlavə iş üzrə ikinci cavabdeh qeyd edilən “Malların və Xidmətlərin Alqı-Satqı Müqaviləsi üzrə alıcının öhdəliyinin tamamilə və ya hissə-hissə icra edilməsi üçün məsuliyyəti zaminlik müqaviləsini bağlayaraq öz üzərinə (borclu ilə birgə məsuliyyət) götürmüşdür. İddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəlikləri icra etsə də, cavabdehlərin iddiaçıya müqavilə üzrə 46.802,35 manat ödənilməmiş borcları qalmışdır. Borcun mövcüdluğu üzləşmə aktı ilə öz təsdiqini tapmışdır.
30. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, e-qaimələr, qarşılıqlı borcların üzləşmə aktı ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 46.802,35 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
31. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 46.802,35 manat bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən 46.802,35 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.
32. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 230,41 manat dövlət rüsumu ödənilmişdir.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün 230,41 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdеh "xxxx" MMC-dən və Cavabdeh2 müştərək qaydada 46.802,35 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 230,41 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova