Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3758/2025 26.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə üzrə pulun tutulması) X1 Rövşən qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, İddiaçı MMC-nin cavabdeh na qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 mart 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış 37405 manat borcun və ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki,Cavabdeh aramızda olan 02 mart 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, satılan malların dəyəri qiymət razılaşdırma protokolunda qeyd edilmiş, mallar təhvil təslim aktı ilə cavabdehə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli, 066510 nömrəli qaimə faktura üzrə 6125 man, xx.xx.2023-cü il tarixli, 66117 qaimə faktura üzrə 23600 man xx.xx.2023-cü il tarixli qaimə faktura üzrə 2560 man, xx.xx.2023-cü il tarixli, 361488 nömrəli qaimə faktura üzrə 1280 azn, xx.xx.2023-cü il tarixli 922832 nömrəli qaimə faktura üzrə 3840 manat cavabdehin şirkətə borcu mövcuddur. Cavabdehə dəfələrlə şifahi müraciətlərimizə cavab vermədiyindən, 37405 manat borcun tutulması ilə bağlı pretenziya ilə müraciət etsəmdə bugunə qədər tələbimin təmin edilməsindən imtina olunmuşdur.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
5. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
8. İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2023-cü il tariхli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti, “Satıcfnın “Alıcfnı hazırki müqavilənin ayrılmaz hissəsi olan Qiymətlərin razılaşdırılması protokollarında (bundan sonra Əlavə adlanacaq) göstərilən avadanlıqla təmin edilməsindən, “Alıcı”nın isə avadanlığın dəyərini “Satıcfya tam şəkildə ödəməsindən ibarətdir.. - 4.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən malların (avadanlığın) dəyəri müqavilənin ayrılmaz hissəsi olan qiymətlərin razılaşdırılması protokoluna (Əlavə) müvafiq surətdə müəyyən olunur.. - 4.2-ci bəndinə əsasən “Satıcı" malları "Alıcı" ya əlavədə göstərilmiş müddət ərzində (əlavə imzalandıqdan sonra) ödənişi həyata keçirdikdən sonra təhvil-təslim aktı əsasında təhvil verir. - 4.4-cü bəndinə əsasən "alıcı" müqaviləni (və ya onun hər hansı hissəsini ödənişin vaxtında ödənilməməsi) yerinə yetirmədikdə "Satıcı" digər hüquqlara ziyan vurmadan hər gecikdirilmiş gün üçün 0,2% miqdarında cərimə sanksiyalar (qarşısı alınmaz qüvvənin təsiri istisna olmaqla) tətbiq edir Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki,iddiaçı tərəfindən cavabdehə 3 ədəd avadanlıq verilmişdir.
10. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki,iddiaçı tərəfindən cavabdehə 1 ədəd avadanlıq verilmişdir.
11. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki,iddiaçı tərəfindən cavabdehə 2 ədəd avadanlıq verilmişdir.
12. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki,iddiaçı tərəfindən cavabdehə 19 ədəd avadanlıq verilmişdir.
13. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki,iddiaçı tərəfindən cavabdehə 5 ədəd avadanlıq verilmişdir.
14. İddiaçı tərəfindən cavabdehə EBDB 066510 nömrəli xx.xx.2023-cü il tarixli 6125 manat,EBDB 661137 nömrəli xx.xx.2023-cü il tarixli 23600 manat, EBDC 213340 nömrəli xx.xx.2023-cü il tarixli 2560 manat, EBDC 361488 nömrəli xx.xx.2023-cü il tarixli 1280 manat, EBDC 922832 nömrəli xx.xx.2023-cü il tarixli 3840 manat məbləğində elektron qaimələr göndərilmişdir. V. Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
VI. Məhkəmənin mövqeyi:
17. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2023-cü il tariхli alq-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı sifariş edilmiş malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh göstərilən müqavilə üzrə İddiaçı MMC-yə borcunun olması iş materiallarına əlavə edilmiş alqı-satqı müqaviləsi, qiymətlərin razılaşdırması protokolu, elektron qaimələr təhvil təslim aktları vədigər sübutlarla sübuta yetirilir.
19. Belə olan halda məhkəmə mübahisəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 37405 manat tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
20. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 203 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
21. Məhkəmə hesab edirki, iddia təmin edildiyindən 203 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh 37405 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 203 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. . Hakim Günay Həşimova