Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3761/2022 08.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “X1” MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5433 manat pul və mediasiyaya ödənilmiş 110 manat mediasiya xərci olmaqla, cəmi 5543 manat pulun “X1” MMC-dən alınaraq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə “X1” MMC arasında 20 avqust 2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqavilənin şərtlərinə əsasən satıcı alıcıya hidravlik şlanqlar və fittinqlər satmağı, alıcı isə həmin malı qəbul etməyi, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi lazımınca icra etmişdir. Belə ki, 05 sentyabr 2020-ci il tarixli təhvil-təslim aktına əsasən 5433 manat dəyərində mal cavabdeh “X1” MMC-yə təhvil verilmişdir. Yuxarıda qeyd edilən müqavilənin şərtlərinə əsasən alıcı “X1” MMC-dən aldığı malın dəyərini ödəməyi öhdəsinə götürsə də, öhdəliyi icra etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh “X1” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 20 avqust 2020-ci il tarixli İddiaçı ilə cavabdeh “X1” MMC arasında bağlanmış alqısatqı müqaviləsindən görünür ki, İddiaçı “X1” MMC-yə hidravlik şlanqlar və fittinqlər satmağı, “X1” MMC isə həmin malı qəbul etməyi, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli EBAS seriyalı 084630 nömrəli elektron qaimədən görünür ki, İddiaçı “X1” MMC-yə ümumi dəyəri 5433,43 manat olan malları satmışdır. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən icraçı İddiaçı sifarişçi “X1” MMC-nin nümayəndəsi Oleq Panatliyevə xx.xx.2020-ci il tarixli EBAS seriyalı 084630 nömrəli elektron qaimədə göstərilən malları təhvil vermişdir. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatının hesabına 110 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi İddiaçı ilə cavabdeh “X1” MMC arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh alınan mallara görə borcunu iddiaçıya ödəməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh “X1” MMC-dən 5433 manat əsas borc və 110 manat mediasiya xərci cəmi 5543 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh “X1” MMC-dən 5433 manat əsas borc və 110 manat mediasiya xərci cəmi 5543 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3761/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3761/2022
08.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver