Məhkəmə qərarları › İş №e-2-2(113)-3762/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3762/2025

08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3762/2025 08.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 6000 manat pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 80 manat məbləğində pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər aşağıdakı məzmunda barışıq sazişi imzalamış və məhkəməyə təqdim edərək barışıq sazişinin təsdiq edilməsini və bunun əsasında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər: 1.1. Tərəflər etiraf və qəbul edirlər ki, Cavabdeh İddiaçı MMC-yə olan borcu 6000 (altı min) manat təşkil edir. 1.2. İddiaçı MMC Cavabdeh borcundan 3000 (üç min) manat hissəni güzəşt edir. 1.3. Cavabdeh qalıq 3000 (üç min) manat borcu 01 iyul 2025-ci il tarixindən başlayaraq hər ay 150 (yüz əlli) manat olmaqla, 01 fevral 2027-ci il tarixədək tam şəkildə ödəməyi öhdəsinə götürür. 1.4. Sazişə əsasən Cavabdeh ardıcıl olaraq 2 (iki) ay müddətində öhdəlik üzrə ödəniş etmədiyi halda İddiaçı MMC borcunu və dəymiş ziyanı tam şəkildə birdəfəlik qaydada tələb etmək hüququna malikdir. 1.5. Məhkəmə araşdırması zamanı tərəflərin çəkdiyi digər real xərclər tərəflərin özünə aid ediləcəkdir. 1.6. Tərəflər bu barışıq sazişi üzrə məlumatları gizli saxlayacaq, onları yaymayacaq, bir-birinin əleyhinə istifadə etməyəcəklər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə ərizə ilə müraciət edərək barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında barışıq sazişi əldə olunduğuna və həmin sazişi imzalamağa tərəflərin nümayəndələrinin səlahiyyətləri olduğuna görə, həmçinin həmin saziş qanuna zidd olmadığı, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqdan sonra və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə tərəflər arasında xx.xx.2025-ci il tarixdə bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: 1.1. Tərəflər etiraf və qəbul edirlər ki, Cavabdeh İddiaçı MMC-yə olan borcu 6000 (altı min) manat təşkil edir. 1.2. İddiaçı MMC Cavabdeh borcundan 3000 (üç min) manat hissəni güzəşt edir. 1.3. Cavabdeh qalıq 3000 (üç min) manat borcu 01 iyul 2025-ci il tarixindən başlayaraq hər ay 150 (yüz əlli) manat olmaqla, 01 fevral 2027-ci il tarixədək tam şəkildə ödəməyi öhdəsinə götürür. 1.4. Sazişə əsasən Cavabdeh ardıcıl olaraq 2 (iki) ay müddətində öhdəlik üzrə ödəniş etmədiyi halda İddiaçı MMC borcunu və dəymiş ziyanı tam şəkildə birdəfəlik qaydada tələb etmək hüququna malikdir. 1.5. Məhkəmə araşdırması zamanı tərəflərin çəkdiyi digər real xərclər tərəflərin özünə aid ediləcəkdir. 1.6. Tərəflər bu barışıq sazişi üzrə məlumatları gizli saxlayacaq, onları yaymayacaq, bir-birinin əleyhinə istifadə etməyəcəklər. İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar