Məhkəmə qərarları › İş №e-2-2(113)-3766/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3766/2022

09.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3766/2022 09.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdehnin Azərbaycan Respublikasındakı Filialına qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehnin Azərbaycan Respublikasındakı Filialından 1360 manat məbləğində əsas borcun, 2535,64 manat məbləğində cərimə-dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 173,91 manat pulun, 60 manat mediasiya haqqı və 11 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdehnin Azərbaycan Respublikasındakı Filialı arasında xx.xx.2019-cu il tarixli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” 284/19 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı İddiaçı MMC sifarişçinin Cavabdehnin Azərbaycan Respublikasındakı Filialının sifarişi əsasında xidmətlər göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib bunun müqabilində icraçıya bu müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürür. Lakin İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, Cavabdehnin Azərbaycan Respublikasındakı Filialının üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Ümumilikdə 1360 manat məbləğində borcu cavabdeh tərəfindən ödənilməmişdir. Belə ki, borc məbləği iddia ərizəsinə əlavə edilmiş, tərəflər arasında tərtib edilmiş “göstərilmiş xidmətlərin təhvil verilməsi” haqqında 027928, 027626 nömrəli təhvil-təslim aktla təsdiq edilir. Lakin bundan sonra tərəfimizdən cavabdehə 31 mart 2022-ci il tarixində 3 iş günü müddətində 1360 manat borc məbləğini tələb etməyimiz barədə pretenziya məktubu göndərilməsinə baxmayaraq bu günədək qeyd edilən pul şirkətə ödənilməmişdir. Bununla yanaşı, cavabdeh tərəfindən pretenziya məktubuna hər hansı bir reaksiya verilməməsi səbəbindən, 10 may 2022-ci il tarixində şirkətimiz tərəfindən cavabdehə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair mediasiya təklifi göndərilmişdir, lakin 14 iyun 2022-ci il tarixində mediasiya təklifi üzrə baş tutmuş ilkin sessiyada cavabdeh iştirakından imtina etmiş və ilkin sessiyaya gəlməmişdir. Bu barədə 14 iyun 2022-ci il tarixli İlkin mediasiya sessiyasında Cavabdehnin Azərbaycan Respublikasındakı Filialının iştirak edilməməsi barəsində arayış tərtib edilmişdir. Beləliklə, göründüyü kimi cavabdeh ödənişdən yayınmaq üçün müxtəlif üsullara əl atmağı səbəbindən hazırkı mübahisə məhz məhkəmə vasitəsilə həlledilməlidir. Əlavə olaraq bildirək ki, müqavilənin 8.3-cü bəndinə əsasən sifarişçi tərəfindən ödənişdə gecikmə olarsa, hər gecikmə gün üçün ümumi dəyərin 0,2% əlavə hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən 2535,64 manat cərimə hesablanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdehnin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli İddiaçı MMC ilə Cavabdehnin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış 284/19 nömrəli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” müqavilədən görünür ki, İddiaçı MMC Cavabdehnin Azərbaycan Respublikasındakı Filialının sifarişi əsasında ona məxsus yükləri daşımaqla yükdaşıma xidmətləri göstərməyi, Cavabdehnin Azərbaycan Respublikasındakı Filialı isə bunun müqabilində İddiaçı MMC-yə müqavilənin 5-ci bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür. Müqavilənin 8.3-cü bəndinə əsasən Cavabdehnin Azərbaycan Respublikasındakı Filialı tərəfindən ödəmədə gecikmə olarsa, hər gecikən gün üçün ümumi dəyərin 0,2 %-i əlavə hesablanacaq. xx.xx.2021-ci il tarixli EBBH seriyalı 464721 nömrəli və xx.xx.2021-ci il tarixli EBBH seriyalı 787844 nömrəli elektron qaimələrdən görünür ki, İddiaçı MMC Cavabdehnin Azərbaycan Respublikasındakı Filialına ümumilikdə 4840 manat məbləğində yükdaşıma xidməti göstərmişdir. 30 may 2022-ci il tarixli HM-30/22 nömrəli İddiaçı MMC tərəfindən tərtib olunmuş maliyyə arayışından görünür ki, İddiaçı MMC 4840 manat məbləğində borca görə hesablanmış illik 5 % məbləğində borcu 173,91 manat təşkil edir. 14 iyun 2022-ci il tarixli MŞB/2-01005 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasında iştirak etmiş və 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. xx.xx.2022-ci il tarixli ********* nömrəli dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı 13 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 386.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi İddiaçı MMC ilə Cavabdehnin Azərbaycan Respublikasındakı Filialı arasında müvafiq müqavilə bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh göstərilən yükdaşıma xidmətinə görə qalıq borc olan 1360 manat məbləğində pulu İddiaçı MMC -yə ödəməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı MMC-nin 1360 manat əsas borc və 60 manat mediasiya xərci və 11 manat məbləğində dövlət rüsumu tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə iddiaçının əsas borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış illik 5% məbləğ olaraq hesablanan 173,91 manat məbləği ilə bağlı isə hesab edir ki, həmin tələb rədd edilməlidir, belə ki, iddiaçı həmin məbləği elektron qaimə əsasında ümumi göstərilən xidmət olan 4840 manata görə hesablamış, lakin cavabdeh tərəfindən əsas borcun böyük hissəsi ödənilərək 1360 manat borc qalmışdır. İddiaçı isə həmin borcun ödənilməsinin gecikdirilməsinin hansı tarixdən başlanması və dəyişən dinamikası olan borcun illik 5%-lə necə hesablanması ilə bağlı məhkəməyə kifayət qədər sübut təqdim etməmişdir. Məhkəmə iddianın cərimə tələbi hissəsi ilə əlaqədar qeyd edir ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə azaldılaraq 240 manat müəyyən olunmaldır. Həmçinin məhkəmə hesab edir ki, 11 manat məbləğində, ondan 10 manat müvəqqəti təminat tədbiri ilə bağlı olan dövlət rüsumu tələbi də, əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehnin Azərbaycan Respublikasındakı Filialından 1360 manat əsas borc, 240 manat cərimə cəmi 1600 manat, həmçinin 60 manat mediasiya xərci və 11 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia 173,91 manat faiz borcu tələbi hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehnin Azərbaycan Respublikasındakı Filialından 1360 manat əsas borc, 240 manat cərimə cəmi 1600 manat, həmçinin 60 manat mediasiya xərci və 11 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC -yə ödənilsin. İddia 173,91 manat faiz borcu tələbi hissəsində rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar