Məhkəmə qərarları › İş №e-2-2(113)-378/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-378/2021

15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-378/2021 15.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2.500 manat əsas borc, 500 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla cəmi 3.030 manat Cavabdeh (alıcı) (VÖEN **********) tutularaq İddiaçı MMC-yə ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (satıcı) ilə fərdi sahibkar Cavabdeh (alıcı) (VÖEN **********) arasında xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən satıcı satışını təşkil etdiyi pivə məhsullarını alıcıya realizasiya məqsədləri üçün xx.xx.2020-ci il tarixli EBAİ 292643 nömrəli qaimə əsasında təhvil vermişdir. Alıcı isə həmin malı qəbul edib, malın haqqını müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ödəməyi öhdəsinə götürmüşdür (müqavilənin 3.4.1-ci bəndi). Alıcı tərəfindən təhvil alınmış malın ümumi məbləği 3000 manat təşkil etmişdir. Alıcı tərəfindən realizasiya olunmuş mala görə bütün dövr üzrə ödənilmiş ümumi məbləğ 500 manat təşkil etmişdir (xx.xx.2020-ci il tarixli FRB 354956 nömrəli mədaxil qəbzi). Cavabdeh pretenziya məktubu ünvanlanaraq 5 iş günü müddətində qalıq 2.500 manat məbləğində borcun və müqavilənin 7.3-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsinə görə alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin Malın dəyərinin 20 %-dən artıq olmamaq şərtilə) cərimənin ödənilməsi xahiş edilmişdir. Borclu dəfələrlə qalıq borcu ödəyəcəyini bildirsə də, sonradan telefonunu söndürmüşdür və bu günədək borcu ödəməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx xxxx 2020-ci il tarixli, KOD 0119/2020 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən satıcı alıcıya onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “X1”nda göstərilən məhsulları (bundan sonra mal və malları) satır. Alıcı isə həmin malı qəbul edir və bunun müqabilində “X1” ilə razılaşdırılmış qiymətlərlə Malın dəyərini bu Müqavilənin 4-maddəsində göstərilən şərtlərlə təhvil aldıqdan sonra 35 gündən gec olmayaraq satıcıya ödəməyi öz öhdəsinə götürür. 1.2-ci bəndinə görə malın adı, miqdarı, ölçü vahidi, qiyməti və digər zəruri xüsusiyyətləri bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan “X1”nda öz əksini tapır. 2.1-ci bəndinə əsasən malın “X2”nda göstərilən qiymətinin dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı əsasında və bu müqavilənin 9.8-ci maddəsində təsvir olunmuş hallarda həmin maddənin tələblərinə uyğun yol verilir. Belə razılaşma tərəflər arasında bu barədə yazılı X3 rəsmiləşdirilməsi ilə etibarlıdır. 3.2.1-ci bəndinə görə malı müqavilə ilə müəyyən edilmiş qaydada alıcının mülkiyyətinə vermək satıcının vəzifəsidir. 3.4.1-ci bəndinə əsasən malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (malın qiymətini) bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək alıcının vəzifəsidir. Müqavilə hər iki tərəfin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx xxxx 2020-ci il tarixli, KOD 0119/2020 saylı alqı-satqı müqaviləsinə 01 saylı əlavədən (Qiymətlərin razılaşdırma protokolu) görünür ki, 1 ədəd Pivə NZS Sadə 0.500 Lt adlı malın qiyməti 1.50 manat, Pivə NZS Premium 0.500 Lt adlı malın qiyməti 1.55 manat müəyyən edilmişdir. Əlavə hər iki tərəfin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh ƏDV daxil 3.000,01 manat dəyərində malın verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, EBAİ seriyalı, 292643 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh göndərilmişdir. Qaimə tərəflərin fiziki imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir. -İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubu ilə təsdiq edilir ki, cavabdehdən 5 iş günü müddətində qalıq 2500 manat məbləğində borcun və müqavilənin 7.3-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin Malın dəyərinin 20 %-dən artıq olmamaq şərtilə) cərimənin ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində işləyir. Cavabdeh qohumu Xəyal adlı şəxslə birlikdə mağaza işlətmiş, 3.000 manat dəyərində pivə almış, 500 manat məbləğində ödəniş etmişdir. Mallar sürücü vaistəsilə çatdırılmışdır. Hazırda Cavabdeh 2.500 manat məbləğində borcu qalmışdır. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx xxxx 2020-ci il tarixli, KOD 0119/2020 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh göstərilən müqavilə üzrə İddiaçı MMC-yə olan borcu 2.500 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərini– 2.500 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etməməsini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, İddiaçı MMC Cavabdeh 2.500 manat məbləğində əsas borcun tutularaq iddiaçıya ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində 2.500 manat borcun ödənilməsinin gecikdirilməsinə görə gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 0,1% olmaqla hesablanmış 500 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulunun tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 100 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 5 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2.500 manat (iki min beş yüz) məbləğində borc, 100 (yüz) manat məbləğində dəbbə pulu, cəmi 2.600 (iki min altı yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar