Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-378/2022 17.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi vəkil Nümayəndə və cavabdeh X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X3 qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04.06.2013-ci il tarixli 616- L/13 nömrəli müqavilə üzrə 23936 manat gecikdirilmiş əsas borc və hesablanmış 9261,22 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manatın cəmi 33547,22 manat məbləğində pulun cavabdeh X1 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə X4 arasında bağlanmış 04.06.2013-ci il tarixli 616-L/13 nömrəli müqaviləyə əsasən lizinq alan satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə lizinq obyektləri götürsə də, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə 23936 manat gecikdirilmiş əsas borc və hesablanmış 9261,22 manat cərimə borcu yaranmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı Azərbaycan Respublikası Kənd Təssərüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyin nümayəndəsi vəkil Nümayəndə iddianı müdafiə edərək izahatında iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh X4 iddianı qismən qəbul edərək izahatında əsas borcdan 26.07.2021-ci il tarixdə 2000 manatın ödənildiyini bildirərək, cərimə borcun təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 04.06.2013-ci il tarixli 616-L/13 nömrəli müqavilədən görünür ki, lizing alan X3 taxılyığan kombayn və GPS terminalı mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. 4.2ci bəndinə əsasən Lizing alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləğivə gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə hesablanır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, X2 07.07.2021-ci il tarixə 23936 manat gecikdirilmiş əsas borc və hesablanmış 9261,22 manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 465.2, 467-ci və 747.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. İş materiallarından və qanunvericilik normalarından da göründüyü kimi tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh lizinq obyektlərinə görə tam həcmdə ödənişləri etmədiyinə görə öhdəlikləri yerinə yetirməmiş və nəticədə 07.07.2021-ci il tarixə 23936 manat gecikdirilmiş əsas borc və hesablanmış 9261,22 manat cərimə borcu yaranmış, cavabdeh yalnız 26.07.2021-ci il tarixdə əsas borcdan 2000 manat məbləğində pulu ödəmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, 18.01.2022-ci il tarixdə əsas borcdan 2000 manat məbləğində pul ödənildiyinə görə iddia 21936 manat məbləğində əsas borc və hüquqi xidmətə görə 350 manat məbləğində vəsaitin tələbi hissəsində təmin edilməlidir. Bununla yanaşı iddiaçının müqavilənin 4.2-ci bəndinə əsasən 9261,22 manat cərimə tələbi ilə bağlı məhkəmə cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, hesab edir ki, tənasübsüz surətdə yüksək olan cərimə azaldılaraq 564 manat məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, 04.06.2013-ci il tarixli 616-L/13 nömrəli müqavilə üzrə 21936 manat gecikdirilmiş əsas borc, 564 manat cərimə və hüquqi yardıma görə 350 manat cəmi 22850 manat məbləğində pul cavabeh X1 tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 04.06.2013-ci il tarixli 616-L/13 nömrəli müqavilə üzrə 21936 manat gecikdirilmiş əsas borc, 564 manat cərimə və hüquqi yardıma görə 350 manat cəmi 22850 manat məbləğində pul cavabeh X1 tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-378/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-378/2022
17.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver