Məhkəmə qərarları › İş №e-2-2(113)-3782/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3782/2025

28.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3782/2025 28.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı,pul) X4 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İdddiaçı "xxxx" MMC-nin Cavabdeh ASC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin (VÖEN5:0********) üzərinəaramızda bağlanmış 12 dekabr 2023-cü il tarixli 72-T/23 nömrəli malların təchiz edilməsi barədə alqı-satqı müqaviləsi üzrə hazırkı günə 17781,64 (on yeddi min yeddi yüz səksən bir manat64 qəpik) manat (ƏDV daxil) yaranmış borcun, ödənişin vaxtında ödənilməməsinə görəillik 5 faiz olmaqla 1 il üçün 889 manatın və 147 manat dövlət rüsumunun - ümumilikdə 18817,64 manatın İddiaçı MMC-nin (VÖEN: **********) bank hesabına ödənilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 12 dekabr 2023-cü il tarixli 72-T/23 nömrəli malların təchiz edilməsi barədə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 19 dekabr 2023-cü il tarixli qiymətlərin razılaşdırılma protokolu müqaviləyə əlavə edilmişdir. Həmin protokolaəsasən, “kordonun içinə qoyulan salafan paketlər 70x71 sm” mallarının qiyməti müəyyənləşdirilmişdir. Bundan sonra cavabdeh tərəfindən bir neçə dəfə mallar almışdır. Bundan sonra xx.xx.2025-ci il tarixdə Qarşılıqlı borcların üzləşdirilməsi və üzləşmə Aktları imzalanmışdır. Həmin aktlara əsasən 17781,64 (on yeddi min yeddi yüz səksən bir manat 64 qəpik) manat (ƏDV daxil) cavabdehin olduğu öztəsdiqini tapmışdır. Yaranmış 17781,64 (on yeddi min yeddi yüz səksən bir manat 64 qəpik) manat borc cavabdeh tərəfindən müxtəlif bəhanələrlə indiyə qədər ödənilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq. Bildiririk ki, aramızda bağlanılmış 12 dekabr 2023-cü il tarixli 72-T/23 nömrəli malların təchiz edilməsi barədə alqı-satqı müqaviləsinin 4.1-ci bəndi cavabdeh tərəfindən yerinə yetirilməmişdir. II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən X5 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

8. İddiaçı MMC ilə Cavabdeh ASC arasında imzalanmış 12 dekabr 2023-cü il tarixli 72- T/23 nömrəli nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən satıcı hər dəfə Alıcının sifarişi (sonralar «Sifariş» adlandırılacaq) əsasında tərtib olunacaq və Müqaviləyə əlavə olunacaq müvafiq Əlavələrdə («Qiymətlərinrazılaşdırma Protokolarda») mallan həmin Əlavələrdə nəzərdə tutulan miqdarda və qiymətlərlə Alıcının təyin etdiyi ünvana çatdırmağı və sonuncuya təhvil verməyi öz öhdəsinə götürür. - 2.4.1-ci bəndinə Malları qəbul edib, əvəzində müəyyənləşdirilmiş pul məbləğini (malların dəyərini) vaxtında ödəmək alıcının vəzifəsidir. - 4.1-ci bəndinə əsasən Alıcı malların dəyərini mallar təhvil verildikdən və müvafiq elektron qaimə təqdim edildikdən sonra 30 (otuz) gün ərzində köçürmə yolu ilə Satıcıya ödəyir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

9. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli qiymət razılaşma protokolunda tərəflər arasında göstərilən xıdmətlənn və məhsulların qiyməti müəyyənləşdirilmişdir.

10. İddiaçı ilə cavabdeh arasında imzalanmış 22 yanvar 2025-ci il tarixli borcların üzləşdirilmsəi barədə akta əsasən 12 dekabr 2023-cü il tarixli 72-T/23 nömrəli nömrəli alqı-satqı müqaviləsi Cavabdeh ASC-nin “Meqa-Plastik”CE” MMC-yə xx.xx.2025-ci il tarixinə 17781.62 manat (ƏDV daxil) borcu var.

11. 22.12.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh ASC-yə 3455.93 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.

12. 25.12.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh ASC-yə 3690 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.

13. 27.12.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh ASC-yə 2652.30 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.

14. 30.12.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh ASC-yə 2712.66 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.

15. 12.03.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh ASC-yə 11716 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.

16. 11.05.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh ASC-yə 2939.44 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.

17. 11.05.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh ASC-yə 5800 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.

18. 11.05.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh ASC-yə 2900 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.

19. 27.06.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh ASC-yə 574.20 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.

20. 29.06.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən Cavabdeh ASC-yə 2900 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.

21. İddiaçı tərəfindən Cavabdeh ASC-yə xx.xx.2024-cü il tarixli pretenziya məktubu ünvanlanaraq borcun 10 iş günü ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq məhkəmə instansiyasına müraciət ediləcəkdir. V. Tətbiq edilən hüquq:

22. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

23. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

25. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

26. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

27. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh ASC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda malları cavabdehə təqdim etmişdir. İddiaçının həmin malları cavabdehə təqdim etməsi elektron sistem vasitəsilə cavabdehə göndərilərək təsdiqlənmiş elektron qaimələrlə, eləcə də malların təhvil-qəbul aktları il, həmçinin tərəflərin imzaları və möhürləi ilə təsdiqlənmiş üzləşmə aktı ilə təsdiq edilir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur.

28. Məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 17781,64 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını, iddia tələbinin cavabdehin direktoru tərəfindən tam etiraf edildiyini nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, Cavabdeh ASC-dən 17781,64 manat məbləğində pul tutularaq İddiaçı MMCyə ödənilməlidir.

29. Bundan başqa iddiaçı öz iddia tələbində müqavilə dəyərinin ödənilməsinin gecikməsinə görə illik 5%-lə hesablanmış 889 manatın da cavabdehdən tutulmasını tələb etmişdir.

30. Məhkəmə cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirildiyi müddəti və 17781,64 manat əsas borc məbləğini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və illik 5% ilə hesablanmış 889 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

31. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 147 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

32. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 147 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh ASC -dən 17781,64 manat əsas borc, illik 5%lə hesablanmış 889 manat faiz və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 147 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar