Məhkəmə qərarları › İş №e-2-2(113)-3787/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3787/2022

28.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3787/2022 28.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 44220,83 manat borcun (37475,28 manat əsas və 6745,55 manat ƏDV), 200 manat ödənilmiş mediasiya xərcləri, 22,66 ödənilmiş dövlət rüsumu cəmi 44443,49 manatın tutulub xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı “Amet Services“ Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanan 01 iyul 2019 il tarixli AM-15072019 nömrəli müqaviləyə əsasən tərəfimizdən sifariş etdilmiş avadanlığların texniki xidməti yerinə yetirməlidir. Həmin müqavilənin 4.1-ci bəndində göstərilən xidmətlərə görə müvafiq ödənişin aparılması nəzərdə tutulmuşdur. Qeyd olunan müqaviləyə əsasən cavabdehə göstərilmiş xidmətlərin müqabilində cavabdehin ünvanına göndərilmiş 1)EBAF 410940 nömrəli xx.xx.2020 il tarixli 300 manat (ƏDV xaric) məbləğli 2)EBAW 320202 nömrəli xx.xx.2021 il tarixli 17341,43 manat (ƏDV xaric) məbləğli 3)EBAJ 071965 nömrəli xx.xx.2020 tarixli 150 manat (ƏDV xaric) məbləğli 4)EBAG 895667 nömrəli xx.xx.2020 il tarixli 9732 manat (ƏDV xaric) məbləqli 5) EBAW 320199 nömrəli xx.xx.2021 il tarixli 9951,85 manat (ƏDV xaric) məbləqli elektron qaimələrdən müvafiq olaraq 37475,28 manat əsas 6745,55 manat ƏDV məbləğli (cəmi 44 220,83 manat) borcun yaranması müəyyən edilir. Lakin həmin elektron qaimələrin cavabdehə göndərilməsinə baxmayaraq artıq uzun müddətdir ki, cavabdehə göstərilmiş xidmət haqqı onun tərəfindən ödənilmir. Bağlanmış müqavilə üzrə öhdəliklərin icrası məqsədi ilə göstərilən məbləğin ödənilməsinə dair cavabdeh tərəfə yazılı məktub (pretenziya) göndərilmiş olsada, bugünədək borc ödənilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, İddiaçı MMC və Cavabdeh MMC-nin nümayəndəsi, vəkilləri sistemə ərizə yükləyərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və tərəflər arasında bağlanılan 14 oktyabr 2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır: Hal-hazırda tərəflər razılıqa gəlirlər ki, bu barışıq sazişi təsdiq olunduqu günə Cavabdeh iddiaçı “Amet Services “ Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu 33000 manat əsas və 5940 manat ƏDV cəmi 38940 manat təşkil edir. Tərəflər razılığa gəlirlər ki, göstərilən borc üç ay müddətində hissə-hissə aşağıda göstərilən müddətdə və məbləğdə ödəniləcək : 31 oktyabr 2022 il tarixədək - 12980 manat (11 000 manat əsas 1980 manat ƏDV) 15 noyabr 2022 il tarixədək 12980 manat (11 000 manat əsas 1980 manat ƏDV ) 15 dekabr 2022 ilədək - 12980 manat (11 000 manat əsas 1980 manat ƏDV) Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.1.4-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış və imzalanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Məhkəmə iş üzrə materialları araşdırıb və yuxarıda sadalanan qanunvericilik normalarını əsas götürərək, hesab edir ki, tərəflərin xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməli, həmçinin ********* nömrəli xx.xx.2022-ci il tarixli qəbzlə ödənilmiş 22,66 manat məbləğində dövlət rüsumu iddiaçı “Amet Services“ MMC-yə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci tarixli barışıq sazişi təsdiq edilsin və e-2-2(113)-3787/2022 nömrəli iş üzrə icraata xitam verilsin. 914804301 nömrəli xx.xx.2022-ci il tarixli qəbzlə ödənilmiş 22,66 manat məbləğində dövlət rüsumu iddiaçı “Amet Services “ MMC-yə geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar