Məhkəmə qərarları › İş №e-2-2(113)-3787/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3787/2023

18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3787/2023 18.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “pul” tələbinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Naziliyi) tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (xidmət müqaviləsi, təmir aktı, elektron qaimə) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı QSC-nin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “pul” tələbinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Naziliyi) tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı QSC cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Satınalma və Təchizat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, 111 nömrəli satınalma müqaviləsinə əsasən 99997.90 manat məbləğində borcun, 180 manat hüquqi yardıma görə xərcin, 400,00 manat mediasiya xərcinin, toplam 100 577.90 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edəsiniz.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə “Müdafiə Nazirliyi Satınalma və Təchizat İdarəsi" arasında xx.xx.2022-ci il tarixli, 111 nömrəli Satınalma müqavilə bağlanmışdır. 111 nömrəli Satınalma müqavilə bağlanmışdır. 111 saylı müqavilənin ümumi dəyəri 100000 manat təşkil edirdi. Qeyd olunan müqavilənin predmeti Müdafiə Nazirliyinin balansında olan mühəndis texnikaları üzərində təmir işlərinin aparılmasıdır. 111 saylı Müqaviləyə əsasən Müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında göstərilmiş servis xidmətinin dəyərini vaxtında ödənilməsini həyata keçirtmək cavabdehin əsas vəzifəsidir. Ancaq iddiaçı olaraq öz üzərimizə götürdüyümüz öhdəlikləri tam şəkildə yerinə yetirməyimizə baxmayaraq cavabdeh tərəfindən hal-hazırki vaxtadək heç bir ödəniş edilməmişdir.xx.xx.2022-ci il tarixli il tarixli, 111 nömrəli Satmalma müqaviləsinə əsasən cavabdehin İddiaçı QSC-yə hal-hazırda cəmi olaraq 99997.90 manat ödənilməmiş borcu vardır. Göstərilən borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə ödənişin üçün müvafiq sənədlər - elektron qaimə-fakturalar (19973.39 manatlıq,xx.xx.2022-ci il tarixli, 381295 nömrəli, 20213.58 manatlıq, xx.xx.2022-ci il tarixli, 381659 nömrəli, 59810.93 manatlıq, xx.xx.2022-ci il tarixli, 577758 nömrəli) təmir aktları və 00314/GMC/23 saylı, xx.xx.2023-cü il tarixli pretenziya göndərilmiş, borcun ödənilməsi üçün ona müvafiq müddət təyin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən qeyd olunan borc məbləğindən bu günədək heç bir ödəniş edilməmişdir. Bundan başqa cavabdeh tərəfin tərəfimizdən göndərilən pretenziyaya heç bir rəsmi etirazı da olmamışdır. Qeyd olunan müqavilənin 5.1.1-ci maddəsinə əsasən Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini cavabdehdən tələb etmək İddiaçının hüququdur. Həmin Müqavilənin 11.1-ci maddəsinə əsasən müqavilə üzrə ödəmələr Sifarişçi tərəfindən İcraçmın təqdim etdiyi sənədbr əsasında ən qısa müddət ərzində, 15 bank günündən gec olmamaq şərti ilə həyata keçirilməli idi 3.Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Satınalma və Təchizat İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə əvəz edilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanlanmış 10/1287 nömrəli mülahizəyə əsasən bildirilmişdir ki, “X1" QSC ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsi arasında mühəndis texnikalarına servis xidmətinin göstərilməsinə dair 100 000 manat dəyərində xx.xx.2022-ci il tarixli 111 nömrəli satınalma müqaviləsi bağlanmışdır. Sözügedən müqavilə “X1" QSC tərəfindən icra edilmiş, lakin müvafiq xərc maddəsində olmaması səbəbindən 99 997.90 manat pul vəsaitinin "X1” QSC-yə ödənilməsi mümkün olmamışdır. Yaranmış borcla bağlı Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsindən verilmiş sorğuya cavab olaraq Müdafiə Nazirliyinin Maliyyə və Büdcə idarəsindən göndərilmiş 06.07,2023-cü il tarixli 8/2843 nömrəli məktubda da müvafiq xərc maddəsində pul vəsaitinin olmaması səbəbindən yuxanda göstərilən məbləğdə vəsaitin "X1” QSC-yə ödənilməsinin mümkün olmadığı qeyd edilmişdir. 6.Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi mülahizənin məzmununa uyğun izahat verərək, həqiqətən də borcun olmasını təsdiqləmişdir. 7.Məhkəmə AR MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. “İcraçı” qismində İddiaçı QSC ilə “Sifarişçi” qismində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsi arasında bağlanmış 08 sentyabr 2022ci il tarixli, 111 nömrəli satınalma müqaviləsinin predmetini Müdafiə Nazirliyinin hərbi hissələrin balansında olan mühəndis texnikaları üzərində təmir işlərinin aparılması təşkil etmişdir. 2.2. Tərəflər təsdiq edirlər ki, sifarişçi servis xidmətinin göstərilməsi üçün İcraçının 100.000 manat məbləğində təklifini qəbul etmişdir. 11.1. Müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən icraçının təqdim etdiyi sənədlər əsasında, ən qısa müddət ərzində lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır.

10. xx.xx.2021-ci il tarixli, GMC0001305 nömrəli təmir aktına əsasən İddiaçı QSC tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinə ümumi dəyəri 20213.58 manat təşkil edən, xx.xx.2021-ci il tarixli GMC ******* nömrəli təmir aktına əsasən ümumi dəyəri 19973.39 manat təşkil edən, xx.xx.2022-ci il tarixli, GMC0003551 nömrəli təmir aktına əsasən ümumi dəyəri 59810.93 manat təşkil edən təmir xidmətləri göstərilmiş, aktlar hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanmaqla və hərbi hissənin möhürü vurulmaqla təsdiq edilmişdir.

11. İddiaçı QSC tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinə xidmətlərin göstərilməsi ilə əlaqədar olaraq ümumi məbləği 19973.39 (16926.60 manat əsas, 3046.79 manat ƏDV) manat təşkil edən EBCL seriyalı 381295 nömrəli və ümumi məbləği 20213.58 manat təşkil edən EBCL seriyalı, 381659 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimə və xx.xx.2022-ci il tarixdə ümumi məbləği 59810.93 manat təşkil edən EBCL seriyalı, 577758 nömrəli elektron qaimə göndərilmişdir.

12. AR Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsi tərəfindən Satınalma və Təchizat İdarəsinə xx.xx.2023-cü il tarixli, 8/2843 nömrəli məktub ünvanlanaraq bildirilmişdir ki, Satınalma və Təchizat İdarəsi ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 111 nömrəli müqavilə üzrə 99997.90 manat məbləğində iş və xidmətlər icra olunmuşdur. Həmin müqaviləyə dair icra olunmuş iş və xidmətlərin aid olduğu xərc maddəsində pul vəsaitinin olmamasını nəzərə alaraq, ödənişin aparılmasının mümkün olmadığı barədə məlumat verilmişdir.

13. İddiaçı QSC tərəfindən AR Müdafiə Nazirliyi Satınalma və Təchizat İdarəsinə 05 may 2023-cü il tarixli, 00314/GMC/23 nömrəli pretenziya qaydasında xəbərdarlıq məktubu ünvanlanaraq 99997.90 manat təşkil edən borc məbləğinin ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət edilməsi barədə xəbərdarlıq edilmişdir.

14. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi xx.xx.2022-ci il tarixli, 111 saylı satınalma müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya xidmət müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. 15.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 16.Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

17. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

18. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

19. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

20. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

22. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 111 saylı satınalma müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı AR Müdafiə Nazirliyinin balansında olan mühəndis texnikaları üzərində təmir işlərinin aparılması öhdəliyini öz üzərinə götürmüş, servis xidmətinin ümumi dəyəri 100000 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş hər iki tərəfin nümayəndəsi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 2 ədəd və xx.xx.2022-ci il tarixli təmir aktları, eləcə də xidmətlərin göstərilməsi ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə ünvanlanmış elektronqaimələr həqiqətən iddiaçının üzərinə düşən öhdəliyi icra etməsi faktını təsdiqləyir. Bundan əlavə məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi verdiyi izahatda, eyni zamanda məhkəməyə təqdim edilmiş mülahizədə borcun ödənilmədiyini qəbul etmişdir.

23. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh tərəfindən öz öhdəliklərinin icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyindən göstərilmiş xidmətlərin dəyəri olaraq 99997.90 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

24. İddiaçı iddia tələbində ödənilmiş 400 manat məbləğində dövlət rüsumunun və 180 manat təşkil edən vəkil xidmətinin də cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Həmin ödənişlərin iddiaçı tərəfindən edilməsi ilə bağlı sənədlər işə əlavə edilmişdir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 26.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. 28.AR MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır

29. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 400 manat məbləğində mediasiya xərci və vəkil xidmətinə görə 180 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V Nəticə: 30 Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyindən xx.xx.2022-ci il tarixli, 111 nömrəli satınalma müqaviləsinə əsasən 99997.90 manat borc, hüquqi yardıma görə 180 manat, 400 manat mediasiya xərci, cəmi 100,577.90 (yüz min beş yüz yetmiş yeddi manat doxsan qəpik) manat tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar