Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3787/2025 26.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 287941,32 manat (iki yüz səksən yeddi min doqquz yüz qırx bir manat otuz iki qəpik) məbləğində borc, hüquqi yardım üçün ödənilmiş 325 (üç yüz iyirmi beş) manat və ödənilmiş dövlət rüsumuna görə 579 (beş yüz yetmiş doqquz) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında qara metal qırıntısının alqı-satqısı haqqında 03 iyun 2021-ci il tarixli, ST 03/2021 saylı və 07 yanvar 2022-ci il tarixli, ST 03/2022 saylı müqavilə imzalanmışdır. Həmin müqavilənin 4.2-cü bəndinə əsasən satıcı (İddiaçı MMC) təhvil verdiyi malın sənədi və müqavilənin 4.1ci bəndi ilə müəyyən edilmiş qiymət əsasında elektron qaimə-fakturanı tərtib edərək alıcıya (Cavabdeh MMC) təqdim edir. Müqavilənin 4.3-cü bəndinə əsasən alıcı elektron qaimə-fakturanı aldığı tarixdən orada göstərilən məbləği 30 (otuz) gün müddətində satıcının bank hesabına köçürür. İddiaçı MMC təhvil verdiyi metal qırıntılarının dəyərinin ödənilməsi ilə bağlı Cavabdeh MMC-yə elektron qaimə-fakturalar göndərmiş, lakin Cavabdeh MMC aldığı metal qırıntılarının dəyərini tam həcmdə ödəməmişdir. Həmin müqavilə üzrə yaranmış borca dair tərəflər arasında 14 mart 2024-cü il tarixli razılaşma imzalanmış və həmin razılaşmanın şərtlərinə görə Cavabdeh MMC ƏDV daxil olmaqla, 04 mart 2024-cü il tarixinə yaranmış 287941,32 manat (iki yüz səksən yeddi min doqquz yüz qırx bir manat otuz iki qəpik) məbləğində borcun tərəflər arasında tərtib olunan cədvəl üzrə 2024-cü il ərzində tam həcmdə İddiaçı MMC-yə ödənilməsi öhdəliyini üzərinə götürmüşdür. Lakin dəfələrlə müraciət edilməsinə və rəsmi pretenziyalar göndərilməsinə baxmayaraq, Cavabdeh MMC indiyədək həmin borc üzrə heç bir ödəniş etməmişdir. İddiaçı MMC tərəfindən 31 mart 2025-ci il tarixdə elektron məhkəmə sistemi və Dövlət Vergi Xidməti vasitəsi ilə elektron qaydada Cavabdeh MMC-yə yenidən pretenziya göndərilərək, hesablanmış həmin borc məbləğinin 3 (üç) gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə əlavə xərclər və faizlər də tələb edilməklə, pozulmuş hüquqların müdafiəsi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmiş, lakin cavabdeh təşkilat həmin pretenziyaya cavab verməmişdir. Tərəflər arasında bağlanılmış razılaşmanın 2-ci bəndinə əsasən borclu nəzərdə tutulan ödənişlərin gecikdirilməsinə görə (o cümlədən aylar üzrə) kreditora hər gecikdirilmiş gün üçün ödəməli olduğu borc məbləğinin 0,3 faizi həcmində dəbbə pulu ödəməlidir. Həmin razılaşmanın 3-cü bəndinə əsasən borclu borc öhdəliyini təmin etmədiyi təqdirdə, kreditor Azərbaycan Respublikasının qanunvericiliyinə və müqaviləyə müvafiq olaraq tədbirlərin görülməsi hüququnu özündə saxlayır.
3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun formada iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 287941,32 manat (iki yüz səksən yeddi min doqquz yüz qırx bir manat otuz iki qəpik) məbləğində əsas borc, 1439,71 manat (min dörd yüz otuz doqquz manat yetmiş bir qəpik) məbləğində dəbbə pulu, hüquqi yardım üçün ödənilmiş 325 (üç yüz iyirmi beş) manat və ödənilmiş dövlət rüsumuna görə 582 (beş yüz səksən iki) manat məbləğində pulun tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC İddiaçı MMC-yə 07 mart 2024cü il tarixdə rəsmi məktub göndərərək, 04 mart 2024-cü il tarixə İddiaçı MMC-yə ƏDV daxil olmaqla, cəmi 287941,32 manat (iki yüz səksən yeddi min doqquz yüz qırx bir manat otuz iki qəpik) məbləğində borcunun olduğunu qəbul etmiş və həmin məktubda tərtib etdiyi cədvəl üzrə 2024-cü ilin sonunadək borcunu tam həcmdə ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Lakin dəfələrlə müraciət edilməsinə və rəsmi pretenziyalar göndərilməsinə baxmayaraq, Cavabdeh MMC indiyədək həmin borcu ödəməmişdir. Tərəflər arasında bağlanılmış 07 yanvar 2022-ci il tarixli, ST 03/2022 saylı müqavilənin 6.2-ci bəndinə əsasən alıcı hazırkı müqavilədə nəzərdə tutulan ödənişlərin gecikdirilməsinə görə satıcıya hər gecikdirilmiş gün üçün ödəməli olduğu məbləğin 0,05 faizi həcmində dəbbə pulu ödəməlidir. Dəbbə pulunun yuxarı həddi təhvil verilmiş malın 0,5 faizi həddində müəyyən edilir. Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan əsas borcunun məbləği ƏDV də daxil olmaqla 287941,32 manat (iki yüz səksən yeddi min doqquz yüz qırx bir manat otuz iki qəpik) təşkil edir. Hazırda gecikdirilmiş günlərə görə hesablanan dəbbə pulunun məbləği müqavilənin 6.2-ci bəndi ilə müəyyən edilən 0,5 faizi aşmışdır. Buna görə də gecikdirilmiş günlərə görə 287941,32 manat (iki yüz səksən yeddi min doqquz yüz qırx bir manat otuz iki qəpik) əsas borcun 0,5 faizi həddində, yəni, 1439,71 manat (bir min dörd otuz doqquz manat yetmiş bir qəpik) məbləğində dəbbə pulu hesablanmalıdır. Buna görə də cavabdehə təkrar pretenziya göndərilərək, 287941,32 manat (iki yüz səksən yeddi min doqquz yüz qırx bir manat otuz iki qəpik) əsas borc və 1439,71 manat (min dörd yüz otuz doqquz manat yetmiş bir qəpik) dəbbə pulu olmaqla, cəmi 289381,03 manat (iki yüz səksən doqquz min üç yüz səksən bir manat üç qəpik) məbləğində borcun 3 (üç) gün ərzində İddiaçı MMC-yə ödənilməsi xahiş edilmiş, əks halda əlavə xərclər də tələb edilməklə, məhkəməyə yeni ərizə təqdim olunacağı bildirilmişdir. Lakin cavabdeh həmin pretenziyaya da cavab verməmişdir.
5. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 385.1, 442, 443.1, 445.2.1-ci maddələrinə istinad olunmuşdur.
6. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
7. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
8. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi və əlavə olaraq qeyd etdi ki, sonuncu ödəniş 2024-cü ilin yanvar ayında edilibdir. Həmin ilin mart ayında borc barədə məktub göndərilmiş, borc qalığı cavabdeh tərəfindən təsdiq edilmiş və hissə ödəmək barədə öhdəlik götürülmüşdür. Lakin bundan sonra da ödəniş olmamış, qarşı tərəf aprel ayından ödəniş etməyə söz versə də, heç bir ödəniş edilməmişdir.
10. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında 07 yanvar 2022-ci il tarixli, ST 03/2022 nömrəli qara metal qırıntısının alqı-satqısı haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən satıcı SOCAR-ın Əməliyyat Şirkətlərinin quru ərazilərində toplanmış, istifadəyə yararsız qara metal qırıntılarından və işlənmiş borulardan ibarət olan əmlakını və əmlakı (bundan sonra “mal” adlanacaq) alıcıya verməyi, alıcı isə malı qəbul edib əvəzində onun hərrac protokolu və hazırkı müqavilənin 4.1-ci bəndi ilə müəyyən olunmuş qiymətini satıcıya ödəməyi öhdəsinə götürür; 2.1-ci bəndinə əsasən satıcının müqavilənin 4.3-cü bəndi ilə müəyyən edilən müddətdə və qaydada malın dəyərinin ödənilməsini alıcıdan tələb etmək hüququ vardır; 2.4-cü bəndinə əsasən alıcının malın qiymətini müqavilənin 4.3-cü bəndi ilə müəyyən edilən müddətə və qaydada satıcının bank hesabına köçürülməsi vəzifəsi vardır; 3.1-ci bəndinə əsasən hazırkı müqavilə ilə müəyyən olunmuş mal satıcının ərazisində alıcının qüvvə və vəsaiti hesabına yığılır, doğranır, yüklənir, alıcıya məxsus avtonəqliyyat vasitəsi ilə və onun hesabına daşınır və hər iki tərəfin səlahiyyətli nümayəndələrinin (müvəkkil edilmiş şəxslərin) iştirakı ilə, tərəzidə çəkilməklə, alıcının işçi qüvvəsi hesabına boşaldılır, tərəzi göstəricisinin və satıcı tərəfindən tərtib, təsdiq və təqdim olunmuş qaiməfaktura əsasında alıcıya təhvil verilir; 4.1-ci bəndinə əsasən malın 1 (bir) tonunun qiyməti, ƏDV də daxil olmaqla, 217,40 manat (iki yüz on yeddi qırx qəpik) təşkil edir; 4.2-ci bəndinə əsasən satıcı təhvil verdiyi malın sənədi və müqavilənin 4.1-ci bəndi ilə müəyyən olunmuş qiymət əsasında elektron qaimə-fakturanı tərtib edərək alıcıya təqdim edir; 6.1-ci bəndinə əsasən tərəflər hazırkı müqavilə ilə şərtləndirilmiş öhdəliklərinin öz təqsirli pozuntuları (təqsirli hərəkət/hərəkətsizlik) ucbatından yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi nəticəsində digər tərəfə və/və ya üçüncü şəxslərə dəyən zərərə/ziyana görə məsuliyyət daşıyırlar; 6.2-ci bəndinə əsasən alıcı hazırkı müqavilədə nəzərdə tutulan ödənişlərin gecikdirilməsinə görə satıcıya hər gecikdirilmiş gün üçün ödəməli olduğu məbləğin 0,05% həcmində dəbbə pul ödənilməlidir. Dəbbə pulunun yuxarı həddi təhvil verilmiş malın 0,5% həddində müəyyən edilir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. İş materiallarından görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında həmçinin 03 iyun 2021-ci il tarixli, ST 03/2021 nömrəli qara metal qırıntısının alqı-satqısı haqqında müqavilə bağlanmışdır.
11. xx.xx.2023-cü il tarixli, EBDQ seriyalı, 747332 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların görülmüş işlərin və göstərilmiş xidmətlərin ümumi dəyəri 8215,67 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli, 03/22 nömrəli müqavilə qeyd edilmişdir.
12. xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 532593 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların görülmüş işlərin və göstərilmiş xidmətlərin ümumi dəyəri 8000,44 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli, 03/22 nömrəli müqavilə qeyd edilmişdir.
13. xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 532357 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların görülmüş işlərin və göstərilmiş xidmətlərin ümumi dəyəri 7870,43 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli, 03/22 nömrəli müqavilə qeyd edilmişdir.
14. xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 661676 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların görülmüş işlərin və göstərilmiş xidmətlərin ümumi dəyəri 6074,25 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli, 03/22 nömrəli müqavilə qeyd edilmişdir.
15. xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 661785 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların görülmüş işlərin və göstərilmiş xidmətlərin ümumi dəyəri 7683,25 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli, 03/22 nömrəli müqavilə qeyd edilmişdir.
16. xx.xx.2023-cü il tarixli, EBDS seriyalı, 049005 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların görülmüş işlərin və göstərilmiş xidmətlərin ümumi dəyəri 6008,37 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli, 03/22 nömrəli müqavilə qeyd edilmişdir.
17. xx.xx.2023-cü il tarixli, EBDU seriyalı, 003071 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların görülmüş işlərin və göstərilmiş xidmətlərin ümumi dəyəri 103078,9 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli, 03/22 nömrəli müqavilə qeyd edilmişdir.
18. xx.xx.2023-cü il tarixli, EBDW seriyalı, 153279 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların görülmüş işlərin və göstərilmiş xidmətlərin ümumi dəyəri 8160,45 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli, 03/22 nömrəli müqavilə qeyd edilmişdir.
19. xx.xx.2023-cü il tarixli, EBDW seriyalı, 153941 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların görülmüş işlərin və göstərilmiş xidmətlərin ümumi dəyəri 5586,39 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli, 03/22 nömrəli müqavilə qeyd edilmişdir.
20. xx.xx.2023-cü il tarixli, EBDW seriyalı, 155297 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların görülmüş işlərin və göstərilmiş xidmətlərin ümumi dəyəri 27563,25 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli, 03/22 nömrəli müqavilə qeyd edilmişdir.
21. xx.xx.2023-cü il tarixli, EBDW seriyalı, ******* nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların görülmüş işlərin və göstərilmiş xidmətlərin ümumi dəyəri 34072,95 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli, 03/22 nömrəli müqavilə qeyd edilmişdir.
22. xx.xx.2024-cü il tarixli, EBDW seriyalı, 548414 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların görülmüş işlərin və göstərilmiş xidmətlərin ümumi dəyəri 2232,95 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli, 03/22 nömrəli müqavilə qeyd edilmişdir.
23. xx.xx.2024-cü il tarixli, EBDY seriyalı, 446302 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların görülmüş işlərin və göstərilmiş xidmətlərin ümumi dəyəri 66497,33 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli, 03/22 nömrəli müqavilə qeyd edilmişdir.
24. İddiaçı tərəfindən müxtəlif vaxtlarda cavabdehə göndərilmiş elektron qaimələrin siyahısı və ödənişlərlə bağlı hesabdan çıxarışlar sübut qismində məhkəməyə təqdim olunmuşdur.
25. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, M2024/013 nömrəli cavab məktubunun məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixinə olan borcu 244018,09 manat əsas, 43923,21 manat ƏDV olmaqla, ümumilikdə 287941,3 manat borcunun qaldığı qəbul edilmiş və həmin borcun 2024-cü ilin dekabr ayına qədər hissə-hissə ödəniləcəyi barədə öhdəlik götürülmişdür. Məktub cavabdehin möhürü və imza ilə təsdiq edilmişdir.
26. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış 287941,32 manat borcun 3 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun ödənilməsi məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
29. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqavilələrə əsasən satıcı “Azneft” İstehsalat Birliyinin struktur təşkilatlarının və SOCAR-ın Əməliyyat Şirkətlərinin quru ərazilərində toplanmış, istifadəyə yararsız qara metal qırıntılarından ibarət olan əmlakını və əmlakı (bundan sonra “mal” adlanacaq) alıcıya verməyi, alıcı isə malı qəbul edib əvəzində müəyyən olunmuş qiymətini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilələrə əsasən malları cavabdehin mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam ödəməmiş, qalıq borcu yaranmışdır.
30. İddia tələbinin bir hissəsini cavabdehdən 287941,32 manat məbləğində əsas borcun tutulması təşkil edir.
31. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə iddiaçıya ödənilməmiş borcun qaldığını, cavabdehin qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Cavabdeh MMC-dən 287941,32 manat (iki yüz səksən yeddi min doqquz yüz qırx bir manat otuz iki qəpik) məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.
32. Belə ki, iddiaçı tərəfindən tələbin təsdiqi qismində yuxarıda sadalanan sübutlar (müqavilə, müxtəlif vaxtlarda cavabdehə göndərilmiş elektron qaimələrin siyahısı və ödənişlərlə bağlı hesabdan çıxarışlar və s.) məhkəməyə təqdim edilmişdir. Müəyyən olunur ki, cavabdehə sonuncu qaimə xx.xx.2024-cü il tarixdə göndərilmiş, sonuncu ödəniş isə xx.xx.2024-cü il tarixdə edilmişdir. İddiaçı MMC-yə ünvanlanmış, cavabdehin möhürü və imzası ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, M2024/013 nömrəli cavab məktubunda Cavabdeh MMC İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixinə 244018,09 manat əsas, 43923,21 manat ƏDV olmaqla, ümumilikdə 287941,3 manat borcunun qaldığını qəbul etmiş və həmin borcu 2024-cü ilin dekabr ayına qədər 9 ay ərzində hissə-hissə ödəyəcəyi barədə öhdəlik götürülmişdür. Həmin öhdəliyin yerinə yetirilməsinə, müvafiq ödənişlərin edilməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir.
33. İddia tələbinin digər hissəsini 1439,71 manat məbləğində dəbbə pulunun tutulması təşkil edir.
34. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, borc məbləği cavabdeh tərəfindən iddiaçıya müəyyənləşdirilmiş vatxda ödənilmədiyindən iddiaçının cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etmək hüququ vardır. Tərəflər arasında imzalanmış müqavilələrin 6.2-ci bəndinə əsasən alıcı hazırkı müqavilədə nəzərdə tutulan ödənişlərin gecikdirilməsinə görə satıcıya hər gecikdirilmiş gün üçün ödəməli olduğu məbləğin 0,05% həcmində dəbbə pul ödənilməlidir. Dəbbə pulunun yuxarı həddi təhvil verilmiş malın 0,5% həddində müəyyən edilir. Tələb olunan məbləğ təhvil verilmiş malın 0,5%-ni təşkil edir. Odur ki, cavabdehdən 1439,71 manat (min dörd yüz otuz doqquz manat yetmiş bir qəpik) dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir.
35. Eləcə də, iddiaçı hüquqi yardım üçün ödənilmiş 325 manat və dövlət rüsumu olaraq ödənilmiş 582 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
36. Məhkəmə hesab edir ki, 325 (üç yüz iyirmi beş) manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumuna görə 579,71 manat (beş yüz yetmiş doqquz manat yetmiş bir qəpik) cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 287941,32 manat (iki yüz səksən yeddi min doqquz yüz qırx bir manat otuz iki qəpik) borc, 1439,71 manat (min dörd yüz otuz doqquz manat yetmiş bir qəpik) dəbbə pulu, 325 (üç yüz iyirmi beş) manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumuna görə 579,71 manat (beş yüz yetmiş doqquz manat yetmiş bir qəpik) olmaqla, ümumilikdə 290285,74 manat (iki yüz doxsan min iki yüz səksən beş manat yetmiş dörd qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova