Məhkəmə qərarları › İş №e-2-2(113)-379/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-379/2021

19.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-379/2021 19.01.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı (MMC) Cavabdehnə qarşı pul vəsaitinin tutulması barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 569963 manat məbləğində əsas borcun, 56996 manat məbləğində cərimə - dəbbə pulunun, 10000 manat əldən çıxmış faydanın, 6,5% məbləğində hesablanmaqla 37048 manat məbləğində bank uçot dərəcəsinin və 31 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Qanuni nümayəndə və cavabdehin nümayəndəsi X1 tərəflərin öz aralarında aşağıda göstərilən məzmunda barışıq sazişi bağladıqlarını bildirmişlər:

1. Sazişin Predmeti 1.1.Bu Sazişin predmeti Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2- 2(113)-3226/2020 saylı iş üzrə cavabdehin iddiaçıya olan borcunun barışıq əsasında hissəvi ödənilməsindən ibarətdir. 1.2. Tərəflər razılaşır/təsdiq edir ki, bu Sazişin imzalandığı tarixə cavabdehin iddiaçıya ümumi borcu 598430,84 manat təşkil edir. 1.3. Bu Saziq imzalandığı/təsdiq edildiyi ve gələcəkdə icra edildiyi təqdirdə, 2.1.1-ci bənddə qeyd edilən şəkildə icra edildiyi təqdirdə, iddiaçı cavabdehə qarşı iddia tələbinin digər hissəsindən (cərimə-dəbbə pulu, əldən çıxmış fayda, bank uçot dərəcəsi və s.) imtina edir.

2. Tərəflərin öhdəlikləri 2.1.Cavabdeh öhdəlik götürür kü, bu Sazişin 1.2-ci bəndinə göstərilən borcunu hissəhissə olmaqla, aşağıdakı müddətlərdə və məbləğdə tam şəkildə iddiaçıya ödəyəcəkdir. 2.1.1.Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3226/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh barəsində tətbiq olunmuş iddia təmin etmə tədbirinin iddiaçının müvafiq əriəsi əsasında ləğv edildiyi və bunun icra edildiyi (bank və kredit təşkilatlarında cavabdehin bütün hesablarından həbsin tam şəkildə götürüldüyü) tarixdən etibarən 1 (bir) iş günü ərzində 100000 manat; 2.1.2. xx xxxxxx 2020-ci il tarixədək 100000 manat; 2.1.3. xx xxxxxx 2021-ci i tarixədək 100000 manat; 2.1.4. xx xxxx 2021-ci il tarixədək 100000 manat; 2.1.5. xx xxxx 2021-ci il tarixədək 100000 manat; 2.1.6. xx xxxxx 2021-ci il tarixədək 98430,84 manat. 2.2.X2 səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan sonra, cavabdeh və iddiaçı barışıq sazişi əsasında Bakı Kommersiya Məhkəməsinin icraatında olan iş üzrə icraata xitam verilməsi, o cümlədən cavabdeh barəsində tətbiq olunmuş iddia təmin etmə tədbirinin (bank və kredit təşkilatlarında cavabdehin hesablarına həbs qoyulması) ləğv edilməsi barədə ərizə ilə həmin məhkəməyə müraciət edirlər. 2.3.Cavabdeh bu sazişin 2.1-ci bəndində göstərilən öhdəliklərini vaxtında icra etməzsə, yəni cədvəldə müəyyən edilmiş tarixlərdə hissəvi ödənişi həyata keçirməzsə və ya qismən icra edərsə, iddiaçı aylıq ödəniin icra edilməsi üçün müəyyən edilmiş tarixin (2.1.1- 2.1.6-cı bəndlrdə müəyyən edilmiş tarixlər) növbəti günü gecikdirilmiş borcun cavabdehdən tutulması üçün müvafiq icra sənədinin verilməsi məqsədilə məhkəməyə müraciət edəcəkdir. 2.4.Hər bir tərəf məhkəmə xərclərini və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərcləri özü ödəyir. 3.Digər müddəalar 3.1.Bu sazişin şərtlərini tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262 və 369-370-ci maddələrinin məzmunu tərəflərə aydındır və tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu sazişi imzalamışlar. 3.2.Bu sazış məhkəmə qərardadı ilə tədiq edildiyi gündən qüvəyə minir. 3.3.Bu sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respubikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyatı məhkəmələri tərəfindən həll olunacaqdır. 3.4.Bu saziş Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədən ibarət tərtib olunaraq imzalanmışdır, tərəflərin hər birində bir nüsxə saxlanılır, üçüncü nüsxəsi isə məhkəməyə təqdim olunur.

Məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh arasında bağlanmış, aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:

1. Sazişin Predmeti 1.1. Bu Sazişin predmeti Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2- 2(113)-3226/2020 saylı iş üzrə cavabdehin iddiaçıya olan borcunun barışıq əsasında hissəvi ödənilməsindən ibarətdir. 1.2. Tərəflər razılaşır/təsdiq edir ki, bu Sazişin imzalandığı tarixə cavabdehin iddiaçıya ümumi borcu 598.430,84 manat təşkil edir. 1.3. Bu Saziq imzalandığı/təsdiq edildiyi ve gələcəkdə icra edildiyi təqdirdə, 2.1.1-ci bənddə qeyd edilən şəkildə icra edildiyi təqdirdə, iddiaçı cavabdehə qarşı iddia tələbinin digər hissəsindən (cərimə-dəbbə pulu, əldən çıxmış fayda, bank uçot dərəcəsi və s.) imtina edir.

2. Tərəflərin öhdəlikləri 2.1. Cavabdeh öhdəlik götürür kü, bu Sazişin 1.2-ci bəndinə göstərilən borcunu hissə-hissə olmaqla, aşağıdakı müddətlərdə və məbləğdə tam şəkildə iddiaçıya ödəyəcəkdir. 2.1.1. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3226/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh barəsində tətbiq olunmuş iddia təmin etmə tədbirinin iddiaçının müvafiq əriəsi əsasında ləğv edildiyi və bunun icra edildiyi (bank və kredit təşkilatlarında cavabdehin bütün hesablarından həbsin tam şəkildə götürüldüyü) tarixdən etibarən 1 (bir) iş günü ərzində 100000 manat; 2.1.2. xx xxxxxx 2020-ci il tarixədək 100000 manat; 2.1.3. xx xxxxxx 2021-ci i tarixədək 100000 manat; 2.1.4. xx xxxx 2021-ci il tarixədək 100000 manat; 2.1.5. xx xxxx 2021-ci il tarixədək 100000 manat; 2.1.6. xx xxxxx 2021-ci il tarixədək 98430,84 manat. 2.2. X2 səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan sonra, cavabdeh və iddiaçı barışıq sazişi əsasında Bakı Kommersiya Məhkəməsinin icraatında olan iş üzrə icraata xitam verilməsi, o cümlədən cavabdeh barəsində tətbiq olunmuş iddia təmin etmə tədbirinin (bank və kredit təşkilatlarında cavabdehin hesablarına həbs qoyulması) ləğv edilməsi barədə ərizə ilə həmin məhkəməyə müraciət edirlər. 2.3. Cavabdeh bu sazişin 2.1-ci bəndində göstərilən öhdəliklərini vaxtında icra etməzsə, yəni cədvəldə müəyyən edilmiş tarixlərdə hissəvi ödənişi həyata keçirməzsə və ya qismən icra edərsə, iddiaçı aylıq ödəniin icra edilməsi üçün müəyyən edilmiş tarixin (2.1.1- 2.1.6-cı bəndlrdə müəyyən edilmiş tarixlər) növbəti günü gecikdirilmiş borcun cavabdehdən tutulması üçün müvafiq icra sənədinin verilməsi məqsədilə məhkəməyə müraciət edəcəkdir. 2.4. Hər bir tərəf məhkəmə xərclərini və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərcləri özü ödəyir.

3. Digər müddəalar 3.1. Bu sazişin şərtlərini tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262 və 369-370-ci maddələrinin məzmunu tərəflərə aydındır və tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu sazişi imzalamışlar. 3.2. Bu sazış məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvəyə minir. 3.3. Bu sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respubikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyatı məhkəmələri tərəfindən həll olunacaqdır. 3.4.Bu saziş Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədən ibarət tərtib olunaraq imzalanmışdır, tərəflərin hər birində bir nüsxə saxlanılır, üçüncü nüsxəsi isə məhkəməyə təqdim olunur.

İddiaçı Cavabdehnə qarşı pul vəsaitinin tutulması barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar