Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3792/2025 11.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi üzrə borc tələbi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş borcunun 7797 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 97,97 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2023cü il tarixli, 058/2023 saylı müqavilənin 1-ci bəndinə əsasən, İddiaçı MMC cavabdehə ümumi dəyəri 7797 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə, müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən, malların dəyərini pul şəklində3 (üç) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh İddiaçı MMC-nin rəhbərliyinə yazdığı ərizədə borcunu etiraf etmiş və üç ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, cavabdeh “Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş vəİddiaçı MMC-yə olan borcunun 7797 manat hissəsini bu günədək ödəməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 2023-cü ilə gədər malları cavabdehə satış fakturaları əsasında təhvil verirdilər, 2023-cü ildə isə təhviltəslim aktı əsasında təhvil veriblər. Təhvil verilən malların pulu cavabdehdən tələb edirlər.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirdi ki, Cavabdeh xəstə olduğuna görə işlərə oğlu olaraq o nəzarət etmişdir. İddiaçı tərəflə içki alğı-satqısı olmamışdır. Malların təhvil-təslimi ilə bağlı faktura iddiaçı tərəfindən təqdim olunmamışdır. Mağazada o, və Elsevər adlı işçisi fəaliyyət göstərir, təhvil aldıqda imzaları olmalı idi, yəni onlar malları təhvil almayıblar. Atasının sənədlərə imza atdığından məlumatı olmamışdır. Fevral ayında 7797 manat məbləğində bizon verilməsi absürd haldır. İddia tələbinin rədd edilməsini xahiş edir.
III.Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 058/2023 saylı məhsulların nisyə alqı-satqısı barədə müqaviləyə əsasən:
7. Müqavilənin 1-ci bəndinə əsasən satıcı alıcıya ümumi dəyəri 7797 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satır.
8. Müqavilənin 2-ci bəndinə əsasən alıcı satıcıdan ümumi dəyəri 7797 manat məbləğində olan müxtəlif çeşidli məhsulları nisyə olaraq qəbul edir.
9. Müqavilənin 3-cü bəndinə əsasən alıcı satıcıya 7797 manat məbləğində olan borcunu 03 ay ərzində pul şəklində ödəməyi öhdəsinə götürür.
10. Müqavilənin 5-ci bəndinə əsasən Alıcı Satıcının hesabına ödəməli olduğu vəsaiti nəğd və ya köçürülmə formasında, yalnız Satıcının səlahiyyətli nümayəndəsindən qəbz almaqla ödəyir. Bu qaydanın pozulması nəticəsində yaranmış mübahisəyə görə məsuliyyəti Alıcı tərəf daşıyır.
11. Müqavilənin 8-ci bəndinə əsasən tərəflər qəbul ediblər ki, bu müqavilə üzrə öhdəliklərin icra yeri Bakı şəhəri Binəqədi rayon ərazisidir. Tərəflər arasında bu müqavilə ilə gələcəkdə mübahisə yaranarsa, münaqişənin həllinə satıcının qeydiyyatda olduğu ünvan üzrə həmin məhkəmə tərəfindən baxılacaq.
12. xx.xx.2023-cü il tarixli, 058/2023 saylı məhsulların nisyə alqı-satqısı barədə müqavilə üzrə təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən 7797 manat dəyərində mallar alıcı Cavabdeh təhvil verilmiş və akt tərəflərin imzası ilə təsdiq edilmişdir.
13. Cavabdeh tərəfindən İddiaçı MMC-yə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədə İddiaçı MMC ilə aralarında bağlanan nisyə alqı-satqı müqaviləsi üzrə 7797 manat borcunun yarandığını, borcunu etiraf etdiyini, xx.xx.2023-cü ilə qədər tam şəkildə ödəməyi öhdəsinə götürdüyünü qeyd etmişdir.
14. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən:
15. Müqavilənin 1.1-ci bəndinə əsasən kreditor tərəfindən borcluya verilmiş müxtəlif çeşidli məhsullar əsasında borclunun kreditora 7797 manat məbləğində borcu yarandığı müəyyən olunmuşdur. Borclu kreditora 7797 manat borcunun olduğunu tam etiraf edir və bu müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi öhdəsinə götürür.
16. Müqavilənin 2.1-ci bəndinə əsasən borclu borc məbləğini bu müqavilə bağlandıqdan sonra hər ay 2599 manat olmaqla, xx.xx.2023-cü il tarixinədək tam olaraq kreditora ödəməyi öhdəsinə götürür.
17. Müqavilənin 3.4-cü bəndinə əsasən tərəflər qəbul ediblər ki, bu müqavilə üzrə öhdəliklərin icra yeri Bakı şəhəri Binəqədi rayon ərazisidir. Tərəflər arasında bu müqavilə ilə gələcəkdə mübahisə yaranarsa, münaqişənin həllinə kreditorun qeydiyyatda olduğu ünvan üzrə Binəqədi rayon Məhkəməsi tərəfindən və ya mübahisə İnzibati-İqtisadi Məhkəməsinə aid olduğu halda, Bakı Kommersiya Məhkəməsi tərəfindən baxılacaqdır.
18. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3792/2025 saylı qərardadı ilə Avrora” MMC ilə Cavabdeh arasında imzalanmış 1) xx.xx.2023-cü il tarixli, 058/2023 saylı məhsulların nisyə alqı-satqısı barədə müqavilədə “Alıcı:” qrafasında olan əlyazma və imza, 2) xx.xx.2023-cü il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilədə “Borclu” qrafasında olan əlyazma və imza, 3) Avrora MMC-nin prezidentinə ünvanlanmış xx.xx.2023cü il tarixli ərizədə olan əlyazma və imza və 4) xx.xx.2023-cü il tarixli təhvil-təslim aktında olan əlyazmalar və “Alıcı qrafasında olan imza Cavabdeh və ya başqa şəxs tərəfindən icra olunub-olunmaması müəyyən edilməsi məqsədilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir.
19. MEM-in xx.xx.2025-ci il tarixli, 4/1304 saylı rəyinə əsasən 1. Ekspertizaya təqdim edilmiş, mülki işin 19-cu vərəqində İddiaçı MMC ilə Cavabdeh adlarından olan xx.xx.2023-cü il tarixli, 058/2023 saylı “Məhsulların nisyə alqı-satqısı barədə Müqavilə”də “Alıcı:” qrafasındakı imzalar; mülki işin 18-ci vərəqində olan xx.xx.2023-cü il tarixli “Mövcud borcun etirafı haqqında mücərrəd Müqavilə”də “Borclu:” qrafasındakı imza; mülki işin 20-ci vərəqində olan İddiaçı MMC-nin prezidentinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədə “İmza:” qrafasındakı imza; mülki işin 21-ci vərəqində olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktındakı “Alıcı:” qrafasındakı “Abduləzizov. Ə.” əlyazması və imza - Cavabdeh tərəfindən icra olunmuşdur. 2. Ekspertizaya təqdim edilmiş, mülki işin 19-cu vərəqində İddiaçı MMC ilə Cavabdeh adlarından olan xx.xx.2023-cü il tarixli, 058/2023 saylı “Məhsulların nisyə alqı-satqısı barədə Müqavilə”də “Alıcı:” qrafasındakı “Cavabdeh” əlyazması; mülki işin 18-ci vərəqində olan xx.xx.2023-cü il tarixli “Mövcud borcun etirafı haqqında mücərrəd Müqavilə”də “Borclu:” qrafasındakı “Cavabdeh Əliqulu Şamaxı r. Çalov k xx.xx.1955” əlyazması; mülki işin 20-ci vərəqində olan İddiaçı MMC-nin prezidentinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədəki “Cavabdeh Şamaxı r. Çalov k, xx.xx.2023, 058, 7797, xx.xx.2023, xx.xx.2023” əlyazması; mülki işin 21-ci vərəqində olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktındakı "058, 03.02.23, 03.02.23, Cavabdeh, 058, 03.02.23, 7797 yeddi min yeddi yüz doxsan yeddi” əlyazması - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
20. Məhkəmə tərəflərin izahatı dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
22. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
23. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
24. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
25. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
26. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
27. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
28. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli, 9122/2023 saylı müqavilənin 1-ci bəndinə əsasən satıcı alıcıya ümumi dəyəti 7797 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmağı, müqavilənin 3-cü bəndinə əsasən alıcı satıcıdan ümumi dəyəri 7797 manat məbləğində olan müxtəlif çeşidli məhsulları nisyə olaraq qəbul etməyi və müqavilənin 3-cü bəndinə əsasən alıcı satıcıya olan borcunu 7797 manat olmaqla 03 ay ərzində pul şəklində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini icra etsə də, cavabdehin iddiaçıya ödənilməmiş borcu qalmışdır. Cavabdeh tərəfin iddiaya etirazı ondan ibarət olmuşdur ki, 1) sənədlərdə olan imzalar cavabdehə məxsus deyil, 2) iddiaçı tərəflə içki alğısatqısı olmamışdır, 3) malların təhvil-təslimi ilə bağlı satış fakturası iddiaçı tərəfindən təqdim olunmamışdır.
29. Məhkəmə cavabdehin arqumentləri ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə tərəfindən məhkəmə-xətşunaslıq ekspertizası təyin edilmişdir və ekspert rəyi ilə müəyyən edildi ki, iddiaçının təqdim etdiyi bütün sənədlərdə, o cümlədən malların təhvil-təslim sənədində, imzalar cavabdehə məxsusdur. Etirazın ikinci arqumentinə gəldikdə məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsinin özünün EMİS-nə yüklədiyi çox saylı satış fakturalarından görünür ki, hazırkı işdə dəyəri tələb edilən mallar (daha dəqiq – Napitok Bizon) növündə tərəflər arasında alqı-satqı münasibətləri əvvəllər də mövcüd olmuşdur. Beləliklə, iddiaçı şirkət ilə aralarında içki məhsullarının alış-verişinin olmaması arqumenti də tamamilə əsassızdır. Etirazın üçüncü arqumentinə gəldikdə isə məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə alqı-satqı münasibətlərini tənzimləyən normalarda malların xüsusi formada təhvil verilməsinin (ələxsus da məhz satış fakturaları əsasında) tələbi nəzərdə tutulmamışdır (belə ki, MM-nin 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur). İş materiallarında malların təhvil verilməsinə dair akt, hətta mövcüd borcun etirafı haqqında müqavilə mövcüddur.
30. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, təhvil-təslim aktı və borcun etirafına dair ərizə və mücərrəd müqavilə və ekspert rəyi ilə təsdiqini tapdığı üçün iddia tələbinin 7797 manat borca dair təmin olunması üçün əsaslar mövcuddur.
31. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 7797 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 7797 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
32. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 97,97 manat məbləğində dövlət rüsumu xərci iddiaçı tərəfindən ödənilmişdir.
33. MPM-in:
34. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
35. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
36. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu xərcinin əvəzi olaraq 97,97 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 7797 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 97,97 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova