Məhkəmə qərarları › İş №e-2-2(113)-3796/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3796/2022

29.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3796/2022 29.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair işə Bakı şəhərində Bakı Kommersiya Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X5” MMC-dən - 886 330,49 (səkkiz yüz səksən altımin üç yüz otuz manat 49 qəpik) manat əsas borc, - 140 197 (bir yüz qırx min yüz doxsan yeddi manat 40 qəpik) AZN (Azərbaycan Respublikasının Mərkəzi Bankın bugünkü məzənnəsinə əsasən 82 468 (səksən iki min dörd yüz altmış səkkiz) ABŞ dolları) məbləğində dəbbə pulu, - 88 633,00 (səksən səkkiz min altı yüz otuz üç manat) manat istifadə olunmuş məbləğ üzrə təzminat,ilkin Mediasiya sessiyasında iştirak ilə bağlı ödənilmiş 410 (dörd yüz on) manat dövlət rüsumu, vəkil xidmətləri üçün ödənilmiş 3000 (üç min) manat, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 1349,28 (bir min üç yüz qırx doqquz manat 28 qəpik) manat dövlət rüsumu, cəmi 1 119 919,77 (bir milyon yüz on doqquz min doqquz yüz on doqquz manat, 77 qəpik) manat vəsaitin tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi cavabdehin Qazax rayonu ərazisində qeydiyyatda olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilsə də cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki mübahisə baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından məlum olur ki, cavabdeh AZ 3518, ünvan 1i ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına (xx.xx.2020-ci il tarixdə qüvvəyə minmişdir) əsasən Qazax rayonu Gəncə Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, hazırkı iş aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 44, 45, 263-cü maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair ərizəsi üzrə kommersiya işi baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar