Məhkəmə qərarları › İş №e-2-2(113)-380/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-380/2020

18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-380/2020 18.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X3 Bağman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh «İnşaat Konstruksiyaları» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh «İnşaat Konstruksiyaları» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli SAT-25/2018 saylı müqavilə üzrə öhdəliklərin icrası qaydasında mis və optik rabitə kabellərin yeni tikiləcək olan qurğulara köçürülməsi ücün ödənilməli olan 30799,04 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması, Bakı şəhəri, Nobel prospekti 13 ünvanında cavabdeh tərəfindən aparılan qazıntı işləri zamanı iddiaçıya məxsus yeraltı magistral kabel-kanalizasiya rabitə qurğuların və rabitə kabellərin yararsız hala düşməsi nəticəsində iddiaçıya dəymiş 1215,73 manat məbləğində zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli SAT-25/2018 saylı müqavilə şərtlərinə əsasən cavabdeh tərəfindən Afiyyəddin Cəlilov küçəsi boyu səkidə dağıdılaraq yararsız hala salınmış kabel-kanalizasiya qurğularının bundan sonrakı axıntısına yol verməməsi üçün texniki tədbirlər (kanalların üstü təmamilə açılacaq, dağılmış kanallar və dağılmış rabitə quyusu sındırılaraq kabellər çıxarılaraq dirəklərdən asılacaqdır) görülməsini və yararsız hala salınmış kabelkanalizasiya qurğularının əvəzində eyni həcmdə (2 ədəd KKS-4 tipli telefon baxış quyuları, bu quyular arasında 11 ədəd 100 mm asbest-sement boruları) cavabdeh tərəfindən yeni kabel-kanalizasiya qurğularının tikilməsi, müqavilənin 2.3-cü bəndinə əsasən mövcud qurğularda olan mis və optik rabitə kabellərin yeni tikiləcək olan qurğulara köçürülməsi ücün tələb olunan 30799,04 manat vəsaitin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, Nobel prospekti 13 ünvanda cavabdeh tərəfindən tamamilə dağıdılmış iddiaçıya məxsus yeraltı kabel kanalizasiya qurğuları və bu kanallarla işləyən 1 ədəd FO-12 kabelin bərpası ücün tələb olunan 1215,73 manat real zərər, o cümlədən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçının nümayəndəsi iddia tələbinin azaldılması barədə ərizəylə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli SAT-25/2018 saylı müqavilə üzrə öhdəliklərin icrası qaydasında mis və optik rabitə kabellərin yeni tikiləcək olan qurğulara köçürülməsi ücün ödənilməli olan 30799,04 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması, Bakı şəhəri, Nobel prospekti 13 ünvanında cavabdeh tərəfindən aparılan qazıntı işləri zamanı iddiaçıya məxsus yeraltı magistral kabel-kanalizasiya rabitə qurğuların və rabitə kabellərin yararsız hala düşməsi nəticəsində iddiaçıya dəymiş 1215,73 manat məbləğində zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Telefon şəbəkəsində iri telefon operatorlardan biri olan iddiaçı özünün 424/436/464/465/480/489/490/496 indeksli ATS-ləri vasitəsi ilə Bakı şəhərinin Qara Şəhər, Şərq Bazarı, Gənclik, Montin, NZS və UPD qəsəbələri, Yasamal rayonunun bir hissəsi və bir sıra digər bölgələrində 50000-ə yaxın iş və ev abunəçilərinə müasir telli telefon rabitəsi xidmətini göstərməkdədir. Belə ki, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi 20 ünvanında cavabdeh tərəfindən yaşayış binasının tikintisi ilə əlaqədar iddiaçıya məxsus kabel-kanalizasiya qurğularının qorunması və bərpası barədə cavabdeh ilə iddiaçı arasında xx.xx.2018-ci il tarixli SAT-25/2018 saylı müqavilə bağlanmışdır. Qeyd olunan müqavilənin 2.1.1-ci bəndinə əsasən birinci mərhələdə (Afiyəddin Cəlilov küçəsi boyu sürüşmüş səkinin bərpası mümkün olmadığı dövrdə) Afiyyəddin Cəlilov küçəsi boyu səkidə dağıdılaraq yararsız hala salınmış kabelkanalizasiya qurğularının bundan sonrakı axıntısına yol verməməsi üçün texniki tədbirlər (kanalların üstü təmamilə açılacaq, dağılmış kanallar və dağılmış rabitə quyusu sındırılaraq kabellər çıxarılaraq dirəklərdən asılacaqdır) görülməli idi. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən ikinci mərhələdə (Afiyəddin Cəlilov küçəsi boyu sürüşmüş səkinin bərpası mümkün olduqda, ən geci xx.xx.2018-ci il tarixədək) Afiyyəddin Cəlilov küçəsi boyu səkidə dağıdılaraq yararsız hala salınmış kabelkanalizasiya qurğularının əvəzində eyni həcmdə (2 ədəd KKS-4 tipli telefon baxış quyuları, bu quyular arasında 11 ədəd 100 mm asbest-sement boruları) cavabdeh tərəfindən yeni kabel-kanalizasiya qurğuları tikilməli idi. Müqavilənin 2.3-cü bəndinə əsasən 2.1.2-ci bəndində göstərilən tikinti işləri başa çatdıqdan və görülən işlər iddiaçı tərəfindən qəbul edildikdən sonra, mövcud qurğularda olan mis və optik kabellərin yeni qurğulara köçürülməsinə dair iddiaçı tərəfindən təqdim olunmuş smeta üzrə ödənişi cavabdeh tərəfindən həyata keçiriləcəkdir. Qeyd olunan smeta üzrə mis və optik rabitə kabellərin dəyəri 30799,04 manat təşkil etmişdir. Lakin cavabdeh tərəfindən nə birinci, nə də ikinci mərhələ üzrə nəzərdə tutulan işlər yerinə yetirilməmişdir. Ötən müddət ərzində baş vermiş torpağın sürüşməsinin miqyası o qədər böyük olmuşdur ki, birinci mərhələ üzrə cavabdehin öhdəliklərinin yerinə yetirilməsi və kabellərin təhlükəsiz yerdən asılmasına şərait qalmamışdır. İddiaçı cavabdehin rəhbər işçisi olan Elçin adlı şəxslə bir neçə dəfə danışaraq onu hadisə yerinə dəvət etsə də, bu şəxs çağırışlara məhəl verməmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçı cavabdehə Sat/495 saylı məktub göndərərək, torpağın üzərində qalan kabellərin təhlükəsiz yerdən asılmasının təmin edilməsi üçün bir həftə ərzində tədbirlər görməsini təklif etmişdir. Lakin bu məktuba da cavabdeh tərəfindən heç bir reaksiya verilməmişdir. Əlavə olaraq sözü gedən müqavilənin 2.1.3-cü bəndinə əsasən H.Tahızadə küçəsi ilə Neftçilər prospektinə tərəf gedən iddiaçıya məxsus qurğuların normal vəziyyətdə qalacağına cavabdeh tərəfindən təminat verilmişdir. Lakin xx.xx.2018-ci il tarixdə bu istiqamətdə gedən 100 mm asbest-sement kanallar cavabdeh tərəfindən təmamilə dağıdılmışdır və bu kanallarla işləyən 1 ədəd FO-12 kabeli qırılmışdır. Həmçinin xx.xx.2018-ci il tarixdə eyni istiqamətdə təkrar olaraq 100 mm asbest-sement kanallar cavabdeh tərəfindən təmamilə dağıdılmışdır və bu kanallarla işləyən 1 ədəd FO-12 kabeli qırılmışdır. Rabitənin boş dayanmasına yol verilməməsi üçün kabel iddiaçı tərəfindən dərhal bərpa edilmişdir. Baş verən hadisə ilə bağlı iddiaçının əməkdaşları tərəfindən yerində akt tərtib edilsə də, cavabdehin nümayəndəsi bu aktı imazalamaqdan imtina etmişdir. Hər iki hal üzrə zədələnmış kabellərin müvvəqəti bərpasına dair smetalar və hesablar cavabdehə təqdim edilmişdir. Lakin cavabdeh bu günə kimi tələb olunan 1215,73 manat vəsaiti ödəməmişdir. Cavabdehlə bağlanmış müqavilənin şərtlərini icra etməkdən qeyri-qanuni olaraq yayındığından, həmçinin iddiaçı rabitə kabellərinin müvvəqəti bərpası üçün tələb olunan yaranmış 1215,73 manat borcu könüllü olaraq ödəməsi məqsədi ilə xx.xx.2018-сi il tarixdə Hüq/520 saylı Bildiriş ilə müraciət etmişdir. Lakin cavabdeh iddiaçının rəsmi müraciətinə cavab vermədən bu günə kimi müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və iddiaçıya olan borcu ödəməkdən yayınmışdır. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, iddiaçı ilə cavabdeh arasında olan müqavilə şərtlərinə əsasən müvafiq razılığa gəlmişlər. Hətta dəymiş ziyanın çox hissəsi aradan qaldırılmışdır. Həmin işlərə 10.000 manat pul xərclənmişdir. Sonda cavabdehin nümayəndəsi və vəkili iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Hüquqi şəxsin Dövlət qeydiyyatı haqqında Şəhadətnamənin və Nizamnamənin surətlərindən görünür ki, İddiaçı xx xxxx 2007-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli SAT-25/2018 saylı telefon kabel-kanalizasiya qurğularının qorunması və bərpası barədə Müqavilənin surətindən görünür ki, cavabdeh birinci mərhələdə (Afiyəddin Cəlilov küçəsi boyu sürüşmüş səkinin bərpası mümkün olmadığı dövdrə) Afiyyəddin Cəlilov küçəsi boyu səkidə dağıdılaraq yararsız hala salınmış kabel-kanalizasiya qurğularının bundan sonrakı axıntısına yol verməməsi üçün texniki tədbirlər (kanalların üstü təmamilə açılacaq, dağılmış kanallar və dağılmış rabitə quyusu sındırılaraq kabellər çıxarılaraq dirəklərdən asılacaqdır) görməyi, ikinci mərhələdə (Afiyəddin Cəlilov küçəsi boyu sürüşmüş səkinin bərpası mümkün olduqda, ən geci xx.xx.2018-ci il tarixədək) Afiyyəddin Cəlilov küçəsi boyu səkidə dağıdılaraq yararsız hala salınmış kabelkanalizasiya qurğularının əvəzində eyni həcmdə (“A” və “B” nöqtələrində KKS-4 tipli telefon baxış quyuları, bu quyular arasında 11 ədəd 100 mm asbest-sement boruları) yeni kabel-kanalizasiya qurğuları tikməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3-cü bəndinə əsasən 2.1.2-ci bəndində göstərilən tikinti işləri başa çatdıqdan və görülən işlər iddiaçı tərəfindən qəbul edildikdən sonra, mövcud qurğularda olan mis və optik kabellərin yeni qurğulara köçürülməsinə dair iddiaçı tərəfindən hesab təqdim olunacaq və bu hesab üzrə ödəniş cavabdeh tərəfindən yerinə yetiriləcəkdir. ATS490 A.Cəlilov-18 ünvanda cavabdeh tərəfindən dağıdılmış qurğuların əsaslı köçürülməsi üçün tərtib olunmuş Smetanın surətindən görünür ki, ATS490 A.Cəlilov-18 ünvanda cavabdeh tərəfindən dağıdılmış qurğuların əsaslı köçürülməsi üçün tələb olunan xərc 30799,04 manat təşkil edir. xx xxxx 2018-ci il tarixli Rabitə xəttinin pozuntuları haqqında Aktın surətindən görünür ki, Bakı şəhəri, Nobel prospekti 13 ünvanında cavabdeh tərəfindən aparılan qazıntı işləri zamanı 1 ədəd azbest boru kanalı qırılmış, kanalda olan 1 ədəd FO-12 kabel qırılmışdır. ATS490 H.Tağızadə küçəsində cavabdeh tərəfindən qırılmış və “Azərtelekom” məhdud məsuliyyətli cəmiyyətinə məxsus FO-12 kabelin müvəqqəti, qurğuların əsaslı bərpası üçün Smetanın surətindən görünür ki, ATS490 H.Tağızadə küçəsində cavabdeh tərəfindən qırılmış və “Azərtelekom” məhdud məsuliyyətli cəmiyyətinə məxsus FO-12 kabelin müvəqqəti, qurğuların əsaslı bərpası üçün tələb olunan xərc 628,99 manat təşkil edir. ATS490 A.Cəlilov küçəsi-18ünvanında xx.xx.2018-ci il tarixdə cavabdeh tərəfindən qırılmış və iddiaçıya məxsus FO-12 kabelin müvəqqəti bərpa olunması üçün Smetanın surətindən görünür ki, ATS490 A.Cəlilov küçəsi-18 ünvanında xx.xx.2018-ci il tarixdə cavabdeh tərəfindən qırılmış və iddiaçıya məxsus FO-12 kabelin müvəqqəti bərpa olunması üçün tələb olunan xərc 586,74 manat təşkil edir. xx xxxx 2018-ci il tarixli Rabitə xəttinin pozuntuları haqqında Aktın surətindən görünür ki, Bakı şəhəri, Nobel prospekti 13 ünvanında cavabdeh tərəfindən qazılmış katlavanın rabitə kanallarının keçən hissəsində torpaq çökmüşdür. Nəticədə iddiaçıya məxsus 1 ədəd FO-12 kabeli qırılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli e-2-2(82)- 508/2019 saylı qərardadı ilə məhkəmə tikinti-texniki-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, ekspertiza qarşısında İddiaçı ilə “İnşaat Konstruksiyaları” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli SAT-25/2018 saylı müqaviləyə əsasən İddiaçınə məxsus ünvan 2 ünvanında yerləşən qurğularda olan mis və optik kabellərin yeni qurğulara köçürülməsinə dair görülməli olan işlərin (materialların qiyməti və işlərin dəyəri daxil olmaqla) hazırkı bazar dəyərinin nə qədər təşkil etməsi barədə sual qoyularaq, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 24785 saylı rəyi ilə, tədqiqat nəticəsində Əfiyəddin Cəlilov 20 ünvanında yeni inşa olunmuş binanın qarşısında qazıntı işləri aparılan zaman İddiaçınə məxsus FO-12 kabellərin zədələnməsi nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı tikinti-təmir işlərinin hazırki mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 569,92 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələri və vəkillərinin izahatlarını dinləyərək, sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli SAT-25/2018 saylı telefon kabel-kanalizasiya qurğularının qorunması və bərpası barədə Müqaviləyə əsasən cavabdeh birinci mərhələdə (Afiyəddin Cəlilov küçəsi boyu sürüşmüş səkinin bərpası mümkün olmadığı dövdrə) Afiyyəddin Cəlilov küçəsi boyu səkidə dağıdılaraq yararsız hala salınmış kabel-kanalizasiya qurğularının bundan sonrakı axıntısına yol verməməsi üçün texniki tədbirlər (kanalların üstü təmamilə açılacaq, dağılmış kanallar və dağılmış rabitə quyusu sındırılaraq kabellər çıxarılaraq dirəklərdən asılacaqdır) görməyi, ikinci mərhələdə (Afiyəddin Cəlilov küçəsi boyu sürüşmüş səkinin bərpası mümkün olduqda, ən geci xx.xx.2018-ci il tarixədək) Afiyyəddin Cəlilov küçəsi boyu səkidə dağıdılaraq yararsız hala salınmış kabelkanalizasiya qurğularının əvəzində eyni həcmdə (“A” və “B” nöqtələrində KKS-4 tipli telefon baxış quyuları, bu quyular arasında 11 ədəd 100 mm asbest-sement boruları) yeni kabelkanalizasiya qurğuları tikməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri, Nobel prospekti 13 ünvanında cavabdeh tərəfindən aparılan qazıntı işləri zamanı 1 ədəd azbest boru kanalı, kanalda olan 1 ədəd FO-12 kabel qırılmışdır. Həmin ünvanda cavabdeh tərəfindən qazılmış katlavanın rabitə kanallarının keçən hissəsində torpaq çökmüş və nəticədə iddiaçıya məxsus 1 ədəd FO-12 kabeli qırılmışdır. Göstərilən maddi hüquq normalarının məzmunundan görünür ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, ona məxsus yeraltı magistral kabelkanalizasiya rabitə qurğuların və rabitə kabellərin yararsız hala düşməsini məhz cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edən sübutu məhkəməyə təqdim etmişdir. Belə ki, iş materiallarında olan Rabitə xəttinin pozuntuları haqqında Aktlar, o cümlədən fotoşəkillər ilə yeraltı magistral kabel-kanalizasiya rabitə qurğularının və rabitə kabellərinin cavabdeh tərəfindən yararsız hala salınması təsdiq olunur. Eyni zamanda, cavabdeh, iddiaçı ilə xx.xx.2018-ci il tarixli SAT-25/2018 saylı telefon kabel-kanalizasiya qurğularının qorunması və bərpası barədə Müqavilə bağlamışdır ki, bu müqavilə ilə də cavabdeh tikinti işləri aparılan ərazidə iddiaçıya məxsus kabel xətlərini yararsız hala salmasını etiraf etmiş və onların bərpası ilə bağlı üzərinə öhdəliklər götürmüşdür. Məhkəmə hesab edir ki, iddia tələbi mis və optik rabitə kabellərin yeni tikiləcək olan qurğulara köçürülməsi ücün ödənilməli olan 30799,04 manat hissəsində təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş ATS490 A.Cəlilov-18 ünvanda cavabdeh tərəfindən dağıdılmış qurğuların əsaslı köçürülməsi üçün Smetanın surətindən görünür ki, ATS490 A.Cəlilov-18 ünvanda cavabdeh tərəfindən dağıdılmış qurğuların əsaslı köçürülməsi üçün tələb olunan xərc 30799,04 manat təşkil edir. İddia tələbinin yeraltı magistral kabel-kanalizasiya rabitə qurğuların və rabitə kabellərin yararsız hala düşməsi nəticəsində iddiaçıya dəymiş zərərlə bağlı məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən həmin zərərə görə 1215,73 manat tələb etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 24785 saylı rəyi ilə FO-12 kabellərin zədələnməsi nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı tikinti-təmir işlərinin hazırki mövcud olan bazar qiymətlərinə uyğun dəyəri, yəni dəymiş zərər təqribən 569,92 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında tədqiq olunan ekspert rəyi və işin materiallarında olan sənədlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən yeraltı magistral kabelkanalizasiya rabitə qurğuların və rabitə kabellərin yararsız hala düşməsi nəticəsində iddiaçıya dəymiş zərərə görə 569,92 manat məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında izahatında dəymiş ziyanın çox hissəsinin aradan qaldırılmasını bildirsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli SAT-25/2018 saylı müqavilə üzrə öhdəliklərin icrası qaydasında mis və optik rabitə kabellərin yeni tikiləcək olan qurğulara köçürülməsi ücün ödənilməli olan 30799,04 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, Bakı şəhəri, Nobel prospekti 13 ünvanında cavabdeh tərəfindən aparılan qazıntı işləri zamanı iddiaçıya məxsus yeraltı magistral kabel-kanalizasiya rabitə qurğuların və rabitə kabellərin yararsız hala düşməsi nəticəsində iddiaçıya dəymiş 569,92 manat məbləğində zərər cavabdehdən iddiaçının xeyrinə tutulmalı və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi (31368,96 manat) iddia tələbinin (32014,77 manat) 97,98 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 29,39 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 0,61 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə «İnşaat Konstruksiyaları» Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli SAT-25/2018 saylı müqavilə üzrə öhdəliklərin icrası qaydasında mis və optik rabitə kabellərin yeni tikiləcək olan qurğulara köçürülməsi ücün ödənilməli olan 30799,04 manat məbləğində pul vəsaiti «İnşaat Konstruksiyaları» Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə tutulsun. Bakı şəhəri, Nobel prospekti 13 ünvanında «İnşaat Konstruksiyaları» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılan qazıntı işləri zamanı İddiaçınə məxsus yeraltı magistral kabel-kanalizasiya rabitə qurğuların və rabitə kabellərin yararsız hala düşməsi nəticəsində İddiaçınə dəymiş 569,92 manat məbləğində zərər «İnşaat Konstruksiyaları» Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə tutulsun. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 29,39 manat hissəsi «İnşaat Konstruksiyaları» Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə tutulsun, qalan 0,61 manat hissəsi İddiaçınə aid edilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 97,98 manat hissəsi «İnşaat Konstruksiyaları» Məhdud Məsuliyyətli Cəmiyyətindən, qalan 2,02 manat hissəsi isə İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22.AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar