Məhkəmə qərarları › İş №e-2-2(113)-3800/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3800/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3800/2023 31.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, elektron qaimə, üzləşdirmə aktı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə 7734 manat əsas borc, 100 manat dövlət rüsumu, ümumilikdə 7834 manatın iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tam xarici investisiyalı, özəl müəssisə olan "xxxx" MMC 1992-cı il tarixdən Azərbaycan Respublikasında fəaliyyət göstərməkdədir. Şirkətin fəaliyyətinin əsas istiqamətləriəsasən kosmetika, ətriyyat, salfetlər və bu kimiəşyaların topdan satışını həyata keçirməkdir. Şirkət satmış olduğu malları xarici ölkələrdən idxaletməklə satışını həyata keçirməkdədir. Nəzərinizə çatdirmaq istəyirik ki, "xxxx" MMC ilə "xxxx" MMCarasında xx.xx.2019 - ci il tarixli malların alqı - satqısı barədə müqavilə bağlanılmışdır. Həmin müqavilələr əsasında şirkət tərəfindən müəyyən tarixlərdə sizin rəhbərlik etdiyiniz şirkətə məxsus mağazalara müxtəlif çeşidli mallar satılmışdır. Sözügedən müqavilələrin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə görə “Satıcı” bu müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi sayılan hər bir bir Qaimə-fakturada göstərilən malları (bundan sonra “Mal” və ya “Mallar”) “Alıcı”ya sataraq onun mülkiyyətinə verməyi,“Alıcı” isə həmin malları qəbuledərək realizasiya (istehlakçıya satılması) üzrə dəyərinisatıcıya ödəməyi öhdəsinə götürür. Mallar “Alıcı”nın sifarişinə (təlabatına) uyğun olaraq bir və ya bir neçə ayrı-ayrı partiyalarla (hssələrlə) təchiz edilə bilər. Müqavilənin 2.2ci bəndinə əsasən, Alıcı faktura üzrə qəbuletdiyi malların dəyərini malların realizasiyası (istehlakçıya satılması) üzrə hər ayın 29-dan gec olmamaqla “Satıcıya” ödəyir. Qeyd etmək istəyirik ki"xxxx" MMC –nin aramızda bağlanılmış müqavilə üzrə xx.xx.2021 – ci il tarixə almış olduğu mallara görə şirkətimizə ƏDV daxil olmaqla 7734 (yeddi min yeddi yüz otuz dörd) manat borcu vardır. Bildirmək istəyirik ki, "xxxx" MMC 2022-ci ilin martayından başlayaraq malların dəyərini 8 aya yaxın vaxt keçməsinə baxmayaraq müxtəliif səbəblər gətirməklə bü günə kimi ödəməməkdədir. Qeyd edək ki artıq şirkətimiz, aramızda olan borc öhdəliyinin məcburi icrası ilə əlaqədar hüquqimüstəvidə addım atmaq niyyətinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətietməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Cavabdehə borcun ödənilməsi barədə xx.xx.2022-ci il tarixdə xəbərdarlıq göndərilməsinə baxmayaraq "xxxx" MMC –yə olan 7745 (yeddi min yeddi yüz qırx beş) manat borcunu bu günə kimi icra etməmişdir. Bakı 2 saylı Mediasiya təşkilatı tərəfindən tərəflər arasında ilkin mediasiya sesiayası keçirilməklə xx.xx.2023-ci il tarixli, MŞB/2-2913/2023 saylı arayış verilmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı və cavabdeh arasında bağlanmış 05 noyabr 2020-ci il tarixli, 5-R/20 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcının sifarişi əsasında malları alıcıya satır, alıcı isə hazırkı müqavilədə müəyyən edilmiş qaydada və şərtlərə əsasən malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürür.

8. Müqavilənin 1.2-ci bəndinə əsasən sifariş olunan malların xüsusiyyətləri (ölçüsü, miqdarı, çeşidi, qiyməti, habelə digər zəruri məlumatlar) müqavilənin ayrılmaz tərkib hissəsi olan X1 əsasən tərəflər arasında əvvəlcədən razılaşdırılır.

9. Müqavilənin 2.1-ci bəndinə əsasən hazırkı müqavilənin ümumi dəyərini müqavilənin ayrılmaz tərkib hissəsi olan X2 cəmi təşkil edir.

10. Müqavilənin 2.3-cü bəndinə əsasən mallar sifariş olunduqdan sonra satıcı alıcıya elektron qaimə təqdim edir.

11. Müqaviləyə 01 yanvar 2021-ci il tarixli 01 saylı Əlavədən görünür ki, tərəflər endirim şərtləri, ödəmə şərtləri barədə razılaşmışlar.

12. İddiaçı tərəfindən cavabdehə EBBC 188769 nömrəli xx.xx.2021-ci il tarixli, EBBA 370647 nömrəli xx.xx.2021-ci il tarixli, EBBC 188808 nömrəli xx.xx.2021-ci il tarixli, EBBA 370692 nömrəli xx.xx.2021-ci il tarixli, EBAW 500191 nömrəli xx.xx.2021-ci il tarixli, EBBJ 759229 nömrəli xx.xx.2021-ci il tarixli, EBBF 482093 nömrəli xx.xx.2021-ci il tarixli, EBAX 649781 nömrəli xx.xx.2021-ci il tarixli, EBAZ 076625 nömrəli xx.xx.2021-ci il tarixli, EBBF 280541 nömrəli xx.xx.2021-ci il tarixli, EBBL 427146 nömrəli xx.xx.2021-ci il tarixli, EBBD 832706 nömrəli xx.xx.2021-ci il tarixli, EBBE 609140 nömrəli xx.xx.2021-ci il tarixli, EBBF 280541 nömrəli xx.xx.2021-ci il tarixli, EBBH 205931 nömrəli xx.xx.2021-ci il tarixli, EBAZ 376463 nömrəli xx.xx.2021-ci il tarixli, EBBE 504580 nömrəli xx.xx.2021-ci il tarixli, EBBA 823419 nömrəli xx.xx.2021-ci il tarixli, EBAZ 076639 nömrəli xx.xx.2021-ci il tarixli, EBAS 316599 nömrəli xx.xx.2020-ci il tarixli, EBBS 437306 nömrəli xx.xx.2022-ci il tarixli, EBBE 640323 nömrəli xx.xx.2021-ci il tarixli, EBAV 840310 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimələr göndərilmişdir.

13. İddiaçı və cavabdeh arasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixə iddiaçıya 7734,26 manat məbləğində borcunun olduğunu qəbul etmişdir.

14. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 05 noyabr 2020-ci il tarixli 5-R/20 nömrəli müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

17. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

18. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

19. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

21. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

22. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

23. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

24. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

25. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

26. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 7734 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat mediasiyaya dair xərc cavabdehə aid edilməlidir.

29. Materiallardan görünür ki, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən 100 manat dövlət rüsumu artıq ödənilmişdir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.1-i maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır.

31. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır.

32. Bu səbəbdən məhkəmə hesab edir ki, artıq ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

V. Nəticə:

33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 7734 manat məbləğində pul, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu, ümumilikdə 7834 (yeddi min səkkiz yüz otuz dörd) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia ərizəsi verilərkən artıq ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı MMC-yə geri qaytarılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar