Məhkəmə qərarları › İş №e-2-2(113)-3805/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3805/2023

07.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3805/2023 07.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı X1 cavabdeh "xxxx" şirkətinə qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasındakı müqaviləyə əsasən, iddiaçının cavabdehin bank hesabına köçürdüyü 1 692468 rubl, ödənişə görə bank xərci 5077,4 rubl olmaqla, ümumilikdə ******* rubl vəsaitin həmin günün, yəni xx.xx.2023-cü il tarixinin məzənnəsinə uyğun olaraq 39892 manat etdiyini nəzərə alaraq, əsas borc üzrə həmin məbləğin və iddiaçının məhkəməyə müraciət üçün ödədiyi 210 manat məbləğdə dövlət rüsumunun (mediasiya xərci daxil), ümumilikdə 40102 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.4-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki MPM-nin 152.1.4-ci maddəsinə əsasən iddiaçı iddia ərizəsinin alınmasına dair sübut məhkəməyə təqdim etməlidir Bundan əlavə məhkəmə iddiaçının diqqətinə çatdırır ki, cavabdeh şirkət Rusiya Federasiyasının hüquqi şəxsi olduğundan cavabdehə göndəriləcək iddia ərizəsi rus dilinə tərcümə edilməli və təkrarən məhkəməyə müraciət edilərkən “AZEMİS” tərcümə edilmiş variant sisteminə əlavə edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İddiaçı X1 cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı X2 izah edilsin ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdeh "xxxx" şirkəti tərəfindən alınmasını təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edildikdən sonra təkrarən məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar