Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3811/2024 13.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4,136.62 AZN (ƏDV-siz) əsas borc, həmçinin habelə öhdəliyinin icra edilməməsi nəticəsində yaranmış 1 (bir) illik 5 (beş) faiz hesabı ilə 17 ay üçün 293.08 manat və dövlət rüsumu və bank xərci olaraq 65 (altmış beş) manat məbləğində xərcin, ümumilikdə 4,494.7 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər Məhkəməyə tərəflər arasında xx.xx.2024-cü il tarixdə imzalanmış barışıq sazişini təqdim edərək, barışıq sazişinin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini, bununla əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişinin şərtləri ondan ibarətdir ki:
1. Birinci tərəf- Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə2 AZE-S-135 saylı, xx.xx.2019-cu il tarixli Nəqliyyat xidmətlərinə dair Müqavilə üzrə 4,136.62 (dörd min bir yüz otuz altı manat 62 qəpik) AZN (ƏDV-siz) dəyərində göstərilmiş xidmətin dəyərini "xxxx" MMC-yə ödəyəcəyini öhdəliyinə götürür.
2. İkinci tərəf- İddiaçı MMC-nin direktoru direktoru Qanuni nümayəndə1 Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-3811/2024 saylı kommersiya işi üzrə cavabdeh "xxxx" MMC-yə qarşı borcun ödənilməsi tələbindən imtina etməyi öhdəsinə götürür.
3. Bu Saziş imzaladıqdan sonra tərəflər birgə ərizə ilə hazırkı Sazişin təsdiqi və məhkəmə işinə xitam verilməsi barədə birgə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edəcəklər.
4. Əgər Saziş Məhkəmə tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər.
5. Bu Saziş Məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir.
6. Tərəflər Barışıq sazişini imzalayaraq bəyan edirlər ki, sazişin şərtləri və müddəaları üçüncü şəxslərin hüquqlarına və qanunla qorunan mənafelərinə zidd deyildir.
7. Tərəflər qəbul edirlər ki, barışıq sazişi üzrə hər hansı bir öhdəlik yerinə yetirilmədikdə tərəflərdən birinin müraciəti əsasında məhkəmə tərəfindən icra vərəqəsi verilir və Barışıq sazişinin şərtləri icra vərəqəsi əsasında məcburi qaydada həyata keçirilir. Məhkəmə barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏRARA ALDİ:
İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin aşağıdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin və iş üzrə icraata xitam verilsin:
1. Birinci tərəf - Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə2 AZE-S-135 saylı, xx.xx.2019-cu il tarixli Nəqliyyat xidmətlərinə dair Müqavilə üzrə 4,136.62 (dörd min bir yüz otuz altı manat 62 qəpik) AZN (ƏDV-siz) dəyərində göstərilmiş xidmətin dəyərini "xxxx" MMC-yə ödəyəcəyini öhdəliyinə götürür.
2. İkinci tərəf - İddiaçı MMC-nin direktoru direktoru Qanuni nümayəndə1 Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-3811/2024 saylı kommersiya işi üzrə cavabdeh "xxxx" MMC-yə qarşı borcun ödənilməsi tələbindən imtina etməyi öhdəsinə götürür.
3. Bu Saziş imzaladıqdan sonra tərəflər birgə ərizə ilə hazırkı Sazişin təsdiqi və məhkəmə işinə xitam verilməsi barədə birgə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edəcəklər.
4. Əgər Saziş Məhkəmə tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər.
5. Bu Saziş Məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir.
6. Tərəflər Barışıq sazişini imzalayaraq bəyan edirlər ki, sazişin şərtləri və müddəaları üçüncü şəxslərin hüquqlarına və qanunla qorunan mənafelərinə zidd deyildir.
7. Tərəflər qəbul edirlər ki, barışıq sazişi üzrə hər hansı bir öhdəlik yerinə yetirilmədikdə tərəflərdən birinin müraciəti əsasında məhkəmə tərəfindən icra vərəqəsi verilir və Barışıq sazişinin şərtləri icra vərəqəsi əsasında məcburi qaydada həyata keçirilir. İş üzrə ödənilmiş 65 manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Ülkər Həsənova