Məhkəmə qərarları › İş №e-2-2(113)-3812/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3812/2023

07.07.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3812/2023 07.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi barədə xüsusi icraat qaydasında ərizəsi üzrə kommersiya mübahisəsinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" MMC tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 7960,64 manat, dövlət sosial müdafiə fonduna olan 69,19 manat, işsizlikdən sığorta fonduna olan 5,37 manat, icbari tibbi sığorta fonduna olan 25,98 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3369/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin ərizəsi təmin edilərək Maraqlı şəxs ölkədən getmək hüququ icra orqanının rəhbəri olduğu hüquqi şəxs "xxxx" MMC-nin xx.xx.2023-cü tarixinə dövlət büdcəsinə olan ümumilikdə 7960,64 manat, dövlət sosial müdafiə fonduna 69,19 manat, işsizlikdən sığorta fonduna olan 5,37 manat, icbari tibbi sığorta fonduna olan 25,98 manat məbləğində borc tam ödənilənədək müvəqqəti məhdudlaşdırılması qət edilmişdir (hakim Aytən Əliyeva). Məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Bakı Kommersiya Məhkəməsinnin e-2-2(113)-3369/2023 nömrəli xx.xx.2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Azərbaycan Respublikasının MPM-nin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Odur ki məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 263-264-ci maddələrinə əsasən, məhkəmə QƏRARA A L D İ: Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi barədə xüsusi icraat qaydasında ərizəsi üzrə kommersiya mübahisəsinə dair ərizənin qəbul edilməsindən imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinə izah edilsin ki, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçinin həmin maraqlı şəxsə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən ərizə verməyə mane olur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar