Məhkəmə qərarları › İş №e-2-2(113)-3813/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3813/2024

03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3813/2024 03.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh2 qarşı “müqavilənin və lizinqin dövlət qeydiyyatının ləğvi, lizinq obektinin qaytarılması və pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, dəbbə pulu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh2 qarşı “müqavilənin və lizinqin dövlət qeydiyyatının ləğvi, lizinq obektinin qaytarılması və pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra- iddiaçı) Cavabdeh2 (bundan sonra- cavadeh) qarşı “müqavilənin və lizinqin dövlət qeydiyyatının ləğvi, lizinq obektinin qaytarılması və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 31 oktyabr 2023-cü il tarixli D129 X14 X5 və D130 X14 X2-Öhdəliyin ötürülməsi haqqında müqavilələrin ləğv edilməsi; (müqavilənin etibarlılığı məsələsinə qiymət verilməklə birlikdə), 1 Saylı Bakı Ərazi idarəsi tərəfindən lizinq obyekti olan əmlaklar üzərində cavabdehin adına qeydə alınmış lizinqin dövlət qeydiyyatının (lizinq yüklülülüklərinin) ləğv edilməsi, ödənilmiş 138 manat məbləğində dövlət rüsumunun və lizinq müqaviləsinə əsasən hesablanmış 15 978 AZN məbləğində cərimənin Cavabdeh2 tutulması, lizinq predmeti olan mənzillərin (ünvan 1 ünvanında və ünvan 2 yerləşən daşınmaz əmlakların) boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X8 arasında xx.xx.2023cü il tarixli, D129 və D130 X14 müqavilələri bağlanmış və lizinq predmeti olan ünvan 1 ünvanında və ünvan 3erləşən daşınmaz əmlaklar lizinqə verilmişdir. X8 tərəfindən ödənişlər vaxtında həyata keçirilməmişdir. Bundan sonra müqavilə üzrə öhdəliklər D129 və D130 X14 X3 (Öhdəliyin ötürülməsi haqqqında) Əsasında hər üç tərəfin (lizinqverən İddiaçı MMC, öhdəliyi ötürən X8, öhdəliyi qəbul edən Cavabdeh2) razılığı ilə yeni lizinq alana- Cavabdeh2 ötürülmüşdür. Həmçinin, daxili lizinq müqaviləsi əsasında mənzillər 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdehin xeyrinə lizinqlə yüklü edilmişdir. Lakin Cavabdeh2 tərəfindən də ödənişlər lazımı qaydada həyata keçirilməmişdir. İddiaçı MMC tərəfindən tərtib olunmuş 0215/24 saylı xx.xx.2024-cü il tarixli borca dair arayışdan görünür ki, Lizinq alan bu günə qədər ümumilikdə 52 980 manat (hər müqavilə üzrə 26 490 manat) manat ödəniş etməli idi. Lakin müqavilə bağlandığı tarixdən onun tərəfindən cəmi 8 468 (hər müqavilə üzrə 4 234 manat) manat ödəniş edilmişdir. Hazırda D129 və D130 X14 müqavilələri üzrə cəmi 44 512 (hər müqavilə üzrə 22 256 manat) manat əsas məbləğdən və hər iki müqavilə üzrə cəmi 15 978 manat (hər müqavilə üzrə ayrılıqda 7 989 manat) hesablanmış cərimə olmaqla, cəmi 60 490 (altmış min dörd yüz doxsan manat) manat borc mövcuddur. Belə ki, sözügedən Daxili lizinq müqaviləsinin 3.1-ci bəndinə əsasən, lizinq ödənişləri müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1 ilə müəyyən olunmuş qrafik üzrə həyata keçirilməli idi. Müqavilənin 4.2.6-cı bəndinə əsasən, lizinq alan lizinq ödənişlərini gecikdirməmək öhdəliyini üzərinə götürmüşdür. Cavadehə dəfələrlə şifahi xəbərdarlıq və yazılı bildirişlər edilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş, müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etmişdir.

3. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X8 arasında bağlanmış xx.xx.2023-cü il tarixli D129 X14 müqaviləsinin şərtlərindən görünür ki, lizinq verən İddiaçı MMC lizinq obyekti olan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, ev 264 ünvanında yerləşən, ümumi dəyəri 58000 təşkil edən 96 nömrəli mənzili ilkin ödəniş 18000 manat olmaqla, 6 ay müddətə yəni, xx.xx.2023-cü il tarixədək lizinq alan X4 istifadəsinə verməyi, lizinq alan isə bu Müqavilədə müəyyənləşdirilmiş pul pul məbləğini lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür. Lizin alanın ilkin maliyyə öhdəliyi 40.000 (qırx min) manat müəyyən edilir. Yenə İddiaçı MMC ilə X8 arasında arasında bağlanmış xx.xx.2023-cü il tarixli D130 X14 müqaviləsinin şərtlərindən görünür ki, lizinq verən İddiaçı MMC lizinq obyekti olan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, ev 264 ünvanında yerləşən, ümumi dəyəri 60.000 təşkil edən 62 nömrəli mənzili ilkin ödəniş 20.000 manat olmaqla, 6 ay müddətə yəni, xx.xx.2023-cü il tarixədək lizinq alan X4 istifadəsinə verməyi, lizinq alan isə bu Müqavilədə müəyyənləşdirilmiş pul pul məbləğini lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür. Lizin alanın ilkin maliyyə öhdəliyi 40.000 (qırx min) manat müəyyən edilir. Bildirirəm ki, həm xx.xx.2023-cü il tarixli D129 saylı, həm də xx.xx.2023-cü il tarixli D130 X14 müqavilələrinin tərəfləri İddiaçı MMC və X6r. Bu müqavilələrdə tərəflərin hüquq və vəzifələrinin dəyişdirilməsi barədə razılaşma müqavilə ilə eyni formada və onların arasında mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Yenə Mülki Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Yenə də Mülki Məcəllənin 423.1-ci maddəsində bildirilir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Qeyd edirəm ki, həm xx.xx.2023-cü il tarixli D129 saylı, həm də xx.xx.2023-cü il tarixli D130 X14 müqaviləsinin 8.3-cü bəndində müəyyən edilmişdir ki, bu Müqaviləyə edilmiş bütün əlavə və dəyişikliklər bu Müqavilənin bağlanması qaydasında rəsmiləşdirildiyi halda etibarlı sayılır. Beləliklə, Mülki Məcəllənin yuxarıda göstərilmiş normalarına və adıçəkilən Müqavilələrin 8.3-cü bəndinə istinadən həm xx.xx.2023-cü il tarixli D129 saylı, həm də xx.xx.2023-cü il tarixli D130 X14 müqaviləsinə hər hansı əlavə və dəyişiklik, o cümlədən, əlavə razılaşma yalnız bu müqavilələrin tərəfləri olan İddiaçı MMC və X8 arasında bağlana bilər. Bu əsasla da birinci tərəf” adlanan İddiaçı MMC, “ikinci tərəf” adlanan X8 və “üçüncü tərəf” adlanan hüquqlarını müdafiə etdiyim Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixdə “D129 X14 X5 (Öhdəliyin ötürülməsi haqqında)” bağlanması və yenə “birinci tərəf” adlanan İddiaçı MMC, “ikinci tərəf” adlanan X8 və “üçüncü tərəf” adlanan hüquqlarını müdafiə etdiyim Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixdə “D130 X14 X5 (Öhdəliyin ötürülməsi haqqında)” bağlanması Mülki Məcəllənin qeyd etdiyim normalarına və adıçəkilən hər iki ilkin müqavilənin 8.3-cü bəndinə ziddir. Yəni, həm xx.xx.2023-cü il tarixdə “D129 X14 X5 (Öhdəliyin ötürülməsi haqqında)”, həm də xx.xx.2023-cü il tarixdə “D130 X14 X5 (Öhdəliyin ötürülməsi haqqında)” ilkin müqavilə üzrə tərəf sayılan İddiaçı MMC və X8 arasında deyil, bu müqavilələr üzrə tərəf olmayan “üçüncü tərəf” adlandırılan hüquqlarını müdafiə etdiyi Cavabdeh2 arasında bağlanmışdır. Belə vəziyyətdə istər xx.xx.2023-cü il tarixdə bağlanmış “D129 X14 X5 (Öhdəliyin ötürülməsi haqqında)”, istərsə də xx.xx.2023cü il tarixdə bağlanmış “D130 X14 X5 (Öhdəliyin ötürülməsi haqqında)” hüquqlarını müdafiə etdiyim Cavabdeh2 üçün hər hansı hüquq, vəzifə və öhdəlik yarada bilməz. Bu səbəbdən də iddia ərizəsi qanuni və əsaslı sayıla bilməz. Bundan başqa, İddiaçı MMC ilə X8 arasında həm xx.xx.2023-cü il tarixli D129 saylı, həm də xx.xx.2023-cü il tarixli D129 X14 müqaviləsi 6 ay müddətə bağlanmışdır yəni, xx.xx.2023-cü il tarixədək qüvvədədir. Lakin, istər xx.xx.2023-cü il tarixdə “D129 X14 X5 (Öhdəliyin ötürülməsi haqqında)”, istərsə də 31.xx.xx.2023-cü il tarixli “D130 X14 X5 (Öhdəliyin ötürülməsi haqqında)” xx.xx.2023-cü il tarixədək müddətə deyil, xx.xx.2024-cü il tarixədək bağlanmışdır. Halbuki, ilkin müqavilələr olan nə xx.xx.2023- cü il tarixli D129 saylı, nə də xx.xx.2023-cü il tarixli D130 X14 müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2024-cü il tarixədək uzadılmayıbdır. Aydın görünür ki, hər iki ilkin müqavilənin qüvvədə olma müddətinin başa çatmasına 3 gün qalmış 3 tərəf arasında xx.xx.2023-cü il tarixdə “D129 X14 X5 (Öhdəliyin ötürülməsi haqqında)” və “D130 X14 X5 (Öhdəliyin ötürülməsi haqqında)” bağlanmışdır. Belə vəziyyətdə də iddia tələbi qanuni və əsaslı sayıla bilməz. Bundan əlavə, istər Mülki Məcəllədə, istərsə də xx.xx.2023-cü il tarixli D129 saylı və xx.xx.2023-cü il tarixli D130 X14 müqavilələrində lizinq üzrə əlavə razılaşma (Öhdəliyin ötürülməsi haqqında) qaydasında öhdəliklərin ötürülməsi forması nəzərdə tutulmayıbdır. Belə ki, lizinq müqaviləsinin forması və məzmunu barədə məsələlər Mülki Məcəllənin 748-cü maddəsi ilə tənzimlənir. Yenə Mülki Məcəllənin 747-5.1-ci maddəsinə görə lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747- 5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri isə Mülki Məcəllənin 748-1-ci maddəsində müəyyən edilmişdir. Mülki Məcəllənin 748.3-cü maddəsinin tələbinə əsasən, lizinq müqaviləsində tərəflərin öhdəliklərinin mübahisəsiz və aşkar pozuntular sayılan və lizinq müqaviləsinin ləğvinə səbəb olan hallar müəyyənləşdirilməli, tərəflər arasında hesablaşma və lizinq obyektinin geri götürülməsi proseduru hökmən qeyd olunmalıdır. Yuxarıda göstərilən ilkin müqavilələrin 4.3-cü və 4.3.1-ci bəndlərinə görə lizinq verən hüquqlarını tam və ya qismən üçüncü şəxsə güzəşt etmək hüququna malikdir. Mülki Məcəllənin 747-4-cü maddəsinə görə sublizinq zamanı, əvvəllər lizinq verəndən lizinq müqaviləsi üzrə alınmış lizinq müqaviləsinin obyektini lizinq müqaviləsi üzrə lizinq alan üçüncü şəxslərə (sublizinq müqaviləsi üzrə lizinq alana) haqq ödənilməklə və sublizinq müqaviləsinin şərtlərinə uyğun müddətə sahibliyə və istifadəyə verir. Sublizinq- sublizinq müqaviləsi ilə rəsmiləşdirilir. Göründüyü kimi, istər xx.xx.2023-cü il tarixdə bağlanmış “D129 X14 X5 (Öhdəliyin ötürülməsi haqqında)”, istərsə də 31.xx.xx.2023-cü il tarixdə bağlanmış “D130 X14 X5 (Öhdəliyin ötürülməsi haqqında)” forma və məzmununa görə nə lizinq müqaviləsinin, nə də sublizinq müqaviləsinin tələblərinə uyğun deyildir. Belə vəziyyətlə bağlı Mülki Məcəllənin 329.1-ci maddəsində bildirilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

5. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3813/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iş üzrə icraata cəlb edilmişdir.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi N.Sadıqova iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəmə icraatı dövründə cavabdeh tərəfindən heç bir ödəniş olunmamışdır və hazırda lizinq obyekti olan əmlakların təhvil verilməsi tələb edildiyindən müqavilə üzrə əsas borc məbləği tələb edilmir.

7. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi X10 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hüquq və öhdəliklər ötürülən anda borclu S.Həsənovun iddiaçıya 40000 manat əsas, 4950 manat mükafat borcu, 1495 manat cərimə borcu, ümumilikdə 46445 manat borcu olmuşdur. İddiaçı ilə borclu S.Həsənovun razılığına əsasən lizinq müqaviləsi üzrə öhdəliklər xx.xx.2023-cü il tarixə qədər (6 ay müddətinə) icra edilməli idi. Lakin onun tərəfindən həmin müqavilə üzrə borc ödənilməmiş, hüquq və öhdəliklər üçtərəfli saziş əsasında hazırkı cavabdehə ötürülmüş, cavabdehlə iddiaçı arasında əldə edilmiş razılığa əsasən cavabdeh üçün yeni qrafik müəyyən edilmiş, lizinq borcunun xx.xx.2024-cü il tarixə qədər ödənilməsi razılaşdırılmışdır, belə ki, cavabdeh borclu S.Həsənov üçün müəyyən edilmiş qrafik üzrə ödəniş edə bilməyəcəyini bildirmişdir.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə üçüncü şəxs S.Həsənova lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə də məlumat verməmişdir.

9. Cavabdehin nümayəndəsi və vəkili T.Süleymanlı məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasının cavabdehin və üçüncü şəxsin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. İddiaçı MMC (alıcı) və X9 arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilələrinə əsasən iddiaçı tərəfindən lizinq predmeti olan mənzillər (ünvan 1 ünvanında və ünvan 2 yerləşən daşınmaz əmlaklar) satın alınmışdır.

13. İddiaçı MMC (lizinq verən) ilə X8 (lizinq alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli D129 X14 müqaviləsinə əsasən İddiaçı MMC ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakı X4 istifadəsinə verməyi, lizinq verən isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür.

14. Müqavilənin 1.2-ci maddəsinə görə X4 ilkin maliyyə öhdəliyi 40000 (qırx min) manat müəyyən edilmişdir. Lizinq alanın məcmu öhdəliyi son ödəniş tarixinədək bu müqavilə ayrılmaz hissəsi olan 1 saylı əlavənin tərtibi metodikasına uyğun hesabalanacaq məbləğdə ödənilir.

15. Müqavilənin 5.2-ci maddəsinə görə lizinq ödənişi vaxtında edilməzsə, lizinq verən gecikdirilən hər gün üçün məcmu maliyyə öhdəliyi qalığı məbləğinin 0.1%-i həcmində cərimə ödəməlidir.

16. İddiaçı MMC (lizinq verən) ilə X8 (lizinq alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli D130 X14 müqaviləsinə əsasən İddiaçı MMC ünvan 5 ünvanında yerləşən daşınmaz əmlakı X4 istifadəsinə verməyi, lizinq verən isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür.

17. Müqavilənin 1.2-ci maddəsinə görə X4 ilkin maliyyə öhdəliyi 40000 (qırx min) manat müəyyən edilmişdir. Lizinq alanın məcmu öhdəliyi son ödəniş tarixinədək bu müqavilə ayrılmaz hissəsi olan 1 saylı əlavənin tərtibi metodikasına uyğun hesabalanacaq məbləğdə ödənilir.

18. Müqavilənin 5.2-ci maddəsinə görə lizinq ödənişi vaxtında edilməzsə, lizinq verən gecikdirilən hər gün üçün məcmu maliyyə öhdəliyi qalığı məbləğinin 0.1%-i həcmində cərimə ödəməlidir.

19. D129 saylı daxili maliyyə lizinqi müqaviləsinə xx.xx.2023-cü il tarixli 3 saylı əlavəyə görə, ünvan 4 (sahəsi 73,20 kv.m) ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2023-cü il tarixində lizinq alan tərəfindən qəbul edilmiş və lizinq obyektinin qiyməti 58000 (əlli səkkiz min) manat müəyyən edilmişdir.

20. D129 saylı daxili maliyyə lizinqi müqaviləsinə xx.xx.2023-cü il tarixli 3 saylı əlavəyə görə, ünvan 5 (sahəsi 77,40 kv.m) ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2023-cü il tarixində lizinq alan tərəfindən qəbul edilmiş və lizinq obyektinin qiyməti 60000 (altmış min) manat müəyyən edilmişdir.

21. İddiaçı MMC, X8 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli D129 saylı daxili maliyyə lizinqi X5ya əsasən, X8 İddiaçı MMC-nin razılığı ilə D129 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə bütün hüquq və öhdəliklərini, borcunu Cavabdeh2 vermiş və o da qəbul etmişdir.

22. Müqavilənin 3-cü bəndinə görə D129 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə X4 qalıq borcu 46445 manat təşkil edir və lizinqin müddəti xx.xx.2024-cü il tarixədək, lizinq verənin mükafatı isə maliyyələşdirilən məbləğin illik 25%-i müəyyən edilmişdir.

23. İddiaçı MMC, X8 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli D130 saylı daxili maliyyə lizinqi X5ya əsasən, X8 İddiaçı MMC-nin razılığı ilə D130 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə bütün hüquq və öhdəliklərini, borcunu Cavabdeh2 vermiş və o da qəbul etmişdir.

24. Müqavilənin 3-cü bəndinə görə D130 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə X4 qalıq borcu 46445 manat təşkil edir və lizinqin müddəti xx.xx.2024-cü il tarixədək, lizinq verənin mükafatı isə maliyyələşdirilən məbləğin illik 25%-i müəyyən edilmişdir.

25. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** nömrəli Çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən daşınmaz əmlak mülkiyyət hüququ ilə (tam pay) İddiaçı MMC-yə məxsusdur.

26. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** nömrəli Çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2023-xx.xx.2024 aralığında Cavabdeh2 xeyrinə yüklü edilmiş, hüququ yüklü edilən şəxs İddiaçı MMC olmuşdur.

27. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** nömrəli Çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən daşınmaz əmlak mülkiyyət hüququ ilə (tam pay) İddiaçı MMC-yə məxsusdur.

28. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** nömrəli Çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2023-xx.xx.2024 aralığında Cavabdeh2 xeyrinə yüklü edilmiş, hüququ yüklü edilən şəxs İddiaçı MMC olmuşdur.

29. 04.05.2023-cü il tarixli ödəniş tapşırıqlarına əsasən X8 tərəfindən iddiaçıya D129 saylı lizinq müqaviləsi üzrə 18000 manat, D130 saylı lizinq müqaviləsi üzrə 20000 manat avans ödənilmişdir.

30. İddiaçıya məxsus hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya D129 saylı lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdə 984 manat, xx.xx.2024-cü il tarixə 800 manat, xx.xx.2024-cü il tarixdə 2450 manat vəsait ödənilmişdir.

31. İddiaçıya məxsus hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya D130 saylı lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdə 984 manat, xx.xx.2024-cü il tarixə 800 manat, xx.xx.2024-cü il tarixdə 2450 manat vəsait ödənilmişdir.

32. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

33. Belə ki, iddia ərizəsi üç hissədən ibarətdir: 1. Lizinq X3ların ləğv edilməsi və lizinq obyektlərinin geri qaytarılması; 2. Dəbbə pulunun tutulması; 3. Lizinqin dövlət qeydiyyatının ləğv edilməsi.

34. Məhkəmə iddia tələbini birinci hissədə əsaslı hesab edir.

35. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə X8 arasında D129 və D130 X14 müqavilələri bağlanmış, sonradan xx.xx.2023-cü il tarixində bağlanmış hər iki müqaviləyə əlavə razılaşmalarla hər iki daxili lizinq müqaviləsi üzrə X7 məxsus bütün hüquq və öhdəliklər Cavabdeh2 ötürülmüşdür. Lizinq verən (iddiaçı) həmin müqavilələr ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektini müqavilənin şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmişdir.

36. Cavabdeh iddiaya qarşı etirazında İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 31 oktyabr 2023-cü il tarixli D129 X14 X5 və D130 X14 X2-Öhdəliyin ötürülməsi haqqında müqavilələrin etibarsız müqavilələr olduğunu və hər hansı hüquqi nəticə doğurmadığını bildirir.

37. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

38. 324.1-ci maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

39. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

40. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

41. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

42. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

43. Cavabdeh tərəf qeyd edilən müqavilələrin etibarsızlığını mübahisələndirsə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəslində müəyyən edilmiş əqdlərin etibarsızlığının əsasları hazırkı iş üzrə müəyyən edilməmişdir.

44. Məhkəmə qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı müddəaları özündə əks etdirən Mülki Məcəllənin 14-cü fəslində əqdin etibarsızlığının əsasları konkret göstərilmişdir ki, məhkəmə araşdırması zamanı da bu əsaslar (hallar) müəyyən edilməmişdir.

45. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, lizinq müqavilələri etibarlı əqdlərdir, lizinq alan müqavilələr üzrə öz öhdəliklərini icra etmədiyi üçün iddiaçı həmin müqavilələrin ləğv edilməsini tələb etməkdə haqlıdır.

46. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

47. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

48. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.

49. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

50. 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.

51. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

52. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.

53. Lizinq müqavilələri üzrə cavabdeh üzərinə düşən öhdəlikləri icra etməmiş, xx.xx.2024-cü il tarixə (xəbərdarlıqda göstərilən tarix) lizinq müqaviləsi üzrə ümumilikdə 26490 manat (əsas borc və mükafat borcu) ödəməli olduğu halda, cəmi 4234 manat ödəniş etmişdir.

54. Bu səbəbdən iddiaçı hazırda lizinq müqavilələrinin ləğv edilməsini və lizinq obyektlərinin geri aytarılmasını tələb etməkdə haqlıdır.

55. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 31 oktyabr 2023-cü il tarixli D129 X14 X5 və D130 X14 X2-Öhdəliyin ötürülməsi haqqında müqavilələr xx.xx.2024-cü il tarixdən ləğv edilmiş hesab edilməli, lizinq obyekti olan mənzillər cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya qaytarılmalıdır.

56. Məhkəmə iddia tələbini ikinci hissədə qismən əsaslı hesab edir.

57. İddia ərizəsindən görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış lizinq müqavilələrinə əsasən hesablanmış 15978 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

58. Belə ki, materiallardan görünür ki, xx.xx.2024-cü il tarixə cavabdehin iddiaçı qarşısında icra edilməmiş əsas öhdəliyi 44512 manat (hər müqavilə üzrə 22256 manat) olmuşdur.

59. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

60. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

61. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

62. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 2000 manat müəyyən edilməlidir.

63. Məhkəmə iddia tələbini üçüncü hissədə də əsaslı hesab edir.

64. Belə ki, hazıkı halda tərəflər arasında olan lizinq müqavilələri ləğv edilmiş hesab edildiyi üçün iddiaçı lizinqin dövlət qeydiyyatının ləğv edilməsini də tələb etməkdə haqlıdır.

65. Materiallardan görünür ki, lizinq obyektləri iddiaçının mülkiyyətində olmaqla daşınmaz əmlakın dövlət reyestrində lizinqlə yüklü edilmişdir.

66. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-5-ci maddəsinə əsasən lizinq müqaviləsinin obyekti olan əmlaka hüquqlar bu Məcəllədə nəzərdə tutulan hallarda bu Məcəlləyə və digər normativ hüquqi aktlara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmalıdır.

67. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin lizinq müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 31 oktyabr 2023-cü il tarixli D129 X14 X5 və D130 X14 X5-Öhdəliyin ötürülməsi haqqında müqavilələr ləğv edilmiş hesab edilməli, cavabdeh tərəfindən lizinq predmeti olan mənzillər - ünvan 1 ünvanında və ünvan 2 yerləşən daşınmaz əmlaklar boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməli, əmlaklar üzərində cavabdehin adına qeydə alınmış lizinqin dövlət qeydiyyatı (lizinq yüklülükləri) ləğv edilməli, cavabdehdən lizinq müqaviləsinə əsasən hesablanmış 2000 manat məbləğində dəbbə pulu tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

68. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

69. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehə, 38 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 31 oktyabr 2023-cü il tarixli D129 X14 X5 və D130 X14 X5-Öhdəliyin ötürülməsi haqqında müqavilələr ləğv edilmiş hesab edilsin. Cavabdeh2 tərəfindən lizinq predmeti olan mənzillər - ünvan 1 ünvanında və ünvan 2 yerləşən daşınmaz əmlaklar boşaldılaraq İddiaçı MMC-yə təhvil verilsin. Lizinq predmeti olan mənzillər - ünvan 1 ünvanında və ünvan 2 yerləşən daşınmaz əmlaklar üzərində Cavabdeh2 adına qeydə alınmış lizinqin dövlət qeydiyyatı (lizinq yüklülükləri) ləğv edilsin. Cavabdeh2 lizinq müqaviləsinə əsasən hesablanmış 2000 manat məbləğində cərimə, ödənilmiş 100 manat dövlət rüsumu, ümumilikdə 2100 (iki min bir yüz) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 38 (otuz səkkiz) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar