Məhkəmə qərarları › İş №e-2-2(113)-3819/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3819/2022

04.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3819/2022 04.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Qasımov Fərrux Hüseynağa oğlu, İddiaçı (MMC) X2 qarşı pul tələbi və zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 35377 manat məbləğində müqavilə üzrə yaranmış borcun, həmçinin, müqavilə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzini təşkil edən (hüquqların məhkəmədə müdafiəsini təmin etmək üçün vəkilə ödənilmiş vəsait) 200 manat məbləğinin, cavabdehin pul vəsaitini vaxtında ödəmədiyinə görə əldən çıxmış fayda qismində 3500 manat məbləğinin və 227 manat məbləğdə ödənilmiş dövlət rüsumunun X1 tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırki iddianın Azərbaycan Respublikasının məhkəmələrində baxılması mümkünlüyünün əsasını MPM-nin 440.1 və 443-cü maddəsində göstərilən şərtlər təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyytə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Məcəllənin qeyd olunan imperativ tələbindən göründüyü kimi, Azərbaycan Respublikasının məhkəmələri kommersiya mübahisələri üzrə işə o halda baxmağa səlahiyyətlidir ki, tərəflərdən biri olan xarici hüquqi şəxsin, ən azından, Azərbaycan Respublikasında olduğu yer və adətən gəldiyi yer mövcud olsun. Lakin iş materiallarından görünür ki, cavabdeh fərdi sahibkar şəxs X3 qanunvericiliyin qeyd olunan imperativ tələbinə müvafiq olaraq Azərbaycan Respublikasında olduğu yer və yaxud adətən gəldiyi yer mövcud deyil və bunu təkzib edən sənəd iddia ərizəsinə əlavə olunmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 443.0 və 443.0.7-ci maddələrinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan o işlərə baxmağa haqlıdır ki, iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəlmiş olsun. Tərəflər arasında imzalanmış müqavilənin 1.1-ci bəndindən görünür ki, malların Qazaxıstan Respublikasının ərazisində realizə edilməsi (satılması) nəzərdə tutulmuşdur. Həmin müqavilənin 3.1-ci bəndindən görünür ki, müqavilə üzrə malların təhvil verilmə yeri kimi Almatı şəhəri qeyd olunmuşdur. Belə olan halda, hazırkı mübahisəyə Azərbaycan Respublikasının məhkəmələrində baxılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı (MMC) X2 qarşı pul tələbi və zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsinin icraata qəbulundan imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçınə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar