Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-382/2021 04.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsi, Məhkəmənin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X2 Bağman qızının katibliyi ilə, İddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər X3 və Cavabdeh1 qarşı cavabdehlərdən 765/183/2014 saylı xx xxxxxxx 2014-cü il tarixli “X4” müqaviləsi üzrə əsas borc 26838.39 manatın, faiz borcu 5436.68 manatın, cəmi borc 32275.07 manatın tutularaq iddiaçının xeyrinə köçürülməsi, cavabdeh X1 2 ədəd Microscope Pico NEW, binocular 45, LED light source avadanlığı işlək vəziyyətdə geri alınaraq iddiaçıya qaytarılması, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulub iddiaçının xeyrinə köçürülməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə q̇arşı cavabdehlərdən 765/183/2014 saylı xx xxxxxxx 2014-cü il tarixli “X4” müqaviləsi üzrə əsas borc 26838.39 manatın, faiz borcu 5436.68 manatın, cəmi borc 32275.07 manatın tutularaq iddiaçının xeyrinə köçürülməsi, cavabdeh X1 2 ədəd Microscope Pico NEW, binocular 45, LED light source avadanlığı işlək vəziyyətdə geri alınaraq iddiaçıya qaytarılması, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulub iddiaçının xeyrinə köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263, 264, 267, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə verilə bilər. Hakim : Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-382/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-382/2021
04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver