Məhkəmə qərarları › İş №e-2-2(113)-382/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-382/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-382/2024 11.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh1 və X6 qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: sığorta ödənişi tələbi, subroqasiya qaydasında tələb Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh1 və X6 qarşı sığorta hadisəsi üzrə pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. AB N 826930 nömrəli X1 Şəhadətnaməsinə əsasən **-CT-*** dövlət qeydiyyat nömrəli, “Kia Sportage” minik markalı avtomobil Məmmədova İlhamə Ramiz qızının mülkiyyətindədir.

2. AB N 663041 nömrəli X1 Şəhadətnaməsinə əsasən **-NX-*** dövlət qeydiyyat nömrəli, “Mercedes Benz E 200” minik markalı avtomobil Cavabdeh3 mülkiyyətindədir.

3. AB N 657476 nömrəli X1 Şəhadətnaməsinə əsasən **-NC-*** dövlət qeydiyyat nömrəli, “Volkswagen Tiguan” minik markalı avtomobil Əliyev Emin Rafiq oğlunun mülkiyyətindədir.

4. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” xx.xx.2013-cü il tarixli arayışa əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh3 mülkiyyətində olan “Mercedes Benz E 200” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 təqsirli olması müəyyən edilmiş və Məmmədova İlhamə Ramiz qızının mülkiyyətində olan X2 idarə etdiyi **-CT-*** dövlət qeydiyyat nömrəli, “Kia Sportage” markalı avtomobilə (arxa və ön hissəsinə) və Əliyev Emin Rafiq oğlunun mülkiyyətində olan X5 idarə etdiyi **-NC-*** dövlət qeydiyyat nömrəli, “Volkswagen Tiguan” markalı avtomobilə (arxa hissəsinə) zərər dəymişdir.

5. Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə MİB-NAS- 0044/12 saylı sığorta şəhadətnaməsindən görünür ki, Məmmədova İlhamə Ramiz qızının (sığortalı) mülkiyyətində olan “Kia Sportage” markalı, **-CT-*** dövlət qeydiyyat nömrəli avtomobili "xxxx" ASC-də (sığortaçı) xx.xx.2012-ci ildən xx.xx.2013-cü ilədək sığorta məbləği 16.900 manat (azadolma məbləği 500 manat), xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilədək sığorta məbləği 13.520 manat (azadolma məbləği 500 manat) müəyyən edilməklə minik avtomobillərin avtokasko sığortası növü üzrə sığortalanmışdır.

6. xx.xx.2014-cü il tarixli 001088 nömrəli kassa məxaric orderindən görünür ki, "xxxx" ASC tərəfindən MİB-NAS-0044/12 sənəd üzrə 11.500 manat sığorta ödənişi Məmmədova İlhamə Ramiz qızına verilmişdir.

7. xx.xx.2014-cü il tarixli CM579/13 nömrəli zərərin hesablanması aktına əsasən Məmmədova İlhamə Ramiz qızının (sığortalı) mülkiyyətində olan “Kia Sportage” markalı, **-CT-*** dövlət qeydiyyat nömrəli avtomobilinin ehtiyat hissələrinə tələb olunan xərc 8.988 manat, əmək haqqı 1.454 manat olmaqla yekunda endirimli məbləğ 9.920 manat təşkil edir

8. xx.xx.2014-cü il tarixli CM579/13 nömrəli (avtomobilin arxa hissəsinə dair) zərərin hesablanması aktına əsasən Məmmədova İlhamə Ramiz qızının (sığortalı) mülkiyyətində olan “Kia Sportage” markalı, **-CT-*** dövlət qeydiyyat nömrəli avtomobilinin ehtiyat hissələrinə tələb olunan xərc 1.420 manat, əmək haqqı 2.080 manat təşkil edir.

9. xx.xx.2014-cü il tarixli 557/14-CM579/13 nömrəli sığorta aktına əsasən Məmmədova İlhamə Ramiz qızının mülkiyyətində olan “Kia Sportage” markalı, **-CT-*** dövlət qeydiyyat nömrəli avtomobil xx.xx.2013-cü ildə aeroport şossesində yol-nəqliyyat hadisəsinə uğramış və nəticədə avtomobil maddi zərərə məruz qalmışdır. "xxxx" ASC tərəfindən texniki baxışdan keçirilmiş “Kia Sportage” markalı, **-CT-*** dövlət qeydiyyat nömrəli avtomobillə bağlı zərər 12.000 manat müəyyən edilmiş, sığorta ödənişi 500 manat azadolma məbləği çıxılmaqla 11.500 manat təşkil edir. 10.AB seriyalı 260926 nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinə əsasən, xx.xx.2013-cü il tarixdə “Mercedes Benz E 200” markalı, **-NX-*** dövlət qeydiyyat nömrəli avtomobil "xxxx" ASC-də (sığortaçı) sığorta məbləği 5.000 manat müəyyən edilməklə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır (sığortalı Cavabdeh1dur).

11. Bakı şəhəri Baş Polis İdarəsi DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli BYP 442702 saylı inzibati xəta haqqında protokola əsasən “Mercedes Benz E 200” markalı, **-NX-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini etibarnaməyə əsasən idarə edən Cavabdeh1 xx.xx.2013-cü il tarixdə aeroport şossesi ilə hərəkət zamanı normal araməsafəni seçməmiş, qarşısında sürətini azaldan “Kia Sportage” markalı, **-CT-*** dövlət qeydiyyat nömrəli avtomobillə arxadan toqquşmuş, o da zərbədən önündə başqa bir avtomobillə toqquşub, dayanmış **-NC-*** dövlət qeydiyyat nömrəli, “Volkswagen Tiguan” markalı avtomobilin arxasına dəyməklə yol nəqliyyat hadisəsi nəticəsində inzibati xəta törətmişdir. 12.15.03.2021-ci il tarixli etibarnamədən müəyyən edilir ki, Cavabdeh3 Mercedes Benz E 200” markalı, **-NX-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsin üzərində sərəncam verilmək hüququnu Cavabdeh1etibar etmişdir. Etibarnamənin müddəti xx.xx.2042-ci ilədək müəyyən edilmişdir. 13.AR Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin xx.xx.2013-cü il tarixli, 9/76-26905 saylı məktubundan görünür ki, “Kia Sportage” markalı, **-CT-*** dövlət qeydiyyat nömrəli avtomobilin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsinə aid toplanmış materialların surətləri "xxxx" ASC-yə göndərilir. Həmin məktub xx.xx.2014-cü il tarixdə "xxxx" ASC-yə daxil olmuşdur. 14."xxxx" MMC tərəfindən tərtib edilmiş akta əsasən **-NC-*** dövlət qeydiyyat nömrəli, “Volkswagen Tiguan” markalı avtomobilin ehtiyat hissələrinə tələb olunan xərc 4.530 manat, təmir-xidmət işlərinin dəyəri 1.910 manat olmaqla, cəmi 6.440 manat təşkil edir.

15. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli qüsur aktına əsasən **- NC-*** dövlət qeydiyyat nömrəli, “Volkswagen Tiguan” markalı avtomobilin ehtiyat hissələrinə tələb olunan xərc 2.110 manat, təmir-xidmət işlərinin dəyəri 1.110 manat olmaqla, cəmi 3.220 manat təşkil edir.

16. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli qüsur aktına əsasən “Kia Sportage” markalı, **-CT-*** dövlət qeydiyyat nömrəli avtomobilin ehtiyat hissələrinə tələb olunan xərc 3.302 manat, təmir-xidmət işlərinin dəyəri 1.400 manat olmaqla, cəmi 4.702 manat təşkil edir. 17.Fotoşəkillərdən görünür ki, “Mercedes Benz E 200” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı və “Kia Sportage” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı, Nissan markalı **-HL-*** dövlət qeydiyyat nişanlı və **-NC-*** dövlət qeydiyyat nömrəli, “Volkswagen Tiguan” markalı avtomobillər zədəli vəziyyətdədir.

18. xx.xx.2013-cü il tarixli MİP-1 1821/2013 nömrəli sığorta aktına əsasən Əliyev Emin Rafiq oğlunun mülkiyyətində olan **-NC-*** dövlət qeydiyyat nömrəli, “Volkswagen Tiguan” markalı avtomobil xx.xx.2013-cü ildə aeroport şossesində “Mercedes Benz E 200” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı və “Kia Sportage” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, həmin avtomobil zərbədən sığortalanmış avtomobillə toqquşmuşdur. “İnter Kontinental” firmasının təqdim etdiyi akta uyğun olaraq, **-NC-*** dövlət qeydiyyat nömrəli, “Volkswagen Tiguan” markalı avtomobilə dəymiş zərər 6.440 manat müəyyən edilmiş, sığorta ödənişi 250 manat azadolma məbləği çıxılmaqla 6.190 manat təşkil edir.

19. xx.xx.2013-cü il tarixli 4001 nömrəli kassa məxaric orderindən görünür ki, "xxxx" ASC tərəfindən MİP-1 1821/2013 saylı sığorta aktına əsasən 6.190 manat sığorta ödənişi Əliyev Emin Rafiq oğluna verilmişdir.

20. Saxlanmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması barədə 10 iyul 2020ci il tarixli aktdan görünür ki, "xxxx" ASC-də saxlanma müddətləri başa çatmış, elmi-tarixi dəyəri olmayan və əməli əhəmiyyətini itirmiş sığorta hadisəsi nəticəsində dəymiş maddi ziyanın aradan qaldırılması üçün 2013-2014-cü illəri əhatə edən sığorta ödənişləri aktları (əsli və surətləri) məhv etmək üçün ayrılmışdır. Akta daxil olan sənədlər yoxlanılmışdır, maliyyə və hüquq orqanlarının iddiası yoxdur. 21."xxxx" ASC xx.xx.2023-cü il tarixli, BS-S-23/0839 saylı məktubla "xxxx" ASC-yə müraciət edərək qeyd etmişdir ki, qeyd edilən sığorta hadisəsi nəticəsində “Kia Sportage” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı tərərflərindən 11.500 manat məbləğində sığorta ödənişi edilmiş və həmin məbləğin subroqasiya qaydasında geri ödənilməsi tələbinə dair BS-13/1309 saylı xx.xx.2013-cü il tarixində rəsmi müraciət olunsa da, qeyd edilən məbləğ geri ödənilməmiş və ödənilməməsinin səbəbləri barədə onlara heç bir məlumat verilməmişdir. Bu səbəbdən AR Mülki Məcəlləsinin 936-cı maddəsinin tələblərinə əsaslanaraq 5.000 manat sığorta ödənişi məbləğinin hesablarına köçürülməsini təkrar xahiş edirlər.

22. "xxxx" ASC xx.xx.2023-cü il tarixli, BS-S-23/1409 saylı məktubla cavabdehlərə müraciət edərək mübahisənin həlli ilə bağlı mediasiya prosesinin tətbiqi barədə təklif etmişdir. 23.Bakı şəhəri 14 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli, MŞB/14/2023- 00637 saylı arayışından da müəyyən olunur ki, cavabdeh "Azərbaycan Sənaye Sığorta” ASC ilkin mediasiya sessiyasına iştirak etmədiyinə görə mübahisənin həlli mümkün olmamışdır. 24.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2024-cü il tarixli, 9/269 saylı ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli, 579/13 saylı zərər aktındakı məlumatlara əsasən “Kia Sportage” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 11.951 manat (o cümlədən dəyişilməli hissələrin qiyməti 9.831 manat, təmir-bərpa işlərinin qiyməti 2.120 manat) müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir.

25. "xxxx" ASC xx.xx.2024-cü il tarixli məktubla "xxxx" ASC-yə müraciət edərək bildirmişdir ki, xx.xx.2013-cü il tarixində baş vermiş sığorta hadisəsi üzrə 4 sığorta ödənişi aktı (İ-963/14- "xxxx" ASC; İ-963/14 – Əliyev Emin Rafiq oğlu; İ-2175/14 – "xxxx" ASC; İ- 2176/14- Məmmədova İlhamə Ramiz qızı) tərtib edilmişdir. Bakı Sığorta ASC barəsində tərtib edilmiş İ-2175/14 akt İcbari Sığorta Bürosuna inteqrasiya olunmuş sığorta təminatı proqramı olan “İnsureaz” proqramına əsasən 2014-cü il tarixində (bax. “İnsureaz” proqramından çıxarış) ödəniş edilmişdir. Lakin "xxxx" ASC ilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin idarə X9 Mərkəz ilə aralarında bağlanılan 01 iyul 2020-ci il tarixli podrat müqaviləsinə əsasən 2010-2014-cü il tarixli ödəniş qəbzləri və 2013-2014-cü il tarixli sığorta ödəniş aktları Milli Arxiv İdarəsinin nümayəndəsinin iştirakı ilə məhv edilmişdir. 2014-cü il tarixində İ-2175/14 akt üzrə ödənilmiş ödəniş qəbzi Cəmiyyətlərində mövcud deyildir. Göstərilənləri nəzərə alaraq, 2014-cü il tarixində "xxxx" ASC-yə İ-1275/14 akt üzrə ödənilmiş ödəniş qəbzini xahiş edirlər.

26. "xxxx" ASC "xxxx" ASC-yə 10 may 2024-cü il tarixli, 10106 nömrəli cavab məktub ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi yanında İdarə X9 Mərkəzi tərəfindən arxivləşmə işləri aparmış və bankın müştərilərinin əməliyyatları üzrə sənədlərin təftişi tam başa çatdığından və saxlanılma müddətləri keçdiyindən məhv edilmişdir. 27."xxxx" ASC cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh1 və X6 pretenziya məktubu ilə müraciət edərək, sığorta hadisəsi üzrə tələb olunan pulun ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

28. İddiaçı "xxxx" ASC cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh1 və X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 5000 manat məbləğində sığorta ödənişi tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 6500 manat məbləğində sığorta ödənişi tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi, cavabdehlər "xxxx" ASC, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 200 manat məbləğində mediasiya xərci, 10 manat məbləğində poçt xərci və 0,4 manat məbləğində xidmət haqqı olmaqla, cəmi 210,4 manat müştərək qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixində, baş vermiş sığorta hadisəsi nəticəsində "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış Cavabdeh3 mülkiyyətində olmuş “Mercedes Benz E 200” markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" ASC-də (bundan sonra ASC) “avtokasko” risklərindən sığortalanmış “Kia Sportage” markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində “Mercedes Benz E 200” markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində “Kia Sportage” markalı, ** CT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği razılaşdırıldıqdan sonra tərəflərindən 500 manat azadolma məbləği çıxılmaqla 11500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmin məbləğin 5000 manat məbləğində olan hissəsinin Cavabdeh1 mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC-dən, qalıq 6500 manatını isə Cavabdeh3 və “Mercedes Benz E 200” markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobili hadisə zamanı idarə etmiş Cavabdeh1 tələb etmək hüquqları vardır. Bununla bağlı cavabdehlərə xx.xx.2023-cü il tarixli, BS-S-23/1692 saylı pretenziya məktubu ilə müraciət etmişlər. Eyni zamanda həmin pretenziya məktubu “elektron məhkəmə” informasiya sistemində elektron portalda yerləşdirilmişdir. Bununla yanaşı məsələnin mediasiya vasitəsilə həlli üçün tərəflərindən Bakı şəhəri 14 saylı mediasiya təşkilatına müraciət edilmişdir. Lakin mübahisənin mediasiya vasitəsilə həlli də mümkün olmamışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2013-cü il tarixli, BYP 442207 saylı inzibati xəta haqqında protokoldan və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayış”dan müəyyən olunur ki, xx.xx.2013-cü il tarixdə Mercedes Benz E 200” markalı, ** NX *** dövlət qeydiyyat nişanlı və “Kia Sportage” markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində “Mercedes Benz E 200” markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 təqsirli bilinərək, həmin vaxt qüvvədə olan Ar İXM-in 151.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli sığorta aktından və xx.xx.2014-cü il tarixli zərərin hesablanması aktından müəyyən edilir ki, orta hadisəsi nəticəsində “Kia Sportage” markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobilə 16900 manat məbləğində zərər vurulmuşdur. Həmin məbləğdən 500 manat şərtsiz azadolma məbləği çıxılmaqla 11500 manat məbləğində sığorta ödənişinin ödənilməli olduğu müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli kassa məxaric orderininin surətindən müəyyən olunur ki, “Kia Sportage” markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ASC tərəfindən 11500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş İSB.az elektron portalından çıxarışdan müəyyən olunur ki, yolnəqliyyat hadisəsi baş verən vaxt “Mercedes Benz E 200” markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti cavabdeh "xxxx" ASC tərəfindən sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, BS-S-23/1692 saylı pretenziya məktubundan və həmin məktubun cavabdehlərə çatdırılmasını təsdiq edən xəbərnamədən, həmçinin, “elektron məhkəmə” informasiya sistemində yerləşdirilmiş pretenziya məktubundan müəyyən olunur ki, mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün tərəflərindən cavabdehlərə müraciət edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri 14 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barəsində xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, mübahisənin mediasiya vasitəsilə həlli mümkün olmamış və iddiaçı tərəfindən 200 manat mediasiya xərci və 10 manat məbləğində poçt xərci ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş poçt xəbərnaməsinin surətindən müəyyən olunur ki, iddia ərizəsinin surəti cavabdehlərə təqdim edilmişdir. 30.Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia tələblərinin “xahiş etdi” hissəsinin 1-ci bəndinin “cavabdeh "xxxx" ASC-dən 5000 manat məbləğində sığorta ödənişi və 2015-ci ilin yanvar ayının 1-dən ödəniş gününədək hər gecikdirilmiş gün üçün sığorta ödənişini məbləğinin 0,1% həcmində dəbbə pulu tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi” kimi oxunmasını xahiş etmişdir. 31.İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385, 430, 448, 459, 936, 1096, 1097, 1108 və 1114-cü maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 58.3-cü maddəsinə istinad etmişdir. 32.Bakı Kommersiya Məhkəməsinin 11 iyun 2024-cü il tarixli qərardadı ilə cavabdeh "xxxx" ASC-dən 2015-ci ilin yanvar ayının 1-dən ödəniş gününədək hər gecikdirilmiş gün üçün sığorta ödənişini məbləğinin 0,1% həcmində dəbbə pulu tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi hissəsində iddia baxılmamış saxlanılmışdır.

b) İddiaya qarşı etirazın dəlilləri

33. Cavabdeh "xxxx" ASC iddiaya qarşı etiraz təqdim edərək, iddianın rədd olunmasını xahiş etmişdir.

34. Etiraz onunla əsaslandırılmışdır ki, 25 oktyabr 2013-cü il tarixdə Bakı şəhəri Aeroport şossesində 2 yol-nəqliyyat hadisəsi baş vermişdir. Birinci baş verən hadisədə “Wolksvagen” Tiguan markalı, 90NC476 dövlət qeydiyyat nişanlı avtomobil və “Nissan Sunny” markalı, 90HL040 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşmuşlar. Həmin hadisədə "Wolksvagen Tiguan" markalı, 90NC476 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X11 təqsirli bilinərək, barəsində inzibatı tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. İkinci baş verən hadisədə cəmiyyətləri tərəfindən xx.xx.2013-cü ıl tarixli PSS********** saylı "avtonəqlıyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta şəhadətnaməsinə əsasən sığortalanmış “MERCEDES BENZ E 280 CDİ" markalı, 90NX041 dövlət qeydiyyat nişanlı avtomobil “Kia Sportage" markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobil və “Wolksvagen Tiguan” markalı, 90NC476 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşlar. Həmin hadisədə “MERCEDES BENZ E 280 CDİ" markalı, 90NX041 dövləti qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 təqsirli bilinərək, barəsində inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. Cəmiyyətlərinə yazılı sorğularına əsasən təqdim edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 24 yanvar 2014-cü il tarixli Q-03 nömrəli Qərarı ilə təsdiq edilmiş səlahiyyətli dövlət orqanının təqdim etdiyi “Avtonəqliyyatvasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” Arayışda qeyd edilmişdir ki, xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Aeroport şossesində yol-nəqliyyat hadisəsi baş vermiş, hadisənin növü toqquşma olmaqla "Kia Sportage" markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobil və "Wolksvagen Tiguan markalı, 90NC476 dövlət qeydiyyat nişanlı avtomobilin zərər çəkməsində təqsirkar şəxs “MERCEDES BENZ E 280 CDİ" markalı, 90NX041 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1dur. X13" markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı “İcbari Sığortalar haqqında" qanunun 16-cı və “Sığorta fəaliyyəti haqqında” qanunun 10.10-cu maddələrinin tələblərinə əsasən, müqavilə üzrə Cəmiyyətləri ilə sığorta sahəsində yardımçı fəaliyyət göstərən huquqi şəxs "xxxx" MMC tərəfindən qiymətləndinlərək 4702 manat məbləğində müəyyən edilmişdir. Zədələnmiş “Wolksvagen Tiguan" markalı, 90NC476 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı “İcbari Sığortalar haqqında“ qanunun 16-cı və “Sığorta fəaliyyəti haqqında” qanunun 10.10-cu maddələrinin tələblərinə əsasən, müqavilə üzrə Cəmiyyətləri ilə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxs “Qafqaz Ticarət" MMC tərəfindən qiymətləndirilərək 3220 manat məbləğində 0 manat məbləğində müəyyən edilmişdir. “Kia Sportage" markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobil "avtokasko" riskləri üzrə “Bakı Sığorta" ASC-də, “Wolksvagen Tiguan” markalı 90NC476 dövlət qeydiyyat nişanlı avtomobil isə həmin risklər üzrə "Atəşgah Sığorta” ASC-də sığortalı olmuşdur. Həm "xxxx" ASC həm də “Atəşgah Sığorta" ASC cəmiyyətlərinə yazılı müraciət edərək, xx.xx.2013-cü il tarixli PSS********** saylı "avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə sığorta şəhadətnaməsinə əsasən cəmiyyətlərində sığortalanmış "MERCEDES BENZ E 280 CDİ" markalı, 90NX041 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təqsirli bilindiyi sözügedən hadisə üzrə sığorta ödənişinin subroqasiya qaydasında onlara ödənilməsini tələb etmişlər. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Sığorta hadisəsi sığorta təminatı altına alınmış riskini reallaşmasıdır ki, onun baş verməsi ilə sığorta ödənişini tələb etmək hüququ yaranır. Sığorta hadisəsi konkret bir hadisədir, haldır, lakin onun baş verməsi nəticəsində bir və ya daha çox zərərçəkmiş (nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası zamanı üçüncü şəxslər) ola bilər. Qanunvericiliyin tələblərinə uyğun olaraq, “Kia Sportage” markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 4702 manat və “Wolksvagen Tiguan" markalı. 90NC476 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 3220 manat zərər məbləği, cəmi 7922 manat “İcbari sığortalar haqqında” Qanunun 56.1.2-ci maddəsində müəyyən edilmiş sığortaçının bir sığorta hadisəsinə görə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə sığorta ödənişinin son həddi olan 5000 manat məbləğindən çox olduğu üçün cəmiyyətləri hər bir zərərçəkənə ona vurulan zərər məbləğinə mütənasib məbləğdə sığorta ödənişi hesablamışdır. Yəni “Kia Sportage” markalı 90CT290 dövlət qeydiyyat nişanlı avtomobilə 2.652,10 manat və “Wolksvagen Tiguan" markalı, 90NC476 dövlət qeydiyyat nişanlı avtomobilə 1.874,53 manat sığorta ödənişi hesablanmışdır. Çünki "xxxx" ASC Kia Sportage" markalı 90CT290 dövlət qeydiyyat nişanlı avtomobilə görə 500 manat azadolma (franşiza) məbləği tətbiq etməklə faydalanan şəxsə sığorta ödənişi verdiyi üçün faydalanan şəxsə (llhamə Məmmədova) kasko sığorta ödənişi üzrə ödənilməyən həmin 500 manat cəmiyyətləri tərəfindən icbari mülki məsuliyyət sığortası üzrə ödənilməli idi. Ümumi zərər məbləği sığorta ödənişi məbləğini aşdığı üçün 500 manata da mütənasib hesablanma 315,50 manat tətbiq edildiyindən “Bakı Sığorta ASC-yə hesablanan sığorta ödənişi 2.652.10 manat təşkil etmişdir. Həmçinin "xxxx" ASC 'Wolksvagen Tiguan" markalı 90NC476 dövlət qeydiyyat nişanlı avtomobilə görə 250 (iki yüz əlli) manat azadolma (franşiza) məbləği tətbiq etməklə faydalanan şəxsə sığorta ödənişi verdiyi üçün faydalanan şəxsə (Emin Əliyev) kasko sığorta ödənişi üzrə ödənilməyən həmin 250 manat cəmiyyətləri tərəfindən icbari mülki məsuliyyət sığortası üzrə ödənilməli idi. Ümumi zərər məbləği sığorta ödənişi məbləğini aşdığı üçün 250 manata da mütənasib hesablanma 157,87 manat tətbiq edildiyindən "xxxx" ASC-yə hesablanan sığorta ödənişi 1.874,53 manat təşkil etmişdir. Bildirirlər ki, cəmiyyətləri tərəfindən "xxxx" ASC-yə hesablanan 2.652,10 manat sığorta ödənişi xx.xx.2014-cü il tarixdə, "xxxx" ASC-yə hesablanan 1.874,53 manat sığorta ödənişi xx.xx.2014-cü il tarixdə, Məmmədova İlhamə Ramiz qızına hesablanan 315,50 manat sığorta ödənişi xx.xx.2015-ci il tarixdə ödənilmişdir. Qeyd edilən ödənişləri təsdiq edən və cəmiyyətin İcbari Sığorta Bürosuna inteqrasiya olunmuş sığorta təminatı proqramı olan "İnsureaz” proqramından çıxrışın skan nüsxəsini məhkəməyə təqdim edirlər. Əlavə məlumat üçün bildirirlər ki, sözügedən sığorta hadisəsi üzrə bütün sənədlər (məhkəməyə elektron qaydada təqdim edilmiş) sənədlər həm insureaz sığorta proqramına elektron qaydada, həm də çap olunmuş nüsxələri ayrıca qovluğa (dosyeyə) əlavə edilmişdir. Hadisənin üzərindən 5 ildən çox müddət keçdiyi üçün sənədlərin yerləşdirildiyi qovluq arxivləşdirildiyi üçün həmin ödənişləri təsdiq edən qovluğu (sənədlərin əslini) təqdim edə bilmirlər. Lakin İnsureaz sığorta proqramına yerində baxış keçirilməklə həmin ödənişlərin ödənildiyini məhkəmə əyani şəkildə görüb müəyyən edə bilər. Lakin insureaz sığorta proqramında olan məlumatın skan (screenshot) nüsxəsi məhkəməyə elektron qaydada təqdim edilir. İlk öncə qeyd edirlər ki, sığorta əməliyyatlarına yalnız “Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş şəxslər cəlb oluna bilər. Odur ki, "xxxx" ASC-nin “Wolksvagen Tiguan" markalı, 90NC476 dövlət qeydiyyat nişanlı avtomobil üzrə təqdim etdiyi servis aktına münasibətdə "xxxx" MMC-nin qüsur aktı daha mötəbər olduğundan və “Atəşgah Sığorta" ASC ödəniş məqamında təsdiq etdikləri zərər məbləği ilə razılaşdığından, həmçinin “Bakı Sığorta" ASC-nin təqdim etdiyi qüsur aktı həmin sığorta şirkətinin özü tərəfindən hazırlandığından həmin qüsur aktına münasibətdə “Qafqaz Ticarət" MMC-nin qusur aktı daha ağlabatan olduğundan və "xxxx" ASC həmin vaxt təsdiq etdikləri zərər məbləği ilə razılaşdığından həmin sığorta şirkətlərinə müvafiq olaraq 1.874,53 manat və 2.652,10 manat olmaqla, cəmi 4.526,53 manat, faydalanan şəxs Məmmədova ilhamə Ramiz qızına hesablanmış 315,50 manat və faydalanan şəxs Əliyev Emin Rafiq oğluna hesablanmış 157,87 manat olmaqla, ümumilikdə 5000 (1874,53+2652,10+315,50+157,87=5000) manat sığorta ödənişi cəmiyyətləri tərəfindən ödənilmişdir.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

35.Cavabdeh "xxxx" ASC məhkəməyə yazılı izahat təqdim edərək, qeyd etmişdir ki, 27 oktyabr 2023-cü il tarixində Cəmiyyətləri tərəfindən ünvanlanan iddiaya etirazı tam müdafiə edərək əlavə olaraq bildirirlər ki, 25 oktyabr 2013-cü il tarixində baş vermiş sığorta hadisə ilə bağlı sığorta ödənişi almaq hüququ olan 4 şəxs təsbit edilmişdir: "xxxx" ASC, "xxxx" ASC və azadolmaya münasibətdə "xxxx" ASC- də sığortalı olan Məmmədova İlhamə Ramiz qızı və "xxxx" ASC-də sığortalı olan Əliyev Emin Rafiq oğlu. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən Cəmiyyətlərinə qarşı irəli sürülən iddianın məbləği ona sığorta ödənişinin ödənilib-ödənilməməsindən asılı olmayaraq yolverilməzdir. Belə ki, iddiaçıya aydın olmuşdur ki, həmin sığorta hadisəsi ilə bağlı 4 şəxsin sığorta ödənişi almaq hüququ olduğu halda 5000 manat sığorta ödənişi tələb etməyi qanunaziddir. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunun, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Qərarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2023-cü il tarixli Plenum Qərarının tələblərinə əsasən bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçı müəyyən edilmiş sığorta məbləğini (5000 manatı) aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Qanunvericiliyin tələblərindən aydın olur ki, avtonəqliyyat vasitəsi icbari qaydada sığorta edildikdə bir hadisəyə görə ödəniləcək sığorta məbləğinin yuxarı həddi 5000 (beş min) manatdır və əmlaka dəyən zərər 5000 (beş min) manatı aşırsa bu zaman zərərlər mütənasib bölüşdürülməlidir. Ümumiyyətlə, iddiaçıya sığorta ödənişi ödənilmədiyi təqdirdə belə ona aydın olmuşdur ki, həmin sığorta hadisəsi üzrə 4 şəxs sığorta ödənişi almalıdır. Eyni zamanda qeyd etmək lazımdır ki, iddiaçıdan əlavə həm "xxxx" ASC- yə həm də İlhamə Məmmədovaya sığorta ödənişi olunmuşdur. Beləliklə aydın olur ki, sığorta şirkəti avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında bir hadisə görə 5000 manat öhdəliyi vardır. 5000 manat ödənildiyi təqdirdə sığorta şirkətinin öhdəliyi tam başa çatır, əgər tərəflərə ödənilmiş sığorta ödənişi faktiki olaraq dəymiş ziyan qarşılamasa belə tərəflər (sığorta ödənişi almaq hüququna malik şəxslərin) məhkəmə qaydasında hadisə zamanı zərərvuran şəxsdən ziyanın digər hissəsini tələb etmək hüququna malikdir. Hər bir halda məhkəməyə aydın olmalıdır ki, tərəflərindən 5000 manatdan artıq sığorta ödənişin olunması sığorta münasibətlərinə ziddir. Həmin sığorta hadisəsi nəticəsində "xxxx" ASC-yə 1.874,52 manat və azadolmaya münasibətdə Məmmədova İlhamə Ramiz qızına 315,50 manat sığorta ödənişini ödənildiyindən bu məbləğlər ümumi 5000 manat sığorta ödənişindən çıxılmalıdır. İddiaçı yerdə qalan (5.000-1.874,52-315,50=2.809,98) 2.809,98 manat sığorta ödənişi isə ümumiyyətlə həmin hadisə üzrə sığorta ödənişi almayan şəxs Əliyev Emin Rafiq oğlunun sığorta ödənişi almaq hüququnu (250 manat) gözləməklə dəymiş zərərə münasibətdə mütənasib qaydada Cəmiyyətlərinə qarşı iddia irəli sürməli idi. Hazırki vəziyyətdə "xxxx" ASC-nin və Məmmədova İlhamə Ramiz qızının sığorta ödənişini almamaq barədə tələbləri olmadığından yerdə qalan 2.809,98 manat məbləği hər bir halda tərəflər arasında aşağıda qeyd edilən mütənasib şəkildə bölüşdürülməli idi: - Məsələn, "xxxx" ASC-yə dəymiş zərər 4702 manatdırsa və Əliyev Emin Rafiq oğluna isə 250 manat sığorta ödənişi almadığımda nəzərə alaraq yerdə qalan zərərləri toplayıb (4702+250=4952) hər bir zərəri ümumi zərərə bölmək lazımdır ki, mütənasiblik pozulmasın. Nəticədə "xxxx" ASC-nin yerdə qalan öhdəlikləri üzrə 94,95% Emin Əliyevin isə 5,05% yerdə qalan məbləğdən sığorta ödənişi yarana bilərdi. Yerdə qalan məbləğdə 2809,98 manat olduğundan həmin məbləğin 94,95%-i 2668,077 manat, 5,05%-ı isə 141,90 manatdır. Digər tərəfdən həmin sığorta hadisəsi ilə bağlı iddiaçıya sığorta ödənişinin ödənilməməsini təkzib edərək bildirirlər ki, sığorta hadisəsi 25 oktyabr 2013-cü il tarixində baş vermişdir. Lakin, iddiaçı 10 il, 1 gün sonra yəni, 26 oktyabr 2023-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu da öz növbəsində şüphə yaradan əsas məqamdır ki, sığorta hadisəsindən 10 ildən artıq müdddət keçməsinə baxmayaq iddiaçı bu illər ərzində tərəflərindən ona sığorta ödənişi edilməyibsə məhz niyə indi iddia tələbi irəli sürür? Sığorta bazarında iki sığorta şirkəti arasında olan sığorta ödənişləri çox qısa zamanda məhkəmədənkənar qaydada həyata keçirilir. Cəmiyyətlərinə qarşı məhkəmə qaydasında irəli sürülən iddianın əsassız olduğu üçün rədd edilməli olduğu qənaətindədirlər. Çünki, Cəmiyyətləri tərəfindən nəinki "xxxx" ASC-yə hətta "xxxx" ASC-yə və "xxxx" ASC-də sığortalı olan Kia Sportage **-CT-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Məmmədova İlhamə Ramiz qızına azadolmaya münasibətdə sığorta ödənişi edilmişdir. Həmin sığorta hadisəsi üzrə yalnız "xxxx" ASC-də sığortalı olan Əliyev Emin Rafiq oğlunun azadolmaya münasibətdə sığorta ödənişi almaq hüququ vardır və Cəmiyyətlərinə müraciət edəcəyi təqdirdə mütənasibliyi nəzərə alaraq ona 157,87 manat sığorta ödənişi verilməlidir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 12 aprel 2016-cı il tarixli, 3/1 nömrəli Kollegiya Qərarının 3.1-ci maddəsinə əsasən sənədlərin saxlanma müddətlərini müəyyən etmək, yaxud məhv etmək üçün ayırmaq işini həyata keçirmək məqsədilə idarələrdə daimi fəaliyyət göstərən ekspert komissiyaları yaradılır. Onların tərkibinə müvafiq dövlət arxivlərinin nümayəndələri daxil edilir. X14 sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısının tətbiq olunmasına dair göstərişi və sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısını tənzimləyir. 2020-ci il tarixində Cəmiyyətlərinin daxilində səlahiyyətli dövlət orqanı əməkdaşları tərəfindən arxivləşmə işi aparılaraq təftişi tam başa çatmış və saxlanılma müddəti keçmiş işlər üzrə ödəniş qəbzləri və sığorta ödənişi aktları məhv edilmişdir. Sənədlərin məhv edilməsi nəinki Cəmiyyətimiz daxilində bir çox sığorta şirkətlərində və banklarda həyata keçirilir. İzahata əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi yanında İdarə X9 Mərkəzi tərəfindən tərtib edilən 10 iyul 2020-ci il tarixli Akta əsasən 2010-2014-cü il tarixli ödəniş qəbzləri və 2013-2014-cü il tarixli sığorta ödənişi aktları (sənədlərin təftişi tam başa çatmışdırsa-saxlanma müddəti 5 il) məhv edilmişdir. Xüsusi ilə qeyd etmək lazımdır ki, həmin Akt Cəmiyyətləri tərəfindən deyil, məhz həmin dövlət orqanı tərəfindən tərtib edilmiş, sonra səlahiyyətli əməkdaşı Aktı imzalamış və Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən möhürlə təsdiq edilmişdir. Cəmiyyətləri tərəfindən bütün sığorta hadisələrinə dair əməliyyatlar Azərbaycan Respublikası İcbari Sığorta Bürosuna inteqrasiya olunmuş “İnsure.az” sığorta təminatı proqramı (bundan sonra proqram) vasitəsi ilə elektron qaydada aparılır. Qeyd edirlər ki, proqramdan yalnız Cəmiyyətləri deyil, sığorta bazarında fəaliyyət göstərən bir çox peşəkar sığorta şirkəti daimi istifadə edir. Məhkəmə həmin proqrama yerində baxış keçirə və ya müvafiq ekspertiza keçirmə barədə qərar qəbul etməsi məqsədəmüvafiq olardı. İzahata əlavə edilmiş Proqramdan çıxarışlardan görünür ki, yalnız Emin Əliyevin işi üzrə tərtib edilmiş 1-964/14 nömrəli sığorta ödənişinin verilməsi barədə akt icra edilməmişdir. Qalan 3 şəxsədə sığorta ödənişi verilmişdir. Əlavə olaraq qeyd etmək lazımdır ki, Cəmiyyətlərinin bütün bank əməliyyatları "xxxx" ASC tərəfindən həyata keçirildiyindən tərəflərindən 06 may 2024-cü il tarixli, 24/187 nömrəli məktubla həmin banka müraciət edərək 2014-cü il tarixində 1-2175/14 nömrəli sığorta ödənişi aktı üzrə "xxxx" ASC-yə ödənilən məbləğin ödəniş qəbzini təqdim edilməsini xahiş etmişlər. Bank da öz növbəsində 10 may 2024-cü il tarixli, 10106 nömrəli cavab məktub ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi yanında İdarə X9 Mərkəzi tərəfindən arxivləşmə işləri aparmış və bankın müştərilərinin əməliyyatları üzrə sənədlərin təftişi tam başa çatdığından və saxlanılma müddətləri keçdiyindən məhv edilmişdir. Bu səbəbdən həmin ödəniş qəbzinin bank tərəfindən də təqdim edilməsi qeyri-mümkün olmuşdur. Beləliklə, həmin ödəniş sənədlərinin Milli Arxiv İdarəsi tərəfindən məhv edilməsindən, İnsure.az” sığorta təminatı proqramından çıxarışdan və "xxxx" ASC tərəfindən təqdim edilən məlumatlardan aydın olur ki, 25 oktyabr 2013-cü il tarixində baş vermiş sığorta hadisəsində 2014-cü il tarixində 1-2175/14 nömrəli sığorta ödənişi aktı üzrə "xxxx" ASC-yə 2.652,10 manat sığorta ödənişi edilmiş və ödəniş sənədləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət orqanı tərəfindən məhv edilmişdir. 36.İddiaçı "xxxx" ASC də məhkəməyə yazılı izahat təqdim edərək, qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş, xx.xx.2013-cü il tarixli, BS-13/1309 saylı məktubdan göründüyü kimi ASC "xxxx" ASC-yə müraciət edərək zərərin qiymətləndirilməsi prosesində iştirak etmək təklif edilmiş, lakin sonuncu tərəfindən müraciətə münasibət bildirilməmişdir. Sığorta hadisəsi baş verən vaxt vurulmuş zərərin məbləği yuxarıda qeyd edilən qaydada cavabdeh "xxxx" ASC-yə zərər məbləğinin müəyyən edilməsi prosesində iştirak etmək təklif olunmaqla və sığortalı ilə razılaşdırılmaqla ödənilmişdir və həmin vaxt cavabdeh "xxxx" ASC tərəfindən zərərin məbləği ilə bağlı ASC-yə heç bir etiraz bildirilməmişdir. Cavabdeh "xxxx" ASC həmin vaxtdan bu vaxta qədər qiymətləndirməyə və zərərin hesablanma qaydasına münasibət bildirmədiyindən hesab edirlər ki, qeyd edilən dəlillərin heç bir hüquqi əsası yoxdur. Etrazın digər dəlilinə əsasən sığorta hadisəsi 25 oktyabr 2013-cü il tarixdə baş vermişdir. Lakin iddiaçı 10 il, 1 gün sonra, yəni 26 oktyabr 2023-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və iddia müddəti ötürülmüşdür. Bununla bağlı bildirirlər ki, tərəflərindən cavabdehə xx.xx.2023-cü il tarixli, BS-S-23/0839 saylı məktub göndərilmiş və mübahisənin həlli mümkün olmamışdır. Bundan sonra tərəflərindən xx.xx.2023-cü il tarixli, BS-S-23/1409 saylı məktubla cavabdehlərə müraciət edərək mübahisənin həlli ilə bağlı mediasiya prosesinin tətbiqi barədə təklif edilmişdir. xx.xx.2023-cü il tarixli çıxarışdan göründüyü kimi eyni məzmunlu təklif Elektron məhkəmə portalında da yerləşdirilmişdir. Lakin cavabdehlər müraciətlərə heç bir reaksiya verməmiş və tərəflərindən Bakı şəhəri, 14 saylı mediasiya təşkilatına müraciət edilmişdir. İş materiallarına əlavə etdikləri Bakı şəhəri, 14 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli, MŞB/14/2023-00637 saylı arayışından da müəyyən olunur ki, cavabdeh "Azərbaycan Sənaye Sığorta” ASC ilkin mediasiya sessiyasına iştirak etmədiyinə görə mübahisənin həlli mümkün olmamışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edilmişdir. İddia ərizəsi verilən vaxt qanunvericilik kommersiya mübahisələrində ilkin mediasiya sessiyasında iştirak etdikdən sonra məhkəməyə müraciət edilməsini nəzərdə tutduğundan iddia müddəti tərəflərindən ötürülməmişdir və cavabdehin etirazında göstərilən dəlillərin heç bir hüquqi əsası yoxdur. Qeyd edilənlərlə yanaşı iddia ərizəsinə əlavə etdikləri kassa məxaric orderinin surətindən də müəyyən olunur ki, tərəflərindən “Kia Sportage” markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 26 sentyabr 2014-cü il tarixdə sığorta ödənişi edilmişdir və iddiaçının tələb hüququ həmin tarixdən yaranmışdır. Həmçinin, baş vermiş yol-nəqliyyat hadisəsinə dair materiallar AR Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin xx.xx.2013-cü il tarixli, 9/76-26905 saylı məktubu ilə "xxxx" ASC-yə göndərilmiş və həmin məktub və əlavə edilmiş materiallar xx.xx.2014-cü il tarixdə "xxxx" ASC-yə daxil olmuşdur. Qanunvericiliyə görə iddiaçının subroqasiya hüququnun yaranması üçün sığortalanmış əmlaka vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxsin müəyyən edilməsi zəruridir və zərərə görə məsuliyyət daşıyan şəxs müəyyən olunmadığı halda hansı əsasla iddiaçının subroqasiya hüququ üzrə iddia müddətinin mülki hüquq pozuntusunun (deliktin) törədildiyi andan keçən 10 (illik) ümumi iddia müddətindən artıq ola bilməməsi barədə mülahizə yürütmək olar? Subroqasiya hüququnun yaranmasına əsas verən sənədlərin xx.xx.2014cü il tarixdə "xxxx" ASC-yə daxil olduğu və bundan dərhal sonra 26 sentyabr 2014-cü il tarixdə sığorta ödənişi edildiyi halda iddiaçının müddəti ötürməsindən hansı əsasla danışmaq olar? Delikt öz təsdiqini tapmadığı halda sığortaçı hansı əsasla subroqasiya qaydasında iddia qaldıra bilər? Qanunvericiliyə görə sığorta ödənişinin verilməsi və ya sığorta ödənişinin verilməsindən imtina olunması əsaslarının müəyyən edilməsi üçün sığortaçının imperativ qaydada yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli şəxsi müəyyən etməli olduğunu və bunun üçün səlahiyyətli dövlət orqanının qərarının qəbul edilməsini gözləməli olduğunu təsbit edir. Hazırkı halda isə AR Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin xx.xx.2013- cü il tarixli, 9/76-26905 saylı məktubu qeyd edilən hallan (zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi) müəyyən edir və sığortaçı imperativ qaydada sığorta ödənişi etmək və sığorta ödənişi etməkdən imtina etmək üçün səlahiyyətli dövlət orqanının yol- nəqliyyat hadisəsi barədə qəbul etdiyi qərarı gözləməlidir. Sadalanan hallar iddiaçının öz hüququnun pozulduğunu bildiyi və bilməli olduğu anın AR Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin xx.xx.2013-cü il tarixli, 9/76-26905 saylı məktubunun daxil olduğu tarix, xx.xx.2014-cü il tarixi olduğunu deməyə əsas verir. Etirazın digər dəlili onunla bağlıdır ki, cavabdeh Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2016-cı il tarixli, 3/1 nömrəli Kollegiya Qərarının 3.1-ci maddəsinə əsasən sənədlərin saxlanma müddəti bitdiyi üçün Azərbaycan Respublikası Milli Arxiv İdarəsi yanında İdarə X9 Mərkəzi tərəfindən tərtib edilən xx.xx.2020-ci il tarixli akta əsasən 2010- 2014-cü il tarixli ödəniş qəbzləri və 2013-2014-cü il tarixli sığorta ödənişi aktları məhv edilmişdir. Bununla bağlı bildirirlər ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2016-cı il tarixli, 3/1 nömrəli Kollegiya Qərarında yalnız dövlət hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilir və həmin qərar sığorta fəaliyyəti və özəl sektorda fəaliyyət nəticəsində yaranan sənədlərin məhv edilməsi qaydalarını tənzimləmir. Cavabdehin hu dəlili yalnız məhkəməni yalnış istiqamətə yönəltməklə mülki məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Etirazın digər dəlili ondan ibarətdir ki, "xxxx" ASC tərəfindən bütün sığorta hadisələrinə dair əməliyyatların Azərbaycan Respublikası icbari Sığorta Bürosuna inteqrasiya olunmuş “İnsure.az” sığorta təminatı proqramı ilə aparılması, məhkəmə tərəfindən həmin proqrama baxış keçiriləcəyi halda və ya müvafiq ekspertiza keçirmə barədə qərar qəbul edəcəyi halda ödənişlərin müəyyən ediləcəyi ilə bağlıdır. Bununla bağlı bildirirlər ki, cavabdeh tərəfindən bu vaxta qədər qeyd edilən proqramdan çıxarışlar məhkəməyə təqdim edilməmişdir və iddia tələbində qeyd edilən müqavilə üzrə ödənişin edildiyi öz təsdiqini tapmamışdır. Cavabdeh heç bir sübutlar təqdim edə bilmədiyindən özünə də məlum olmayan ekspertiza keçirilməsi barədə vəsatət vermədən, məhkəməyə ekspertiza keçirilməsinin məqsədəuyğunluğunu tövsiyə edir. Qanunvericiliyin tələbinə əsasən ekspertiza tərəflərin vəsatəti və məhkəmənin təşəbbüsü ilə keçirilə bilər. Lakin naməlum səbəblərdən cavabdeh ayrıca vəsatət vermədən, ekspertiza keçirilməsini məhkəməyə tövsiyə etməklə, prosesi əsassız uzatmağa və mülki məsuliyyətdən yayınmağa çalışır. Cavabdeh müqavilə üzrə ödənişlər etdiyini iddia etdiyi üçün bu halı sübutetmə vəzifəsi də bilavasitə cavabdehin üzərinə düşür. Sübutların təqdim edilməsinin vacibliyi baxımından, MPM-in 77-ci maddəsi hansı tərəfin sübut təqdim etməli olmasını müəyyən edir. Həmin maddənin mənasına görə tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Bu bir qayda olaraq, o deməkdir ki, adətən iddiaçı öz tələbini əsaslandıran, cavabdeh isə etirazının əsasını təşkil edən (icra, borcların əvəzləşdirilməsi, icradan imtina etmək hüququ və ya iddia müddətinin keçməsi) halları sübut etməlidir. Göstərilənlərə əsasən qeyd edirlər ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbləri baxımından cavabdeh özü üçün əlverişli olan halı, “Kia Sportage” markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Cəmiyyətlərinə sığorta ödənişinin edilməsini təsdiq edən mötəbər sübutlar (ödənişin tarixi, təyinatı və bank hesablan barədə məlumatlar) məhkəməyə təqdim etməli olduğu halda etirazda göstərilən halları təsdiq edən heç bir mötəbər sübutu təqdim etməmiş, qanunvericiliyin normalarını formal mülahizələrlə və mövcud olmayan sübutlarla əlaqələndirməklə iddiaya münasibət bildirmişdir. Etirazın sonuncu dəlilində göstərilir ki, Cəmiyyətin bütün bank əməliyyatları "xxxx" tərəfindən həyata keçirildiyindən Cəmiyyət tərəfindən həmin Banka xx.xx.2024-cü il tarixli sorğu verilmiş və Bank da öz növbəsində xx.xx.2024-cü il tarixli məktubla sorğuya cavab verərək, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi yanında İdarə X9 Mərkəzi tərəfindən arxivləşmə işləri apanlaraq həmin dövrə aid sənədlər məhv edilmişdir. Bununla bağlı bildirirlər ki, yuxrıda da qeyd edildiyi kimi Azərbayca- Respublikası Milli Arxiv idarəsinin xx.xx.2016-cı il tarixli, 3/1 nömrəli Kollegiya Qərarında yalnız dövlət hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilir və həmin qərar sığorta fəaliyyəti və özəl sektorda fəaliyyət nəticəsində yaranan sənədlərin məhv edilməsi qaydalarını tənzimləmir. Bununla yanaşı xx.xx.2024-cü il tarixdə sorğu verilərək xx.xx.2024-cü il tarixdə cavab alınması da həmin sorğunun formal olaraq verildiyini və sorğu üzrə heç bir araşdırma apanlmadığını deməyə əsas verir. Dəfələrlə tərəflərindən 2010-2014-cü illəri əhatə edən dövrlər üzrə ödənişlərlə bağlı banklara sorğular verilməklə müvafiq sənədlərin alınması təmin edilmiş və həmin işlər üzrə məhkəmələrə, o cümlədən Bakı Kommersiya Məhkəməsinə iddialar verilmişdir. Cavabdehin mövqeyindən məsələyə yanaşdıqda belə nəticəyə gəlmək olar ki, Azərbaycan Respublikası Milli Arxiv idarəsi yanında İdarə X9 Mərkəzi cavabdeh "xxxx" ASC-ni köhnə sənədləri məhv etməyə məcbur etmişdir. Belə olduğu təqdirdə həmin qurum tərəfindən "xxxx" ASC-nin hansı səbəblərdən buna məcbur edilməməsi və məsələyə ikili standard ardan yanaşılması maraq doğurur. Qeyd edilənlərlə yanaşı bildirirlər ki, dəfələrlə hazırkı mübahisə ilə bağlı cavabdeh "xxxx" ASC-nin məsul şəxsləri tərəfindən iddia tələbinin əsasını təşkil edən ödənişin "xxxx" ASC-yə geri ödənilmədiyi şifahi qaydada bildirilmiş, araşdırma aparıldıqdan sonra tezliklə ödənişin icra ediləcəyi barədə məlumat verilmişdir. Odur ki, sadalanan hallan nəzərə alaraq, iddialarının tam təmin edilməsini xahiş edirlər. 37.Məhkəmə iclasında iştiak edən iddiaçının nümayəndəsi X8 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. 38.Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddiaya etirazına uyğun izahat verərək, iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. 39.Digər cavabdehlər Cavabdeh1 və X6 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. 40.Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

41. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

42. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

43. AR Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. -898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. -926.1.-ci maddəsinə görə sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. - 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. -936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edilə bilər. - 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 44.“İcbari sığortalar haqqında” AR Qanunun: - 20.4-cü maddəsinə görə mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. -20.6-ci maddəsinə görə sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verir. Bu halda sığorta ödənişinin məbləği sığortalının və ya sığorta olunanın, yaxud digər sığortaçının faydalanan şəxsə ödəmiş olduğu məbləğdən çox ola bilməz. 45.AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 46.“Dövlət rüsumu haqqında” AR Qanununun: - 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 47.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun 8 aprel 2022-ci il tarixli qərarında foemalaşdırılmış hüquqi mövqeyə görə yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

48.Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. 49.Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, xx.xx.2013-cü il tarixdə cavabdeh "xxxx" ASC-də nəqliyyat vasitəsi sahiblərinin icbari sığotası növü ilə sığortalanmış Cavabdeh3 mülkiyyətində olan “Mercedes Benz E 200” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində iddiaçı "xxxx" ASC-də kasko sığortası növü üzrə sığortalanmış cavabdeh Məmmədova İlhamə Ramiz qızının mülkiyyətində olan **-CT-*** dövlət qeydiyyat nömrəli, “Kia Sportage” markalı avtomobilə və "xxxx" ASC-də kasko sığortası növü üzrə Əliyev Emin Rafiq oğlunun mülkiyyətində olan **-NC-*** dövlət qeydiyyat nömrəli, “Volkswagen Tiguan” markalı avtomobilə zərər dəymişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində “Mercedes Benz E 200” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir.

50. İddiaçı "xxxx" ASC tərəfindən **-CT-*** dövlət qeydiyyat nömrəli, “Kia Sportage” markalı avtomobilə dəymiş zərər 12.000 manat məbləğində qiymətləndirilmiş və sığorta müqaviləsində nəzərdə tutulmuş 500 manat məbləğində azadolma məbləği çıxılmaqla 11.500 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs Məmmədova İlhamə Ramiz qızına ödənilmişdir. 51.Hazırda iddiaçı "xxxx" ASC sığorta ödənişinin 5000 manat hissəsinin “Mercedes Benz E 200” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü ilə sığortalamış "xxxx" ASC-dən, qalan 6500 manat hissəsinin isə müştərək qaydada həmin avtomobilin mülkiyyətçisi Cavabdeh3 və avtomobili idarə edən şəxs Cavabdeh1 tutulmasını tələb edir.

52. Məhkəmə ilk növbədə qeyd edir ki, işin yuxarıda göstərilən hallarından göründüyü kimi Cavabdeh1 “Mercedes Benz E 200” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən törətdiyi mülki hüquq pozuntusu (delikt) nəticəsində zərərçəkmiş şəxs Məmmədova İlhamə Ramiz qızına məxsus “Kia Sportage” markalı avtomobilinə maddi zərər vurulduğundan zərərçəkmiş şəxsin zərərvuran şəxs Cavabdeh1, eləcə də onun mülki məsuliyyətini sığortalamış "xxxx" ASC-yə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. “Kia Sportage” markalı avtomobili kasko növü üzrə sığortalamış iddiaçı "xxxx" ASC tərəfindən hadisə nəticəsində həmin avtomobilə dəymiş zərərin əvəzi olaraq Məmmədova İlhamə Ramiz qızına sığorta ödənişi ödənildikdən sonra sonuncunun zərərvuran şəxsə, eləcə də onun mülki məsuliyyətini sığortalamış sığortaçıya qarşı tələb hüququ sığorta ödənişi həddində subroqasiya qaydasında iddiaçı "xxxx" ASCyə keçmişdir. 53."xxxx" ASC-yə subroqasiya qaydasında keçmiş tələb hüququnun həcminə gəldikdə məhkəmə qeyd edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Sportage” markalı avtomobilə dəymiş zərərin məbləği cavabdeh "xxxx" ASC tərəfindən mübahisələndirildiyindən həmin məbləği müəyyən etmək üçün iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası keçirilmiş və ekspert rəyi ilə hadisə zamanı “Kia Sportage” markalı avtomobilə dəymiş zərər 11.951 manat məbləğində müəyyən edilmişdir. 54.Odur ki, "xxxx" ASC ilə Məmmədova İlhamə Ramiz qızı arasında bağlanmış “kasko”sığorta müqaviləsində 500 manat azadolma məbləği müəyyən edildiyindən iddiaçının sığorta hadisəsi üzrə ödəməli olduğu sığorta ödənişi məbləği və belə olan halda hazırda tələb etmək hüququna malik olduğu məbləğ 11.451 manat təşkil edir. 55.İddiaçının irəli sürdüyü pul tələbinin “Mercedes Benz E 200” markalı avtomobilinin sahibinin mülki məsuliyyətini sığortalamış "xxxx" ASC-yə qarşı olan hissəsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri sayır ki, həmin avtomobilin sürücüsünün törətdiyi delikt nəticəsində “Kia Sportage” markalı avtomobilə 11.951 manat məbləğində dəymiş zərərdən əlavə “Volkswagen Tiguan” markalı avtomobilə də zərər dəymişdir. Həmin avtomobilə dəymiş zərər "xxxx" ASC tərəfindən 3220 manat məbləğində qiymətləndirilmişdir. Odur ki, bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına sığorta məbləğini (5000 manat) aşan məbləğdə zərər vurulduğundan, “İcbari Sığortalar haqqında” AR Qanunun 20.4-cü maddəsinin tələblərinə əsasən "xxxx" ASC tərəfindən sığorta ödənişi üçüncü şəxslərə sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilməli idi. 56.Hadisə nəticəsində “Kia Sportage” markalı avtomobilə dəymiş zərərin 11.951 manat, “Volkswagen Tiguan” markalı avtomobilə dəymiş zərərin isə 3220 manat olması əsas götürülməklə Azərbaycan Sənaye Sığorta” ASC-nin "xxxx" ASC-nin 11.451 manat məbləğində tələbinə mütənasib olaraq ödəməli olduğu sığorta ödənişinin məbləği aşağıdakı qaydada müəyyən edilir. Hadisə nəticəsində üçüncü şəxslərin əmlakina dəymiş ümumi zərər - 11.951+3220=15.171 manat. Həmin zərərin "xxxx" ASC-yə aid hissəsi - 11.451 manat, ümumi zərər məbləğinin 75,5 %-i (11.451manat/15.171manatx100%) təşkil edir. Odur ki, 5000 manat həcmində sığorta ödənişinin "xxxx" ASC-yə ödənilməli olan hissəsi – 3775 manat (5000x75,5%) təşkil edir. 57.Sözügedən sığorta hadisəsi üzrə tərəflərindən xx.xx.2014-cü il tarixdə "xxxx" ASCyə sığorta ödənişinin həyata keçirilməsi barədə cavabdeh "xxxx" ASC-nin istinad etdiyi dəlillərə gəldikdə məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıya sığorta ödənişin ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, həmin dəlillər əsassız olmaqla iddianın "xxxx" ASC-yə qarşı olan hissəsininin rədd edilməsi üçün əsas vermir. 58.Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC-yə qarşı olan hissədə iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 3775 manat məbləğində sığorta ödənişi tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. 59.İddia tələbinin Cavabdeh1 qarşı olan hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh1 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs, eyni zamanda istifadəsi nəticəsində üçüncü şəxslərin əmlakına zərər vurulmuş avtomobilin etibarnamə əsasında qanuni sahibi olduğundan həmin hadisə nəticəsində dəymiş zərərə görə Mülki Məcəllənin həm 1197.1-ci maddəsinin, həm də 1108-ci maddəsinin tələblərinə əsasən məsuliyyət daşıyır. Odur ki, iddiaçı "xxxx" ASC ona subroqasiya qaydasında keçmiş tələbin (11.451 manat məbləğində) icbari sığorta təminatı ilə əhatə edilməyən hissəsini Cavabdeh1 qarşı yönəltməkdə haqlıdır. 60.Digər tərəfdən iş materiallarından görünür ki, "xxxx" ASC Cavabdeh1 qarşı olan tələbi 6500 manat həcmindədir. Odur ki, məhkəmə iddiaya iddia tələbi həddində baxaraq hesab edir ki, Cavabdeh1 qarşı olan hissədə iddia təmin edilməli, Cavabdeh1 6500 manat Comment [l 1]: pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.

61. İddianın hadisənin baş verdiyi dövrdə “Mercedes Benz E 200” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçi olmuş Cavabdeh3 qarşı olan hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçı həmin hissədə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 1108-ci maddəsinə istinad etmişdir. Həmin maddənin məzmunundan göründüyü kimi yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) fiziki və ya hüquqi şəxslər təqsirli olub-olmamasından asılı olmayaraq daşıyırlar.

62. Hazırkı halda yüksək təhlükə mənbəyi olan avtomobilə qanuni əsasla (etibarnamə əsasında) sahiblik edən şəxs Cavabdeh1 olduğundan avtomobilin mülkiyyətçisinin avtomobildən istifadə nəticəsində dəymiş zərərə görə Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələblərinə əsasən məsuliyyət daşıması istisna olunur. Odur ki, Cavabdeh3 qarşı olan hissədə iddia əsassız olduğundan rədd edilməlidir. 63.Bundan əlavə məhkəmə iddia müddətinin ötürülməməsi barədə iddiaçının yazılı izahatında istinad etdiyi dəlillərinə münasibətdə qeyd edir ki, hazırkı iş üzrə cavabdehlər tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməmişdir, odur ki, məhkəmə mübahisəyə iddia müddətinin tətbiq edilməsi məsələsinə münasibət bildirməyi zəruri hesab etmir. 64.Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC-dən 3775 manat, məbləğində sığorta ödənişi, Cavabdeh1 isə 6500 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, qalan hissədə iddia rədd edilməlidir.

1. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərcləri, eləcə də 10,4 manat məbləğində digər xərclər çəkilmişdir.

2. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 124,5 manat təşkil edir.

3. Odur ki, hazırkı halda mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissələrinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 70 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən və 120 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli, qalan xərclər iddiaçıya aid edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaitinin 15 manat hissəsi cavabdeh "xxxx" ASC-dən, 30 manat hissəsi isə Cavabdeh1, 5 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir.

4. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 3775 manat məbləğində sığorta ödənişi, Cavabdeh1 isə 6500 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Məhkəmə xərclərinin əvəzi olaraq cavabdeh "xxxx" ASC-dən 70 manat, Cavabdeh1 isə 120 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaitinin 15 manat hissəsi cavabdeh "xxxx" ASC-dən, 30 manat hissəsi isə Cavabdeh1, 5 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qalan hissədə və Cavabdeh3 qarşı olan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar