Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3822/2023 09.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 qarşı pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.271,46 manat əsas borc, mediasiya xərclərinn əvəzi olaraq ödənilmiş 200 manat, eləcə də hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 120 manat məbləğində pul vəsaitinin, eləcə də ödənişinin ödənilməsinin gecikdirilməsi üçün elektron qaimənin tərtib edildiyi tarixdən borcun cavabdehlər tərəfindən iddiaçıya ödənildiyi tarixədək hər təqvim günü üçün 1 faiz məbləğində vəsaitin hesablanılaraq cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və onun direktoru və təsisçisi Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AVŞ-03-15-08/22 saylı alqı-satqı müqaviləsinə əsasən, alıcı müxtəlif çeşidli tikinti məhsullarını almaq üçün satıcıdan bu müqavilənin şərtlərinə uyğun olaraq sifariş etməyi, satıcı malları slıcının sifarişinə uyğun olaraq ona satmaq üçün slıcıya bu müqavilənin şərtlərinə uyğun olaraq təhvil verməyi və alıcı malların dəyərini satıcıya müqavilədə nəzərdə tutulan qaydada ödəməyi öhdəsinə götürmüşdür. Alıcı müqavilə müddəalarını rəhbər tutaraq, müqavilə üzrə ödənilməli olan ümumi məbləği - 10.271,46 manat məbləğində pul vəsaitini satıcıya ödəməyi öz öhdəsinə götürsə də, alıcı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etməmiş, nəticədə alıcının satıcıya ümumilikdə 10.271,46 manat borcu yaranmışdır. Müqavilə üzrə öhdəliyini icra etməyən alıcıdan dəfələrlə müqavilə üzrə ödənişləri icra etməsini tələb etsələr də, alıcı həmin məbləğdən halhazıradək heç bir ödəniş etməmişdir. Bundan başqa tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AVŞ-03-15-08/22 saylı müqavilənin 2-4.3-cü bəndində bəyan edilir ki, elektron qaimənin tərtib edilməsindən sonrakı gün (16-cı gün) alıcı tərəfindən satıcının bank hesabına köçürmə edilməklə ödənilir. Lakin alıcı müxtəlif bəhanələr gətirərək ödəniş etməkdən yayınmışdır. Müqavilənin 2-5-ci bəndinə əsasən, malın dəyərinin satıcıya ödənilməsi üçün razılaşdırılmış tarix bitdikdən və ödəniş həyata keçirilmədikdə ödənişlərinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməmiş məbləğin 1 faizi qalan məbləğə əlavə edilərək alıcı tərəfindən ödənilməlidir. İddia ərizəsinə əlavə edilmiş Seriya: EBCJ №: 535773 elektron qaimədən görünür ki, elektron qaimə qarşı tərəfə xx.xx.2022-ci il tarixdə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, 10.271,55 manat əsas borc, yaranmış borcun ödənilməsinin gecikdirilməsi üçün xx.xx.2022-ci il tarixdən başlayaraq məhkəmə aktı çıxarıldığı tarixədək hər təqvim günü üçün 1 faiz məbləğində, yəni 43.138,20 manat məbləğində dəbbə pulunun, mediasiya xərclərinin əvəzi olaraq 200 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51 manat, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 120 manat məbləğində pul vəsaitinin cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Nümayəndə məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, qanuni təmsilçiyə qarşı olan iddia tələblərini onunla əsaslandırırlar ki, Cavabdeh1 borcun ona aid olduğunu bildirib. Hətta təhvil-təslim aktlarını o imzalayıb. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı (sifarişçi) ilə Şahid (icraçı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli AVŞ-03- 01-07/21 saylı yük daşıma xidmətlərinin göstərilməsi müqaviləsinə əsasən sifarişçi icraçıya tikinti materiallarının daşınma xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada xidmət göstərməyi öhdəsinə götürür. İddiaçı (satıcı) ilə "xxxx" MMC (alıcı) arasında xx.xx.2022-ci il tarixli AVŞ-03-15-08/22 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1-1-ci bəndinə görə müqaviləyə əsasən Satıcı Alıcıya Tikinti Materialları (bundan sonra "Mal") satır. Alıcı isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini Satıcıya ödəyir. 1-2-ci bəndinə əsasən malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri Əlavə razılaşma ilə müəyyən olunur. 2-1-ci bədinə görə malın qiyməti Müqavilənin ayrılmaz tərkib hissəsi olan Malın qiyməti üzrə razılaşdırma protokoluna əsasən müəyyən olunur. Ödənişlər Azərbaycan manatı ilə həyata keçirilir. 2-2-ci bəndinə əsasən malın Alıcının ünvanına çatdırılması ilə əlaqədar xərclər sifariş edilən Malın həcmi 13 m3, həmçinin 800 ədəd yaxud bundan artıq olduqda Malın qiymətinə daxildir. Sifariş edilən Malın həcmi 13 m3-dən yaxud 800 ədəddən az olduqda 13 m3-dən yaxud 800 ədəddən əksik olan hər m3-ə 9 manat, hər 100 ədədə 30 manat hesablanaraq sifariş edilən malın qiymətinə əlavə ediləcək. 2-3-cü bəndinə əsasən ƏDV Malın qiymətinə daxil deyildir və Alıcı tərəfindən ödəniləcəkdir. 2-4-cü bəndinə əsasən tərəflər arasında hesablaşma aşağıdaki qaydada aparılır: 2-4-1. Satıcının 15 gün ərzində göndərdiyi mallar 16-cı gün Tərəflər arasında təhviltəslim aktının tərtib edilməsi ilə dəqiqləşdirilir. 2-4-2. Təhvil-təslim aktının tərtib edildiyi və hər iki tərəfdən təsdiqləndiyi gün Satıcı tərəfindən elektron qaimə tərtib edilir. 2-4-3. Elektron qaimənin tərtib edilməsindən sonraki gün (16-cı gün) Alıcı tərəfindən Satıcının bank hesabına köçürmə edilməklə ödəniş edilir. 2-4-4. Ödənişin nəzərdə tutulan gündə həyata keçirilməməyi yalnız İş günü olmadığı halda mümkündür. 2-5-ci bəndinə əsasən malın dəyərinin Satıcıya ödənməsi üçün razılaşdırılmış tarix bitdikdən və ödəniş həyata keçirilmədikdə ödənişlərin gecikdiyi hər təqvim günü üçün ödənilməmiş məbləğin 1%-i qalan məbləğə əlayə ediləcəkdir. 4-1-ci bəndinə görə müqavilə imzalandığı gündən qüvvəyə minir və 1 (bir) il müddətinə qüvvədədir. Bu müqaviləyə vaxtından əvvəl xitam vermək istəyən tərəf bu barədə digər tərəfi yazılı surətdə 15 (15) gün əvvəl xəbərdar etməlidir. Müqavilənin müddəti bitdikə hər iki tərəf müqaviləyə xitam vermədiyi halda, onunla bağlanmış müqavilə avtomatik olaraq daha 1 (bir) il müddətinə uzadılır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixdə, AVŞ-03-15-08/22 nömrəli alqı-satqı müqaviləsinə 1 saylı əlavə olan xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşdırılma protokoluna əsasən sözügedən müqavilədə nəzərdə tutulan malların (mişar daşı, qum və s.) adı, növü, ölçüsü və hər vahidin qiyməti razılaşdırılmışdır. 1 saylı protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixdə, AVŞ-03-15-08/22 nömrəli alqı-satqı müqaviləsinə 2 saylı əlavə olan xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşdırılma protokoluna əsasən sözügedən müqavilədə nəzərdə tutulan malların (mişar daşı, qum və s.) adı, növü, ölçüsü və hər vahidin qiyməti razılaşdırılmışdır. 2 saylı protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixdə, AVŞ-03-15-08/22 nömrəli alqı-satqı müqaviləsinə dair xx.xx.2022-ci il tarixli 1 saylı Təhvil-təslim aktına əsasən ümumilikdə (683,46 manat ƏDV daxil) 4.480,46 manat məbləğində mallar (mişar daşı, qum və s.) xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında satıcı - İddiaçı tərəfindən alıcı - "xxxx" MMC-yə təhvil verilmişdir. 1 saylı təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixdə, AVŞ-03-15-08/22 nömrəli alqı-satqı müqaviləsinə dair xx.xx.2022-ci il tarixli 2 saylı Təhvil-təslim aktına əsasən ümumilikdə (883,38 manat ƏDV daxil) 5.791,08 manat məbləğində mallar (mişar daşı, qum və s.) xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında satıcı - İddiaçı tərəfindən alıcı - "xxxx" MMC-yə təhvil verilmişdir. 2 saylı təhvil-təslim aktı satıcının imzası və möhürü və alıcının möhürü ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixdə, AVŞ-03-15-08/22 nömrəli alqı-satqı müqaviləsinə dair xx.xx.2022-ci il tarixli 3 saylı Təhvil-təslim aktına əsasən ümumilikdə (1.566,84 manat ƏDV daxil) 10.271,54 manat məbləğində mallar (mişar daşı, qum və s.) xx.xx.2022-xx.xx.2022ci il tarixləri arasında satıcı - İddiaçı tərəfindən alıcı - "xxxx" MMC-yə təhvil verilmişdir. 3 saylı təhvil-təslim aktı satıcının imzası və möhürü və alıcının möhürü ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən ümumilikdə 10.271,55 manat dəyərində malların (mişar daşı, qum və s.) göndərilməsinə dair xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 535773 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" MMC-yə göndərilmişdir. Şahid tərəfindən malların (mişar daşı, qum və s.) daşınma (ümumilikdə 4.571 manat dəyərində) xidmətlərin göstərilməsinə dair xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 011008 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı göndərilmişdir. xx.xx.2022-ci il-xx.xx.2022-ci il tarixləri arası dövrlərdə aparılmış “watsapp” yazışmalarından görünür ki, həmin dövrlərdə “Elməddin” adlı şəxs “Zahir” adlı şəxsə (683,46 manat ƏDV xaric) 3797 manat məbləğində və (883,38 manat ƏDV xaric) 4.907,7 manat məbləğində olmaqla ümumilikdə 8.704,70 manat məbləğində mallara görə xx.xx.2022-ci il tarixdə, AVŞ-03-15-08/22 nömrəli alqı-satqı müqaviləsinə dair tərtib edilmiş müvafiq olaraq xx.xx.2022-ci il tarixli 1 saylı təhvil-təslim aktını və xx.xx.2022-ci il tarixli 2 saylı Təhvil-təslim aktını göndərərək (xatırladaraq) ümumilikdə 8.704,70 manat məbləğində mallara görə yaranmış borcun ödənişinin edilməsini xahiş etmiş, “Zahir” adlı şəxs isə ödənişlər gələn kimi pulu göndərəcəyini bildirmişdir. İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən "xxxx" MMC-nin qanuni təmsilçisi Cavabdeh1dur. İddiaçı tərəfindən cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 ünvanlanmış pretenziya məktubundan görünür ki, borcun 30 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Şahid məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, o, iddiaçı ilə çalışır. Vəzifəsi yükləri daşımaqdan ibarətdir. Cavabdeh şirkətə yükləri çatdırmışdır. Şahid məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, iki ünvana malları təxmini 1 il əvvəl çatdırmışdır. Qaimədə olan bütün malları çatdırmışdır. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən malları cavabdehə təqdim etməklə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların (bax. Təhvil-təslim aktları, elektron qaimə, Şahid ifadəsi və s.) dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda "xxxx" MMC-nin alqı-satqı müqaviləsi üzrə İddiaçı olan borcu 10.271,46 manat təşkil edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdeh "xxxx" MMC-nin müqaviləyə əsasən verilmiş malların dəyərini– 10.271,46 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etməməsini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-dən 10.271,46 manat məbləğində əsas borcun tutularaq iddiaçıya ödənilməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 43.138,20 manat dəbbə məbləğində pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Dəbbə pulunun ödənilməsinə dair iddia tələbinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göründüyü kimi cavabdeh "xxxx" MMC-nin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 500 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddianın digər Cavabdeh1 qarşı olan hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı ödənilməsini tələb etdiyi borcun yaranması üçün əsas olmuş alqı-satqı münasibətlərində Cavabdeh1 "xxxx" MMC ilə birlikdə alıcı qismində iştirak etməsini və ya Cavabdeh1 "xxxx" MMC-nin alqı-satqı müqaviləsi üzrə borcuna zamin durmasını və yaxud da Cavabdeh1 iddiaçının qarşısında həmin borcu ödəmək öhdəliyini yaranması üçün əsas ola biləcək sair halların mövcudluğunu sübuta yetirə bilməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Məcəllənin 387.3-cü maddəsinə görə öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Həmçinin məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsinin, təhvil-təslim aktlarının iddiaçı "xxxx" MMC-nin qanuni təmsilçisi olan digər Cavabdeh1 tərəfindən imzalanması barədə iddiaçının dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, adıçəkilən sənədlərin məzmunundan da göründüyü kimi Cavabdeh1 həmin sənədləri fiziki şəxs olaraq deyil, mülki hüquq münasibətlərinin müstəqil subyekti olan "xxxx" MMC-ni təmsil edən şəxs qismində imzalamışdır. Odur ki, Cavabdeh1 "xxxx" MMC-nin adından sənədlər imzalaması fiziki şəxs kimi Cavabdeh1 üçün heç bir öhdəlik yaratmır. Beləliklə, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" MMC -dən 10.271,46 manat məbləğində əsas borc borc, 500 manat məbləğində dəbbə pulu, cəmi 10.771,46 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, Cavabdeh1 münasibətdə iddia rədd edilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərcləri və 51 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanmaması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia (iddia tələbinin dəyişdirilməsi (həcminin artırılması) barədə ərizə nəzərə alınmaqla) üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 250,23 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 150 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 120 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 10.271,46 manat məbləğində əsas borc borcu, 500 manat məbləğində dəbbə pulu, cəmi 10.771,46 manat məbləğində pul vəsaiti, eləcə də vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 120 və mediasiya xərclərinin əvəzi olaraq 150 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3822/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3822/2023
09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver