Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3830/2022 12.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 сavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 28 avqust 2020-ci il tarixli, 20/39 saylı alğı-satqı müqaviləsinə və onun əlavələrinə əsasən 33 374,50 (otuz üç min üç yüz yetmiş dörd, 50) manat əsas borcun, 18 889,96 (on səkkiz min səkkiz yüzsəksən doqquz, 96) manat cərimənin, 2 085, 90 (iki min səksən beş,90) manat faiz borcunun, 210,00 (iki yüz on) manat mediasiya xərclərinin, 43,00 (qırx üç) manat dövlət rüsumunun, toplam54 603,36 (əlli dördmin altı yüz üç, 36) manatın cavabdeh "xxxx"MMCdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi bağlanmış barışıq sazişinin təsdiq edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi barışıq sazişi ilə işə xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası ilə təsdiqlənmiş 08 sentyabr 2022-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:
1. İddiaçı cavabdehə qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırmışdır. cavabdeh iddiaçıya olan öhdəliyinin aşağıdakı şərtlərə uyğun icra edilməsinə dair müraciət edərək, barışıq sazişi imzalamağı təklif etmişdir.
2. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 28 avqust 2020-ci il tarixli, 20/39 saylı Alğı-satqı müqaviləsi üzrə yaranmış 33 374,50 (otuz üç min üç yüz yetmiş dörd. 50) manat borcu qəbul edir.
3. Cavabdeh bu borcdan xx.xx.2022-ci il tarixində 5000 (beş min) manat ödəniş etmiş, qalıq 28 374,50 (iyirimi səkkiz min üç yüz yetmiş dörd, 50) manat borcun ödənilməsini aşağıdakı cədvəldə göstərilmiş qaydada ödəməyi öz üzərinə götürür: 4. № Son ödəniş Ödənilməli Qalıq borc 1 tarixixx.xx.2022 məbləğ 5000 23 374,50 2 xx.xx.2022 10000 13 374,50 3 xx.xx.2022 10000 3 374,50 4 xx.xx.2022 3374,50 0
5. Cavabdeh Barışıq Sazişində əks edilmiş qrafikə uyğun müddətdə və məbləğdə xx.xx.2022-ci il tarixinə qədər 28 374,50 (iyirmi səkkiz min üç yüz yetmiş dörd, 50) manat məbləği ödəməyi öz öhdəsinə götürür.
6. Cavabdeh tərəfindən hazırkı Barışıq Sazişi üzrə öhdəliyin icrası 15 dekabr 2022-ci il tarixinə qədər tam icra olunmadığı təqdirdə İddiaçının X7 5-ci bəndində göstərilmiş məbləğdən Barışıq Sazişi üzrə ödənişlər çıxılmaqla həmin qrafik üzrə qalan borc məbləğini tam şəkildə Cavabdehdən tələb etmək, o cümlədən bildiriş vermədən dərhal hazırkı Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq məhkəməyə və icra orqanlarına müraciət etmək hüququ yaranır.
7. Cavabdeh bu Barışıq Sazişini imzalamaqla Bakı Kommersiya Məhkəməsində Barışıq Sazişini təsdiq edir.
8. Barışıq Sazişi Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib edilir, imzalanır və Tərəflərin hər birində bir nüsxəsi saxlanması üçün təqdim edilir.
9. X3 oxuduğunu. Barışıq Sazişinin şərtlərinin onlara izah olunduğunu və başa düşüldüyünü və bu şərtlərlə razı olduğunu bildirirlər.
10. X7 cavabdehin iddiaçı qarşısında öz öhdəliyini icra etməsinə dair bəndləri hər iki Tərəf tərəfindən imzalandığı tarixdən. Sazişin qalan şərtləri isə məhkəmənin müvafiq qərardadı ilə təsdiq edildiyi tarixdən qüvvəyə minir. X6 bu Saziş üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədədir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. Həmçinin, qeyd edilən Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin:
1. İddiaçı cavabdehə qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırmışdır. cavabdeh iddiaçıya olan öhdəliyinin aşağıdakı şərtlərə uyğun icra edilməsinə dair müraciət edərək, barışıq sazişi imzalamağı təklif etmişdir.
2. Cavabdeh ilə iddiaçı arasında bağlanmış 28 avqust 2020-ci il tarixli, 20/39 saylı Alğı-satqı müqaviləsi üzrə yaranmış 33 374,50 (otuz üç min üç yüz yetmiş dörd. 50) manat borcu qəbul edir.
3. Cavabdeh bu borcdan xx.xx.2022-ci il tarixində 5000 (beş min) manat ödəniş etmiş, qalıq 28 374,50 (iyirimi səkkiz min üç yüz yetmiş dörd, 50) manat borcun ödənilməsini aşağıdakı cədvəldə göstərilmiş qaydada ödəməyi öz üzərinə götürür: 4.
№ Son ödəniş Ödənilməli Qalıq borc 1 tarixixx.xx.2022 məbləğ 5000 23 374,50 2 xx.xx.2022 10000 13 374,50 3 xx.xx.2022 10000 3 374,50 4 xx.xx.2022 3374,50 0
5. Cavabdeh Barışıq Sazişində əks edilmiş qrafikə uyğun müddətdə və məbləğdə xx.xx.2022-ci il tarixinə qədər 28 374,50 (iyirmi səkkiz min üç yüz yetmiş dörd, 50) manat məbləği ödəməyi öz öhdəsinə götürür.
6. Cavabdeh tərəfindən hazırkı Barışıq Sazişi üzrə öhdəliyin icrası 15 dekabr 2022ci il tarixinə qədər tam icra olunmadığı təqdirdə İddiaçının X7 5-ci bəndində göstərilmiş məbləğdən Barışıq Sazişi üzrə ödənişlər çıxılmaqla həmin qrafik üzrə qalan borc məbləğini tam şəkildə cavabdehdən tələb etmək, o cümlədən bildiriş vermədən dərhal hazırkı Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq məhkəməyə və icra orqanlarına müraciət etmək hüququ yaranır.
7. Cavabdeh bu Barışıq Sazişini imzalamaqla Bakı Kommersiya Məhkəməsində Barışıq Sazişini təsdiq edir.
8. Barışıq Sazişi Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib edilir, imzalanır və Tərəflərin hər birində bir nüsxəsi saxlanması üçün təqdim edilir.
9. X3 oxuduğunu. Barışıq Sazişinin şərtlərinin onlara izah olunduğunu və başa düşüldüyünü və bu şərtlərlə razı olduğunu bildirirlər.
10. X7 cavabdehin İddiaçı qarşısında öz öhdəliyini icra etməsinə dair bəndləri hər iki Tərəf tərəfindən imzalandığı tarixdən. Sazişin qalan şərtləri isə məhkəmənin müvafiq qərardadı ilə təsdiq edildiyi tarixdən qüvvəyə minir. X6 bu Saziş üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədədir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Aytən Əliyeva