Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3831/2022 23.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 qızının iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 xx.xx.2022ci il tarixli maliyyə arayışına əsasən müqavilə üzrə 9208,63 manat əsas borc, müqavilənin 2.3-cü bəndinə müvafiq olaraq hesablanmış 920,86 manat cərimə borcu və müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmaqla 1304,55 manat faiz borcu olmaqla, ümumilikdə 11434,04 manat borc məbləğinin tutularaq İddiaçı MMC-yə ödənilməsini, ilkin mediasiya prosesi üçün iddiaçı tərəfindən ödənilmiş 200 manat mediasiya xərci cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra - “alıcı”) ilə X7 (bundan sonra - “satıcı”) arasında bağlanmış xx.xx.2019-cu il tarixli SP ********** saylı alğısatqı müqaviləsinə əsasən satıcı alıcıya qeyd olunan müqavilə əsasında malları verməyi, alıcı isə bunun müqabilində malın dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC müqavilə üzrə öhdəliyini lazımınca yerinə yetirərək X7 tərəfindən verilməli olan malın dəyərini ödəsə də, X7 müqavilənin şərtlərini pozmuşdur. Belə ki, müqavilənin və ona uyğun olaraq imzalanmış 1 saylı əlavənin şərtlərinə müvafiq olaraq, İddiaçı MMC çatdırılacaq malların dəyərin 9208,63 manatı- əvvəlcədən ödəsə də, o 2 ədəd malı (siqaret çəkmək üçün və İddiaçı MMC-nin ərazisində X7 tərəfindən quraşdırılması nəzərdə tutulan kabinələri) vaxtında təhvil verməyərək öz öhdəliklərini lazımınca icra etməmiş, həmçinin, İddiaçı MMC tərəfindən ödənilən pulu geri qaytarmamışdır. Dəfələrlə ona xidmətlərin icrası və kabinələrin quraşdırılması barədə tərəfimizdən müraciətlər edilsə də, X7 bugünədək xidmətlərin icrasını həyata keçirməmiş və ya danışıqlar yolu ilə məsələlərin həllindən yayınmış, edilən xəbərdarlıqlar heç bir müsbət nəticə verməmişdir. Mübahisənin məhkəmədənkənar həlli məqsədilə tərəfimizdən 3 saylı mediasiya təşkilatına müraciət edilmiş, ilkin mediasiya prosesində cavabdeh iştirak etməmiş, mediasiya təşkilatı tərəfindən “mediasiya prosesində iştirak etməmə barədə arayış” verilmiş, mediasiyanın keçirilməsi üçün 200 manat məbləğində dövlət rüsumu İddiaçı MMC tərəfindən mediatorun hesabına ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X1 qızı iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 17 yanvar 2019-cu il tarixli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış SP ********** nömrəli alqı-satqı müqaviləsindən görünür ki, alınan mallar və onların təsviri, həcmi, keyfiyyət tələbləri, qiymətlər, ödəniş və qablaşdırma şərtləri, həmçinin çatdırılma yeri, müddəti və digər kommersiya/çatdırılma şərtləri bu müqavilənin ayrılmaz hissəsini təşkil edən əlavədə göstərilmişdir. Müqavilənin 2.3-cü maddəsinə əsasən mallar alış sifarişində göstərilən şərtlər əsasında, müəyyən olunmuş tarix və müddət ərzində çatdırılmalıdır. Bu müqavilə ilə nəzərdə tutulmuş mallar İddiaçı MMC-yə gec çatdırıldıqda, İddiaçı MMC hər gecikmə günü üçün gecikdirilmiş malların ümumi dəyərinin 0,1 %-i həcmində, lakin gecikdirilmiş malların ümumi dəyərinin 0,1 %-i həcmində, lakin gecikdirilmiş malların ümumi dəyərinin 10 %-dən artıq olmamaq şərti ilə, cərimə ödənilməsini Cavabdeh tələb edə bilər. Belə tələb olduqda, Cavabdeh həmin məbləği İddiaçı MMC-dən müvafiq iddia və/və ya hesab-fakturanın alınmasından sonra beş iş günü müddətində ödəməlidir. Bu cərimələr İddiaçı MMC-nin öz mülahizəsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh ödəniləcək malların qiymətindən də tutula bilər. xx.xx.2019-cu il tarixli 10523 manat, xx.xx.2020-ci il tarixli 5261,50 manat xx.xx.2021ci il tarixli 3946,13 manat məbləğində ödəniş qəbzlərindən görünür ki, İddiaçı MMC malların ümumi dəyəri olan 19730,63 manatı ödəmişdir. xx.xx.2022-ci il tarixli İddiaçı MMC tərəfindən tərtib olunmuş maliyyə arayışından görünür ki, müqavilə üzrə Cavabdeh 9208,63 manat əsas borcu, 920,86 manat cərimə, 1304,55 manat müqavilə müddəti bitdikdən sonra hesablanmış illik 5% borcu vardır. 17 may 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC 200 manat məbləğində ilkin mediasiya sessiyasının keçirilməsi üçün müəyyən olunmuş mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7, 467 və 567-ci maddələrinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur, Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi İddiaçı MMC ilə Cavabdehrasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh dəyəri ödənilən malların bir qismini İddiaçı MMC-yə təhvil verməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı MMC-nin 9208,63 manat əsas borc və 200 manat mediasiya xərci tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə illik 5 faiz tələbi ilə bağlı qeyd edir ki, iddiaçı həmin məbləği müqavilə müddətin bitmə tarixi olan xx.xx.2020-ci il tarixdən hesablasa da, məhkəmə hesab edir ki, illik 5 faizlə hesablama 5261,50 manat və 3946,13 manat üçün ödənişlərin aparıldığı müvafiq olaraq xx.xx.2020-ci və xx.xx.2021-ci il tarixlərdən aparılmalıdır. Belə ki, 5261,50 manat məbləğində vəsait xx.xx.2020-ci il tarixdə ödənildiyindən maliyyə arayışı isə xx.xx.2022-ci il tarixdə tərtib edildiyindən həmin vəsait 645,99 (5261,50x5%:360(bank ili üçün günlər)x884 (gecikdirilən günlər)) manat, 3946,13 manat məbləğində vəsait xx.xx.2021-ci il tarixdə ödənildiyindən maliyyə arayışı isə xx.xx.2022-ci il tarixdə tərtib edildiyindən həmin vəsait 287,73 (3946,13x5%:360(bank ili üçün günlər)x525(gecikdirilən günlər)) manat cəmi 933,72 manat təşkil edir. Həmçinin məhkəmə iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd edir ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 57,65 manat məbləğində müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 9208,63 manat əsas borc, 57,65 manat cərimə, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5%-lə 933,72 manat və 200 manat mediasiya xərci, cəmi 10400 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 9208,63 manat əsas borc, 57,65 manat cərimə, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5%-lə 933,72 manat və 200 manat mediasiya xərci, cəmi 10400 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3831/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3831/2022
23.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver