Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-384/2025 12.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul, iddiaçı Cavabdeh İddiaçınə qarşı müqavilənin ləğvi və pul tələbinə dair birləşdirilmiş işlər (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul, iddiaçı Cavabdeh İddiaçınə qarşı müqavilənin ləğvi və pul tələbinə dair birləşdirilmiş işlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödənilməmiş 1188,08 manat məbləğində əsas borc, 213,84 manat məbləğində ƏDV borcu, cəmi 1401,92 manat məbləğində pulun, hüquqi xidmətə görə ödənilmiş 250 manat xidmət haqqının, 37 manat dövlət rüsumunun tutularaq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında 006/21 nömrəli, 01 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmetinə görə satıcı yanacağın alıcıya satışını, alıcı isə göstərilən yanacağın dəyərini qabaqcadan ödəməklə qəbul etməyi öz öhdələrinə götürür. Yanacağın satışı əvvəlcədən ödəniş qaydası ilə aparılır. Müqavilənin qüvvədə olduğu müddət ərzində məbləğə uyğun yanacağı almaq hüququ əldə edir. Alıcının ödəniş etmək istədiyi məbləğ satıcının hesablaşma hesabına və ya xəzinəsinə daxil olduqdan sonra yüklənmiş yanacağa mülkiyyət hüququ yanacaq satıcının yanacaqdoldurma məntəqələrində faktiki götürülən andan alıcıya keçir. Satıcı yanacağı alıcıya mövcud Tarif Şurasının təsdiq etdiyi qiymətlərlə satır. Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən yanacaq qiymətləri artırıldıqda və ya azaldıldıqda alıcıdan razılıq almadan birtərəfli qaydada yanacağın qiymətlərini müvafiq şəkildə dəyişdirir. Alıcı yanacağın dəyərini satıcı tərəfindən verilən hesab-faktura əsasında əvvəlcədən ödəyir. Müqavilənin 5.1-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə və ya lazımi şəkildə əməl edilməməsinə görə tərəflər Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə məsuliyyət daşıyırlar. Həmin müqavilənin 5.3-cü maddəsinə əsasən bütün mübahisə və ixtilaflar tərəflər arasında aparılan danışıqlar yolu ilə həll edilir. Razılaşmanın əldə olunması mümkün olmadığı halda mübahisələr Azərbaycan Respunlikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmədə həll olunur. Həmin müqavilənin 6.3-cü maddəsinə görə bu müqavilə xx.xx.2021-ci il tarixində qüvvəyə minir və xx.xx.2024-cü il tarixinədək 3 il müddətinə qüvvədədir. Müqavilənin bitdiyi tarixə ən az 7 təqvim günü qalmış tərəflərdən biri digərinə müqavilənin ləğv edilməsi barədə yazılı müraciət etməzsə, bu müqavilənin müddəti növbəti ilə (illərə) avtomatik olaraq uzadılmış hesab olunur. Müqavilənin 6.4-cü maddəsinə əsasən tərəflər bir birlərini 1 ay əvvəlcədən yazılı şəkildə xəbərdarlıq etməklə müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdirlər. Həmin müqavilənin 6.5ci maddəsinə əsasən müqaviləyə xitam verilərkən tərəflər arasında müvafiq hesablaşmalar aparılır və bir tərəf digər tərəfə bu müqavilə üzrə artıq ödədiyi vəsaitin geri qaytarılmasını və ya əldə etmədiyi vəsaitin ödənilməsini tələb edə bilər. Sözügedən alqısatqı müqaviləsi və əlavələr tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış, möhürlənmiş, beləliklə qüvvədə olan qanunvericiliyə uyğun olaraq bağlanaraq tərəflərin müvafiq öhdəlikləri yaranmışdır. Qeyd edilmişdir ki, müqavilənin şərtləri iddiaçı tərəfindən icra edilmiş və həmin alqı-satqı müqaviləsi əsasında razılaşdırılmış yanacaq cavabdeh tərəfindən təhvil alınmışdır. Odur ki, öhdəliyin icrası ilə bağlı cavabdehə elektron qaimələr təqdim edilmiş, lakin həmin qaimələr əsasında ödəniş tam həyata keçirilməmişdir. Alıcıya təqdim edilmiş elektron/hesab fakturalarda nəzərdə tutulmuş məbləğdən xx.xx.2024-cü il tarixinədək cəmi ƏDV ilə birlikdə cəmi 1401,92 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı MMC tərəfindən cavabdehə aşağıdakı elektron qaimələr vurulmuşdur: 1. Seriya: EBCİ №: 442398 saylı xx.xx.2022-ci il tarixli; 2. Seriya: EBCK № 288459 saylı xx.xx.2022ci il tarixli. Göründüyü kimi 1188,08 manat məbləğində əsas borc, 213,84 manat məbləğində ƏDV borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı MMC ilə fiziki şəxs kimi fəaliyyət göstərən Cavabdeh arasında bağlanmış 01 Fevral 2021-ci il tarixli, UNİT 006/2021 yanacağın alqı-satqı müqaviləsi əsasında satılmış malın dəyəri ƏDV ilə birlikdə 47916 manat (qırx altı min doqquz yüz on altı) olmuşdur. 2021-2022-ci illər ərzində cavabdeh bu məbləğin 46514,08 manat ƏDV daxil hissəsini ödəmiş, lakin 1401,92 manat ƏDV daxil məbləği isə hələ də ödəməmişdir (1188,08 manat əsas, 213,84 manat ƏDV borcu). İddiaçı MMC tərəflər arasında bağlanmış müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş və Cavabdeh satılmış malın dəyəri üzrə müqaviləyə uyğun olaraq elektron qaimə-fakturalar təqdim edilmişdir. Lakin Cavabdeh tərəfindən satılmış malların pulu hələ də tam ödənilməmiş qalır. İddiaçı MMC tərəfindən cavabdehə həm elektron kargüzarlıq, həm də kağız daşıyıcıda pretenziya məktubu göndərilmiş və sözügedən borc məbləğinin 3 gün müddətində ödənilməsi xahiş edilmişdir. Lakin pretenziyaya bugünədək cavab verilməmiş, heç bir ödəniş həyata keçirilməmişdir. Odur ki, məhkəməyə müraciət edərək borc məbləğinin cavabdehdən məhkəmə qaydasında tutulması zərurəti yaranmışdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 421, 425.1, 442, 443.1, 445.1, 445.2, 445.7, 448.1, 449.1, 464.1-ci maddələrinə istinad olunmuşdur.
4. Eyni zamanda Cavabdeh İddiaçınə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı MMC ilə iddiaçı fərdi sahibkar Cavabdeh arasında bağlanmış 006/21 nömrəli, xx.xx.2021-ci il tarixli yanacağın alqı-satqı müqaviləsinin ləğv edilməsi; cavabdehdən iddiaçı fərdi sahibkar Cavabdeh xeyrinə 1138,08 manat məbləğində borc, 320 (üç yüz iyirmi) manat vəkilin göstərdiyi yardıma görə xərc və 32 (otuz iki) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, fiziki şəxs Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 006/21 nömrəli, xx.xx.2021-ci il tarixli yanacağın alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC yanacağın alıcı Cavabdeh satışını, alıcı isə göstərilən yanacağın dəyərini qabaqcadan ödəməklə qəbul etməyi öz öhdələrinə götürürlər. Alıcı fiziki şəxs Cavabdeh yanacağın dəyəri olan 46514,08 manat (ƏDV daxil) məbləğində pulu müxtəlif tarixlərdə (2021-2022-ci illər ərzində) müqavilə şərtlərinə uyğun olaraq qabaqcadan satıcı İddiaçı MMC-nin bank hesabına köçürsə də, sonuncu müqavilə ilə üzərinə düşən öhdəliyi qismən icra etmiş, yanacağı alıcıya qismən təhvil vermiş və 1138,08 manat məbləğində olan yanacağı alıcıya təhvil verməmişdir. Belə ki, fiziki şəxs Cavabdeh xx.xx.2022-ci il tarixdə 316,4 manat, xx.xx.2022-ci il tarixdə isə 821,68 manat məbləğində pul vəsaitini avans olaraq İddiaçı MMC-nin bank hesabına köçürsə də, həmin məbləğdə yanacaq alıcı fiziki şəxs Cavabdeh təhvil verilməmişdir. “Accessbank” tərəfindən verilmiş bank hesabından çıxarışdan görünür ki, 2021-2022-ci illər ərzində fiziki şəxs Cavabdeh tərəfindən cəmi 46514,08 manat (ƏDV daxil) məbləğində pul İddiaçı MMC-nin bank hesabına köçürülmüşdür. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 316,4 manat, xx.xx.2022-ci il tarixdə isə 821,68 manat məbləğində pul əvvəlcədən cavabdehin bank hesabına köçürülmüş, lakin bunun müqabilində yanacaq iddiaçıya təhvil verilməmişdir. Hazırda İddiaçı MMC fərdi sahibkar Cavabdeh olan 1138,08 manat borcunu ödəməkdən imtina edir.
6. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.1, 445.2.1, 445.2.2, 567-ci maddələrinə istinad olunmuşdur.
7. Daha sonra iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdeh İddiaçı MMC ilə iddiaçı fərdi sahibkar Cavabdeh arasında bağlanmış 006/21 nömrəli xx.xx.2021 -ci il tarixli yanacağın alqı-satqı müqaviləsinin ləğv edilməsi; cavabdehdən iddiaçı fərdi sahibkar Cavabdeh xeyrinə 821 (səkkiz yüz iyirmi bir) manat 68 (altmış səkkiz) qəpik məbləğində borc, 320 (üç yüz iyirmi) manat məbləğində vəkilin göstərdiyi yardıma görə xərc və 32 (otuz iki) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(113)-1404/2025 saylı qərardadı ilə iddiaçı Cavabdeh İddiaçınə qarşı borcun ödənilməsi tələbinə dair e-2(113)- 1404/2025 saylı işin İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair e-2(113)- 384/2025 saylı işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır.
9. İddiaçı MMC tərəfindən iddiaçı Cavabdeh iddiasına qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Kommersiya məhkəməsinə müraciət edərək, Cavabdeh ödənilməmiş 1188,08 manat məbləğində əsas borc, 213,84 manat məbləğində ƏDV borcu, cəmisi 1401,92 manat məbləğində pulun, hüquqi xidmətə görə ödənilmiş 250 manat xidmət haqqının, 37 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi əsasında başlanmış mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinin icraatına verilmişdir. İddiaçı Cavabdeh öz növbəsində cavabdeh Trans Service Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı MMC ilə iddiaçı fərdi sahibkar Cavabdeh arasında bağlanmış 006/21 nömrəli, xx.xx.2021-ci il tarixli yanacağın alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdeh İddiaçı MMC-dən iddiaçı fərdi sahibkar Cavabdeh Fukrət qızının xeyrinə 1138,08 manat məbləğində borc, 320 (üç yüz iyirmi) manat məbləğində vəkilin göstərdiyi yardıma görə xərc və 32 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1404/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair e-2-2(113)-1404/2025 saylı işin iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair e-2-2(113)-384/2025 saylı işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, fiziki şəxs Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 006/21 nömrəli xx.xx.2021-ci il tarixli yanacağın alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC yanacağın alıcı Cavabdeh satışını, alıcı isə göstərilən yanacağın dəyərini qabaqcadan ödəməklə qəbul etməyi öz öhdələrinə götürürlər. Alıcı fiziki şəxs Cavabdeh yanacağın dəyəri olan 46514,08 manat (ƏDV daxil) məbləğində pulu müxtəlif tarixlərdə (2021-2022-ci illər ərzində) müqavilə şərtlərinə uyğun olaraq qabaqcadan satıcı İddiaçı MMC-nin bank hesabına köçürsə də, sonuncu müqavilə ilə üzərinə düşən öhdəliyi qismən icra etmiş, yanacağı alıcıya qismən təhvil vermiş və 1138,08 manat məbləğində olan yanacağı alıcıya təhvil verməmişdir. Belə ki, fiziki şəxs Cavabdeh xx.xx.2022-ci il tarixdə 316,4 manat, xx.xx.2022-ci il tarixdə isə 821,68 manat məbləğində pul vəsaitini avans olaraq "Trans Service Group” MMC-nin bank hesabına köçürsə də, həmin məbləğdə yanacaq alıcı fiziki şəxs Cavabdeh təhvil verilməmişdir. “Accessbank” tərəfindən verilmiş bank hesabından çıxarışdan görünür ki, 2021-2022-ci illər ərzində fiziki şəxs Cavabdeh tərəfindən cəmi 46514,08 manat (ƏDV daxil) məbləğində pul İddiaçı MMC-nin bank hesabına köçürülmüşdür. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 316,4 manat, xx.xx.2022-ci il tarixdə isə 821,68 manat məbləğində pul əvvəlcədən cavabdehin bank hesabına köçürülmüş, lakin bunun müqabilində yanacaq iddiaçıya təhvil verilməmişdir. Hazırda İddiaçı MMC fərdi sahibkar Cavabdeh olan 1138,08 manat borcunu ödəməkdən imtina edir. Aşağıda qeyd edilənlərə əsasən hesab edilir ki, iddiaçının tələbi tamamilə əsassızdır və təmin edilməməlidir. İlk olaraq qeyd edilir ki, bəli tərəflər arasında 006/21 nömrəli 01 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqısatqı müqaviləsinə əsasən Cavabdeh 47916 (ƏDV daxil) manat məbləğində yanacaq satılmışdır. İddiaçı MMC-nin satdığı və iddiaçı tərəfindən alınmış yanacaqla bağlı iddiaçıya aşağıdakı tarixlərdə, nömrələrdə və məbləğdə elektron qaimələr göndərilmişdir (tarixi, sayı, seriyası, əsas məbləğ və ƏDV məbləği qeyd olunur). Həmin qaimələr üzrə cəmi məbləğ 47915.99 manat tşkil edir. Cədvəl və bank hesabı sistemindən çıxarışdan da göründüyü kimi, iddiaçıya İddiaçı MMC tərəfindən 47915,99 manat məbləğində mal satılmış, həmin məbləğdə də elektron qaimələr vurulmuşdur. İddiaçı tərəfindən isə İddiaçı MMC tərəfindən sistemə yüklənmiş bank hesabından da göründüyü kimi, aşağıdakı tarixlərdə və məbləğlərdə ödənişlər edilmişdir (əlavə olunur). Cəmi ödəniş 46514,08 manat, qalıq borc 1401,91 manat. Ödəniş olunmamış qaimələr bunlardır: EBCİ 442398 462.71 və EBCK 288459 939.2 və cəmi borc 1401,91 manat. Göründüyü kimi, iddiaçı tərəfindən 006/21 nömrəli, xx.xx.2021-ci tarixli alqı-satqı müqaviləsinə əsasən 47915,99 manat məbləğində mal alınmış, həmin məbləğdə də iddiaçıya yuxarıda qeyd edilən tarixlərdə elektron qaimələr vurulmuşdur. İddaçı tərəfindən isə 46514,08 ödəniş edilmiş, ümimilikdə isə 1401,91 manat məbləğində ödənişi qalmışdır. Cavabdeh ərizəsində göstərir ki, yanacağın dəyəri olan 46514,08 manat (ƏDV daxil) məbləğində pulu müxtəlif tarixlərdə (2021-2022-ci illər ərzində) müqavilə şərtlərinə uyğun olaraq qabaqcadan satıcı İddiaçı MMC-nin bank hesabına köçürsə də, sonuncu müqavilə ilə üzərinə düşən öhdəliyi qismən icra etmiş, yanacağı alıcıya qismən təhvil vermiş və 1138,08 manat məbləğində olan yanacağı alıcıya təhvil verməmişdir. Bildirilir ki, nəinki iddiaçıya mal təhvil verilməmiş, əksinə iddiaçının bizə borcu qalmışdır. Bunu aydın etmək çox asandır. Belə ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqavilə üzrə bütün elektron qaimələr və ödəniş tapşırıqları qarşılaşdırıldıqda Cavabdeh iddiasının əsassız olduğu, əksinə onun İddiaçı MMC-yə borcunun olduğu müəyyən edilir. Göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etikləri həqiqəti əks etdirmir. İddiaçının iddiası İddiaçı MMC-nin təqdim edilmiş sübutlarla təkzib edilir (sistemə yüklənmiş elektron qaimə, bank hesabından çıxarışlar). Odur ki, iddiaçı Cavabdeh Trans Service Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi əsassız olduğu üçün, heç bir sübuta əsaslanmadığından rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmədən iddiaçının iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilir.
10. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
11. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsi və etiraz ərizələrində göstərilənlərə uyğun izahat verərək, İddiaçı MMC-nin iddia tələbinin təmin, Cavabdeh iddia tələbinin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
12. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh arasında xx.xx.2021ci il tarixli, #006/21 yanacağın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1ci maddəsinə əsasən müqaviləyə görə satıcı yanacağın alıcıya satışını, alıcı isə göstərilən yanacağın dəyərini qabaqcadan ödəməklə, qəbul etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən yanacağın satışı əvvəlcədən ödəniş qaydası ilə aparılır müqavilənin qüvvədə olduğu müddət ərzində məbləğə uyğun yanacağı almaq hüququ eldə edir. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən alıcının ödəniş etmək istədiyi məbləğ satıcının hesablaşma hesabına və ya xəzinəsinə daxil olduqdan sonra. Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən yüklənmiş yanacağa mülkiyyət hüququ yanacaq satıcının yanacaqdoldurma məntəqələrində (bundan sonra YDM adlanacaq) faktiki götürülən andan alıcıya keçir. Yanacağın dəyəri alıcının yanacağın faktiki qəbul etdiyi vaxt mövcüd olan qiymətlər əsasında hesablanır. Həmin müqavilənin 2.4-cü maddəsinə əsasən alıcı kartsız - birbaşa olaraq sifariş etdiyi yanacağı göndərəcəyi maşınla da (maşın, yanacağın növü və miqdarı əvvəlcədən məlumat verməklə) ala bilər.
13. xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 358724 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği ƏDV daxil 180 manat təşkil edir.
14. xx.xx.2021-ci il tarixli, EBAZ seriyalı, 576424 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği ƏDV daxil 10965,60 manat təşkil edir.
15. xx.xx.2021-ci il tarixli, EBBB seriyalı, 286398 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği ƏDV daxil 2498,40 manat təşkil edir.
16. xx.xx.2021-ci il tarixli, EBBC seriyalı, 710393 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği ƏDV daxil 2270,40 manat təşkil edir.
17. xx.xx.2021-ci il tarixli, EBBC seriyalı, 710393 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği ƏDV daxil 1835,20 manat təşkil edir.
18. xx.xx.2021-ci il tarixli, EBBF seriyalı, 801080 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği ƏDV daxil 1607,20 manat təşkil edir.
19. xx.xx.2021-ci il tarixli, EBBH seriyalı, 568961 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği ƏDV daxil 1110,40 manat təşkil edir.
20. xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 278973 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği ƏDV daxil 2265,60 manat təşkil edir.
21. xx.xx.2021-ci il tarixli, EBBL seriyalı, 894879 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği ƏDV daxil 1989,60 manat təşkil edir.
22. xx.xx.2021-ci il tarixli, EBBN seriyalı, 513801 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği ƏDV daxil 2314,40 manat təşkil edir.
23. xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 198452 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği ƏDV daxil 2306,40 manat təşkil edir.
24. xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 375116 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği ƏDV daxil 2000,80 manat təşkil edir.
25. xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 509820 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği ƏDV daxil 374,40 manat təşkil edir.
26. xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 699260 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği ƏDV daxil 288 manat təşkil edir.
27. xx.xx.2022-ci il tarixli, EBBS seriyalı, 070796 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği ƏDV daxil 2632 manat təşkil edir.
28. xx.xx.2022-ci il tarixli, EBBT seriyalı, 633507 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği ƏDV daxil 2105,60 manat təşkil edir.
29. xx.xx.2022-ci il tarixli, EBBT seriyalı, 804954 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği ƏDV daxil 230,40 manat təşkil edir.
30. xx.xx.2022-ci il tarixli, EBBV seriyalı, 459684 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği ƏDV daxil 3572 manat təşkil edir.
31. xx.xx.2022-ci il tarixli, EBBV seriyalı, 684947 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği ƏDV daxil 339,20 manat təşkil edir.
32. xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 168873 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği ƏDV daxil 4494,40 manat təşkil edir.
33. xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 435571 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği ƏDV daxil 53,60 manat təşkil edir.
34. xx.xx.2022-ci il tarixli, EBCA seriyalı, 971799 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği ƏDV daxil 260,80 manat təşkil edir.
35. xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı, 409472 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği ƏDV daxil 282,40 manat təşkil edir.
36. xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı, 442398 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği ƏDV daxil 939,20 manat təşkil edir.
37. xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 288459 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği ƏDV daxil 1000 manat təşkil edir.
38. xx.xx.2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, Cavabdeh (VÖEN **********) İddiaçı MMC arasında bağlanmış 01 fevral 2021-cl il tarixli 006/21 saylı müqaviləyə əsasən dəyəri 47916 manat (Ədv daxil) dəyərində yanacaq almışdır. Bu məbləğin 2021- 2022-ci illər ərzində 46514,08 manat ƏDV daxil hissəsini ödəmişdir. Lakin 1401,92 manat ƏDV daxil məbləğ isə hələ də ödənilməmişdir. xx.xx.2022-ci il taixinde EBCİ 442398 saylı 1000 manatlıq qaimədən – 462,72 manat; xx.xx.2022-cü il tarixində EBCK 288459 saylı qaiməyə əsasən – 939,20 manat borcu qalmışdır. Müştərinin İddiaçı MMC-yə 1188,08 manat əsas 213,84 manat ƏDV borcu vardır. (1401,92 manat ƏDV daxil)
39. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 210OPX12206113DF nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh AZ64ACAB******************** nömrəli hesabına 4185,73 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
40. Sifarişçi qismində İddiaçı MMC ilə icraçı qismində Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, TSGA 004/2018 yanacağın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən icraçı, sifarişçinin qalaq sement məhsullarının Pirşağı LM-dən öz nəqliyyat vasitələri ilə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilən şəhər və rayonlara Əlavə 1-də göstərilən qiymət tarifinə uyğun olaraq və tərəflər arasında razılaşdırılan müddət ərzində daşınması və sifarişçinin təyin etdiyi anbara boşaldılması xidmətlərim (bundan sonra sadəcə “daşıma xidməti” adlanacaq) göstərir və sifarişçi isə bu xidmət müqabilində icraçıya müvafiq haqq ödəyir.
41. İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış borcun 3 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun ödənilməsi məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi
44. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən satıcı yanacağın alıcıya satışını, alıcı isə aldığı yanacağın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etsə də, cavabdeh müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Həmçinin müəyyən edilmişdir ki, müqavilə şərtlərinə əsasən əvvəlcədən ödəniş nəzərdə tutulsa da, heç də həmişə həmin şərtlərə əməl edilməmiş və avans şəkildə ödəniş edildikdə ödəniş sənədlərində müvafiq qeydlər edilmişdir.
45. Tərəflər arasında qeyd olunan müqavilənin bağlanması, alıcıya yanacaq məhsulunun satılması, bunun müqabilində ödənişlərin edilməsi, qaimələr üzrə cəmi məbləğin 47916 manat təşkil etməsi, edilən ödənişlərin ümumi məbləğinin 46514,08 manat təşkil etməsi işin mübahisəsiz hallarıdır.
46. İşin mübahisəli halı ondan ibarətdir ki, İddiaçı təhvil verilmiş mallar üzrə 1401,92 manat ödənilməmiş məbləğin qaldığını iddia edərək, həmin məbləğin cavabdehdən tutulmasını xahiş edir, digər iddiaçı isə 821,68 manat avans ödəniş qarşılığında məhsulun təhvil verilmədiyini bildirərək, həmin məbləğin geri qaytarılmasını xahiş edir.
47. İddiaçı iddia tələbi cavabdehdən ödənilməmiş 1188,08 manat məbləğində əsas borc, 213,84 manat məbləğində ƏDV borcu olmqla, cəmi 1401,92 manat məbləğində pulun tutulmasından ibarətdir.
48. İddiaçı təqdim olunmuş 2 elektron qaimə üzrə qalıq məbləğlərin cavabdehdən tutulmasını xahiş edir. xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı, 442398 nömrəli elektron qaimə ödənilməli məbləğ ƏDV daxil 939,20 manat təşkil etmiş, ödənilməmiş, xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 288459 nömrəli elektron qaimə məbləğ ƏDV daxil 1000 manat təşkil etmiş, qismən ödənilmiş, qalıq məbləğ 462,72 manat təşkil etmişdir.
49. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh 1188,08 manat (min yüz səksən səkkiz manat səkkiz qəpik) məbləğində əsas borc, 213,84 manat (iki yüz on üç manat səksən dörd qəpik) məbləğində ƏDV borcu tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Həmin borcun mövcudluğu təqdim olunmuş sübutlarla öz təsdiqini tapır.
50. Eləcə də, İddiaçı MMC hüquqi xidmətə görə ödənilmiş 250 manat xidmət haqqının, 37 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
51. Məhkəmə hesab edir ki, 250 (iki yüz əlli) manat məbləğində hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36,52 manat (otuz altı manat əlli iki qəpik) (İddiaçı MMC-nin iddia tələbi üzrə ödənilməli olan dövlət rüsumunun məbləği olmuşdur) məbləğində pul vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
52. Məhkəmə Cavabdeh iddia tələbinə münasibətdə qeyd edir ki, İddiaçı MMC-nin iddia tələbi üzrə gəlinən nəticə Cavabdeh iddiasının təmin edilməsini istisna edir. Eləcə də hazırda tərəflər arasında bağlanmış müqavilənin ləğvi üçün əsaslar müəyyən edilmir. O baxımdan məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçınə qarşı iddiası əsassız olduğundan təmin olunmamalıdır.
53. Ona görə də iddiaçı Cavabdeh İddiaçınə qarşı iddiası təmin edilməməlidir. Eləcə də məhkəmə xərcləri iddiaçı Cavabdeh aid edilməlidir.
54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 1188,08 manat (min yüz səksən səkkiz manat səkkiz qəpik) məbləğində əsas borc, 213,84 manat (iki yüz on üç manat səksən dörd qəpik) məbləğində ƏDV borcu, 250 (iki yüz əlli) manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumuna görə 36,52 manat (otuz altı manat əlli iki qəpik) olmaqla, ümumilikdə 1688,44 manat (min altı yüz səksən səkkiz manat qırx dörd qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı Cavabdeh İddiaçınə qarşı müqavilənin ləğvi və pul tələbinə dair iddiası təmin edilməsin. Həmin iddia üzrə məhkəmə xərcləri iddiaçı Cavabdeh aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova