Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3845/2021 11.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı 02 sentyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi və 08.07.2020-ci il tarixli maliyyə arayışına əsasən 14890 manat borcun, 19.10.2020-ci il tarixli maliyyə arayışına əsasən 54960 manat borcun, 05.09.2020-ci il tarixli mədaxil qəbzinə əsasən 34485 manat və 19.10.2020-ci il tarixli mədaxil qəbzinə əsasən isə 19965 manat məbləğlərin, 6215 manat əldən çıxmış faydanın, cəmi 130515 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı 02 sentyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehdən 4634 kub.metr sanaye betonun verilməsi, olmadığı təqdirdə 4634 kub m3 sanaye betonun pulu olan 370.720 manat pul məbləğinin, 18.536.05 manat əldən çıxmış faydanın və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizəylə məhkəməyə müraciət edərək, 02 sentyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehdən 2464 kub.metr sanaye betonun alınması ücün verilmiş 197.120 manat pul məbləğinin, 9856 manat əldən çıxmış faydanın və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizəylə məhkəməyə müraciət edərək, 02 sentyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi və 08.07.2020-ci il tarixli maliyyə arayışına əsasən 14890 manat borcun, 19.10.2020-ci il tarixli maliyyə arayışına əsasən 54960 manat borcun, 05.09.2020-ci il tarixli mədaxil qəbzinə əsasən 34485 manat və 19.10.2020-ci il tarixli mədaxil qəbzinə əsasən isə 19965 manat məbləğlərin, 6215 manat əldən çıxmış faydanın, cəmi 130515 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında 02 sentyabr 2019-cu il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı istehsal etdiyi hazır beton məmulatlarını alıcının sifarişi əsasında ona satmağı, alıcı isə malı qəbul edərək bu müqavilənin tərkib hissəsi olan 01 saylı əlavəsinə uygun olaraq malın dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilənin 01 saylı əlavəsinə uyğun olaraq iddiaçı tərəfindən 08.07.2020-ci il tarixli maliyyə arayışına əsasən 5037 kub.metr sənaye betonunun alınması üçün 136.000.00 manat, 19 oktyabr 2020-ci il tarixli maliyyə arayışına əsasən 2170 kub.metr sənaye betonunun alınması üçün 141.100.00 manat və eyni tarixli maliyyə arayışına əsasən 3333 kub.metr sənaye betonunun alınması üçün 100.000.00 manat pul ödənilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən malın çeşidi, növü və qiyməti bu müqavilənin tərkib hissəsi olan 01 saylı əlavəsinə əsasən müəyyən edilir. Müqavilənin 2.2-ci bəndinə əsasən alıcı malı qəbul etdikdən sonra 3 iş günü ərzində onların dəyərini tam şəkildə satıcıya ödəməlidir. Müqavilənin 5.1-ci bəndinə əsasən tərəflər bu müqavilə üzrə öhdəliklərini lazimi qaydada icra etmədiyinə görə qanunvericilikdə və bu Müqavilə ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Müqavilənin 5.2-ci bəndinə əsasən alıcı bu müqavilə ilə müəyyən edilmiş ödənişləri satıcıya vaxtında ödəmədikdə və ya malın təhvil alınmasını gecikdirdə hər gecikən gün üçün satıcıya bu müqavilə üzrə sifariş edilmiş malın dəyərinin 0,1% həcmində dəbbə pulu (cərimə) ödənilməlidir, lakin bu dəbbə pulu ümumi məbləğin 5%-dən çox olmamalıdır. Bu dəbbə pulu üç gün ərzində ödənilməlidir. Müqavilənin 5.3-cü bəndinə əsasən satıcı bu müqavilə ilə müəyyən edilmiş müddətdə təhvil verilməsini gecikdirdə hər gecikən gün üçün alıçiya bu müqavilə üzrə sifariş edilmiş malın dəyərinin 0,1% həcmində dəbbə pulu (cərimə) ödənilməlidir, lakin bu dəbbə pulu ümumi məbləğin 5%-dən çox olmamalıdır. Bu dəbbə pulu üç gün ərzində ödənilməlidir. Qeyd edilən maliyyə arayışlarının cəmi olaraq (5037+2170+3333) 10540 kub.metr sanaye betonundan 5906 kub.metr beton verilmişdir. Hal hazırda cavabdehin iddiaçıya 4634 kub.metr sanaye beton borcu vardır. Müqavilənin 01 saylı əlavəsinə əsasən müqavilənin predmeti olan betonun M3 dəyəri 80 manat təşkil etmişdir. 21 iyun 2021-ci il tarixində cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi yəni, müqavilədə nəzərdə tutulmuş iddiaçıya dəymiş maddi zərərə görə hesablanmış məbləğləri və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş bütün hüquqlarından istifadə edərək məhkəmədə iddia qaldıracağı barədə cavabdehə pretenziya məktubu ünvanlamışdır. Lakin, cavabdeh müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi istiqamətində hər hansı addım atmamışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 02 sentyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən tərtib olunmuş və iddiaçı tərəfindən ödənilmiş məbləğlərlə bağlı tərəflərin arasında pulun ödənilməsini təsdiq edən maliyyə arayışları mövcuddur. 08.07.2020-ci il tarixli maliyyə arayışına əsasən iddiaçı tərəfindən cavabdehə 5037 kub.metr sanaye betonunun alınması üçün 136.000 manat pul ödənilmişdir. Qeyd edilən maliyyə arayışına əsasən verilməli olan 5037 kub.metr sanaye betonundan 4485,5 kub.metr sanaye betonu verilmişdir. 08.07.2020-ci il tarixli maliyyə arayışına əsasən verilməli olan beton 551,5 kub.metr sanaye betonu hələdə cavabdeh tərəfindən verilməmişdir. Qeyd edilən sanaye betonunun qiyməti 08.07.2020-ci il tarixli maliyyə arayışına əsasən 27 manat müəyyənləşdirilmişdir. Hal hazırdan 08.07.2020-ci il tarixli maliyyə arayışına əsasən ödənilməli olan beton 14890 manat təşkil edir. Beləliklə 08.07.2020-ci il tarixli maliyyə arayışına əsasən 14890 manat borc vardır. 19.10.2020-ci il tarixli maliyyə arayışına əsasən iddiaçı tərəfindən cavabdehə 3333 kub.metr sanaye betonunun alınması üçün 100.000 manat pul ödənilmişdir. Qeyd edilən maliyyə arayışına əsasən verilməli olan 3333 kub.metr sanaye betonundan 1501 kub.metr sanaye betonu verilmişdir. 19.10.2020-ci il tarixli maliyyə arayışına əsasən verilməli olan beton 1832 kub.metr sanaye betonu hələdə cavabdeh tərəfindən verilməmişdir. Qeyd edilən sanaye betonunun qiyməti 19.10.2020-ci il tarixli maliyyə arayışına əsasən 30 manat müəyyənləşdirilmişdir. Hal hazırdan 19.10.2020-ci il tarixli maliyyə arayışına əsasən ödənilməli olan beton 54960 manat təşkil edir. Beləliklə 19.10.2020-ci il tarixli maliyyə arayışına əsasən 54960 manat borc vardır. Mübahisələndirdiyi maliyyə arayışından başqa iddiaçı tərəfindən cavabdehə 05.09.2020-ci il tarixdə 34485 manat və 19.10.2020-ci il tarixdə isə 19965 manat məbləğində əlavə vəsait verilmişdir. Bu vəsaitlərin verilməsinə baxmayaraq bu günə kimi pulun müqabilində nə beton, nə də vəsaiti geri qaytarmamışlar. Sonda iddiaçının nümayəndəsi və vəkili iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, Valeh müəllim təqdim etdiyi 20000 kub.metr betonla bağlı sənədlər hamısı hazırki mübahisəli məsələdən qabaq olan sənədlərdir. Həmin sənədlər üzrə pullar bank şəklində köçürmə vasitəsi ilə olmuşdur. Lakin cavabdehin iddiaçıya təqdim etdiyi sənədlər nağd şəkildə verilən pullarla bağlı sənədlərdir. 20000 kub.metr beton cavabdehdən götürmüşlər, onun cəmi 3410 kub.metr rəsmiləşdiriblər, qalan 17000 kub.metr rəsmiləşdirilməmişdir. Cavabdeh tərəfindən 5137 kub.metr betona görə 136000 manat, 3333 kub.metr betona görə 100000 manat verilməsinə dair imzalayıb möhürlə təsdiqlənmiş sənədləri direktor çöldən imzalamış, o arayışlar nə qeydiyyata düşüb, nə nömrəsi, nə tarixi var. Reallıqda isə iddiaçının onlara borcu vardır. Sonda cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən çıxarışın və Kommersiya hüquqi şəxsinin Dövlət qeydiyyatı haqqında Şəhadətnamənin surətlərindən görünür ki, İddiaçı 17.02.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış 02 sentyabr 2019-cu il tarixli ST/02092019 nömrəli alqı-satqı barədə müqavilədən görünür ki, cavabdeh istehsal etdiyi hazır beton məmulatlarını iddiaçının sifarişi əsasında ona satmağı, iddiaçı isə malı qəbul edərək bu müqavilənin tərkib hissəsi olan 01 saylı əlavəsinə uygun olaraq malın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Cavabdeh tərəfindən tərtib olunmuş maliyyə arayışlarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 5037 kub.metr sənaye betonunu vermək üçün 08.07.2020-ci il tarixində 136.000 manat, 3333 kub.metr sənaye betonunu vermək üçün 19.10.2020-ci il tarixində 100.000 manat ödənilmişdir. 05.09.2020-ci il tarixli 78 saylı və 19.10.2020-ci il tarixli 72 saylı kassa mədaxil orderlərinin, 05.09.2020-ci il tarixli və 19.10.2020-ci il tarixli kassa məxaric orderlərinin surətlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehə müvafiq olaraq 34485 manat və 19965 manat məbləğlərində ödəniş edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 02 sentyabr 2019-cu il tarixli ST/02092019 nömrəli alqı-satqı barədə müqavilə bağlanmış və müqaviləyə əsasən cavabdeh istehsal etdiyi hazır beton məmulatlarını iddiaçının sifarişi əsasında ona satmağı, iddiaçı isə malı qəbul edərək bu müqavilənin tərkib hissəsi olan 01 saylı əlavəsinə uygun olaraq malın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə müqavilə üzrə 08.07.2020-ci il tarixində 136.000 manat, 19.10.2020-ci il tarixində 100.000 manat, 05.09.2020-ci il tarixdə 34485 manat və 19.10.2020-ci il tarixdə 19965 manat məbləğlərində ödənişlər edilmiş, lakin cavabdeh tərəfindən 5037 kub.metr sənaye betonundan 4485,5 kub.metr hissəsi verilmiş, qalan 551,5 kub.metr verilməmiş, 3333 kub.metr sənaye betonundan 1501 kub.metr hissəsi verilmiş, qalan 1832 kub.metr verilməmiş, bununla da cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, malların dəyərini cavabdehə ödəmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır ki, həmin öhdəliklərin icra edilib-edilməməsinin sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdehin nümayəndəsi, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Əksinə iddiaçı tərəfindən ödənişlərin edilməsi elə cavabdeh tərəfindən tərtib olunmaqla təsdiq olunmuş sənədlərlə təsdiq olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya 5037 kub.metr sənaye betonu 136.000 manat məbləğə, yəni 1 kub.metri 27 manata, 3333 kub.metr sənaye betonu isə 100.000 manat məbləğə, yəni 1 kub.metri 30 manata satılmışdır. Cavabdeh tərəfindən iddiaçıya 5037 kub.metr sənaye betonunun 551,5 kub.metr hissəsi, yəni 14890,5 manat (551,5 x 27=14890,5) dəyərində, 3333 kub.metr sənaye betonunun 1832 kub.metr hissəsi, yəni 54960 manat (1832 x 30=54960) dəyərində beton verilməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 02 sentyabr 2019-cu il tarixli ST/02092019 nömrəli alqı-satqı barədə müqaviləyə əsasən cavabdehə ödənilmiş ümumilikdə 124300 manat (14890 + 54960 + 34485 + 19965 = 124300 manat) cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPMnin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı iddia ərizəsində əldən çıxmış faydaya görə 6215 manatın ödənilməsini tələb etsə də, göstərilən tələb barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, həmin tələb hissəsində iddia təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, 02 sentyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi və 08.07.2020-ci il tarixli maliyyə arayışına əsasən 14890 manat borc, 19.10.2020-ci il tarixli maliyyə arayışına əsasən 54960 manat borc, 05.09.2020-ci il tarixli mədaxil qəbzinə əsasən 34485 manat və 19.10.2020-ci il tarixli mədaxil qəbzinə əsasən isə 19965 manat, cəmi 124300 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi iddia tələbinin 95,23 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 28,57 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 1,43 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 02 sentyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi və 08.07.2020-ci il tarixli maliyyə arayışına əsasən 14890 manat borc, 19.10.2020-ci il tarixli maliyyə arayışına əsasən 54960 manat borc, 05.09.2020-ci il tarixli mədaxil qəbzinə əsasən 34485 manat və 19.10.2020-ci il tarixli mədaxil qəbzinə əsasən isə 19965 manat, cəmi 124300 manat Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 28,57 manat məbləği Cavabdehndən tutularaq İddiaçınə ödənilsin, qalan 1,43 manat məbləği isə İddiaçınə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3845/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3845/2021
11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver