Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3849/2021 20.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 1900 manat əsas məbləğdə 594 manat ƏDV olmaqla, ümumilikdə 2494 manat xidmət haqqının tutularaq İddiaçı MMC-in xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 10 noyabr 2020-ci il tarixində İddiaçı MMC (bundan sonra “İddiaçı”) və Cavabdeh MMC (bundan sonra “Cavabdeh”) arasında hüquq xidmətlərinin göstərilməsi ilə əlaqədar Xidmət Müqaviləsi (bundan sonra “Müqavilə”) bağlanmışdır. Müqaviləyə 10 noyabr 2020-ci il tarixli 01-20 X1 (bundan sonra “1 X1”) və 14 dekabr 2020-ci il tarixli 03-20 X1 (bundan sonra “3 SaylıƏlavə Razılaşma”) Tərəflər tərəfindən imzalanmışdır. İddiaçı Cavabdehə iki ədəd hesab təqdim etmişdir, birincisi ümumi dəyəri ƏDV xaric 300 AZN, ƏDV daxil 354 AZN olan 14 dekabr 2020-ci il tarixli 20-049 nömrəli hesab (bundan sonra “20-049 Nömrəli Hesab”), ikincisi isə ümumi dəyəri ƏDV xaric 1600 AZN, ƏDV daxil 1888 AZN olan 01 aprel 2021ci il tarixli 21-019 nömrəli hesab (bundan sonra “21-019 Nömrəli Hesab”). Tərəflər arasında aşağıdakı xidmətləri (bundan sonra “Xidmətlər”) özündə əks etdirən 01.04.2021-ci il tarixli üzləşmə aktı (bundan sonra “Üzləşmə Aktı”) imzalanmışdır. İddiaçı 17 may 2021-ci il tarixində Cavabdeh MMC-ə mövcud Müqavilə öhdəliklərinin yerinə yetirilməsi məqsədilə Borc Məbləğinin ödənilməsi tələbi ilə Pretenziya məktubu göndərməsinə baxmayaraq Cavabdeh yenə də heç bir ödəniş həyata keçirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh MMC arasında 10 noyabr 2020-ci il tarixli hüquqi xidmətlərin göstərilməsi haqqında müqavilənin 1.1-ci bəndinə əsasən, Müştəri (Cavabdeh MMC) müqavilədə nəzərdə tutulmuş şərtlərlə və həcmdə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin və hüquqi təcrübə ilə bağlı hüquqi və yazılı məsləhətlərinin verilməsini, sənədlərin tərtibini, Müştərinin maraqlarının qorunması, fəaliyyətinin hüquqi müstəvidə aparılmasının təmin olunması ilə əlaqədar hüquqi xidmətlərin göstərilməsini Məsləhətçiyə (İddiaçı MMC) tapşırır, Məsləhətçi isə həmin hüquqi xidmətlərin yerinə yetirilməsini öhdəsinə götürmüş və göstərilmiş xidmətlər müqabilində Müştəri Məsləhətçiyə bu müqavilədə müəyyən edilmiş məbləğdə və şərtlərlə xidmət haqqının ödənilməsini öhdəsinə götürmüşdür. İddia ərizəsinə əlavə olunmuş və tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş 01.04.2021-ci il tarixli Üzləşmə aktının 2-ci bəndindən görünür ki, cavabdehin iddiaçıya olan borcu (ƏDV daxil olmaqla) 2.494 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. İşin araşdırımış hallarından göründüyü kimi iddiaçı tərəfindən cavabdehə xidmətlər göstərilmiş və 01.04.2021-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh MMC həmin aktı imzalamaqla 2.494 (ƏDV daxil olmaqla) manat borcunun olmasını etiraf etmişdir. Göründüyü kimi, iddiaçı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra etsə də, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, bunu təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMCdən 1900 manat əsas borc, 594 manat ƏDV məbləği olmaqla, ümumilikdə 2494 manat tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın tam təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1900 manat əsas borc, 594 manat ƏDV məbləği olmaqla, ümumilikdə 2494 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Cavabdeh MMCdən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3849/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3849/2021
20.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver