Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3850/2023 30.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı "borcun ödənilməsi" tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 44.875,51 manatməbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 4.487.55 manat məbləğində dəbbə pulu və xx.xx.2021-ci il tarixli D/Q-144/2021 saylı alqı-satqı müqaviləsi üzrə 44.993,12 manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 4.499,31 manat məbləğində dəbbə pulunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 210 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 176,57 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixdə 1756/M21 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-Satqı müqaviləsi bağlandıqdan sonra Cavabdeh MMC-nin sifarişləri əsasında, aralarında imzalanmış malların təhvil-qəbul aktlarına əsasən ayrı-ayrı tarixlərdə İddiaçı MMC-nə məxsus müxtəlif adlı, çeşidli məhsullar təhvil almışdır. Lakin, cavabdeh təhvil aldığı məhsullara görə İddiaçı MMC-nə olan 44.875,51 manat məbləğində borcunu ödəməmişdir. Tərəflər arasında razılıqlı şəkildə bağlanılmış və təsdiq olunmuş xx.xx.2021-ci il tarixli 1756/M21 saylı müqavilənin 5.1-ci bəndinə əsasən, alıcı malın dəyərini müəyyən edilmiş müddət ərzində ödəmədikdə satıcı alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,2% həcmində dəbbə pulu tələb etmək hüququna malikdir. Müqavilənin 5.2-ci bəndində dəbbə pulunun maksimal həddi ödənişi gecikdirilmiş məhsulların ümumi məbləğinin 10%-i kimi müəyyən edilir. Belə ki, cavabdeh tərəfindən gecikdirilmiş dəbbə pulu məhsulların ümumi məbləğinin 10%-dən çox olduğu üçün gecikdirilmiş malın ümumi məbləğinin 10%-ni təşkiledən 4.487,55 manat məbləğində dəbbə pulu yaranmışdır. Həmçinin də, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin İddiaçınə qoşulması nəticəsində İddiaçı yenidən təşkil edilmişdir və o "xxxx" MMC-nin hüquqi varisidir. "xxxx" MMC ilə Top Supermarket” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında .09.2021-ci il tarixli D/Q-144/2021 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra Top Supermarket” Məhdud Məsuliyyətli Cəmiyyətinin sifarişləri əsasında, imzalanmış malların təhvil-qəbul aktlarına əsasən ayrı-ayrı tarixlərdə "xxxx" MMC-yə məxsus müxtəlif adlı, çeşidli məhsullar təhvil almışdır. Lakin cavabdeh təhvil aldığı məhsullara görə "xxxx" MMC-yə olan olan 44.993,12 manat məbləğində borcunu ödəməmişdir. X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin müqavilə üzrə "xxxx" MMC-yə 44993,12 manat əsas, borcun ödənilməsinin gecikdirilməsinə görə 4499,31 manat məbləğində dəbbə pulu yaranmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir. III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
9. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
10. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
11. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
12. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
13. Məhkəmə qeyd edir ki, iddia tələbi iki hissədən ibarətdir.
14. Birinci tələb İddiaçı ilə Top Supermarket” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1756/M21 saylı alqı-satqı müqaviləsindən, ikinci tələb isə "xxxx" MMC (hüquqi varisi İddiaçı) ilə Cavabdeh arasında bağlanan xx.xx.2021-ci il tarixli D/Q-144/2021 saylı alqı-satqı müqaviləsindən irəli gəlir.
15. Məhkəmə ilk növbədə iddianın birinci hissəsinə qiymət verilməsini zəruri hesab edir.
16. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (satıcı) ilə Cavabdeh (əvvəlki adı “X5” MMC) (alıcı) arasındaxx.xx.2021-ci il tarixdə 1756/M21 saylı alqı-satqı müqaviləsi, xx.xx.2021-ci il tarixli 01 nömrəli və 02 nömrəli qiymətlərin razılaşdırılması protokolları imzalanmışdır.
17. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcının sifarişi əsasında malları alıcıya satır, alıcı isə malların dəyərini nağd və ya hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qiymətlərin razılaşdırılması protokollarının şərtlərinə əsasən satıcıya ödəməyi öhdəsinə götürür.
18. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən mallar alıcıya keyfiyyət və kəmiyyətə uyğun olaraq müşaiyətedici sənədlərlə təhvil verilir. Satıcı qaimə-fakturanı (və ya e-qaimə) alıcıya təqdim etməyi öz öhdəsinə götürür.
19. Müqavilə, müqaviləyə 01 və 02 əlavə saylı protokollar hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.
20. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının pul ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
21. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsinin konsensual xarakterli olması nəzərə alınmaqla ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.
22. Məhkəmə ilk növbədə qeyd edir ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022ci il tarixli qarşılıqlı borc vəziyyətinin üzləşməsi haqqında aktdan görünür ki, “X5” MMC (indiki adı Top Supermarket” Məhdud Məsuliyyətli Cəmiyyəti) xx.xx.2022-ci il tarixə 53.583,53 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Akt hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.
23. Bundan başqa iş materiallarına iddiaçı tərəfindən malların verilməsini təsdiq edən elektron qaimələr əlavə edilmişdir.
24. İddiaçı tərəf borcun bir hissəsinin ödənildiyini, ancaq 44.875,51 manat borcun qaldığını bildirir.
25. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli müqavilə üzrə Top Supermarket” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş olan elektron qaimələrdəki məbləğlərin cəmi təxmini 45.424 manat təşkil edir.
26. İş materiallarından görünür ki, elektron qaimələrdə göstərilmiş məbləğlərdə və miqdarda malların İddiaçı tərəfindən alıcı Cavabdehnə təhvil verilməsi barədə təhvil-qəbul aktları (sadə qaimələr) də, tərtib edilmiş və imzalanmışdır.
27. Məhkəmə qeyd edir ki, bu hal iddiaçı tərəfindən həmin dəyərdə olan mallarının cavabdehə verildiyini təsdiq edir.
28. Məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilsə də cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin xx.xx.2023-cü il tarixdə elektron qaydada iddiaya etiraz ərizəsini təqdim edərək qeyd etmişdir ki, iddiaçının iddia ərizəsini və iddiaçı tərəfindən təqdim edilən müqaviləni qəbul etmirlər. Müqavilədəki imza birmənalı direktor tərəfindən imzalanmamışdır. İlk növbədə, həmin müqaviləni mübahisələndirdiklərini, iddiaçı tərəfindən təqdim edilən elektron qaimələrin sübut kimi qəbul edilə bilməməsini bildirmişdir. Qeyd etmişdir ki, həmin elektron qaimələrin təhvil-təslim aktları olmalıdır. Satılmış malın təhvil-təslimi barədə aktların da təqdim edilməməsi iddianın əsassız olduğuna əsasdır. Elektron qaimələrin alt sənədlərin əsillərinin təqdim edilməsini, malların satışına dair aktların təqdim edilməsini xahiş etmiş, üzləşmə aktının olmasının malın verilməsini təsdiq etmədiyini qeyd etmişdir.
29. Məhkəmə cavabdehin etirazının dəlilini əsassız hesab edir.
30. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, həm bağlanmış olan alqı-satqı müqaviləsi, həm də, üzləşmə aktı hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir. Bu isə tərəflər arasında alqı-satqı münasibətlərinin mövcudluğuna və müqavilə üzrə malların verilməsinə işarədir.
31. Çünki, oxşar vəziyyətlərdə fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin üzərinə öz statusuna görə daha böyük məsuliyyət düşür. Belə ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir.
32. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki və ya digər hüquqi şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətinə malik olan şəxs olur.
33. Məhkəmə qeyd edir ki, cavabdehin etirazının dəlilləri inandırıcı deyildir. Belə ki, cavabdeh tərəf heç bir məhkəmə iclasına gəlməmiş və israrlı olaraq öz müdafiəsini təşkil etməmiş ancaq, yazılı etiraz göndərməklə işdə olan bütün sübutları mübahisələndirmişdir. Məhkəmə cavabdehin etirazını “uğursuz özünümüdafiə” hesab edir.
34. Göründüyü kimi, cavabdeh də, xx.xx.2022-ci il tarixdə üzləşmə aktını imza etməklə 53.583,53 manat məbləğində borcunun qaldığını etiraf etmişdir.
35. İddiaçı tərəf də, müvafiq ödənişlərin edildiyini və 44.875,51 manat borcun qaldığını bildirir. Cavabdeh tərəf isə qeyd edilmiş borcun ödənilməsini təsdiq edən hər hansı bir sənədi təqdim etməmişdir.
36. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, xx.xx.2021-ci il tarixdə 1756/M21 saylı alqı-satqı müqaviləsi üzrə əsas borc üzrə 44.875,51 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənməlidir.
37. Məhkəmə borcun ödənilməsinin gecikdirilməsinə görə cərimə borcu üzrə 4487.55 manat məbləğində pulun tutulması ilə bağlı aşağıdakıları qeyd edir.
38. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən alıcı kredtlə aldığı malların dəyərini bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən müvafiq qiymətlərin razılaşdırılması protokollarının müəyyən edilmiş müddət ərzində ödəmədikdə satıcı alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,2% həcmində dəbbə pulu tələb etmək hüququna malikdir.
39. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
40. Hazırki işin hallarından görünür ki, cavabdehin 44.875,51 manat əsas borcuna münasibətdə 2200 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.
41. Məhkəmə iddianın ikinci hissəsi olan xx.xx.2021-ci il tarixli D/Q-144/2021 saylı alqı-satqı müqaviləsi ilə bağlı aşağıdakıları qeyd edir.
42. İşdən görünür ki, "xxxx" MMC ilə “X5” MMC (indiki adı Cavabdeh arasında xx.xx.2021-ci il tarixli D/Q-144/2021 saylı alqı-satqı müqaviləsi bağlanmışdır.
43. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, **********920800 nömrəli reyestrdən çıxarışa və İddiaçı nizamnaməsinin 1.4-cü bəndinə əsasən, xx.xx.2007-ci il tarixdə AR Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış "xxxx" MMC-nin İddiaçınə qoşulması nəticəsində cəmiyyət yenidən təşkil edilmişdir və "xxxx" MMC-nin hüquqi varisidir.
44. Məhkəmə AR Mülki Məcəlləsinin 56.2-ci maddəsinə istinad edərək qeyd edir ki, İddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmuşdur.
45. Məhkəmə qeyd edir ki, müqavilənin 1-ci bəndinə əsasən satıcı özünün istehsal etdiyi və ya satmaq üçün aldığı müxtəlif çeşidli məhsulları alıcıya satmağı, alıcı isə məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürür.
46. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satılan məhsulların bir vahidinin qiyməti və məhsulların ümumi dəyəri qaimə ilə müəyyən olunur.
47. Müqavilə hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.
48. Məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il tarixli D/Q-144/2021 saylı alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.
49. İş materiallarında olan EBCH seriyalı, 238568 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 9,45 manat olan, EBCG seriyalı, 104754 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 16,28 manat olan, EBCH seriyalı, 498056 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 25,56 manat olan, EBCE seriyalı, 583758 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 25,92 manat olan, EBCH seriyalı, 238566 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 28,80 manat olan, EBCH seriyalı, 224022 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 30,15 manat olan, EBCH seriyalı, 221006 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 31,86 manat olan, EBCH seriyalı, 497868 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 33,30 manat olan, EBCH seriyalı, 236974 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 39,33 manat olan, EBCH seriyalı, 239376 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 41,40 manat olan, EBCH seriyalı, 221270 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 41,84 manat olan, EBCH seriyalı, 220197 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 42,03 manat olan, EBCH seriyalı, 224033 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 43,20 manat olan, EBCH seriyalı, 224040 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 44,19 manat olan, EBCH seriyalı, 222604 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 44,19 manat olan, EBCH seriyalı, 224047 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 44,46 manat olan, EBCH seriyalı, 497875 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 45,26 manat olan, EBCH seriyalı, 221014 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 46,70 manat olan, EBCH seriyalı, 221022 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 48,51 manat olan, EBCH seriyalı, 220187 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 48,87 manat olan, EBCH seriyalı, 498077 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 49,77 manat olan, EBCH seriyalı, 498082 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 53,37 manat olan, EBCH seriyalı, 239365 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 53 manat olan, EBCH seriyalı, 222593 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 54,54 manat olan, EBCH seriyalı, 497887 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 55,89 manat olan, EBCH seriyalı, 239463 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 56,69 manat olan, EBCH seriyalı, 400551 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 56,79 manat olan, EBCH seriyalı, 238571 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 57,24 manat olan, EBCH seriyalı, 497883 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 58,04 manat olan, EBCH seriyalı, 221024 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 59,40 manat olan, EBCH seriyalı, 220192 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 59,76 manat olan, EBCH seriyalı, 238575 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 61,38 manat olan, EBCH seriyalı, 224014 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 64,15 manat olan, EBCH seriyalı, 400498 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 66,96 manat olan, EBCC seriyalı, 314550 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 67,32 manat olan, EBCG seriyalı, 733925 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 70,12 manat olan, EBCH seriyalı, 222511 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 70,92 manat olan, EBCH seriyalı, 400352 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 71,26 manat olan, EBCH seriyalı, 222502 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 73,78 manat olan, EBCH seriyalı, 400333 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 74,25 manat olan, EBCH seriyalı, 221283 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 79,26 manat olan, EBCH seriyalı, 221020 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 91,26 manat olan, EBCD seriyalı, 055877 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 93,56 manat olan, EBCH seriyalı, 498048 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 103,50 manat olan, EBCH seriyalı, 221277 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 107,81 manat olan, EBCC seriyalı, 428757 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 110,22 manat olan, EBCC seriyalı, 428754 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 147,31 manat olan, EBCE seriyalı, 273140 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 164,43 manat olan, EBCE seriyalı, 272512 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 169,14 manat olan, EBCG seriyalı, 106624 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 194,68 manat olan, EBCD seriyalı, 013250 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 219,24 manat olan, EBCD seriyalı, 013191 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 219,24 manat olan, EBCD seriyalı, 023877 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 219,24 manat olan, EBCD seriyalı, 023852 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 219,24 manat olan, EBCD seriyalı, 013392 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 219,24 manat olan, EBCD seriyalı, 013251 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 219,24 manat olan, EBCE seriyalı, 682890 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 230,21 manat olan, EBCC seriyalı, 428758 nömrəli. xx.xx.2022-ci il tarixli, dəyəri 274,33 manat olan, EBCE seriyalı, 272372 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 338,31 manat olan, EBCD seriyalı, 055875 nömrəli, xx.xx.2022-ci il tarixli, 358,06 manat olan, EBCD seriyalı, 167310 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 365,91 manat olan, EBCG seriyalı, 733923 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 409,82 manat olan, EBCE seriyalı, 681468 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 485,30 manat olan, EBCD seriyalı, 484408 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 486,95 manat olan, EBCE seriyalı, 272433 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 507,45 manat olan, EBCE seriyalı, 273147 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 635,73 manat olan, EBCE seriyalı, 583754 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 646,06 manat olan, EBCE seriyalı, 273135 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 677,54 manat olan, EBCE seriyalı, 681462 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 802,24 manat olan, EBCE seriyalı, 681465 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 831,81 manat olan, EBCC seriyalı, 314554 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 1244,16 manat olan, EBCC seriyalı, 757126 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 900,53 manat olan, EBCE seriyalı, 583750 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 1083,33 manat olan, EBCG seriyalı, 734000 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 1238,67 manat olan, EBCE seriyalı, 272435 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 1377,11 manat olan, EBCC seriyalı, 624794 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 1397,93 manat olan, EBCC seriyalı, 624796 nömrəli, xx.xx.2022-c il tarixli, dəyəri 1401,19 manat olan, EBCC seriyalı, 624797 nömrəli, xx.xx.2023-ci il tarixli, dəyəri 1453,91 manat olan, EBCC seriyalı, 624739 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 1454,57 manat olan, EBCD seriyalı, 056051 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 1505,96 manat olan, EBCC seriyalı, 314553 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 1507,19 manat olan, EBCD seriyalı, 055876 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 1955,11 manat olan, EBCE seriyalı, 273137 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 1973,73 manat olan, EBCJ seriyalı, 181836 nömrəli, xx.xx.2022-ci il tarixli, 4046,15 manat olan, EBCH seriyalı, 398725 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 5217,06 manat olan, EBCD seriyalı, 888989 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 5720,02 manat olan elektron qaimələr iddiaçı ("xxxx" MMC) tərəfindən cavabdehə göndərilmişdir.
50. Sadə riyazi hesablama ilə, elektron qaimələrdəki məbləğlərin cəmi təxmini 45.012,09 manat təşkil edir.
51. Məhkəmə qeyd edir ki, tərəflər arasında əvvəllər də alqı-satqı münasibətləri olmuş və aralarında formalaşmış işgüzar münasibətlər məhz elektron qaimələr üzərindən həyata keçirilmişdir.
52. İş materiallarına əlavə olunmuş elektron qaimələrin təsdiqi barədə çıxarışlardan görünür ki, elektron qaimələrin əksəriyyəti “sistem tərəfindən təsdiqlənmiş” statusunda yox, “təsdiqlənmiş” statusundadır. Cavabdeh şirkət elektron qaimələri təsdiq etməklə tərəflər arasında formalaşmış işgüzar münasibətlərin məhz elektron qaimə üzrə həyata keçirilməsini qəbul etmişdir.
53. Bundan başqa, iş materiallarına əlavə edilmiş təhvil-qəbul aktlarından görünür ki, iddiaçı tərəfindən cavabdehə aktda qeyd olunan mallar təhvil verilmişdir.
54. Belə olan halda, Məhkəmə hesab edir ki, elektron qaimələrdə qeyd edilmiş sayda və dəyərdə olan mallar cavabdehə təhvil verilmiş və ona görə də, cavabdehin verilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.
55. Hazırda isə, iddiaçı 44.993,12 manat borcun ödənilməsini tələb edir. Cavabdeh tərəf isə qeyd edilmiş borcun ödənilməsini təsdiq edən hər hansı bir sənədi təqdim etməmişdir.
56. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli D/Q-144/2021 saylı alqı-satqı müqaviləsi üzrə 44.993,12 manat məbləğində pu cavabdehdə iddiaçının xeyrinə tutulmalıdır.
57. Məhkəmə borcun ödənilməsinin gecikdirilməsinə görə cərimə borcu üzrə 4499,31 manat məbləğində pulun tutulması ilə bağlı aşağıdakıları qeyd edir.
58. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 5.5-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən alıcı məhsulların qaimə dəyərinin bu müqavilənin 3.2-ci bəndində nəzərdə müddətdə ödənilməsini gecikdirdikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin 0,1% miqdarında, gecikdirilən günlərin sayı 30 gündən çox olduqda isə növbəti gündən başlayaraq hər gecikdirilən gün üçün 0,2% miqdarında dəbbə pulunu alıcıdan tələb edə bilər.
59. Məhkəmə AR Mülki Məcəlləsinin 467-ci maddəsinə istinad edərək qeyd edir ki, cavabdehin 44.993,12 manat əsas borcuna münasibətdə 2200 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.
60. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-00675 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan və xx.xx.2023-cü il tarixli ödəniş sənədindən görünür ki, İddiaçı MMC tərəfindən mediasiya xərci olaraq 210 manat məbləğində pul Bakı 13 X1 ödənmişdir.
61. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 210 (iki yüz on) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə verilməlidir.
62. Məhkəmə həmçinin qeyd edir ki, dövlət rüsumunun əvəzi olaraq ********** nömrəli, xx.xx.2023-cü il tarixli və ********** nömrəli. xx.xx.2023-cü il tarixli qəbzlərə əsasən, iddiaçı tərəfindən 177,37 manat ödəniş edilmişdir.
63. Məhkəmə hesab edir ki, mediasiyaya çəkilmiş xərc də nəzərə alınmaqla, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 162 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
64. Belə olan halda, məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
65. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əsas borc üzrə 44.875 (qırx dörd min səkkiz yüz yetmiş beş) manat, 51 (əlli bir) qəpik, cərimə borcu üzrə 2200 (iki min iki yüz) manat, cəmi 47.075 (qırx yeddi min yetmiş beş) manat, 51 (əlli bir) qəpik məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 44.993 (qırx dörd min doqquz yüz doxsan üç) manat, 12 (on iki) qəpik, cərimə borcu üzrə 2.200 (iki min iki yüz) manat cəmi 47.193 (qırx yeddi min yüz doxsan üç) manat, 12 (on iki) qəpik məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 210 (iki yüz on) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 162 (bir yüz altmış iki) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov