Məhkəmə qərarları › İş №e-2-2(113)-3854/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-3854/2024

28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3854/2024 28.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi və dövlət rüsumu ) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 106/1023 saylı müqaviləyə görə ödənilməmiş 1471 manat borcun və ödənilmiş 34.71 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçıMMC-nin direktoru X4 (bundan sonra - Satıcı) ilə Cavabdeh MMC-nin direktoru X2 (bundan sonra - Alıcı) arasında xx.xx.2022-ci il tarixli 106/1023 saylı müqavilə imzalanmışdır. Həmin Müqaviləyə əsasən Satıcı müqavilə predmeti olan məhsulları Alıcıya verməli, Alıcı isə bunun müqabilində müvafiq pul ödəməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmiş, lakin Alıcı müəyyən müddətdən sonra ödənişləri heç bir səbəb olmadan dayandırmışdır. Dəfələrlə iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıqlar olsa da, borc ödənilməmişdir. Cavabdehin iddiaçıya müqavilə üzrə 1471 manat borcu vardır. İddiaçı tərəfindən cavabdehə mallar təhvil-təslim qaimələri və elektron qaimələr vasitəsilə təhvil verilmişdir. Mübahisənin məhkəməyədək nizama salınması üçün Cavabdeh MMC-yə borcun ödənilməsi barədə pretenziya məktubu göndərilmişdir. Qeyd edilənlərə baxmayaraq, borc bu günədək ödənilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

6. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 106/1023 saylı müqaviləyə əsasən:

9. Müqavilənin 1-ci bəndinə əsasən Satıcı, əvəlcədən tərəflər arasında razılaşdırılmış Məhsullari satır və Alıcı isə həmin malları alır.

10. Müqavilənin 2-ci bəndinə əsasən Satıcı 1№-li bənddə göstərilmiş malları Alıcıya göndərməlidir. Alıcı xəsarət almış və çatmayan mallar barədə malların daxil olma tarixindən etibarən 2 gün ərzində məlumat verməlidir. Satıcı xəsarət almış və çatmayan malları öz hesabı vasitəsi ilə aradan götürməlidir.

11. Müqavilənin 3-cü bəndinə əsasən kontrakta əsasən malın ümumi dəyəri sifarişlə müəyyən olunur və qaimə fakturada göstərilir. Kontraktın məbləği və malların qiyməti son variant olaraq dəyişilməzdir. Malın dəyərini Alıcı 100% şərti ilə Satıcının ödənilməlidir.

12. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 504768 saylı malların təhvil-qəbul aktına əsasən 172,80 manat dəyərində, 504769 saylı akta əsasən 86,40 manat dəyərində, 504770 saylı akta əsasən 129,60 manat dəyərində, xx.xx.2022-ci il tarixli akta əsasən 59,26 manat dəyərində, eyni tarixli akta əsasən 42,66 manat dəyərində, eyni tarixli akta əsasən 58,22 manat dəyərində mal təhvili yerinə yetirilmişdir.

13. 22.01.2023-cü il və 30.01.023-cü il tarix qaimə-fakturaya əsasən 10220 manat dəyərində, xx.xx.2023-cü il tarixli qaimə-fakturaya əsasən 7344 manat dəyərində, xx.xx.2023-cü il tarixli qaimə-fakturaya əsasən 10039 manat dəyərində, xx.xx.2023-cü il tarixi qaimə-fakturaya əsasən 10045 manat dəyərində məhsul satışı həyata keçirilmişdir.

14. İddiaçı MMC tərəfində cavabdehə müqavilə üzrə edilmiş sifarişlərə dair xx.xx.2022-ci il tarixli 6, xx.xx.2023-cü il tarixli - 6 və xx.xx.2023-cü il tarixli -1 elektron qaimələr təqdim edilmişdir.

15. 12.08.2024-cü il tarixli maliyyə arayışına əsasən "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixə qalıq borcunun 1471 manat təşkil etdiyi qeyd olunmuşdur.

16. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

18. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

19. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

20. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

21. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

22. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 106/1023 saylı müqavilənin 1-ci bəndinə əsasən Satıcı, əvəlcədən tərəflər arasında razılaşdırılmış Məhsullari satır və Alıcı isə həmin malları alır. Müqavilənin 2-ci bəndinə əsasən Satıcı l№-li bənddə göstərilmiş malları Alıcıya göndərməlidir. Alıcı xəsarət almış və çatmayan mallar barədə malların daxil olma tarixindən etibarən 2 gün ərzində məlumat verməlidir. Satıcı xəsarət almış və çatmayan malları öz hesabı vasitəsi ilə aradan götürməlidir. Müqavilənin 3-cü bəndinə əsasən kontrakta əsasən malın ümumi dəyəri sifarişlə müəyyən olunur və qaimə fakturada göstərilir. Kontraktın məbləği və malların qiyməti son variant olaraq dəyişilməzdir. Malın dəyərini Alıcı 100% şərti ilə Satıcının ödənilməlidir.

23. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, elektron qaimə, təhvil-təslim aktları və qaimə-faktura ilə təsdiq olunduğu üçün iddiaçının 1471 manat borca dair hissədə iddia tələbi təmin edilməlidir.

24. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 1471 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1471 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

25. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 34,71 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, dövlət rüsumunun əvəzi qismində 34,71 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli 106/1023 saylı müqavilə üzrə 1471 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 34,71 manat tutularaq İddiaçı MMCyə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddəstində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar