Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3856/2022 30.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı alğı-satqı müqaviləsi üzrə pul tələbi barədə iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən iddiaçının xeyrinə 268320 (iki yüz altmış səkkiz min üç yüz iyirmi) manat məbləğində borcun və 401 (dörd yüz bir) manat mediasiya xərcinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında malların alqısatqısına dair 21 fevral 2020-ci il tarixli, 14/2020 nömrəli müqavilə bağlanmışdır. xx.xx.2020-ci il tarixli 1 №-li Qiymət razılaşdırma protokoluna əsasən satıcı İddiaçı MMC tərəfindən hər birinin dəyəri 295 manat olan 108 ədəd Metal seyf qapı (ƏDV 5735 manat) cəmi 37595 manat, hər birinin dəyəri 170 manat olan 342 ədəd MDF qapı (ƏDV 10465) cəmi 68605 manat məbləğində olan mallar alıcı Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli 2 №-li Qiymət razılaşdırma protokoluna əsasən, satıcı İddiaçı MMC tərəfindən hər birinin dəyəri 295 manat olan 90 ədəd metalseyf qapı (ƏDV 4779 manat) cəmi 31329 manat, hər birinin dəyəri 170 manat olan 378 ədəd MDF qapı (ƏDV 11567 manat) cəmi 75827 manat məbləğində olan mallar alıcıCavabdehMMC-yə təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli 3 №-li Qiymət razılaşdırma protokoluna əsasən, satıcı İddiaçı MMC tərəfindən hər birinin dəyəri 295 manat olan 108 ədəd metalseyf qapı (ƏDV5735 manat) cəmi 37595 manat, hər birinin dəyəri 170 manat olan 342 ədəd MDF qapı (ƏDV 10465 manat) cəmi 68605 manat, hər birinin dəyəri 450 manat olan 2 ədəd metal blok giriş qapısı (ƏDV 162 manat) cəmi 1062 manat, hər birinin dəyəri 250 manat olan 4 ədəd metal zirzəmi lift otağı (ƏDV180 manat) cəmi 1180 manat məbləğində olan mallar alıcı Cavabdeh MMC-yə təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli 4 №-li Qiymət razılaşdırma protokoluna əsasən, satıcı İddiaçı MMC tərəfindən hər birinin dəyəri 295 manat olan 108 ədəd metalseyf qapı(ƏDV5735 manat) cəmi 37595 manat, hər birinin dəyəri 170 manat olan 378 ədəd MDF qapı (ƏDV 11567 manat) cəmi 75827 manat, hər birinin dəyəri 450 manat olan 2 ədəd metal blok giriş qapısı (ƏDV 162 manat) cəmi 1062 manat, hər birinin dəyəri 250 manat olan 4 ədəd metal blok zirzəmi (ƏDV 180 manat) cəmi 1180 manat, hər birinin dəyəri 250 manat olan 4 ədəd metalzirzəmi lift.otağı (ƏDV 180 manat) cəmi 1180 manat məbləğində olan mallar alıcı Cavabdeh MMC-yə təqdim edilmişdir. Seriya EAAX 627261 №-li 25 iyul 2019-cu il tarixli e-qaiməyə əsasən, atıcı İddiaçı MMC tərəfindən ümumi dəyəri 18797.40 manat məbləğində olan Dəmir qapı alıcı Cavabdeh MMC-yə təqdim edilmişdir. Seriya EAAZ 096761 №-li, xx.xx.2019-cu il tarixli eqaiməyə əsasən, satıcı İddiaçı MMC tərəfindən ümumi dəyəri 23670.80 manat məbləğində olan qapı dəsti alıcı Cavabdeh MMC-yə təqdim edilmişdir. Seriya EAAZ 521751 №-li xx.xx.2019-cu il tarixli e-qaiməyə əsasən, satıcı İddiaçı MMC tərəfindən ümumi dəyəri 16048 manat məbləğində olan Qapı dəsti “alıcı” X1” MMC-yə təqdim edilmişdir. Seriya EBAC 200740 №-li xx.xx.2019-cu il tarixli e-qaiməyə əsasən, satıcı İddiaçı MMC tərəfindən ümumi dəyəri 16048 manat məbləğində olan qapı dəsti alıcı Cavabdeh MMC-yə təqdim edilmişdir. Seriya EBAC 656021 №-li xx.xx.2019-cu il tarixli eqaiməyə əsasən, satıcı İddiaçı MMC tərəfindən ümumi dəyəri 8345.40 manat məbləğində dəmir qapı alıcı Cavabdeh MMC-yə təqdim edilmişdir. Seriya EBAD 457069 №-li xx.xx.2019-cu il tarixli e-qaiməyə əsasən, satıcı İddiaçı MMC tərəfindən ümumi dəyəri 10584.60 manat məbləğində olan mallar alıcı Cavabdeh MMC-yə təqdim edilmişdir. Seriya EBAE 102101 №-li xx.xx.2019-cu il tarixli e-qaiməyə əsasən, satıcı İddiaçı MMC tərəfindən ümumi dəyəri 19057 manat məbləğində olan qapı dəsti alıcı Cavabdeh MMCyə təqdim edilmişdir. Seriya EBAE 641376 №-li xx.xx.2019-cu il tarixli e-qaiməyə əsasən, satıcı İddiaçı MMC tərəfindən ümumi dəyəri 26485.10 manat məbləğində olan mallar alıcı Cavabdeh MMC-yə təqdim edilmişdir. Seriya EBAH 220362 №-li xx.xx.2020-ci il tarixli eqaiməyə əsasən, satıcı İddiaçı MMC tərəfindən ümumi dəyəri 10967.40 manat məbləğində olan mallar alıcı Cavabdeh MMC-yə təqdim edilmişdir. Seriya EBAN 062615 №-li xx.xx.2020-ci il tarixli e-qaiməyə əsasən, satıcı İddiaçı MMC tərəfindən ümumi dəyəri 33571 manat məbləğində olan mallar alıcı CavabdehMMC-yə təqdim edilmişdir. Seriya EBAP 301678 №-li xx.xx.2020-ci il tarixli e-qaiməyə əsasən, satıcı İddiaçı MMC tərəfindən ümumi dəyəri 75826.80 manat məbləğində olan MDF qapılar alıcı Cavabdeh MMC-yə təqdim edilmişdir. Müqavilə üzrə alıcı Cavabdeh MMC-nin satıcı İddiaçı MMC-yə ƏDV xaric 227390 (iki yüz iyirmi yeddi min üç yüz doxsan) manat məbləğində borcu vardır. Həmin məbləğin ƏDV-si 40930 manat təşkil edir. Beləliklə, toplam borc 268320 (iki yüz altmış səkkiz min üç yüz iyirmi) manat təşkil edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “alıcı” İddiaçı MMC “satıcı” Cavabdeh MMC olmaqla imzalanmış xx.xx.2020-ci il tarixli 14/2020 nömrəli alqı-satqı müqaviləsinə əsasən “satıcı” müqavilənin ayrılmaz hissəsi olan “əlavə № 1”və digər əlavələrdə əks olunan “qiymət razılaşdırma protokolu”nda göstərilən malları “alıcı”ya təhvil verir. İddiaçı MMC və Cavabdeh MMC arasında tərtib edilmiş xx.xx.2020 tarixli qiymətlərin razılaşdırma protokoluna əsasən “metal seyf qapı” məhsulu üzrə ümumi 37.595 manat, “MDF qapı” adlı məhsul üzrə ümumilikə 68.606 manat, xx.xx.2020 tarixli 3 nömrəli qiymətlərin razılaşdırma protokoluna əsasən cəmi 108.442 manat, xx.xx.2020 tarixli 4 nömrəli qiymətlərin razılaşdırılma protokoluna əsasən cəmi 116.844 manat tərəflər arasında razılaşdırılmışdır. EBAD seriyalı 457069 nömrəli xx.xx.2019 tarixli elektron qaiməyə əsasən 10584,6 manat, EBAC seriyalı 200740 nömrəli xx.xx.2019 tarixli elektron qaiməyə əsasən 16048 manat, EBAC seriyalı 656021 nömrəli xx.xx.2019 tarixli elektron qaiməyə əsasən 8354,4 manat, EBAE seriyalı 102101 nömrəli xx.xx.2019 tarixli elektron qaiməyə əsasən 19057 manat, EAAX seriyalı 627261 nömrəli xx.xx.2019 tarixli elektron qaiməyə əsasən 18797,4 manat, EBAZ seriyalı 096761 nömrəli xx.xx.2019 tarixli elektron qaiməyə əsasən 23670,8 manat, EBAP seriyalı 301678 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 75826,8 manat, EBAE seriyalı 641376 nömrəli xx.xx.2019 tarixli elektron qaiməyə əsasən 26485,1 manat, EBAN seriyalı 062615 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 33571 manat məbləğində məhsullar Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2022 tarixli ödəniş qəbzinə əsasən 401 manat İddiaçı MMC tərəfindən ilkin mediasiya xərci təyinatı üzrə ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alğı-satqı müqaviləsi imzalanmış, "xxxx" MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam olaraq icra etməmiş, müqavilədə nəzərdə tutulmuş məhsulların dəyərini ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə, iş materialları ilə iddiaçının cavabdehə olan borcunun yuxarıda sadalanan iş materialları ilə eləcə də təhvil-təslim aktları ilə təsdiq olunduğunu əsas götürərək hesab edir ki, 268320 (iki yüz altmış səkkiz min üç yüz iyirmi) manat məbləğində borc Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 400 manat məbləğində mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 268.320 (iki yüz altmış səkkiz min üç yüz iyirmi) manat və 401 (dörd yüz bir) manat mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3856/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3856/2022
30.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver