Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3858/2024 25.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi, daha sonra isə iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 22,051.10 manat əsas borcun, 1.470.08 manat faiz borcunun, dövlət rüsumu və bank xərci olaraq 177.00 manat məbləğində xərcin, ümumilikdə 23,698.18 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulmasını barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər aşağıdakı məzmunda barışıq sazişi imzalamış və məhkəməyə təqdim edərək barışıq sazişinin təsdiq edilməsini və bunun əsasında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər:
1. Cavabdeh İddiaçı tərəfindən ona qarşı irəli sürülmüş müqavilədən irəli gələn öhdəliyin pozulmasından yaranmış borc tələbinə dair iddianı 22,051.10 (iyirmi iki min əlli bir manat 10 qəpik) manat və iddia tələbinin məhkəməyə təqdim edilməsi ilə bağlı çəkilmiş 177.00 manat məbləğində xərcin ümumilikdə 22,228.10 (iyirmi iki min iki yüz iyirmi səkkiz manat 10 qəpik) manat məbləğində qəbul edir.
2. İddiaçı qəbul edir ki, cavabdeh iddiaçı qarşısında yalnız əsas borcun (22,228.10 manat bu qəbildən xidmətlərə ƏDV tədbiq edilmədiyi üçün ƏDV xaric) ödənilməsi öhdəliyini daşıyır. Cavabdehin İddiaçı qarşısında olan öhdəliyi yalnız Əsas Borcla məhdudlaşır və Əsas Borcdan savayı hər hansı rüsum, dəbbə pulu, faiz, əldən çıxmış fayda, hüquqi xərclər və istənilən digər hər hansı əlavə ödənişlərin edilməsi üzrə öhdəlik daşımır, İddiaçı isə bu cür əlavə ödənişləri cavabdehdən tələb etmir və etməyəcək.
3. Cavabdeh əsas borcu iddiaçıya 3 (üç) hissəyə bölünməklə, ardıcıl 3 (üç) aylıq müddət ərzində aşağıdakı qrafikə uyğun ödəməyi öhdəsinə götürür.
Ödəniş tarixi Əsas Borc 20-25 İyul 2024 cü il 7.409,37 AZN 20-25 avqust 2024 cü il 7.409,37 AZN 20-25 sentyabr 2024 cü il 7.409,37 AZN Cəmi: 22.228,10
4. İddiaçı Cavabdeh tərəfindən borc öhdəliyinin Sazişdə nəzərdə tutulmuş qaydada icra edilməsini qəbul edir və Cavabdehə qarşı heç bir əlavə iddia və tələb irəli sürmür.
5. Cavabdeh tərəfindən iddia tələbi üzrə borc öhdəliyinin Sazişin 1.2-1.4-cü bəndlərində müəyyən olunmuş qaydada tam icra edilməsindən sonra, Cavabdehin İddiaçı qarşısındakı öhdəlikləri tam həcmdə yerinə yetirilmiş hesab edilir.
6. Cavabdeh tərəfindən Əsas Borc məbləğinin Sazişdə nəzərdə tutulan müddətədək tam həcmdə İddiaçıya ödənilməməsi Cavabdehin Saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir. Bu hal Sazişinin məhkəmə qaydasında məcburi icraya yönəldilməsi, ödənilməyən borcun Cavabdeh tərəfindən ödənilməsi üçün məcburi icra tədbirlərinin həyata keçirilməsinin tələb edilməsi üçün əsasdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ünvanlayaraq, tərəflər arasında imzalanmış barışıq sazişini təsdiq edilməsini və xx.xx.2024-cü il tarixində saat 15:20 üçün təyin edilmiş hazırlıq iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında barışıq əldə olunduğuna görə barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqdan sonra və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:
1. Cavabdeh İddiaçı tərəfindən ona qarşı irəli sürülmüş müqavilədən irəli gələn öhdəliyin pozulmasından yaranmış borc tələbinə dair iddianı 22,051.10 (iyirmi iki min əlli bir manat 10 qəpik) və iddia tələbinin məhkəməyə təqdim edilməsi ilə bağlı çəkilmiş 177.00 manat məbləğində xərcin ümumilikdə 22,228.10 (iyirmi iki min iki yüz iyirmi səkkiz manat 10 qəpik) məbləğində qəbul edir.
2. İddiaçı qəbul edir ki, cavabdeh iddiaçı qarşısında yalnız əsas borcun (22,228.10 manat bu qəbildən xidmətlərə ƏDV tədbiq edilmədiyi üçün ƏDV xaric) ödənilməsi öhdəliyini daşıyır. Cavabdehin İddiaçı qarşısında olan öhdəliyi yalnız Əsas Borcla məhdudlaşır və Əsas Borcdan savayı hər hansı rüsum, dəbbə pulu, faiz, əldən çıxmış fayda, hüquqi xərclər və istənilən digər hər hansı əlavə ödənişlərin edilməsi üzrə öhdəlik daşımır, İddiaçı isə bu cür əlavə ödənişləri cavabdehdən tələb etmir və etməyəcək.
3. Cavabdeh əsas borcu iddiaçıya 3 (üç) hissəyə bölünməklə, ardıcıl 3 (üç) aylıq müddət ərzində aşağıdakı qrafikə uyğun ödəməyi öhdəsinə götürür.
Ödəniş tarixi Əsas Borc 20-25 İyul 2024 cü il 7.409,37 AZN 20-25 avqust 2024 cü il 7.409,37 AZN 20-25 sentyabr 2024 cü il 7.409,37 AZN Cəmi: 22.228,10
4. İddiaçı cavabdeh tərəfindən borc öhdəliyinin sazişdə nəzərdə tutulmuş qaydada icra edilməsini qəbul edir və Cavabdehə qarşı heç bir əlavə iddia və tələb irəli sürmür.
5. Cavabdeh tərəfindən iddia tələbi üzrə borc öhdəliyinin Sazişin 1.2-1.4-cü bəndlərində müəyyən olunmuş qaydada tam icra edilməsindən sonra, cavabdehin İddiaçı qarşısındakı öhdəlikləri tam həcmdə yerinə yetirilmiş hesab edilir.
6. Cavabdeh tərəfindən əsas borc məbləğinin Sazişdə nəzərdə tutulan müddətədək tam həcmdə İddiaçıya ödənilməməsi cavabdehin Saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir. Bu hal Sazişinin məhkəmə qaydasında məcburi icraya yönəldilməsi, ödənilməyən borcun cavabdeh tərəfindən ödənilməsi üçün məcburi icra tədbirlərinin həyata keçirilməsinin tələb edilməsi üçün əsasdır. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Kənan Hüseynov