Məhkəmə qərarları › İş №e-2-2(113)-386/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-386/2025

05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-386/2025 05.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair, birləşdirilmiş (qarşılıqlı) iş üzrə iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı "pul və müqavilənin ləğvi " tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, vəkil xərci və dövlət rüsumu ) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi, İlkin iddia üzrə iddiaçının/qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X2, İlkin iddia üzrə cavabdehin/qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsinin iştirakı olmadan, İlkin iddia üzrə İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması ” tələbinə dair, birləşdirilmiş (qarşılıqlı) iş üzrə İddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı "pul və müqavilənin ləğvi" tələbinə dair kommersiya mübahisələrinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İlkin İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödənilməmiş 1942,54 manat məbləğində əsas borc, 349,66 manat məbləğində ƏDV borcu, cəmisi 2292,20 manat məbləğində pulun, hüquqi xidmətə görə ödənilmiş 250 manat xidmət haqqının, 46 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında 017/21 nömrəli 01 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmetinə görə, Satıcı yanacağın Alıcıya satışını, Alıcı isə göstərilən yanacağın dəyərini qabaqcadan ödəməklə qəbul etməyi öz öhdələrinə götürür. Yanacağın satışı əvvəlcədən ödəniş qaydası ilə aparılır.Müqavilənin qüvvədə olduğu müddət ərzində məbləğə uyğun yanacağı almaq hüququ əldə edir. Alıcının ödəniş etmək istədiyi məbləğ Satıcının hesablaşma hesabına və ya xəzinəsinə daxil olduqdan sonra yüklənmiş yanacağa mülkiyyət hüququ yanacaq Satıcının yanacaqdoldurma məntəqələrində faktiki götürülən andan Alıcıya keçir. Satıcı yanacağı Alıcıya mövcud Tarif Şurasının təsdiq etdiyi qiymətlərlə satır. Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən yanacaq qiymətləri artırıldıqda və ya azaldıldıqda Alıcıdan razılıq almadan birtərəfli qaydada yanacağın qiymətlərini müvafiq şəkildə dəyişdirir. Alıcı yanacağın dəyərini Satıcı tərəfindən verilən hesab-faktura əsasında əvvəlcədən ödəyir. Müqavilənin 5.1-ci maddəsinə əsasən, Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə və ya lazımi şəkildə əməl edilməməsinə görə tərəflər Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə məsuliyyət daşıyırlar. Həmin müqavilənin 5.3-cü maddəsinə əsasən, bütün mübahisə və ixtilaflar tərəflər arasında aparılan danışıqlar yolu ilə həll edilir. Razılaşmanın əldə olunması mümkün olmadığı halda mübahisələr Azərbaycan Respunlikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmədə həll olunur. Həmin müqavilənin 6.3-cü maddəsinə görə, bu müqavilə xx.xx.2021-ci il tarixində qüvvəyə minir və xx.xx.2024-cü il tarixinədək 3 il müddətinə qüvvədədir. Müqavilənin bitdiyi tarixə ən az 7 təqvim günü qalmış tərəflərdən biri digərinə müqavilənin ləğv edilməsi barədə yazılı müraciət etməzsə, bu müqavilənin müddəti növbəti ilə (illərə) avtomatik olaraq uzadılmış hesab olunur. Müqavilənin 6.4-cü maddəsinə əsasən Tərəflər bir birlərini 1 ay əvvəlcədən yazılı şəkildə xəbərdarlıq etməklə Müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdirlər. Həmin müqavilənin 6.5-ci maddəsinə əsasən, Müqaviləyə xitam verilərkən tərəflər arasında müvafiq hesablaşmalar aparılır və bir tərəf digər tərəfə bu müqavilə üzrə artıq ödədiyi vəsaitin geri qaytarılmasını və ya əldə etmədiyi vəsaitin ödənilməsini tələb edə bilər. Sözügedən alqı-satqı müqaviləsi və əlavələr tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış, möhürlənmiş, beləliklə qüvvədə olan qanunvericiliyə uyğun olaraq bağlanaraq tərəflərin müvafiq öhdəlikləri yaranmışdır. Qeyd edirik ki, Müqavilənin şərtləri iddiaçı tərəfindən icra edilmiş və həmin alqı-satqı müqaviləsi əsasında razılaşdırılmış yanacaq cavabdeh tərəfindən təhvil alınmışdır. Odur ki, öhdəliyin icrası ilə bağlı cavabdehə elektron qaimələr təqdim edilmiş, lakin həmin qaimələr əsasında ödəniş tam həyata keçirilməmişdir. “Alıcıya” təqdim edilmiş elektron/hesab fakturalarda nəzərdə tutulmuş məbləğdən xx.xx.2024- cü il tarixinədək cəmi ƏDV ilə birlikdə mala görə cəmi 2292,20 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı MMC tərəfindən cavabdehə aşağıdakı elektron qaimələr vurulmuşdur: 1. Seriya: EBCK №: 206400 saylı xx.xx.2022-ci il tarixli; 2. Seriya: EBCN № 968860 saylı xx.xx.2023-cü il tarixli; Göründüyü kimi 1942,54 manat məbləğində əsas borc, 349,66 manat məbləğində ƏDV borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı MMC ilə fiziki şəxs kimi fəaliyyət göstərən Cavabdeh arasında bağlanmış 01 Fevral 2021-ci il tarixli 017/2021 yanacağın Alqı-satqı müqaviləsi əsasında satılmış malın dəyəri 70132.00 AZN (Yeddi min yüz otuz iki manat) ƏDV ilə birlikdə olmuşdur. 2021-2022-ci illər ərzində bu məbləğin 67839.80 AZN ƏDV daxil hissəsini ödəmişdir, lakin 2292.20 AZN ƏDV daxil məbləği isə hələ də ödəməmişdir. ( 1942.54 manat əsas , 349.66 AZN ƏDV borcu) İddiaçı MMC tərəflər arasında bağlanmış müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, İddiaçı MMCtərəfindən fiziki şəxs kimi fəaliyyət göstərən Cavabdeh satılmış malın dəyəri üzrə, müqaviləyə uyğun olaraq elektron qaimə-fakturalar təqdim edilmişdir. Lakin Cavabdeh tərəfindən satılmış malların pulu hələ də tam ödənilməmiş qalır .

3. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC ilə iddiaçı fərdi sahibkar Cavabdeh arasında bağlanmış 017/21 nömrəli xx.xx.2021-ci il tarixli yanacağın alğı-satqı müqaviləsinin ləğv edilməsini, cavabdeh "xxxx" MMC-dən iddiaçı fərdi sahibkar Cavabdeh xeyrinə 11415 manat məbləğində borcun, Cavabdeh "xxxx" MMC-dən iddiaçı fərdi sahibkar Cavabdeh xeyrinə 320 (üç yüz iyirmi) manat məbləğində vəkilin göstərdiyi yardıma görə xərcin və cavabdeh "xxxx" MMC-dən iddiaçı fərdi sahibkar Cavabdeh xeyrinə 125 (yüz iyirmi beş) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC arasında bağlanmış 017/21 nömrəli xx.xx.2021-ci il tarixli yanacağın alğı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" MMC yanacağın alıcı Cavabdeh satışını, alıcı isə göstərilən yanacağın dəyərini qabaqcadan ödəməklə qəbul etməyi öz öhdələrinə götürürlər. Alıcı fiziki şəxs Cavabdeh'oğlu yanacağın dəyəri olan 67.839,80 manat (ƏDV daxil) məbləğində pulu müxtəlif tarixlərdə (2021-2022-ci illər ərzində) müqavilə şərtlərinə uyğun olaraq qabaqcadan satıcı "xxxx" MMC-nin bank hesabına köçürsə də, sonuncu müqavilə ilə üzərinə düşən öhdəliyi qismən icra etmiş, yanacağı alıcıya qismən təhvil vermiş və 11415,05 manat məbləğində olan yanacağı alıcıya təhvil verməmişdir. Belə ki, fiziki şəxs Cavabdeh xx.xx.2022-ci il tarixdə 339,2 manat, xx.xx.2022-ci il tarixdə isə 11075,85 manat məbləğində pul vəsaitini avans olaraq "xxxx" MMC-nin bank hesabına köçürsə də, həmin məbləğdə yanacaq alıcı fiziki şəxs Cavabdeh təhvil verilməmişdir. "xxxx" tərəfindən verilmiş bank hesabından çıxarışdan görünür ki, 2021-2022-ci illər ərzində fiziki şəxs Cavabdeh tərəfindən cəmi 67839,80 manat (ƏDV daxil) məbləğində pul "xxxx" MMC-nin bank hesabına köçürülmüşdür. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 339,2 manat, xx.xx.2022-ci il tarixdə isə 11075,85 manat məbləğində pul əvvəlcədən cavabdehin bank hesabına köçürülmüş, lakin bunun müqabilində yanacaq iddiaçıya təhvil verilməmişdir. Hazırda "xxxx" MMC fərdi sahibkar Cavabdeh olan 11415,05 manat borcunu ödəməkdən imtina edir. Hüquqi yardım göstərilməsi üçün vəkillə müqavilə bağlanılmışdır. Bunun üçün 320 manat məbləğində pul ödənilmişdir. İddiaçı hesab edir ki, həmin məbləğ də cavabdehdən onun xeyrinə tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq 017/21 nömrəli 01,02.2021-ci il tarixli yanacağın alğı-satqı müqaviləsi ləğv edilməli, cavabdeh "xxxx" MMC-dən iddiaçı fərdi sahibkar Cavabdeh xeyrinə 11415,05 manat məbləğində əsas borc, 320 manat məbləğində vəkilin göstərdiyi yardıma görə xərc və 125 manat məbləğində dövlət rüsumu tutulmalıdır.

5. Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh "xxxx" MMC ilə iddiaçı fərdi sahibkar Cavabdeh arasında bağlanmış 017/21 nömrəli xx.xx.2021-ci il tarixli yanacağın alğı-satqı müqaviləsinin ləğv edilməsini, cavabdeh "xxxx" MMC-dən iddiaçı fərdi sahibkar Cavabdeh xeyrinə 11075 manat məbləğində borcun, cavabdeh "xxxx" MMC-dən iddiaçı fərdi sahibkar Cavabdeh xeyrinə 320 (üç yüz iyirmi) manat məbləğində vəkilin göstərdiyi yardıma görə xərcin və cavabdeh "xxxx" MMC-dən iddiaçı fərdi sahibkar Cavabdeh xeyrinə 125 (yüz iyirmi beş) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Qarşılıqlı iddia üzrə cavabdehin qarşılıqlı iddiaya etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh öz növbəsində cavabdeh “Trans Service Group" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MMC ilə iddiaçı fərdi sahibkar Cavabdeh arasında bağlanmış 017/21 nömrəli xx.xx.2021-ci il tarixli yanacağın alğı-satqı müqaviləsinin ləğv edilməsi; Cavabdeh "xxxx" MMC-dən iddiaçı fərdi sahibkar Cavabdeh xeyrinə 11415 (on bir min dörd yüz on beş) manat 05 (beş) qəpik məbləğində borcun; Cavabdeh "xxxx" MMC-dən iddiaçı fərdi sahibkar Cavabdeh xeyrinə 320 (üç yüz iyirmi) manat məbləğində vəkilin göstərdiyi yardıma görə xərcin; Cavabdeh "xxxx" MMC-dən iddiaçı fərdi sahibkar Cavabdeh xeyrinə 125 (yüz iyirmi beş) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-1405/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “bocun ödənilməsi” tələbinə dair e-2-2(113)-1405/2025 saylı iş, iddiaçı Trans Service Group” MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair e-2-2(113)-386/2025 saylı işlə bir icraatda birləşdirilsin və baxılması üçün Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızına verilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsin belə əsaslandırmışdır ki, fiziki şəxs Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 017/21 nömrəli xx.xx.2021-ci il tarixli yanacağın alğı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" MMC yanacağın alıcı Cavabdeh satışını, alıcı isə göstərilən yanacağın dəyərini qabaqcadan ödəməklə qəbul etməyi öz öhdələrinə götürürlər. Alıcı fiziki şəxs Cavabdeh yanacağın dəyəri olan 67839,80 manat (ƏDV daxil) məbləğində pulu müxtəlif tarixlərdə (2021-2022-ci illər ərzində) müqavilə şərtlərinə uyğun olaraq qabaqcadan satıcı "xxxx" MMC-nin bank hesabına köçürsə də, sonuncu müqavilə ilə üzərinə düşən öhdəliyi qismən icra etmiş, yanacağı alıcıya qismən təhvil vermiş və 11415,05 manat məbləğində olan yanacağı alıcıya təhvil verməmişdir. Belə ki, fiziki şəxs Cavabdeh xx.xx.2022-ci il tarixdə 339,2 manat, xx.xx.2022-ci il tarixdə isə 11075,85 manat məbləğində pul vəsaitini avans olaraq "xxxx" MMC-nin bank hesabına köçürsə də, həmin məbləğdə yanacaq alıcı fiziki şəxs Cavabdeh təhvil verilməmişdir. "xxxx" tərəfindən verilmiş bank hesabından çıxarışdan görünür ki, 2021-2022-ci illər ərzində fiziki şəxs Cavabdeh tərəfindən cəmi 67839,80 manat (ƏDV daxil) məbləğində pul "xxxx" MMC-nin bank hesabına köçürülmüşdür. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 339,2 manat, xx.xx.2022-ci il tarixdə isə 11075,85 manat məbləğində pul əvvəlcədən cavabdehin bank hesabına köçürülmüş, lakin bunun müqabilində yanacaq iddiaçıya təhvil verilməmişdir. Hazırda "xxxx" MMC fərdi sahibkar Cavabdeh olan 11415,05 manat borcunu ödəməkdən imtina edir. İlk olaraq tərəflər arasında 017/21 nömrəli xx.xx.2021ci il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin alğı-satqı müqaviləsinə əsasən Cavabdeh 70131.99 manat məbləğində yanacaq satılmışdır. Satılan yanacaq və iddiaçı tərəfindən alınmış yanacaqla bağlı iddiaçıya aşağıdakı tarixlərdə, nömrələrdə və məbləğdə elektron qaimələr göndərilmişdir. № VÖEN X11 Qaimə tarixi X9 nömrəsi Əsas qeyd Malın ƏDV-siz ümumi dəyəri Malın ƏDV məbləği Malın ümumi dəyəri ƏDV daxil 1 ********** Cavabdeh RAMAZAN OĞLU Cari Sistem tərəfindən təsdiqləndi xx-xx- 2021 EBBB 286416 Yanacağın alqı-satqı müqaviləsi 4864.41 875.59 5740 2 ********** Cavabdeh RAMAZAN OĞLU Cari Sistem tərəfindən təsdiqləndi xx-xx-2021 EBBC 711718 Yanacağın alqı-satqı müqaviləsi 4216.95 759.05 4976 3 ********** Cavabdeh RAMAZAN OĞLU Cari Sistem tərəfindən təsdiqləndi xx-xx-2021 EBBE 281692 Yanacağın alqı-satqı müqaviləsi 3241.36 583.44 3824.8 4 ********** Cavabdeh RAMAZAN OĞLU Cari Sistem tərəfindən təsdiqləndi xx-xx-2021 EBBF 801432 Yanacağın alqı-satqı müqaviləsi 2901.02 522.18 3423.2 5 ********** Cavabdeh RAMAZAN OĞLU Cari Sistem tərəfindən təsdiqləndi xx-xx-2021 EBBH 568971 Yanacağın alqı-satqı müqaviləsi 1891.53 340.47 2232 6 ********** Cavabdeh RAMAZAN OĞLU Cari Sistem tərəfindən təsdiqləndi xx-xx-2021 EBBK 279188 Yanacağın alqısatqı müqaviləsi 2781.69 500.71 3282.4 7 ********** Cavabdeh RAMAZAN OĞLU Cari Sistem tərəfindən təsdiqləndi xx-xx-2021 EBBL 895011 Yanacağın alqı-satqı müqaviləsi 2413.56 434.44 2848 8 ********** Cavabdeh RAMAZAN OĞLU Cari Sistem tərəfindən təsdiqləndi xx-xx-2021 EBBN 513919 Yanacağın alqı-satqı müqaviləsi 3008.81 541.59 3550.4 9 ********** Cavabdeh RAMAZAN OĞLU Cari Sistem tərəfindən təsdiqləndi xxxx-2022 EBBP 198704 Yanacağın alqı-satqı müqaviləsi 2747.12 494.48 3241.6 10 ********** Cavabdeh RAMAZAN OĞLU Cari Sistem tərəfindən təsdiqləndi 28-01- 2022 EBBQ 375366 Yanacağın alqı-satqı müqaviləsi 1490.85 268.35 1759.2 11 ********** Cavabdeh RAMAZAN OĞLU Cari Sistem tərəfindən təsdiqləndi xx-xx-2022 EBBQ 509924 Yanacağın alqı-satqı müqaviləsi 332.2 59.8 392 12 ********** Cavabdeh RAMAZAN OĞLU Cari Sistem tərəfindən təsdiqləndi 03-02- 2022 EBBQ 699300 Yanacağın alqı-satqı müqaviləsi 240.68 43.32 284 13 ********** Cavabdeh RAMAZAN OĞLU Cari Sistem tərəfindən təsdiqləndi xx-xx-2022 EBBS 070795 Yanacağın alqısatqı müqaviləsi 4096.94 737.45 4834.39 14 ********** Cavabdeh RAMAZAN OĞLU Cari Sistem tərəfindən təsdiqləndi xx-xx-2022 EBBS 303717 Yanacağın alqı-satqı müqaviləsi 696.27 125.33 821.6 15 ********** Cavabdeh RAMAZAN OĞLU Cari Sistem tərəfindən təsdiqləndi xx-xx-2022 EBBT 633748 Yanacağın alqı-satqı müqaviləsi 2662.37 479.23 3141.6 16 ********** Cavabdeh RAMAZAN OĞLU Cari Sistem tərəfindən təsdiqləndi xx-xx-2022 EBBT 805007 Yanacağın alqı-satqı müqaviləsi 464.41 83.59 548 17 ********** Cavabdeh RAMAZAN OĞLU Cari Sistem tərəfindən təsdiqləndi xx-xx-2022 EBBV 460031 Yanacağın alqı-satqı müqaviləsi 4797.29 863.51 5660.8 18 ********** Cavabdeh RAMAZAN OĞLU Cari Sistem tərəfindən təsdiqləndi xxxx-2022 EBBV 685046 Yanacağın alqı-satqı müqaviləsi 530.17 95.43 625.6 19 ********** Cavabdeh RAMAZAN OĞLU Cari Sistem tərəfindən təsdiqləndi xx-xx-2022 EBBZ 169083 Yanacağın alqı-satqı müqaviləsi 4448.14 800.66 5248.8 20 ********** Cavabdeh RAMAZAN OĞLU Cari Sistem tərəfindən təsdiqləndi xx-xx-2022 EBCA 971951 Yanacağın alqı-satqı müqaviləsi 286.78 51.62 338.4 21 ********** Cavabdeh RAMAZAN OĞLU Cari Sistem tərəfindən təsdiqləndi xx-xx-2022 EBCİ 308511 Yanacağın alqı-satqı müqaviləsi 2595.93 467.27 3063.2 22 ********** Cavabdeh RAMAZAN OĞLU Cari Sistem tərəfindən təsdiqləndi xx-xx-2022 EBCK 206400 Yanacağın alqı-satqı müqaviləsi 8538.98 1537.02 10076 23 ********** Cavabdeh RAMAZAN OĞLU Cari Sistem tərəfindən təsdiqləndi 31-01- 2023 EBCN 968860 Yanacağın alqı-satqı müqaviləsi 186.44 33.56 220 Cəmi kəsilən qaimələr 70131.99 Cədvəldən və bank hesabı sistemindən çıxarışda da göründüyü kimi iddiaçıya 70131.99 manat məbləğində mal satılmış həmin məbləğdə də elektron qaimələr vurulmuşdur. İddiaçı tərəfindən isə sistemə yüklənmiş bank hesabından da göründüyü kimi aşağıdakı tarixlərdə və məbləğlərdə ödənişlər edilmişdir. Ödənişin tarixi Bank Ödənişin məbləği 5/4/2021 Paşa bank 5000 6/18/2021 Paşa bank 4970 7/26/2021 Paşa bank 4565 9/24/2021 Paşa bank 5661 xx/xx/2021 Paşa bank 3282.4 xx/xx/2021 Paşa bank 2848 xx/xx/2021 Paşa bank 5689.6 2/1/2022 Paşa bank 2861.6 3/3/2022 Paşa bank 4315.01 4/18/2022 Paşa bank 5706.59 5/27/2022 Paşa bank 6286.4 6/30/2022 Paşa bank 5248.8 7/28/2022 Paşa bank 338.4 xx/xx/2022 Paşa bank 11067 Cəm ödəniş 67839.8 Qalıq borc 2292.19 ödəniş olunmamış qaimələr EBCK 206400 2072.19 EBCN 968860 220 Cəmi borc 2292.19 Göründüyü kimi iddiaçı tərəfindən 017/21 nömrəli xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən 70131.99 manat məbləğində yanacaq alınmış, həmin məbləğdə də iddiaçıya yuxarıda qeyd edilən tarixlərdə elektron qaimələr vurulmuşdur. İddaçı tərəfindən isə 70131.99 manat məbləğində puldan yalnız 67839.8 manat ödəniş edilmişdir. EBCK 206400 saylı qaimə üzrə 2072.19 manat, EBCN 968860 saylı qaimə üzrə isə 220 manat məbləğində, ümumi olaraq isə 2292.19manat məbləğində isə ödənişi qalmışdır. Sistemə əlavə edilmiş bank hesabından çıxarışdan göründüyü kimi, cədvəldə qeyd edilənlər bank hesabındakı çıxarışlarla təsdiq edilir. Bunun nəticəsidir ki, İddiaçınə Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh ödənilməmiş 1942,54 manat məbləğində əsas borc, 349,66 manat məbləğində ƏDV borcu, cəmisi 2292,20 manat məbləğində pulun, hüquqi xidmətə görə ödənilmiş 250 manat xidmət haqqının, 46 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MMC-nin həm də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 ilə hazırki iddiaçı Cavabdeh arasında arasında uzun illər işgüzar münasibətlər olmuşdur. Həm İddiaçı MMC-nin həm də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında, onun arvadı X5, qızı X4 ilə müvafiq müqavilələr imzalanmışdır. Cavabdeh həm qızının həm də arvadının adına açdığı VÖEN ilə özü arvadı və qızı Cəmiyyətlərdən yanacaq və digər mallar (sürtkü yağları, ehtiyyat hissələri və sair) almışdır ona xidmətlər göstərmişdir. Hər üçünün Cəmiyyətlərdən aldığı mallara görə borcu qaldığı üçün onlara qarşı iddia qaldırılmışdır. Kommersiya mübahisəsinə dair işlər hazırda məhkəmənin icraatındadır. İddiaçı ərizəsində göstərir ki, müqavilədə yazılıb ki, ona ödəniş etdikdən sonra yanacaq verməli idi. Tərəflər arasında uzun müddət yaranmış işgüzar münasibətlər və onların xahişi əsasında yanacaq tərəflərindən onlara ödəniş etməzdən əvvəl göndərilmişdir. Bunu aydın etmək çox asandır. Belə ki, F. Quliyev ilə İddiaçı MMC arasında bağlanmış müqavilə üzrə bütün elektron qaimələr və ödəniş tapşırıqları qarşılaşdırıldıqda Cavabdeh iddiasının əsassız olduğu, əksinə onun borcu olduğu müəyyən edilir. Göründüyü kimi iddiaçının iddia ərizəsində qeyd etikləri həqiqəti əks etdirmir. Əksinə iddiaçı və onun arvadı və qızının Cəmiyyətlər borcu qalmışdır. İddiaçının iddiası təqdim edilmiş sübutlarla təkzib edilir. (sistemə yüklənmiş elektron qaimə, bank hesabından çıxarışlar) Odur ki, iddiaçı Cavabdeh Trans Service Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi əsassız olduğu üçün, heç bir sübuta əsaslanmadığından rədd edilməlidir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2- 2(113)-1405/2025 saylı, qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “bocun ödənilməsi” tələbinə dair e-2-2(113)-1405/2025 saylı iş, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair e-2-2(113)-386/2025 saylı işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır.

II. Tərəflərin mövqeləri:

8. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək ilkin iddia ərizəsinin təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin rədd edilməsini xahiş etdi.

9. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş ilkin iddia üzrə cavabdehin nümayəndəsi izahat verərək bildirmişdir ki, cavabdeh elektron qaimələrin vurulmasını və buna uyğun olaraq ödənişlərin həyata keçirilməsini inkar etmir. Cavabdeh bildirir ki, yanacağın dəyəri müqavilədə göstərildiyi kimi qabaqcadan ödənilmişdir və iddiaçı tərəfdə yanacağı təhvil vermişdir. Yalnız 29 dekabr 2022-ci il tarixdə ödədiyi məbləğə uyğun yanacaq ona təhvil verilməmişdir. İddiaçının nümayəndəsinin bildirdiyinə görə, yanacağın təhvil verilməsinə dair sübut yoxdur və əsaslandırmaları tərəflər arasında işgüzar münasibətlərin olmasıdır. Tərəflər arasında 2018-ci ildə xidmət müqaviləsi bağlanmışdır. Bu müqavilə ümumiyyətlə iddiaçı tərəfindən işə əlavə edilməmişdir. Cavabdeh mübahisələndirdikdən sonra işə əlavə edilmişdir. Tərəflər arasında olan xidmət müqaviləsinə əsasən, iddiaçı sement məhsullarının cavabdehin avtomaşınları vasitəsi ilə daşınmasını həyata keçirməlidir. O daşınmanı həyata keçirmək üçün 1 fevral 2021-c il tarixli müqavilə bağlanmışdır ki, o avtomaşınlarında yanacağını iddiaçı şirkət verməyəcəkdir. Həmin müqavilədə qeyd edilir ki, ödəniş qabaqcadan edilməlidir. Yanacağın alqı-satqı müqaviləsində mübahisə ondan ibarətdir ki, sonuncu dəfə 29 dekabrda ödəniş edilmişdir və sonuncu yanacaq təhvil edilməmişdir. Cavabdeh bildirir ki, iddiaçı tərəfindən təqdim edilən, alınan malların cəmisinin siyahısında 29 dekabr 2022-ci il tarixində 11075 manat ödəniş edilmişdir. 29-30 dekabr tarixində 280,241 və başqa məbləğlərdə yanacaq təhvil verilməsini bildirirlər. Yanacağın təhvil verilməsinə dair hər-hansısa bir sübut yoxdur. Qeyd edilməlidir ki, iddiaçının təqdim etdiyi sənədə istinadən onlar da göstərir ki, 29-30 dekabrdan sonra 1000 manatlıq hardasa yanacağın təhvil verildiyi göstərilir. Lakin, cavabdeh olaraq bunu da qəbul etmir. Konstitusiya məhkəməsinin plenum qərarında bildirilir ki, elektron qaimənin vurulması həmin məbləğin köçürülməli olmasını təsdiq etmir. İşdə olan digər sənədlərlə birgə araşdırmalıdır. Düzdür, elektron qaimə vurulmuşdur lakin, yanacaq təhvil verilməmişdir. Ona görə də cavabdeh qarşılıqlı iddia ilə ödənilən həmin məbləğin geri qaytarılmasını xahiş edir.

10. Cavabdehə sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər.

11. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

13. İddiaçı MMC ilə Cavabdeh (Alıcı) arasında bağlanmış 017/21 nömrəli 01 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən:

14. Müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı yanacağın Alıcıya satışını, Alıcı isə göstərilən yanacağın dəyərini qabaqcadan ödəməklə qəbul etməyi öz öhdələrinə götürür.

15. Müqavilənin 2.1-ci bəndinə əsasən yanacağın satışı əvvəlcədən ödəniş qaydası ilə aparılır, Müqavilənin qüvvədə olduğu müddət ərzində məbləğə uyğun yanacağı almaq hüququ əldə edir.

16. Müqavilənin 2.2-ci bəndinə əsasən alıcının ödəniş etmək istədiyi məbləğ Satıcının hesablaşma hesabına və ya xəzinəsinə daxil olduqdan sonra.

17. Müqavilənin 2.3-cü bəndinə əsasən yüklənmiş yanacağa mülkiyyət hüququ yanacaq Satıcının yanacaqdoldurma məntəqələrində faktiki götürülən andan Alıcıya keçir.

18. Müqavilənin 3.1-ci bəndinə əsasən satıcı:

19. Müqavilənin 3.1.1-ci bəndinə əsasən yanacağı Alıcıya mövcud Tarif Şurasının təsdiq etdiyi qiymətlərlə satır. Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən yanacaq qiymətləri artırıldıqda və ya azaldıldıqda Alıcıdan razılıq almadan birtərəfli qaydada yanacağın qiymətlərini müvafiq şəkildə dəyişdirir.

20. Müqavilənin 3.2-ci bəndinə əsasən alıcı:

21. Müqavilənin 3.2.1-ci bəndinə əsasən yanacağın dəyərini Satıcı tərəfindən verilən hesab-faktura əsasında əvvəlcədən ödəyir.

22. Müqavilənin 5.1-ci maddəsinə əsasən, Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə və ya lazımi şəkildə əməl edilməməsinə görə tərəflər Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə məsuliyyət daşıyırlar.

23. Müqavilənin 5.3-cü maddəsinə əsasən, bütün mübahisə və ixtilaflar tərəflər arasında aparılan danışıqlar yolu ilə həll edilir. Razılaşmanın əldə olunması mümkün olmadığı halda mübahisələr Azərbaycan Respunlikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmədə həll olunur.

24. Müqavilənin 6.3-cü maddəsinə görə, bu müqavilə 3 il müddətinə qüvvədədir. Müqavilənin bitdiyi tarixə ən az 7 təqvim günü qalmış tərəflərdən biri digərinə müqavilənin ləğv edilməsi barədə yazılı müraciət etməzsə, bu müqavilənin müddəti növbəti ilə (illərə) avtomatik olaraq uzadılmış hesab olunur.

25. Müqavilənin 6.4-cü maddəsinə əsasən tərəflər bir birlərini 1 ay əvvəlcədən yazılı şəkildə xəbərdarlıq etməklə Müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdirlər.

26. Müqavilənin 6.5-ci maddəsinə əsasən, Müqaviləyə xitam verilərkən tərəflər arasında müvafiq hesablaşmalar aparılır və bir tərəf digər tərəfə bu müqavilə üzrə artıq ödədiyi vəsaitin geri qaytarılmasını və ya əldə etmədiyi vəsaitin ödənilməsini tələb edə bilər.

27. İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixli EBCK206400 saylı 10076 manatlıq qaimə və xx.xx.2023-cü il tarixli EBCN968860 saylı 220 manatlıq eqaimə göndərilmişdir.

28. İlkin iddia üzrə iddiaçının xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh tərəfində müqavilə üzrə xx.xx.2022-ci il tarixli EBCK206400 saylı 10076 manatlıq qaimədən 2072,20 manat və xx.xx.2023-cü il tarixli EBCN968860 saylı qaimədən 220 manat ödənilməmiş borcu qaldığı və cəmi ƏDV daxil 2292,20 manat borcu olduğu qeyd olunmuşdur.

29. İddiaçıya məxsus (PaşaBank ASC-də olan) hesabdan çıxarışa əsasən Cavabdeh tərəfindən cəmi 148322,61 manat dəyərində ödəniş edilmişdir (sonuncu ödəniş xx.xx.2022-ci il tarixində 574,56 manat təşkil etmişdir).

30. Cavabdeh məxsus "xxxx" QSC-də olan bank hesabından çıxarışdan görünür ki, sonuncu ödənişlər xx.xx.2022-ci il tarixinə təsadüf etmişdir (8,85 manat və 11067 manat).

31. 27.01.2025-ci il tarixli arayışa əsasən Cavabdeh (VÖEN:**********) Trans Service Group MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 017/21 saylı müqaviləyə əsasən ümumi dəyəri 70.132 AZN (ƏDV daxil) dəyərində yanacaq almışdır. Həmin yanacağın dəyərindən 2021-2022-ci illər ərzində 67.839,80 AZN (ədv daxil) hissəsi ödəmişdir. Lakin 2292,20 AZN (Ədv daxil) hissəsini isə hələ də ödəməmişdir. xx.xx.2022-ci il tarixli EBCK 206400 saylı 10.076 AZN-lik qaimedən 2072,20 AZN, xx.xx.2023-cü il tarixli EBCN 968860 saylı qaiməyə əsasən 220 AZN Borcu qalmışdır. Belə ki, ilkin olaraq Cavabdeh xx.xx.2021-ci il tarixdə Paşa Bank vasitəsilə Trans Service Group MMC-nin hesabına 5000 manat pul köçürmüşdür. Cavabdeh aldığı yanacağın müqabilində Trans Service Group tərəfindən xx.xx.2021-ci il tarixli,EBBB 286416 nömrəli 5740 manat məbləğində elektron qaime vurulmuş, xx.xx.2021-ci il tarixli EBBC 711718 nömrəli 4976 manat məbləğində elekton qaimə vurulmuş Cavabdeh xx.xx.2021-ci il tarixdə Paşa Bank vasitəsilə 4970 AZN məbləğində pulu Trans Service Group MMC-nin hesabına köçürmüşdür. Bundan sonra xx.xx.2021-ci il tarixli EBBE 281692 nömrəli 3824,80 manat məbləğində elektron qaimə vurulmuş, xx.xx.2021-ci il tarixdə 4565 manat Cavabdeh tərəfindən ödəniş edilmişdir. xx.xx.2021-ci il tarixli 801432 nömrəli 3423,20 manat məbləğində elektron qaimə vurulmuş, xx.xx.2021-ci il tarixli EBBH 568971 nömrəli 2232 manat məbləğində qaimə vurulmuş, xx.xx.2021-ci il tarixdə 5661 manat ödəniş olmuşdur. xx.xx.2021-ci il tarixli EBBK 279188 nömrəli 3282,40 manat məbləğində elektron qaime vurulmuş, xx.xx.2021-ci il tarixdə 3282,40 manat ödəniş olmuşdur. xx.xx.2021-ci il tarixli EBBL 895011 nömrəli 2848 manat məbləğində elektron qaime vurulmuş, xx.xx.2021-ci il tarixdə 2848 manat ödəniş olmuşdur. xx.xx.2021-ci il tarixli EBBN 513919 nömrəli 3550,40 manat məbləğində qaimə vurulmuş, xx.xx.2021- ci il tarixdə 5689,60 manat ödəniş olmuşdur. xx.xx.2022-ci il tarixli EBBP 198704 nömrəli 3241,60 manat məbləğində, 28.01,2022-ci il tarixli EBBQ 375366 nömrəli 1759,20 manat məbləğində, 31.01 2022-ci il tarixli EBBQ 509924 nömrəli 392 manat məbləğində qaime vurulmuş, xx.xx.2022-ci il tarixdə 2861,60 manat ödəniş olmuşdur. xx.xx.2022-ci il tarixli EBBQ 699300 nömrəli 284 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBS 070795 nömrəli 4834,39 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBS 303717 nömrəli 821,60 manat məbləğində qaimə vurulmuş, xx.xx.2022-ci il tarixdə 4315,01 manat ödəniş olmuşdur. xx.xx.2022-ci il tarixli EBBT 633748 nömrəli 3141,60 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBT 805007 nömrəli 548 manat məbləğində qaime vurulmuş, xx.xx.2022-ci il tarixdə 5706,59 manat məbləğində ödəniş olmuşdur. xx.xx.2022-ci il tarixli EBBV 460031 nömrəli 5660,80 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBV 685046 nömrəli 625,60 manat məbləğində qaimə vurulmuş, xx.xx.2022-el il tarixdə 6286,40 manat ödəniş olmuşdur. xx.xx.2022-ci il tarixli EBBZ 169083 nömrəli 5248,80 manat məbləğində qaimə vurulmuş, xx.xx.2022- ci il tarixdə 5248,80 manat ödəniş olmuşdur. xx.xx.2022-ci il tarixli EBCA 971951 nömrəli 338,40 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCİ 308511 nömrəli 3063,20 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCK 206400 nömrəli 10.076 manat məbləğində, qaimə vurulmuş, xx.xx.2022-ci il tarixdə 11.067 manat ödəniş olmuşdur. xx.xx.2023-cü il tarixdə EBCN 968860 nömrəli 220 manat məbləğində elektron qaimə vurulmuşdur. Cavabdeh Trans Service Group MMC-ye EBCK 206400 nömrəli elektron qaiməyə əsasən 2072,19 manat, EBCN 968860 nömrəli elektron qaiməyə əsasən 220 manat, cəmisi 1942, 54 manat əsas, 349,65 manat ƏDV olmaqla 2292,19 manat borcu vardır.

32. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin olunmalı və qarşılıqlı iddia tələbi təmin edilməməlidir.

33. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

34. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

35. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

36. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

37. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

38. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

39. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər

40. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında 017/21 nömrəli 01 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə yanacaq satılmışdır, cavabdeh tərəfindən alınmış yanacağa dair müəyyən qədər ödəniş edilsə də, 2292,20 manat ödənilməmiş borcu qalmışdır. İlkin iddia üzrə iddiaçı həmin pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Cavabdeh isə iddiaya etiraz edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən yanacağın ödənişi qabaqcadan edilməlidir, sonra yanacaq verilməlidir. Cavabdeh tərəf iddiaçıya son olaraq xx.xx.2022-ci il tarixində 11075,85 manat ödəniş etmişdir, lakin həmin pulun müqabilində iddiaçı tərəf cavabdehə yanacaq verməmişdir, belə ki, iddiaçı tərəf yanacağın təhvil-təsliminə dair heç bir sənəd məhkəməyə təqdim etməmişdir. İddiaçının nümayəndəsi isə cavabdehin bu arğumentinə etiraz edərək bildirmişdir ki, baxmayaraq ki, müqavilədə yanacağın dəyərinin əvvəlcədən ödənilməsi göstərilib, lakin tərəflər arasında işğüzar münasibətlər elə formalaşmışdır ki, yanacaq öncədən verilirdi, sonra pul ödənilirdi. Qabaqcadan yanacağın dəyəri, neçə litr tutması müəyyən edilə bilməz. Yanacaq maşınlara doldurulduqdan sonra müəyyən edilirdi həcmi, qiyməti və sonra ödəniş edilirdi. Ona görə də müqavilədə qabaqcadan ödəniş şərti formaldı, faktiki olaraq yanacaq verilirdi, sonra pul ödənilirdi.

41. Məhkəmə hesab edir ki, cavabdehin ilkin iddiaya etirazının və qarşılıqlı (birləşdirlilmiş) iddia ərizəsinin arqumentləri tamamilə əsassızdır və sadəcə borcun ödənişindən yayınmasına xidmət edir. Belə ki, birincisi, cavabdeh tərəf bildirir ki, tərəflər arasında yanacağın satışına dair təhvil-təslim aktı olmalıdır, təhvil-təslim aktı mövcüd olmadığı üçün yanacaq verilməyib və dəyəri də iddiaçı tərəfindən tələb edilə bilməz. Lakin, cavabdeh tərəf məhkəmənin əvvəllər satılmış və cavabdeh tərəfindən dəyəri artıq ödənilmiş yanacağa dair təhvil-təslim aktları mövcüd olub mu sualına və mövcüd olubsa, məhkəməyə təqdim edilməsi təklif edilsə də, cavabdeh tərəf öz arğumentini təstiq edəcək hər-hansı sübutu (tərəflər arasında işğüzar münasibətin məhz təhvil-təslim aktları əsasında formalaşmasını) məhkəməyə təqdim edə bilməmişdir. İkincisi, cavabdeh bildirir ki, iddiaçıya son olaraq xx.xx.2022ci il tarixində 11075,85 manat ödəniş edilmişdir, lakin həmin ödənişin müqabilində yanacaq təhvil verilməmişdir. Buna dair məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, son ödənişdən sonra iddiaçı tərəfindən cavabdehə bir (xx.xx.2023-cü il tarixli) e-qaimə göndərilmişdir, həmin qaiməyə etiraz edilməmiş, ümumiyyətlə bütün qaimələr təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, əgər həqiqətən də ilkin iddia üzrə cavabdehin bildirdiyi kimi - qabaqcadan ödəniş olunurdu, sonra yanacaq verilirdi və son ödənişə dair iddiaçı tərəfindən 11075,85 manatlıq yanacaq verilməmişdirsə, cavabdehin iki ildən artıq müddət ərzində iddiaçıya bununla bağlı hər-hansı tələbin (yanacağın verilməsi və ya pulun geri qaytarılması) göndərilməməsi və yalnız ilkin iddiaçı tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixində (2292,20 manat borcun tutulması barədə barədə) iddia ilə müraciət edildiyi tarixindən dörd ay sonra (xx.xx.2024-cü il tarixində) 11075,85 manat pulun qaytarılması ilə bağlı qarşılıqlı iddianın qaldırılması bir daha da cavabdehin bu cür arqumentinin tamamilə əsasız olduğunu göstərir.

42. Beləliklə, ilkin iddia üzrə cavabdeh/qarşılıqlı iddia üzrə iddiaçı tərəf öz arqumentlərinin əsaslı olmasına dair hər-hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, etirazın və qarşılıqlı iddia ərizəsinin arqumentlərinin əsaslı olmasına dair məhkəmədə daxili inamı yarada bilməmişdir.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilki iddia ərizəsi təmin edilərək Cavabdeh alqı-satqı müqaviləsi üzrə ödənilməmiş ədv daxil 2292,20 manat borc məbləği tutularaq ilkin iddia üzrə İddiaçı MMC-yə ödənilməlidir, qarşılıqlı iddia ərizəsi 11075 manat məbləğində pulun MMC-dən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi hissəsində qarşılıqlı iddia rədd edilməlidir.

46. Məhkəmə xərclərinə gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir.

47. İş materiallarından görünür ki, ilkin iddia üzrə iddiaçı hüquqi xidmətə görə ödənilmiş 250 manat xidmət haqqının və 46 manat dövlət rüsumu xərcinin cavabdehdən tutulmasını, qarşılıqlı iddiaçı isə 320 manat məbləğində vəkilin göstərdiyi yardıma görə xərcin və dövlət rüsumunun əvəzi olaraq 125 manatın MMC-dən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsini xahiş etmişdir.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

49. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

50. Məhkəmə hesab edir ki, ilkin iddia ərizəsi təmin edildiyi üçün ilkin iddia üzrə ödənilmiş 46 manat dövlət rüsumu və 250 manat hüquqi xidmət xərci ilkin iddia üzrə cavabdehə, qarşılıqlı iddia ərizəsi rədd edildiyi üçün isə vəkil xərci və dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

51. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İlkin iddia ərizəsi təmin edilsin. Cavabdeh alqı-satqı müqaviləsi üzrə ödənilməmiş ədv daxil 2292,20 manat borc məbləği, hüquqi xidmət xərcinin əvəzi olaraq 250 manat və dövlət rüsumunun əvəzi olaraq 46 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı "11.075 manat məbləğində pul" tələbinə dair qarşılıqlı (birləşdirilmiş) iddia ərizəsi rədd edilsin. Qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar