Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3860/2022 12.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh Firmasına qarşı sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək subroqasiya qaydasında dəymiş ziyana görə 384,88 manat sığorta ödənişinin və 30,4 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə və Cavabdeh Firmasının direktoru İ.Maksudov aralarında aşağıda göstərilən məzmunda barışıq sazişi bağlamışlar:
1. Sazişin predmeti 1.1. Bu Sazişin predmetini İddiaçının Cavabdehə qarşı ödənilmiş 384,88 manat sığorta ödənişinin həmçinin 30,40 manat dövlət rüsumunun əvəzinin, cəmi 415,28 manat məbləğində pulun Cavabdehdən tutularaq İddiaçıya ödənilməsi tələbinə dair” mübahisənin qarşılıqlı güzəştlər yolu ilə həll edilməsi təşkil edir. 1.2. İddia tələbi üzrə mülki işə hazırda Bakı Kommersiya Məhkəməsinin icraatında olan (hakim Fərrux Qasımov) e-2-2(l 13)-3860/2022 saylı iş baxılmaqdadır.
2. Tərəflərin hüquq və vəzifələri 2.1 Tərəflər razılaşır və təsdiq edir ki, Cavabdehin bu Sazişin imzalandığı tarixə İddiaçıya olan borcu ümumilikdə (məhkəmə xərcləri ilə birlikdə), 415,28 manat təşkil edir. 2.2 Həmçinin, Tərəflər belə razılığa gəlir ki, Cavabdeh bu Sazişin 2.1-ci bəndində göstərilən borcunu, aşağıdakı müddətdə və məbləğdə tam şəkildə İddiaçıya ödəyəcəkdir: xx.xx.2022-ci il tarixədək - 415,28 manat; 2.3 Cavabdeh bu Saziş üzrə müəyyən olunmuş ödəniş öhdəliyini vaxtında icra etmədikdə və ya qismən icra etdikdə, İddiaçı hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1 fazi həcmində, lakin 10 faizindən artıq olmamaqla, cərimə tətbiq edə bilər. 2.4 Cavabdeh bu Sazişin 2.2-ci bəndində göstərilən iki ardıcıl müddət ərzində öhdəliklərini icra etməzsə və ya qismən icra edərsə, İddiaçı qalıq borcun bütünlüklə Cavabdehdən tutulması üçün müvafiq icra sənədinin (vərəqəsinin) verilməsi məqsədilə, məhkəməyə müraciət edəcəkdir. 2.5 Bu Sazişin imzalanması/təsdiq olunması ilə İddiaçı Cavabdehə qarşı iddia tələbinin digər, yəni gecikdirilmiş vaxt üçün cərimənin tutulması hissəsindən imtina edir.
3. Digər müddəalar 3.1. Bu Sazişin şərtlərini Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262 və 369-370-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar. 3.2. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir. 3.3. Bu Sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyatı məhkəmələri tərəfindən həll olunacaqdır. 3.4. Bu Saziş Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədən ibarət tərtib olunaraq imzalanmışdır, Tərəflərin hər birində bir nüsxə saxlanılır, üçüncü nüsxəsi isə məhkəməyə təqdim olunur. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında tərəflər arasında imzalanmış barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
"xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh Firması arasında bağlanmış, aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:
1. Sazişin predmeti 1.1. Bu Sazişin predmetini İddiaçının Cavabdehə qarşı ödənilmiş 384,88 (üç yüz səksən dörd manat səksən səkkiz qəpik) manat sığorta ödənişinin həmçinin 30,40 manat dövlət rüsumunun əvəzinin, cəmi 415,28 (dörd yüz on beş manat iyirmi səkkiz qəpik) manat məbləğində pulun Cavabdehdən tutularaq İddiaçıya ödənilməsi tələbinə dair” mübahisənin qarşılıqlı güzəştlər yolu ilə həll edilməsi təşkil edir. 1.2. İddia tələbi üzrə mülki işə hazırda Bakı Kommersiya Məhkəməsinin icraatında olan (hakim Fərrux Qasımov) e-2-2(l 13)-3860/2022 saylı iş baxılmaqdadır.
2. Tərəflərin hüquq və vəzifələri 2.1 Tərəflər razılaşır və təsdiq edir ki, Cavabdehin bu Sazişin imzalandığı tarixə İddiaçıya olan borcu ümumilikdə (məhkəmə xərcləri ilə birlikdə), 415,28 (dörd yüz on beş manat iyirmi səkkiz qəpik) manat təşkil edir. 2.2 Həmçinin, Tərəflər belə razılığa gəlir ki, Cavabdeh bu Sazişin 2.1-ci bəndində göstərilən borcunu, aşağıdakı müddətdə və məbləğdə tam şəkildə İddiaçıya ödəyəcəkdir: xx.xx.2022-ci il tarixədək - 415,28 (dörd yüz on beş manat iyirmi səkkiz qəpik) manat; 2.3 Cavabdeh bu Saziş üzrə müəyyən olunmuş ödəniş öhdəliyini vaxtında icra etmədikdə və ya qismən icra etdikdə, İddiaçı hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1 fazi həcmində, lakin 10 faizindən artıq olmamaqla, cərimə tətbiq edə bilər. 2.4 Cavabdeh bu Sazişin 2.2-ci bəndində göstərilən iki ardıcıl müddət ərzində öhdəliklərini icra etməzsə və ya qismən icra edərsə, İddiaçı qalıq borcun bütünlüklə Cavabdehdən tutulması üçün müvafiq icra sənədinin (vərəqəsinin) verilməsi məqsədilə, məhkəməyə müraciət edəcəkdir. 2.5 Bu Sazişin imzalanması/təsdiq olunması ilə İddiaçı Cavabdehə qarşı iddia tələbinin digər, yəni gecikdirilmiş vaxt üçün cərimənin tutulması hissəsindən imtina edir.
3. Digər müddəalar 3.1. Bu Sazişin şərtlərini Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262 və 369-370-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar. 3.2. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir. 3.3. Bu Sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyatı məhkəmələri tərəfindən həll olunacaqdır. 3.4. Bu Saziş Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədən ibarət tərtib olunaraq imzalanmışdır, Tərəflərin hər birində bir nüsxə saxlanılır, üçüncü nüsxəsi isə məhkəməyə təqdim olunur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Firmasına qarşı sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Fərrux Qasımov