Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3864/2022 23.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, sığorta haqqı ödənişi məbləği ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədi ilə cavabdeh "xxxx" MMC-dən 21790,22 manat və ödənilmiş mediasiya xərcinə görə 200 manat pulun İddiaçı Sığorta Şirkəti” ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Sığorta Şirkəti ASC ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixində QAL00018722-PR-03 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi” bağlanmışdır. Cavabdeh MMC tərəfindən qeyd olunan sığorta müqaviləsi üzrə 21790,22 manat məbləğində ödənilməmiş sığorta haqqı borcu (debitor) yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli İddiaçı Sığorta Şirkəti ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli, QAL-00018722 saylı icbari həyat sığorta müqaviləsinə PR-03 saylı Prolonqasiyadan görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh MMC-də işləyən şəxslərə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixli EBAF seriyalı 747289 nömrəli elektron qaimədən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh MMC-yə ümumilikdə 23333,34 manat məbləğində icbari sığorta xidməti göstərmişdir xx.xx.2022-ci il tarixli 974 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC ilkin mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulmuş 200 manat məbləğində mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci və 903.1-ci maddələrinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanununun 7.2.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətlərdə sığorta haqqını sığortaçıya ödəmək sığortalının vəzifəsidir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi, İddiaçı Sığorta Şirkəti ASC ilə Cavabdeh MMC arasında icbari sığorta müqaviləsi bağlansa da, Cavabdeh MMC 21790,22 manat məbləğində olan sığorta haqqını İddiaçı Sığorta Şirkəti ASC-yə ödəməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının İddiaçı Sığorta Şirkəti ASC-nin 21790,22 manat və 200 manat mediasiya xərci tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan işin faktiki hallarını qiymətləndirən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən sığorta haqqı olan 21790,22 manat və 200 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən sığorta haqqı olan 21790,22 manat və 200 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3864/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3864/2022
23.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver