Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3869/2024 26.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarş kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2023-cü il tarixli, 09/06-23 saylı saylı müqavilə üzrə pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 09 iyun 2023-cü il tarixdə 09/06-23 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və alıcının hər sifarişi üzrə tərtib edilən müvafiq qiymət razılaşma protokolunda göstərilən müxtəlif növ malları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öz öhdəsinə götürür. 3.4-cü bəndinə əsasən bu müqavilə üzrə ödənişlər, müvafiq razılaşma protokolu üzrə alıcının sifariş etdiyi mallar satıcı tərəfindən təchiz edildikdən sonra və satıcının həmin mallara dair təqdim etdiyi hesab sənədləri (elektron qaimə, hesab-faktura və sairə) alıcı tərəfindən təsdiq edildiyi tarixdən satıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. 5.2.1-ci bəndinə əsasən müqavilənin şərtlərinə uyğun malları qaimə-faktura əsasında satıcıdan qəbul etmək və razılaşdırılmış dəyərini satıcıya ödəmək alıcının vəzifəsidir. 5.3.1-ci bəndinə əsasən müqavilə üzrə almması nəzərdə tutulan malların razılaşdırılmış qiymətinin alıcı tərəfindən müqavilə və onun ayrılmaz tərkib hissələrində göstərilmiş vaxtda və miqdarda ödənilməsini tələb etmək satıcının hüququdur. 10.2-ci bəndinə əsasən müqavilə üzərindəki ilk tarixdən hüquqi qüvvəyə minir və 1 il müddətinə qüvvədə qalır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. 09 iyun 2023-cü il tarixdə 09/06-23 saylı alqı-satqı müqaviləsinə 01 nömrəli, 02 nömrəli, 03 nömrəli, 04 nömrəli, 05 nömrəli, 06 nömrəli qiymət razılaşma protokolları ilə malların ölçüsü, miqdarı, qiyməti müəyyən edilmişdir. Protokollar tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
3. İddiaçı MMC tərəfindən 09/06-23 saylı alqı-satqı müqaviləsinə əsasən ümumilikdə 101.100,61 manat (ƏDV daxil) məbləğində malların göndərilməsinə dair, o cümlədən 20816,83 manat (3175,45 manat məbləğində ƏDV olmaqla) dəyərində xx.xx.2023-cü il tarixli EBDİ seriyalı 427652 nömrəli, 14552,37 manat (2219,85 manat məbləğində ƏDV olmaqla) dəyərində xx.xx.2023-cü il tarixli EBDK seriyalı 027372 nömrəli, 24137,70 manat (3682,02 manat məbləğində ƏDV olmaqla) dəyərində xx.xx.2023-cü il tarixli EBDL seriyalı 984779 nömrəli, 14564,69 manat (2221,73 manat məbləğində ƏDV olmaqla) dəyərində xx.xx.2023-cü il tarixli EBDN seriyalı 580467 nömrəli, 18327,61 manat (2795,74 manat məbləğində ƏDV olmaqla) dəyərində xx.xx.2023-cü il tarixli EBDP seriyalı 114909 nömrəli, 8701,41 manat (1327,33 manat məbləğində ƏDV olmaqla) dəyərində xx.xx.2023-cü il tarixli EBDR seriyalı 969149 nömrəli elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. Elektron qaimələr imzalarla yanaşı İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.
4. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən 20816,83 manat (ƏDV daxil) dəyərində mallar (3014.6 kq izolyasiya lenti, 640 kq praymer), xx.xx.2023-cü il tarixli təhviltəslim aktına əsasən 14552,37 manat (ƏDV daxil) dəyərində mallar (2067.8 kq izolyasiya lenti, 432 kq praymer), xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən 24137,70 manat (ƏDV daxil) dəyərində mallar (3632.8 kq izolyasiya lenti, 40 kq praymer), xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən 14564,69 manat (ƏDV daxil) dəyərində mallar (2204.1 kq izolyasiya lenti), xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən 8701,41 manat (ƏDV daxil) dəyərində mallar (1316.8 kq izolyasiya lenti), xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən 18327,61 manat (ƏDV daxil) dəyərində mallar (2682.12 kq izolyasiya lenti, 160 kq praymer) İddiaçı MMC tərəfindən ümumilikdə ƏDV daxil 101.100,61 manat (ƏDV daxil) dəyərində mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. Aktlar hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
5. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli üzləşmə aktına əsasən müəyyən edilir ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2023cü il tarixə 91.500,61 manat (ƏDV daxil) borcu vardır. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
6. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli pretenziya məktubu ünvanlanaraq şirkətə olan borcun xx.xx.2024-cü il tarixə dək ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.
II. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
7. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən ödənilməli olan 91 500,61 manat borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 365 manat dövlət rüsumunun, ümumilikdə 91 865, 61 manat pulun cabvabdeh Cavabdeh MMC-dən tutlaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 09 iyun 2023-cü il tarixli, 09/06-23 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehlə razılaşdırılmış malları ona satmağı, bunun da müqabilində alıcı tərəflər arasında razılaşdırılmış malın satış dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin bağlanmasından bir gün qabaq, yəni 08 iyun 2023-cü il tarixdə tərəflər alqı-satqı münasibətlərinə girmişlər və ilk olaraq iddiaçı cavabdehin sifarişi üzrə 17.641,38 manat dəyərində malı cavabdehə təhvil vermişdir. Burada qeyd olunan məbləğ ancaq malın dəyəri olmuş və onun ƏDV ilə birlikdə cabvabdeh tərəfindən ödənilməli olan borcu 20 816,83 manat təşkil etmişdir. Bu barədə ilk öncə malın cavabdeh tərəfindən faktiki alınmasını təsdiq edən xx.xx.2023-cü il tarixli, ******* nömrəli qaimə-faktura tərtib edilmişdir. Həmçinin, bu tarixdə hər iki hüquqi şəxsin tərtib etdiyi təhvil - təslim aktı və müqaviləyə 01 nömrəli, xx.xx.2023-cü il tarixli, qiymət razılaşma protokolu da tərtib olunmuşdur. Təhvil-təslim aktından da birbaşa görünür ki, hələ müqavilə bağlanmamışdan bir gün qabaq iddiaçı cavabdehə qeyd edilən malı təhvil vermiş, cavabdeh də həmin malı qəbul etmişdir. Tərəflər arasında müqavilə 09 iyun 2023cü il tarixdə bağlandıqdan sonra, 14 iyul 2023-cü il tarixdə ƏDV daxil omaqla, 14 552,37 manatl, 12 avqust 2023-cü il tarixdə ƏDV daxil omaqla, 24 137,70 manatl, 02 sentyabr 2023-cü il tarixdə ƏDV daxil omaqla, 14 564,69 manatl və 25 sentyabr 2023-cü il tarixdə bir gündə iki dəfə, bir hissəsi ƏDV daxil omaqla, 18 327,61 manat və digəri isə ƏDV daxil omaqla, 8 701,41 manat olmaqla, bu tarixə ümumilikdə ƏDV daxil omaqla, 27 029,02 manat məbləğində mal göndərilmişdir. Bu göndərilən malların ümumi hesablanmış satış dəyəri ƏDV xaric 85 678, 45 manat, ƏDV daxil olmaqla isə, ümumilikdə 101 100,61 manat təşkil etmişdir. Qeyd olunan malların göndərilməsi və cavabdeh tərəfindən də təhvil alınması həm kağız üzərindən, həm də elektron qaydada tərtib edilmiş qaimələrlə təsdiq olunur. Malların göndərilməsinə və cavabdeh tərəfindən də malların alınmasına baxmayaraq, cavabdeh hüquqi şəxs üzərinə düşən öhdəliyi yerinə yetirməyərək, müqavilə üzrə ödəməli olan pul vəsaitlərini ödəməmişdir. Tərəflər arasında aparılmış şifahi danışıqlara baxmayaraq, cavabdeh hüquqi şəxs yalnız 18 dekabr 2023-cü il tarixdə 6 000 manat ödəniş etməklə kifayətlənmişdir. Eyni zamanda, əlavə olaraq 3.600 manat pul vəsaitini isə ƏDV məqsədləri ilə iddiaçıya ödəmiş, iddaçı da həmin məbləği vergi orqanına ödəmişdir. Beləliklə, cavabdehin alqı-satqı müqaviləsindən əmələ gələn ümumi borcundan yalnız 6000 manat icra olunmuşdur. Dəfələrlə edilmiş şifahi xəbərdarlıqlara və hətta tərəflər arasında olan görüşlərə baxmayaraq heç bir əhəmiyyəti olmamışdır. Tərəflər arasında olan mübahisələrin davamı nəticəsində, hər iki tərəfin 29 aprel 2024-cü il tarixdə tərtib etdikləri və alqı-satqı müqaviləsi üzrə 31 dekabr 2023-cü il tarixinə üzləşmə aktı tərtib olunmuşdur. Üzləşmə aktına əsasən, cavabdehin iddiaçıya olan ümumi borcu 91.500,61 manat təşkil etmişdir. Qeyd olunan məbləğin 79 678,49 manatı müqavilə üzrə satılmış malların dəyəri, yerdə qalan 11 822,12 manatı isə ƏDV üzrə olan borc məbləğidir. Ancaq qeyd edilən məbləğ bu günə kimi ödənilməmişdir. Yuxarıda göstərilən xüsusatlardan irəli gələrək, artıq cavabdeh təşkilat üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyinə görə, 23 may 2024-cü il tarixli pretenziya məktubu ilə borcun ödənilməsi tələb olunmuşdur.
9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567.2-ci maddəsinə istinad etmişdir
b) İddiaya qarşı etirazın dəlilləri
10. İddiaya qarşı etiraz təqdim edilməmişdir.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
11. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
13. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
14. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
15. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
IV.TƏTBİQ EDİLƏN HÜQUQ
16. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir - 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
18. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
19. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 09 iyun 2023-cü il tarixdə 09/06-23 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzərinə düşən öhdəlikləri icra edərək sifariş edilmiş malları cavabdehə təqdim etmiş, lakin cavabdeh həmin malların dəyərini tam şəkildə ödəməmiş, nəticədə cavabdehin iddiaçıya ƏDV daxil 91.500,61 manat məbləğində borcu yaranmışdır.
20. Belə olan halda məhkəmə mübahisəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan həmin hissədə təmin edilməli, Cavabdeh MMC -dən 91.500,61 manat tutularaq İddiaçı MMC -yə ödənilməlidir.
21. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 366 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
22. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 365 manat təşkil edir.
23. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddia tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 365 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 09 iyun 2023-cü il tarixdə 09/06-23 saylı alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 91.500,61 manat məbləğində əsas borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 365 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva