Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3891/2022 22.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X7 qızının katibliyi, iddiaçı "xxxx" MMCnin nümayəndəsi X1 və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 150902/11-1-346 nömrəli, 02 sentyabr 2015-ci il tarixli xidmət müqaviləsi üzrə 104592,17 manat borcun, 170109/11-1-019 nömrəli, 09 yanvar 2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 29284,54 manat borcun, 170714/11-1-276 nömrəli, 14 iyul 2017-ci il tarixli xidmət müqaviləsi üzrə 22300 manat borcun, ümumilikdə 156177,54 manat məbləğində borc, 7808,87 manat məbləğində dəbbə pulu, cəmi 163986,41 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, iddia tələbinin əsasını aşağıdakı üç müqavilə təşkil edir: - № 150902/11-1-346 nömrəli, 02 sentyabr 2015-ci il tarixli xidmət müqaviləsi, - № 170109/11-1-019 nömrəli, 09 yanvar 2017-ci il tarixli alqı-satqı müqaviləsi, - № 170714/11-1-276 nömrəli, 14 iyul 2017-ci il tarixli xidmət müqaviləsi. İlk növbədə STP ilə Steel Force (hazırkı iş üzrə cavabdeh Akkord-un hüquqi sələfi) arasında № 150902/11-1-346 nömrəli, 02 sentyabr 2015-ci il tarixli xidmət müqaviləsi bağlanmış və müqavilə əsasında STP Steel Force üçün 100 A Bara (elektrik cərəyan ötürücü mis) xəttinin quraşdırılması xidmətlərinin göstərilməsi, Steel Force isə əvəzində razılaşdırılmış xidmət haqqının ödənilməsini öhdəsinə götürmüşdür. STP tərəfindən: - 02 sentyabr 2015-ci il tarixdə 5649,84 manatlıq; - 09 sentyabr 2015-ci il tarixdə 56498,40 manatlıq, - 16 noyabr 2016-cı il tarixdə isə 71 803 manatlıq, ümumilikdə 133 951,24 manatlıq xidmətlər göstərilmiş, Steel Force tərəfindən əvəzində: - 25 may 2017-ci il tarixdə, 1368,30 manat; - 22 iyun 2017-ci il tarixdə, 258,91 manat; - 03 iyul 2017ci il tarixdə 7192 manat; - 07 sentyabr 2017-ci il tarixdə 4861,30 manat; - 30 oktyabr 2017ci il tarixdə 2984,68 manat; - 06 noyabr 2017-ci il tarixdə 3991,56 manat; - 26 dekabr 2017-ci il tarixdə 8702,32 manat, ümumilikdə, 29 359,07 manat ödəniş edilmiş, Steel Force-un STP-yə № 150902/11-1-346 nömrəli, 02 sentyabr 2015-ci il tarixli xidmət müqaviləsi üzrə ödənilməmiş 104592,17 manat borcu qalmışdır. STP ilə Steel Force arasında 09 yanvar 2017-ci il tarixdə № 170109/11-1-019 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, müqavilə əsasında STP Steel Force-a müxtəlif adda və çeşiddə malların satışını həyata keçirməyi, Steel Force isə əvəzində müqavilə ilə razılaşdırılmış malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. STP Steel Force-a: - 09 yanvar 2017-ci il tarixdə 952,73 manatlıq; - 10 mart 2017-ci il tarixdə 848,66 manatlıq; 10 mart 2017-ci il tarixdə 104,07 manatlıq; - 16 mart 2017-ci il tarixdə 848,66 manatlıq; - 27 mart 2017-ci il tarixdə 104,08 manatlıq; - 27 mart 2017-ci il tarixdə 848,66 manatlıq; - 07 aprel 2017-ci il tarixdə 104,08 manatlıq; - 07 aprel 2017-ci il tarixdə 848,66 manatlıq; - 18 aprel 2017-ci il tarixdə 104,08 manatlıq; - 01 iyun 2017-ci il tarixdə 952,74 manatlıq; - 22 iyun 2017-ci il tarixdə 1697,31 manatlıq; - 03 iyul 2017-ci il tarixdə 1697,31 manatlıq; - 06 iyul 2017-ci il tarixdə 952,74 manatlıq; - 10 iyul 2017-ci il tarixdə 1377,06 manatlıq; 19 iyul 2017-ci il tarixdə 156,11 manatlıq; - 27 iyul 2017-ci il tarixdə 156,11 manatlıq; - 27 iyul 2017-ci il tarixdə 848,66 manatlıq; - 01 avqust 2017-ci il tarixdə 848,66 manatlıq; - 01 avqust 2017-ci il tarixdə 208,15 manatlıq; - 07 avqust 2017-ci il tarixdə 104,08 manatlıq; - 07 avqust 2017-ci il tarixdə 1272,98 manatlıq; - 10 avqust 2017-ci il tarixdə 104,08 manatlıq; - 10 avqust 2017-ci il tarixdə 1272,98 manatlıq; 17 avqust 2017-ci il tarixdə 1272,98 manatlıq; 17 avqust 2017-ci il tarixdə 156,11 manatlıq; - 25 avqust 2017-ci il tarixdə 1697,31 manatlıq; - 28 avqust 2017-ci il tarixdə 156,11 manatlıq; - 28 avqust 2017-ci il tarixdə 848,66 manatlıq; - 13 sentyabr 2017-ci il tarixdə 1272,98 manatlıq; - 20 sentyabr 2017-ci il tarixdə 1697,31 manatlıq; - 21 sentyabr 2017-ci il tarixdə 848,66 manatlıq; - 21 sentyabr 2017-ci il tarixdə 94,38 manatlıq; - 25 sentyabr 2017-ci il tarixdə 52,04 manatlıq; - 27 sentyabr 2017ci il tarixdə 1272,98 manatlıq; - 28 sentyabr 2017-ci il tarixdə 1272,98 manatlıq; - 29 sentyabr 2017-ci il tarixdə 104,08 manatlıq; - 04 oktyabr 2017-ci il tarixdə 1801,39 manatlıq; - 19 oktyabr 2017-ci il tarixdə 94,38 manatlıq; - 24 noyabr 2017-ci il tarixdə 636,49 manatlıq; - 28 noyabr 2017-ci il tarixdə 1272,98 manatlıq; - 12 dekabr 2017-ci il tarixdə 1697,31 manatlıq; - 13 dekabr 2017-ci il tarixdə 1272,98 manatlıq; 18 dekabr 2017ci il tarixdə 1004,77 manatlıq; - 21 dekabr 2017-ci il tarixdə 1697,31 manatlıq; - 22 dekabr 2017-ci il tarixdə 156,11 manatlıq; - 26 dekabr 2017-ci il tarixdə 1004,77 manatlıq; - 29 dekabr 2017-ci il tarixdə 1377,06 manatlıq; - 05 fevral 2018-ci il tarixdə 1429,09 manatlıq; - 09 fevral 2018-ci il tarixdə 740,57 manatlıq; - 15 fevral 2018-ci il tarixdə 1429,09 manatlıq; - 07 mart 2018-ci il tarixdə 1325,02 manatlıq; - 27 mart 2018-ci il tarixdə 1377,06 manatlıq; - 06 aprel 2018-ci il tarixdə 1272,98 manatlıq; ümumilikdə, 46 748,59 manatlıq mal satmış; Steel Force əvəzində: - 23 yanvar 2107-ci il tarixdə 807,39 manat; - 23 yanvar 2017-ci il tarixdə 145,34 manat; - 09 mart 2017-ci il tarixdə 2000 manat; - 09 mart 2017-ci il tarixdə 360 manat; - 11 aprel 2017-ci il tarixdə 145,34 manat; - 12 aprel 2017-ci il tarixdə 807,40 manat; - 24 may 2017-ci il tarixdə 322,29 manat; - 25 may 2017-ci il tarixdə 422,20 manat; - 22 iyun 2017-ci il tarixdə 1438,40 manat; - 03 iyul 2017-ci il tarixdə 1294,56 manat; - 18 sentyabr 2017-ci il tarixdə 875,03 manat; - 11 oktyabr 2017-ci il tarixdə 2000 manat; - 23 oktyabr 2017-ci il tarixdə 356 manat; - 24 oktyabr 2017-ci il tarixdə 1977,8 manat; - 30 oktyabr 2017-ci il tarixdə 537,24 manat; - 07 yanvar 2018-ci il tarixdə 3975,06 manat, ümumilikdə 17 461, 05 manat ödəniş etmişdir. Steel Force-un STP-yə № 170109/11-1-019 nömrəli, 09 yanvar 2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 29284,54 manat borcu qalmışdır. Steel Force ilə STP arasında 14 iyul 2017ci il tarixdə № 170714/11-1-276 nömrəli xidmət müqaviləsi bağlanmış, müqaviləyə əsasən STP Steel Force üçün metalın sinklənməsi, dəliyin açılması xidmətlərinin göstərilməsini, STP isə əvəzində müqavilə əsasında razılaşdırılmış xidmət haqqının ödənilməsini öhdəsinə götürmüşdür. STP tərəfindən: 14 iyul 2017-ci il tarixdə 2439,65 manatlıq; - 08 avqust 2017-ci il tarixdə 168,03 manatlıq; - 10 oktyabr 2017-ci il tarixdə 1749,35 manatlıq; - 13 oktyabr 2017-ci il tarixdə 1749,35 manatlıq; - 18 oktyabr 2017-ci il tarixdə 1697,31 manatlıq; - 24 oktyabr 2017-ci il tarixdə 1697,31 manatlıq; - 26 oktyabr 2017-ci il tarixdə 156,11 manatlıq; - 30 oktyabr 2017-ci il tarixdə 1272,98 manatlıq; - 30 oktyabr 2017-ci il tarixdə 848,66 manatlıq; - 31 oktyabr 2017-ci il tarixdə 1272,98 manatlıq; - 06 noyabr 2017-ci il tarixdə 1377,06 manatlıq; - 10 noyabr 2017-ci il tarixdə 1377,06 manatlıq; - 15 noyabr 2017-ci il tarixdə 1272,98 manatlıq; - 16 noyabr 2017-ci il tarixdə 1377,06 manatlıq; - 21 noyabr 2017-ci il tarixdə 1272,98 manatlıq; - 24 noyabr 2017-ci il tarixdə 1325,02 manatlıq; - 29 noyabr 2017-ci il tarixdə 1749,35 manatlıq; - 04 dekabr 2017-ci il tarixdə 1004,77 manatlıq; - 05 dekabr 2017-ci il tarixdə 1377,06 manatlıq; - 13 dekabr 2017-ci il tarixdə 104,08 manatlıq; - 04 yanvar 2018-ci il tarixdə 952,74 manatlıq; - 05 yanvar 2018-ci il tarixdə 1377,06 manatlıq; - 08 yanvar 2018-ci il tarixdə 1272,98 manatlıq; - 10 yanvar 2018-ci il tarixdə 1272,98 manatlıq; - 12 yanvar 2018-ci il tarixdə 1004,77 manatlıq; - 16 yanvar 2018-ci il tarixdə 900,70 manatlıq; - 19 yanvar 2018-ci il tarixdə 1404,76 manatlıq; - 23 yanvar 2018-ci il tarixdə 1987,54 manatlıq; - 26 yanvar 2018-ci il tarixdə 632,48 manatlıq; ümumilikdə, 36 095,16 manatlıq işlər icra edilərək təhvil vermiş, Steel Force əvəzində: - 26 iyul 2017-ci il tarixdə 304,22 manat; - 27 iyul 2017-ci il tarixdə 1690,12 manat; - 18 yanvar 2018-ci il tarixdə 10 000 manat; - 18 yanvar 2018-ci il tarixdə 1800 manat olmaqla, ümumilikdə, 13 794,34 manat ödəniş həyata keçirmişdir. Steel Force-un STP-yə № 170714/11-1-276 nömrəli, 14 iyul 2017-ci il tarixli xidmət müqaviləsi üzrə ödənilməmiş 22300,82 manat borcu qalmışdır. Beləliklə, STP tərəfindən Steel Forcea hər üç müqavilə üzrə ümumilikdə 216794,99 manat dəyərində malların satışı və işlərin görülməsi həyata keçirilmiş və bunun müqabilində Steel Force STP-yə cəmi 60617,46 manat pul ödəmişdir. Steel Force-un (indiki Akkord) STP-yə ödənilməmiş borcu 156177,53 manat təşkil edir. Tərəflər bu borcun təsdiqinə dair 22 fevral 2018-ci il tarixdə üzləşmə aktı imzalamışlar. Belə ki, 156177,53 manat borcun əsasını təşkil edən hər üç müqavilənin əsli məhkəməyə təqdim edilmişdir. Müqavilələr üzrə satılmış malların və icra olunmuş işlərin təhvil sənədləri -nəzarət-buraxılış vərəqələri və elektron qaimələrdir. Bu sənədlər məhkəməyə təqdim olunmuşdur. 150902/11-1-346 nömrəli, 02 sentyabr 2015-ci il tarixli xidmət müqaviləsinin 4.3-ü bəndinə əsasən, sifarişçi (Steel Force -indiki Akkord) görülmüş işlərin dəyərini 100% ödəniş şəklində sifariş veriləndən sonra icraçıya (STP) ödəməlidir. 170109/11-1-019 nömrəli, 09 yanvar 2017-ci il tarixli alqı-satqı müqaviləsinin 5.2-ci bəndinə əsasən, bu müqavilənin qoşmalarında başqa hal müəyyən edilməyibsə, malların ödənişi satıcının hesab-faktura tarixindən 15 təqvim günü ərzində edilməlidir, o şərtlə ki, hesab-fakturanın tarixi satıcının malları təhvil verdiyi gündən əvvəl olmayacaq. Ödəniş birbaşa müqavilənin 5.3-cü bəndində müəyyən edilən satıcının bank hesablarına edilməlidir. 170714/11-1-276 nömrəli, 14 iyul 2017-ci il tarixli xidmət müqaviləsinin 2.3-cü bəndinə əsasən, başqa cür yazılı razılaşdırılmış hallar istinsa olmaqla, ödənişlər hər hansı kəsinti və ya təxirə salınma olmadan faktura tarixindən etibarən 15 (on beş) gün ərzində ödənilməlidir. Faktura ilə bağlı hər hansı şikayət 15 (on beş) gün ərzində yazılı təqdim edilməlidir, lakin bu müştərini ödəniş etmək vəzifəsindən azad etmir. Hər üç müqavilənin müvafiq bəndlərindən görünür ki, müqavilə Azərbaycan Respublikası qanunvericiliyi ilə tənzimlənir və şərh edilir. Cavabdeh "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə iddia müddətinin tətbiq edilərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddianı qəbul etməyərək izahatında iddiaçı tərəfindən sübutların təqdim edilmədiyini və iddia müddətin keçməsini nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 02 sentyabr 2015-ci il tarixli 150902/11-1-346 nömrəli iddiaçı "xxxx" MMC cavabdeh “X5 Company” MMC (bundan sonra "xxxx" ASC) arasında bağlanmış xidmət müqaviləsindən görünür ki, "xxxx" MMC "xxxx" ASC-nin təqdim etdiyi bu müqavilənin tərkib hissəsi olan əlavələrdə qiyməti göstəriləcək sifarişlər əsasında işlərin aparılmasını öhdəsinə götürür, "xxxx" ASC isə öz növbəsində görülən işlərin dəyərini "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürür. xx.xx.2017-ci il tarixli 170109/11-1-019 nömrəli iddiaçı "xxxx" MMC ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC qoşmalarda göstərilmiş malları "xxxx" ASC-yə satmağı "xxxx" ASC isə həmin malları bu müqavilənin qoşmasında göstərilən qiymət qarşılığında və hər növ yüklənmələr və məhdudiyyətdən azad şəkildə "xxxx" MMC-dən satın almağa razılığını bildirir. 14 iyul 2017-ci il tarixli 170714/11-1-276 nömrəli iddiaçı "xxxx" MMC ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış xidmət müqaviləsindən görünür ki, "xxxx" MMC bu müqavilənin ayrılmaz tərkibi olan əlavə 1-də göstərilmiş xidməti icra etməyi öhdəsinə götürür. Müqavilənin 3.2-ci maddəsinə əsasən tərəflər üzərlərinə düşən müqavilə öhdəliklərinin yerinə yetirilməsini gecikdirdikdə hər gecikən gün üçün qarşı tərəfə müqavilənin dəyərinin 0,01 %-i miqdarında penya ödəyir, lakin bu məbləğ ödənilməsi nəzərdə tutulmuş məbləğin 5%-dən çox olmamalıdır. 2017-ci və 2018-ci il tarixlərdə sistemə yerləşdirilən elektron qaimələrdən görünür ki, iddiaçı cavabdehə 14 iyul 2017-ci il tarixli 170714/11-1-276 nömrəli müqavilə üzrə, ümumilikdə, 36095,16 manat məbləğində xidmət göstərmişdir. 2017-ci və 2018-ci il tarixlərdə sistemə yerləşdirilən elektron qaimələrdən görünür ki, iddiaçı cavabdehə 09 yanvar 2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ,ümumilikdə, 46748,59 manat məbləğində mal satmışdır. Göründüyü kimi, tərəflər arasında qanunvericiliyə uyğun olaraq alqı-satqı və xidməti müqavilələr bağlanmışdır. Məhkəmə iddia tələbinin 150902/11-1-346 nömrəli, 02 sentyabr 2015-ci il tarixli xidmət müqaviləsi üzrə göstərilmiş xidmətə görə tələb olunan 104592,17 manat borc hissədə hesab edir ki, iddia rədd edilməlidir, belə ki, iddiaçı tərəfindən müqavilə üzrə xidmətlərin göstərilməsi ilə bağlı məhkəməyə kifayət qədər mötəbər sübutlar təqdim edilməmiş, belə ki, iddiaçı tərəfindən xidmətin göstərilməsi ilə bağlı yalnız vergi hesabfakturası əlavə edilmiş, sözügedən sənədlər isə 104592,17 manat məbləğində borcun təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə xx.xx.2017-ci il tarixli 170109/11-1-019 nömrəli alqı-satqı müqaviləsi ilə bağlı bildirir ki, sözügedən iddia ilə bağlı əsas borc tam həcmdə, yəni 29284,54 manat hissədə təmin edilməlidir, belə ki, sistemə yüklənilmiş elektron qaimələrdən görünür ki, iddiaçı cavabdehə 46748,59 manat məbləğində mal satmış, iddiaçının isə 29284,54 manat məbləğində tələb ilə məhkəməyə müraciət etdiyi göstərir ki, cavabdeh satılan mallara görə borcunun bir qismini ödəməklə tərəflər arasında davamlı olaraq alqı-satqı münasibətləri olmuşdur. Məhkəmə 170714/11-1-276 nömrəli, 14 iyul 2017-ci il tarixli xidmət müqaviləsi ilə bağlı bildirir ki, sistemə yüklənilən elektron qaimələrdən görünür ki, iddiaçı müqavilə üzrə cavabdehə 36095,16 manat məbləğində xidmət göstərmiş, iddia tələbindən göründüyü kimi, cavabdeh tərəfindən bəzi ödənişlər aparılmış, 22300 manat məbləğində borc qalmışdır. Məhkəmə hazırki müqavilə üzrə 22300 manat məbləğində borca aid yalnız 104,08 manatla bağlı EAAA seriyalı xx.xx.2017-ci il tarixli elektron qaimə ilə razılaşmır və hesab edir ki, iddia 104,08 manatla bağlı əsassız olduğundan rədd edilməli, digər hissədə isə təmin edilməlidir, belə ki, tərəflərin arasında davamlı münasibətlərin olduğunu borcun bir qisminin ödənildiyini nəzərə alaraq, hazırki müqavilə üzrə iddia 22195,92 manat hissədə (22300 manat-104,08 manat) təmin edilməlidir. Məhkəmə iddianın dəbbə pulu tələbi hissəsi ilə əlaqədar qeyd edir ki, dəbbə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə azaldılaraq 219,54 manat müəyyən olunmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən xx.xx.2017-ci il tarixli 170109/11-1-019 nömrəli alqı-satqı müqaviləsi üzrə 29284,54 manat borc, 14 iyul 2017-ci il tarixli 170714/11-1-276 nömrəli xidmət müqaviləsi üzrə 22195,92 manat borc, ümumilikdə hər iki müqavilə üzrə 51480,48 manat və 219,54 manat məbləğində dəbbə pulu, cəmi 51700 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddia digər hissədə isə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla yanaşı iddia tələbinin 31,52%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 31,52%-i, yəni 9,45 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən xx.xx.2017-ci il tarixli 170109/11-1-019 nömrəli alqı-satqı müqaviləsi üzrə 29284,54 manat borc, 14 iyul 2017-ci il tarixli 170714/11-1-276 nömrəli xidmət müqaviləsi üzrə 22195,92 manat borc, ümumilikdə hər iki müqavilə üzrə 51480,48 manat və 219,54 manat məbləğində dəbbə pulu, cəmi 51700 manat və 9,45 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3891/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3891/2022
22.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver