Məhkəmə qərarları › İş №e-2-2(113)-3893/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3893/2023

24.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3893/2023 24.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi ” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı "borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05 yanvar 2021-ci il tarixli ATB-05012101 nömrəli Alqı-Satqı müqaviləsi üzrə 1.167.234,77 (bir milyon bir yüz altmış yeddi min iki yüz otuz dörd manat 77 qəpik) manat məbləğində borcun, ödənişin gecikdirilməsinə görə hesablanmış 95.310,17 (doxsan beş min üç yüz on manat, 17 qəpik) manat məbləğində faizlərin, 400 (dörd yüz) manat məbləğində ödənilmiş mediasiya xərclərinin və 1023 (bir min iyirmi üç) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1.263.967,94 (bir milyon iki yüz altmış üç min doqquz yüz altmış yeddi manat, 94 qəpik) manat məbləğində pulun tutularaq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 05 yanvar 2021-ci il tarixli ATB-05012101 nömrəli Alqı-Satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1. və 5.1.-ci bəndlərinə əsasən iddiaçı cavabdehə dəmir məhsullarını (sinklənmiş vərəqə və s.) satır və cavabdeh isə aldığı malın dəyərini hesabfakturanı aldığı andan köçürmə yolu ilə ödəyir. İddiaçı cavabdehə ümumi dəyəri 2.911.020,48 (iki milyon doqquz yüz on bir min iyirmi manat, 48 qəpik) manat (ƏDV daxil) məbləğində malı tam həcmdə və vaxtında təhvil vemiş, həmçinin hesab-fakturanı və digər zəruri sənədləri də cavabdehə təqdim etmişdir. Cavabdeh müqavilənin 1.1. və 5.1.-ci bəndlərini pozaraq aldığı malın dəyərini tam ödəməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haaqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir.

9. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

10. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

11. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

12. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

13. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (satıcı) ilə Cavabdeh (alıcı) arasında 05 yanvar 2021-ci il tarixli ATB-05012101 nömrəli alqı-aatqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcıya dəmir məmulatları satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir.

14. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti, növü, çeşidi müqaviləyə əlavələr və ya elektron hesab-fakturalar ilə müəyyən olunur.

15. Müqavilənin 5.1-ci bəndinə əsasən alıcı sifariş olunan malın dəyərini satıcının təqdim etdiyi hesab-fakturanı aldığı andan və ya əvvəlcədən avans şəklində köçürmə yolu ilə ödəyir.

16. Müqavilə hər iki hüquqi şəxsin imzası və möhürü ilə təsdiq olunmuşdur.

17. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından İddiaçı Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun tutulması ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

18. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, cavabdehin bəzi mübahisə predmeti olan məbləğlə bağlı göndərilmiş bəzi elektron qaimələr üzrə ancaq ƏDV borcunu ödədiyini, qalan 1.167.234,77 manat məbləğində borcunu isə ödəmədiyini bildirir.

19. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan məqam iddiaçı tərəfindən cavabdehə malların təhvil verilib-verilməməsidir.

20. İş materiallarında olan EBBL seriyalı, 178653 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 80739,56 manat olan, EBBL seriyalı, 178711 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 9863,86 manat olan, EBBL seriyalı, 178820 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 28674 manat olan, EBBL seriyalı, 446190 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 41800,32 manat olan, EBBL seriyalı, 446462 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 78222,20 manat olan, EBBL seriyalı, 808130 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 155035,73 manat olan, EBBL seriyalı, 873480 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 12024,50 manat olan, EBBM seriyalı, 150460 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 24604,77 manat olan, EBBM seriyalı, 300743 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 13347,22 manat olan, EBBM seriyalı, 822587 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 13542,86 manat olan, EBBN seriyalı, 004619 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 59474,36 manat olan, EBBN seriyalı, 025364 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 1642,56 manat olan, EBBN seriyalı, 035480 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 113500,90 manat olan, EBBN seriyalı, 038009 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 179570,13 manat olan, EBBN seriyalı, 054336 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 98453,06 manat olan, EBBN seriyalı, 054758 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 88145,29 manat olan, EBBN seriyalı, 055531 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 39667,82 manat olan, EBBN seriyalı, 055732 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 13556,43 manat olan, EBBN seriyalı, 309343 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 138880,81 manat olan, EBBO seriyalı, 035339 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 12991,80 manat olan elektron qaimələr iddiaçı tərəfindən cavabdehə göndərilmişdir.

21. Sadə riyazi hesablama ilə görünür ki, göndərilmiş olan elektron qaimələrdəki məbləğlərin cəmi 1.203.738,18 manat təşkil edir.

22. Bundan başqa qeyd edilməlidir ki, iş materiallarına əlavə olunmuş elektron qaimələrin təsdiqi barədə çıxarışlardan görünür ki, qeyd edilmiş elektron qaimələr (cəmi 1 ədədi istisna olmaqla) “sistem tərəfindən təsdiqlənmiş” statusunda yox, məhz “təsdiqlənmiş” statusundadır.

23. Həm qeyd olunan halı, həm də, tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndinin şərtləri nəzərə alındığında məhkəmə hesab edir ki, həqiqətən də, qeyd edilmiş elektron qaimələrdə göstərilmiş dəyərdə olan mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

24. İş materiallarına əlavə olunmuş ƏDV uçot hesabından çıxarışdan görünür ki, EBBL seriyalı, 178653 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə 12316,20 manat, EBBL seriyalı, 178711 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə 1504,66 manat, EBBL seriyalı, 178820 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə 4374 manat, EBBL seriyalı, 446190 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə 6376,32 manat, EBBL seriyalı, 446462 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə 11932,20 manat məbləğində ƏDV borcu cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir.

25. Sadə riyazi hesablama ilə görünür ki, yuxarıda qeyd olunan elektron qaimələrdəki ƏDV məbləğlərinin cəmi 36.503,38 manat təşkil edir.

26. Belə olan halda, məhkəmə qeyd edir ki, xx.xx.2021-xx.xx.2021 dövr ərzində göndərilmiş elektron qaimələrdəki məbləğlərin cəmindən-1.203.738,18 manatdan xx.xx.2021-xx.xx.2021-ci il tarixli elektron qaimələr üzrə cavabdeh tərəfindən ödənilmiş ƏDV məbləği-36.503,38 manat çıxıldıqda müəyyən olunur ki, cavabdehin müqavilə üzrə ödənilməmiş 1.167.234,8 manat məbləğində borcu qalmışdır.

27. Beləliklə Məhkəmə hesab edir ki, 05 yanvar 2021-ci il tarixli ATB-05012101 nömrəli alqı-satqı müqaviləsi üzrə 1.167.234,77 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

28. Məhkəmə iddianın gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 95.310.17 manat pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

29. İş materiallarından görünür ki, iddiaçı tərəfindən borcun ödənilməsinin tələb edilməsi ilə bağlı pretenziya məktubu cavabdehə xx.xx.2023-cü il tarixində, iddia ərizəsi isə məhkəməyə təxmini 21 gün sonra yəni, xx.xx.2023-cü il tarixində verilmişdir.

30. Belə olan halda, məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 3.357,7 (1.167.234,77x5/100=58,361(1 il üçün), 58,361/365=159893(1 gün üçün), 159893x21=3.357,7 (21 gün üçün)) manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

31. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş ********** və ********** nömrəli ödəniş sənədlərindən müəyyən edilir ki, iddiaçı tərəfindən, ümumilikdə 1023 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir.

32. Məhkəmə hesab edir ki, iddianın təmin olunmuş 1.170.592,47 manat hissəsinə mütənasib olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 1375,3 manat təşkil etsə də, onun 400 manatı mediasiyaya çəkilmiş xərclə əhatə olunduğundan, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 975,3 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

33. Həmçinin də, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

34. Beləliklə iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

35. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 1.167.234 (bir milyon bir yüz altmış yeddi min iki yüz otuz dörd) manat 77 (yetmiş yeddi) qəpik əbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Əsas borca illik 5 faiz hesablanmaqla 3 357 (üç min üç yüz əlli yeddi) manat, 70 (yetmiş) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 975 (doqquz yüz yetmiş beş) manat, 30 (otuz) qəpik məbləğində pul "Metalist” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar