Məhkəmə qərarları › İş №e-2-2(113)-3894/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3894/2021

02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3894/2021 02.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 27 avqust 2018-ci il tarixli 13022 saylı xidmət müqaviləsinin ləğv edilməsi, cavabdeh X1 İddiaçı QSC-nin xeyrinə ödənilməmiş 2777,92 manat xidmət haqqı, 9872,18 manat cərimə borcu olmaqla, ümumilikdə 12650 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış 27 avqust 2018-ci il tarixli 13022 saylı Xidmət müqaviləsinə əsasən İddiaçı QSC xidmət müqaviləsi üzrə nəzərdə tutulmuş əməliyyatların aparılması üçün cavabdehin ünvan 1 ünvanda yerləşən təsərrüfat subyektində post terminal yerləşdirilməsi və ona xidmət göstərilməsi üzrə xidmətlər müqabilində daxil olmuş ödənişləri Cavabdeh İddiaçı QSC-də olan bank hesabına mədaxil edilməsi ilə əlaqədar xidmət göstərməyi öhdəsinə götürmüş və həmin Müqavilənin şərtlərinə uyğun olaraq da xidmət göstərmişdir, lakin Cavabdeh 27 avqust 2018-ci il tarixli 13022 saylı Xidmət müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrini icra etməmiş və nəticədə onun borcu yaranmışdır. İddiaçı QSC tərəfindən 27 avqust 2018-ci il tarixli, 13022 saylı Xidmət müqaviləsi üzrə İddiaçı QSC-yə ödənilməli pul vəsaiti ilə bağlı Cavabdeh dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Banka hər hansı sənəd təqdim etməmiş, həmçinin müqavilə üzrə yaranmış öhdəliklərinin icrası ilə əlaqədar tədbir görməmişdir. Belə ki, Xidmət Müqavilənin 3.4-cü bəndinə əsasən təsərrüfat subyektində quraşdırılmış pos-terminal vasitəsi ilə aparılan əməliyyatlara görə tutulan xidmət haqqının məbləği 3 (üç) ay ərzində 150 (yüz əlli) manatdan az olduqda, həmin məbləğin qalıq hissəsi cavabdehin Bankda olan cari Bank hesabından silinir. Cari bank hesabında kifayət qədər pul vəsait olmadıqda, həmin borc təqdim edilən hesab-fakturaya əsasən hesab-fakturanın təqdim edilməsindən sonra 7 iş günü ərzində müştəri tərəfindən Banka ödənilir. Qeyd edilən Müqaviləsinin 3.5-ci bəndinə əsasən post-terminaldan istifadə etməklə aparılan əməliyyatların dəyəri Bank tərəfindən Müqavilənin 3.3-cü bəndində göstərilən müddətdə cavabdehin cari bank hesabına köçürülmədikdə, Banka qarşı gecikdirilən hər gün üçün gecikdirilən məbləğin 0,5 faiz həcmində cərimə tətbiq edilə bilər. Həmin Müqavilənin 3.6-cı bəndinə əsasən xidmətlərin göstərilməsi ilə əlaqədar istənilən səbəbdən yaranan borc Banka 7 iş günü ərzibdə ödənilmədikdə, müştəriyə qarşı gecikdirilən hər gün üçün gecikdirilən məbləğin 0,5 faizi həcmində cərimətə tbiq edilə bilər. Bununla da cavabdehin 06.07.2021-ci il tarixə İddiaçı QSC-yə 27 avqust 2018-ci il tarixli, 13022 saylı Xidmət Müqaviləsi üzrə 2777,92 manat xidmət haqqı və 9872,18 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdəcəmi 12650 manat borcu yaranmışdır. Bununla bağlı, 09.07.2021-ci il tarixdə cavabdehə xəbərdarlıq məktubu göndərilərək borcun ödənilməsi təklif edilsə də, Cavabdeh təkliflə bağlı hər hansı cavab alınmamışdır. Tərəflərindən xidmət müqaviləsi üzrə öhdəliklərin yerinə yetiriliməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öz öhdəliklərini icra etməyərək müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X3 iddianı müdafiə etmiş və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında iddiaçı AccessBank” QSC tərəfindən verilmiş iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Cavabdeh 27.08.2018-ci il tarixli ərizəsindən görünür ki, AccessBank” QSC-nə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu Sabir 23 ünvanda POS-Terminala dair xidmətlərin göstərilməsinə dair icazə verilməsini xahiş etmişdir. 27.08.2018-ci il tarixli 13022 №-li müqavilədən görünür ki, həmin müqavilə İddiaçı QSC ilə Cavabdeh arasında qarşılıqlı öhdəliklər nəzərdə tutan şərtlər əsasında bağlanmışdır. Müqavilədə nəzərdə tutulmuş şərtlərə daxildir: Müqavilənin 3.4-cü bəndinə əsasən təsərrüfat subyektində quraşdırılmış pos-terminal vasitəsi ilə aparılan əməliyyatlara görə tutulan xidmət haqqının məbləği 3 (üç) ay ərzində 150 (yüz əlli) manatdan az olduqda, həmin məbləğin qalıq hissəsi cavabdehin Bankda olan cari Bank hesabından silinir. Cari bank hesabında kifayət qədər pul vəsait olmadıqda, həmin borc təqdim edilən hesab-fakturaya əsasən hesab-fakturanın təqdim edilməsindən sonra 7 iş günü ərzində müştəri tərəfindən Banka ödənilir. Müqavilənin 3.5-ci bəndinə əsasən postterminaldan istifadə etməklə aparılan əməliyyatların dəyəri Bank tərəfindən Müqavilənin 3.3-cü bəndində göstərilən müddətdə cavabdehin cari bank hesabına köçürülmədikdə, Banka qarşı gecikdirilən hər gün üçün gecikdirilən məbləğin 0,5 faiz həcmində cərimə tətbiq edilə bilər. Müqavilənin 3.6-cı bəndinə əsasən xidmətlərin göstərilməsi ilə əlaqədar istənilən səbəbdən yaranan borc Banka 7 iş günü ərzibdə ödənilmədikdə, müştəriyə qarşı gecikdirilən hər gün üçün gecikdirilən məbləğin 0,5 faizi həcmində cərimətə tbiq edilə bilər. Müqavilənin 4.1.6-cı bəndinə əsasən müştəri bu Müqavilənin şərtlərinə əməl etmədikdə, bu Müqaviləni birtərəfli qaydada ləğv edə bilər. İddiaçı QSC və Cavabdeh arasında bağlanmış 27.08.2018-ci il tarixli 13022 №-li Müqaviləyə 2 №-li əlavədən görünür ki, Bank POS-Terminal vasitəsilə keçrilən hər əməliyyatın məbləğindən tariflərə uyğun olaraq, MilliCard ekvayer şəbəkəsinin daxilində olan plastik kartlar vasitəsilə ödəmələrə görə -1.0 %, digər plastik kartlar vasitəsilə ödəmələrə görə -2.0 % xidmət haqqı tutulur. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421-424, 442, 443.1, 462.1 və 467-ci maddələri). İş materiallarından və qanunvericilik normalarından göründüyü kimi iddiaçı və cavabdeh arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, belə ki, Cavabdeh İddiaçı QSC-yə ödənilməmiş 2777,92 manat məbləğində borcu qalmışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı QSC-nın tərəflərin arasında bağlanmış bağlanmış 27 avqust 2018-ci il tarixli 13022 saylı xidmət müqaviləsinin ləğv edilməsi və Cavabdeh 2777,92 manat xidmət haqqı tələbi hissəsində iddia əsaslıdır. Məhkəmə cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, tənasübsüz surətdə yüksək olan dəbbə (cərimə) azaldaraq, 722,08 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 27 avqust 2018-ci il tarixli 13022 saylı xidmət müqaviləsi ləğv edilməli, Cavabdeh 2777,92 manat xidmət haqqı, 722,08 manat məbləğində cərimə, cəmi 3500 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 27,66%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 27,66%-i, yəni 8,29 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC və Cavabdeh arasında bağlanmış 27 avqust 2018-ci il tarixli 13022 saylı xidmət müqaviləsi ləğv edilsin. Cavabdeh 2777,92 manat xidmət haqqı, 722,08 manat məbləğində cərimə, cəmi 3500 manat və dövlət rüsumu kimi ödənilmiş 8,29 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar