Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-390/2020 17.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, x8 oğlunun katibliyi, iddiaçının nümayəndəsi x2 iştirakı ilə, İddiaçı x5 (ASC) Cavabdehnə (MMC) qarşı pul tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4000 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi x4 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 07 fevral 2019-cu il tarixli “Problemli kreditlərin məhkəmə qaydasında tətbiqi ilə bağlı xidmətlərin göstərilməsi haqqında Razılaşma”ya əsasən cəmiyyət 200 ədəd problemli kredit müqavilələri üzrə dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 4000 manat məbləğində pulun 30 iş günü ərzində banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin cəmiyyət öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və müqavilə üzrə tələb olunan pulu 30 iş günü ərzində banka qaytarmamışdır. Razılaşmaya əsasən cəmiyyət müqavilə üzrə 15, 18, 23 və 28 noyabr 2016-cı il tarixində ona Bank tərəfindən təhvil-təslim aktları ilə verilmiş 188 ədəd problemli kreditlər üzrə əsl sənədlər toplulularını 3 iş günü ərzində və 200 ədəd problemli kreditlərin məhkəmə təqibi ilə bağlı müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi üçün 4000 manat məbləğində əvvəlcədən bank tərəfindən cəmiyyətə köçürülmüş pul məbləğini 30 iş günü ərzində banka geri qaytarmağı öz öhdəsinə götürmüşdür. Bank tərəfindən cəmiyyətə təhvil verilmiş 188 ədəd problemli işlərin siyahısı və 200 ədəd problemli işlərin siyahısı və 200 ədəd problemli kreditlərin məhkəmə təqibi ilə bağlı müəyyən edilmiş dövlət rüsumu hazırkı razılaşmanın ayrılmaz tərkib hissəsi sayılan 01 saylı əlavəsində öz əksini tapmışdır. Öhdəliklər icra olunmadığına görə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.. Mülki iş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 07 fevral 2019-cu il tarixli “Problemli kreditlərin məhkəmə qaydasında tətbiqi ilə bağlı xidmətlərin göstərilməsi haqqında Razılaşma”nın surətindən görünür ki, cəmiyyət müqavilə üzrə 15, 18, 23 və 28 noyabr 2016-cı il tarixində ona Bank tərəfindən təhvil-təslim aktları ilə verilmiş 188 ədəd problemli kreditlər üzrə əsl sənədlər toplulularını 3 iş günü ərzində və 200 ədəd problemli kreditlərin məhkəmə təqibi ilə bağlı müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi üçün 4000 manat məbləğində əvvəlcədən bank tərəfindən cəmiyyətə köçürülmüş pul məbləğini 30 iş günü ərzində banka geri qaytarmağı öz öhdəsinə götürmüşdür. Bank tərəfindən cəmiyyətə təhvil verilmiş 188 ədəd problemli işlərin siyahısı və 200 ədəd problemli işlərin siyahısı və 200 ədəd problemli kreditlərin məhkəmə təqibi ilə bağlı müəyyən edilmiş dövlət rüsumu hazırkı razılaşmanın ayrılmaz tərkib hissəsi sayılan 01 saylı əlavəsində öz əksini tapmışdır; - 14 oktyabr 2016-cı il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 4000 manat məbləğində pul vəsaiti İddiaçı ASC tərəfindən Cavabdeh MMC-nin hesabına köçürülmüşdür. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə işin faktiki hallarını qeyd olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, Cavabdeh MMC 07 fevral 2019-cu il tarixli “Problemli kreditlərin məhkəmə qaydasında tətbiqi ilə bağlı xidmətlərin göstərilməsi haqqında Razılaşma”ya əsasən İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyinə görə iddia təmin olunmalıdır. İddianın təmin olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı x5 Cavabdehnə pul tələbinə dair iddiası təmin edilsin. 4000 (dörd min) manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı x7 ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı x7 ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-390/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-390/2020
17.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver